Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə35/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
96 
 
Ümumtəhsil məktəblərində biologiya dərslərinin 
fənn kurikulumu əsasında təşkilində elektron təlim 
resurslarının rolu 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Bədəl-zadə Nigar Üzeyir qızı  
ADPU-nun Kimya və Biologiya fakültəsinin biologiyanın tədrisi metodikası 
kafedrasının magistrantı II kurs, əyani 
 
 
 
Xülasə 
Məqalədə  biologiyanın  tədrisində  elektron  təlim  resurslarının  rolu  
aydınlaşdırılmışdır. 
 
Аннотация 
В  данной  работе  исследованы  особенности  методики  применения 
электронных ресурсов обучения в преподавании биологии  
 
Аbstract 
T
he article is devoted to the  teaching  method 
resurs
 of the 
electronic  trainig  
technology  on the biology teaching.  
 
 
Açar sözlər:  
 
Açar  sözlər:  biologiyanın  tədrisi  ,  elektron  təlim  resursları,  kurikulum,  fənn, 
məktəb, standart, məzmun xətti, islahat, inteqrasiya  
Ключевые  слова:  электронныe  ресурсов
 
обучения,      преподавании 
биологии. 
Key words: 
teaching method 
resurs, biology training 
 
 
XXI  əsrin  başlanğıcında  cəmiyyətdə  yeni  ictimai  münasibətlərin 
yaranması,  planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına  keçilməsi,  dünya  təhsil 
sisteminə  inteqrasiya,  informasiyalaşmanın  sürətlənməsi,  təhsilin  məqsəd  və 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
97 
vəzifələrinə  yeni  baxış  və  yanaşmaların  formalaşması,  mövcud  ümumtəhsil 
proqramlarının  müasir  tələblərə  cavab  verməməsi  və  digər  proseslər  təhsildə 
kurikulum  islahatını  zəruri  etdi.Odur ki,  Azərbaycanın  ümumtəhsil  sistemində 
“Kurikulum islahatları”nın həyata keçirilməsinə başlanıldı. 
Konseptual xarakterli bir sənədə - “Azərbaycan Respublikasında ümumi 
təhsilin  konsepsiyası  (Milli  kurikulum)”  sənədinə  əsaslanan  bu  islahatlar  
özündə demokratizm, humanizm kimi mütərəqqi prinsipləri əks etdirir. Bu gün 
kurikulum  islahatları  tədris  prosesinin  təşkilinə  yeni  məzmun  gətirmişdir. 
Mahiyyətini  nəticəyönümlülük,  şəxsiyyətyönümlülük,  şagirdyönümlülük, 
inteqrativlik  kimi  xüsusiyyətlər  şərtləndirən  kurikulumlar  məktəbə,  təhsilə, 
müəllim-şagird münasibətlərinə yeni, demokratik bir ab-hava vermişdir. 
Şagird  daha  dinləyici  deyil,  fəal  icraçıdır.  O,  bilikləri  sərbəst  şəkildə 
qəbul  edən,  demokratik  şəkildə  öz  fikirlərini  bildirən,  məsələyə  fəal 
müdaxiləsini əks etdirən, müəllimlə sərbəst şəkildə mülahizələrini bölüşən, arzu 
və  istəklərini  söyləyən  bərabərhüquqlu  subyektə  çevrilmişdir.  Yeni  müəllim-
şagird 
münasibətlərinin 
formalaşması 
qarşılıqlı 
əməkdaşlığın 
möhkəmləndirilməsinə  və  nəticə  etibarı  ilə  tədrisin  yeni  məzmun  kəsb 
etməsinə, ən əsası isə yüksək intellektual səviyyəli gənc nəslin yetişdirilməsinə 
önəmli stimul vermişdir. 
Təcrübə göstərir ki, müəllim tərəfindən şagirdlərə dərs zamanı sərbəstlik 
və  azadlıq  verilməsi  sinifdə  sağlam  rəqabətin,  bilik  yarışının,  yaradıcı  bir 
mühitin  əmələ  gəlməsinə  səbəb  olur.  Müasir  dərsdə  gözlənilən  nəticənin  əldə 
edilməsinə münbit şərait yaradır. Kurikulum islahatlarının hədəfləri, məqsəd və 
məramı vətənimiz, cəmiyyətimiz üçün yüksək təfəkkürlü, intellektual səviyyəli 
vətənpərvər insanlar yetişdirilməsinə nail olmaqdan ibarətdir ki, bu dövlətimiz 
tərəfindən Azərbaycan təhsilinin qarşısına qoyulan başlıca vəzifələrdəndir. 
Kurikulum Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası – 
Milli Kurikulumu konseptual xarakterli çərçivə sənədi olub: 

 
Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları, 

 
Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər, 

 
Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs  və dərsdənkənar məşğələ 
saatlarının miqdarı, 

 
Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili, 

 
Təlim 
nailiyyətlərinin 
(nəticələrinin) 
qiymətləndirilməsi 
və 
monitorinqini əhatə edir. 
Kurikulumda  ümumi  təhsilin  məzmun  standartları  təhsilin  səviyyələri 
üzrə  aydınlaşdırılır.  Tələb  və  təklifə  əsaslanaraq  təhsil  səviyyələri  üzrə  tədris 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
98 
fənlərinin  kurikulumları  işlənilmişdir.  Əvvəlcə  verilmiş  hər  bir  fənnin 
məzmunu,  məqsəd  və  vəzifələri  əsaslandırılmış,  ümumi  təlim  nəticələri 
göstərilmiş,  orta  təhsilin  ümumi  təlim  nəticələri  ilə  əlaqələndirilmiş  və 
ümumiləşdirilmişdir. Fənn kurikulumları isə aşağıdakı strukturda işlənilmişdir: 
Fənn kurikulumunun strukturu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fənn kurikulumları aşağıdakı plan üzrə tərtib edilmişdir. 
Giriş 
1)
 
Fənn üzrə təlimin məzmunu 
1.1.
 
Fənnin ümumi təlim nəticələri 
1.2.
 
Fənn üzrə məzmun xətləri və onların əsaslandırılması 
1.3.
 
Fəaliyyət xətləri və standartları 
1.4.
 
Məzmun  xətləri  üzrə  ümumi  təlim  nəticələri  (ibtidai,  əsas  və  orta 
təhsil üzrə). 
1.5.
 
Siniflər üzrə məzmun standartları 
2)
 
İnteqrasiya 
2.1.
 
Üfiqi-sinif və təhsil səviyyəsi üzrə fəndaxili inteqrasiya 
2.2.
 
Şaquli-sinif səviyyəsində fənlərarası inteqrasiya 
3)
 
Təlim və tədris strategiyaları 
Giriş 
Fənnin məqsəd və vəzifələri 
Fənnin xarakterik xüsusiyyətləri 

 Fənnin 
məzmunu 
II 
 Təlim 
strategiyaları 
III
Şagird 
nailiyyətlərinin 
qiymətləndirilməsi 
Ümumi təlim 
nəticələri, 
Məzmun xətləri, 
Məzmun xətləri üzrə 
təlim nəticələri, 
Məzmun standartları 
Fənn üzrə təlimin təşkilinə verilən 
əsas tələblərin təsviri, 
Forma və üsulların 
təkmilləşdirilməsi barədə 
tövsiyyələr, 
Müəllimin təlim fəaliyyətinin 
planlaşdırılması 
Əsas 
qiymətləndirmə 
növləri, 
Qiymətləndirmə 
standartları və 
vasitələri 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə