Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
101 
motivasiya çox  müxtəlif üsul  və  formalarda  hazırlana  bilər. Motivasiya dərsin 
sonrakı  mərhələlərinə  böyük  təsir  göstərir.  Müəllim  motivasiya  mərhələsində 
şagirdlərin diqqətini əsas problemə yönəldə bilirsə, onda dərs axıradək maraqlı 
olur. Motivasiya üçün müəllim videogörüntülərdən, slaydlardan, təbii canlıdan, 
onun  şəklindən,  kolleksiya,  müqəvva,  herbari  və  digər  formalarından,  rəmzi, 
simvolik  əyanilikdən,  şifahi  xalq  ədəbiyyatı  nümunələrindən,  şer  parçasından 
və s. istifadə edə bilər. 
Müəllim  planda  motivasiyadan  sonra  şagirdlərin  aparacağı  tədqiqatın 
əsas  sualını  müəyyən  edir.  Tədqiqat  sualını  cavablandıracaq  materialı  işləyir. 
Adətən kartoçkalar, problem situasiyalı tapşırıqlar, düşündürücü suallar, təcrübə 
və laboratoriya işləri müəyyənləşdirilir, iş vərəqində qeyd edilir. İş vərəqlərini 
hazırlayarkən  müəllim  onun  səliqəli  tərtibatına,  tədqiqat  xarakterli  sual  və 
tapşırıqların  yazılmasına,  tədqiqatın  aparılmasını  şərtləndirən  mənbələrin, 
resursların  qeyd  edilməsinə  diqqət  edir.  Müəllim  tədqiqatdan  şagirdlərin  əldə 
edəcəyi  nəticələri  təxmin  edir,  onları  həmin  istiqamətə  yönəldəcəyi  sualları, 
açar sözlərini aydınlaşdırır. Təqdimatın aparılması şəraitini düşünür, onun üçün 
şərait  yaradır.  Təqdimatlardan  sonra  müzakirə  suallarını  hazırlayır.  Suallarda 
mövzunun  fənndaxili,  fənlərarası  inteqrasiyası,  həyatla,  xüsusilə  şagirdlərin 
ətrafında  baş  verənlərlə  əlaqənin  yaradılması  nəzərə  alınır.  Mövzunun, 
tədqiqatın  ümumiləşdirilməsində  şagirdlərin  fikirlərinə  üstünlük  verilir. 
Mövzunun  tam  mənimsənildiyini  müəllim  yaradıcı  tətbiqetmə  mərhələsində 
yoxlayır.  Elə  bir  problem,  tapşırıq,  çalışma,  hesablama,  sxem,  qrafik,  esse, 
layihənin  planını,  əyləncəli  və  ya  rollu  oyun  hazırlamağı  tapşırır  ki,  bununla 
şagirdlərin  mövzunu  mənimsədikləri  üzə  çıxır  və  onların  fəaliyyətinin 
qiymətləndirilməsi asanlaşır. 
Qiymətləndirmədə müəllim standart, məqsəd və tədqiqat sualı əsasında 
meyar  müəyyən edir, onu dörd səviyyə üzrə  verir. Səviyyələri rum rəqəmi  ilə 
qeyd  edir.  Şagirdlərin  bilik  və  bacarıqlarını  meyarın  səviyyələri  əsasında 
qiymətləndirir. 
Dərslərin  kurikulum  əsasında  təşkili  müəllim  və  şagirdlər  üçün  tədrisi 
asanlaşdırır.  Müəllim  standartlar  əsasında  konkret  olaraq  nədən  başlayacağını 
və  hansı  mərhələlərdən  keçəcəyini  planlaşdırır  və  plan  əsasında  ardıcıllıqla 
dərsi  aparır,  müsbət  nəticələr  əldə  edir.  Hər  bir  şagirdin  fəaliyyətini  izləyir, 
onları qiymətləndirir, çatışmazlıqları nəzərə alır, aradan qaldırır. 
Şagirdlərin  dərsin  birinci  mərhələsində  mövzuya  maraqları  yaranır, 
dərsdədiqqəti  yalnız  yeni  problemin,  tədqiqatın  aparılmasına,  real  nəticələrin 
alınmasına yönəlir. Şagirdlər mövzunu dərindən mənimsəməyə səy göstərirlər. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
102 
Bütün bunlar dərsin səviyyəsini yüksəldir, şagirdlərobyekt və hadisələrin həyat 
üçün,  cəmiyyət  üçün  əhəmiyyətini  dərk  edərək  öyrənirlər.  Bu  da  təlimin 
keyfiyyətinə müsbət təsir göstərir, şagirdləri tədris olunan materialların həyatda 
tətbiqinə hazırlayır. 
 
 
İstifadə olunan ədəbiyyat
1.
 
Azərbaycan  Respublikasında  ümumi  təhsilin  milli  kurikulumu,  Bakı, 
2006. 
2.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənn 
kurikulumu. Bakı, 2007. 
3.
 
Hacıyeva  H.  və  b.  Ümumtəhsil  məktəblərində  biologiyanın  fəal  təlim 
metodları ilə tədrisi metodikası, Bakı, 2014. 
4.
 
İnternet resursları. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
103 
 
Biologiyanın tədrisində İKT-dən istifadə etməklə bioloji 
proseslərə dair təcrübələrin öyrədilməsi 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Məhərrəmova Qumru Vasif qızı 
ADPU-nun Kimya və Biologiya fakültəsinin biologiyanın tədrisi metodikası 
kafedrasının magistrantı II kurs, əyani 
 
 
Xülasə 
Məqalədə  biologiyanın  tədrisində  elektron  təlim  vasitələrinin  rolu  
aydınlaşdırılmışdır. 
 
Аннотация 
В  данной  работе  исследованы  особенности  методики  применения 
электронных средств обучения, в преподавании биологии.  
 
Аbstract 
T
he article is devoted to the  teaching  method  means of the 
electronic  trainig  
technology     on the biology teaching.  
 
Açar sözlər: biologiyanın tədrisi , elektron təlim vasitələri 
Ключевые  слова:  электронныe  средств  обучения,  преподавании 
биологии.  
 
Key words: elektron technology training means, biology training 
 
Böyüməkdə  olan  gənc  nəslin  təlim-tərbiyəsinin  elə  bir  sistemi 
yaradılmalıdır  ki,  bunun  nəticəsində  gələcəyin  mütəxəssisləri  elmlərin 
əsaslarına  dərindən  yiyələnməklə  sağlam  düşüncəyə,  geniş  dünyagörüşə 
malik  olsunlar.  Regionun,  vətənin  xalq  təsərrüfatı  istehsalının  mühüm 
sahələrindən,  təbiət  hadisələrindən,  ekologiyadan  baş  çıxara  bilsinlər. 
Gələcəyin  peşə  sahibləri  kimi  müvafiq  peşələrə,  həyata  hazırlıq  bacarığı 
əldə etsinlər. 
Bu  gün  təhsil  işçilərinin  qarşısında  duran  əsas  vəzifələrdən  biri 
gənc  nəslə  elmlərin  əsaslarını  şüurlu  surətdə  dərindən  öyrətmək, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə