Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə34/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
94 
Motivasiyanın qiymətləndirilməsində bir sıra meyarlardan istifadə olunur.  
Motivasiyanın  müasir  tələblərə  cavab  verdiyini  qiymətləndirmək  üçün 
aşağıdakı meyarlaramüraciət oluna bilər: 

 
Motivasiya  nəticəsində  müxtəlif  fərziyyələrin  meydana  çıxması. 
Fərziyyələr  yaranmadığı  halda  belə  nəticəyə  gəlmək  olar  ki, 
motivasiya tələbə cavab vermir. 

 
Tətbiq 
olunan 
motivasiya 
üsulunun 
məqsədəuyğunluğu. 
Motivasiyanın  yaradılması  zamanı  öyrənilən  materialın  xarakteri  və 
onun şagirdlərin bu sahədəki bilik səviyyəsinə uyğunluğunun nəzərə 
alınması. 

 
Müxtəsərlik, vaxta qənaət – motivasiyanın həyata keçirilmə müddəti 
5-7  dəqiqədən  çox  olmamalıdır  (açıq  suallardan  istifadə  etməklə 
motivasiyanı 1 dəqiqə ərzində də keçirmək mümkündür). 

 
Motivasiyanı  yaratmaq  üçün  müəllimin  sərf  etdiyi  vaxtın  və 
maddiyyatın  ölçüsü.  Çox  zəhmət  tələb  edən  motivasiya  heç  də 
həmişə yaxşı alınmır. 

 
Qoyulmuş  problemin  şagirdlər  tərəfindən  dərk  edilməsinin  asanlıq 
dərəcəsi.  Problem  uşaqların  inkişaf  səviyyəsinə  və  onların  yaş 
imkanlarına  uyğun  olduqda,  təfəkkür  prosesini  stimullaşdırır,  əks 
təqdirdə o, təfəkkürün süstləşməsinə və blokadasına səbəb ola bilər. 
Qiynətləndirmədə  başqa    meyarlar  da    seçilə  bilər.  Məsələn, 
motivasiyanın  yığcamlığı  –  qısa  vaxt  ərzində  həyata  keçirilməsi,  şagirdləri 
fəallaşdırması, təəccübləndirməsi, şagirdlərin motivasiyanın yaradılmasına cəlb 
edilməsi və s. deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, motivasiya – dərs 
ərzində  şagirdin  idrak  fəallığına  təkan  verən  proses  olub,  dərsin  vacib 
komponentidir.  Onun  yaradılması  və  həyata  keçirilməsi  o  qədər  də  asan  iş 
olmayıb, dərsin nəticəsi onun müvəffəqiyyətlə həyata keçirilməsindən asılıdır. 
Motivasiyanı  yaradan  amillərəaiddir:müxtəlif  fərziyyələr  yaradan 
problem  situasiya,obyektin  fərqli  xüsusiyyətləri  (qeyri-aidlik,  sərbəst  düşüncə 
və maraq yaradan olması),tədqiqat imkanına malik olması,yaradıcılıq imkanının  
mövcudluğu və s. 
Motivasiyanın  yaradılmasında  İKT  müəllimin  əsas  köməkçisi  rolunu 
oynaya  bilər.  Motivasiyanın  videogörüntülərlə,  elektron  dərs  vəsaitlərindən 
fraqmentlərin,  animasiyaların  verilməsi  ilə  təşkili  şagirdlərin  idrak  fəallığını 
artırır.  Şagirdlər  İKT-dən  istifadəyə  meylli  olduqlarından  motivasiyanın 
təşkilində  texniki  vasitələrdən  istifadə  edilməsi  daha  uğurlu  alınır.  Müəllim 
motivasiya  yaradarkən  şagirdlərin  maraq  və  meyllərini  də  nəzərə  almalıdır. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
95 
İKT-dən  istifadə  edilməsi  ilə  motivasiyanın  yaradılmasında  şagirdlərin  də 
fəaliyyətinə yer verilə bilər (4.s.120). 
Dərsin digər mərhələlərində olduğu kimi motivasiya mərhələsində də bir 
sıra səhvlərə yol verilir.Müəllim motivasiya qismində real problem əvəzinə bir 
həll  variantı  olan  çalışmadan  istifadə  edir.  O,  yadda  saxlamalıdır  ki,  idrak 
motivasiyasını doğuran mexanizm – problemdir. Heç bir vəchlə adi çalışmanın 
(bir  həll  variantı  olan)  problemlə  yəni,  müxtəlif  fərziyyələri  və  həll  
variantlarını  doğuran  ziddiyyətlə  qarışıq  salmaq  olmaz.  Məhz  çalışma  və 
problem  arasında  bu  böyük  fərqi  görə  bilməmək  son  nəticədə  motivasiyanın 
alınmamasına  səbəb  olur.  Müəllim  motivasiya  qismində  real  problem  əvəzinə 
həvəsləndirici  informasiyadan  (maraqlı,  cəlbedici)  və  ya  onun  təqdimatı 
üsullarından  (oyun,  rəngbərəng  şəkil)  istifadə  edir.Həvəsləndirici  material 
şagirdlərdə nə qədər maraq oyatsa da, o yalnız şagirdlərin qeyri-iradi diqqətini 
cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və fəallaşdıra bilmir. Hətta çox 
da cəlbedici olmayan, lakin problem xarakteri daşıyan material ilə müqayisədə 
idrak  motivasiyasını  dahaçox  fəallaşdırmağa  və  bütün  dərs  ərzində  lazımi 
səviyyədə saxlamağa qabildir. 
Biologiya müəllimi motivasiyanın xüsusiyyətlərini, onun ikili xarakterini, 
mərhələlərini,  tədqiqat  sualını  müəyyənləşdirilməsi  qaydalarını,  motivasiyanın 
yaradılmasına təsir edən amilləri yaxşı bilməli, onlara istinad edərək şagirdlərin 
idrak  fəaliyyətinə  müsbət  təsir  edən  motivasiya  yaratmalıdır.  Motivasiyanı 
yaradarkən  İKT-nin  imkanlarından  istifadə  etməyi  bacarmalıdır.  Eyni 
xarakterli,  oxşar  suallar  əsasında,  bir-birinə  bənzəyən  motivasiya  yaradıldıqda 
şagirdlərdə  o  qədər  də  maraq  oyatmır,  əksinə  bəzən  onları  belə  motivasiyalar 
bezdirir  və  ya onlar üçün tanış olduğundan suallar asanlıqla cavablandırılır  və 
tədqiqat  xarakterindən  uzaqlaşır.  Ona  görə  də  müəllim  hər  dərs  üçün  yeni, 
maraqlı,  tədqiqat  xarakterli,  həyatla  əlaqəli,  təkrarlanmayan  motivasiyanın 
yaradılmasına səy göstərməlidir. 
 
İstifadə olunan ədəbiyyat
1.
 
Veysova  Z.  Fəal  təlim  metodlarına  giriş  kursu.  Bakı  “Meqa-print” 
MMC. 2004.  
2.
 
Veysova Z. Fəal/interaktiv təlim (müəllimlər üçün vəsait), Bakı, 2007. 
3.
 
Abdullayeva  Ş.  və  b.  İnsan  hüquqlarının  tədrisi  (müəllimlər  üçün 
metodik vəsait). Bakı, 2003.  
4.
 
Hacıyeva  H.  və  b.  Ümumtəhsil  məktəblərində  biologiyanın  fəal  təlim 
metodları ilə tədrisi metodikası. (metodik vəsait), Bakı, 2014. 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə