Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   2   3   4   5   6   7   8   9   ...   52

 
Təhsildə İKT 
2 
E.F.Səfərova, G.E.Qurbanova 
Ümumtəhsil məktəblərində biologiyadan ümumiləşdirici dərslərdə ekspert təlim 
sistemlərindən istifadə imkanları ..............................................................................76 
H.M.Hacıyeva, G.E. Məmmədova 
Ümumtəhsil məktəblərində biologiyanin tədrisində fəndaxili və fənlərarasi 
inteqrasiyanin tədqiqində elektron təlim sistemlərinin rolu .......................................82 
N.M.Babayeva 
Biologiya dərslərində İKT vasitəsilə motivasiyanın formalaşdırılması.....................90 
N.Ü.Bədəl-zadə 
Ümumtəhsil məktəblərində biologiya dərslərinin fənn kurikulumu  
əsasında təşkilində elektron təlim resurslarının rolu..................................................96 
Q.V.Məhərrəmova 
Biologiyanın tədrisində İKT-dən istifadə etməklə bioloji proseslərə dair  
təcrübələrin öyrədilməsi ............................................................................................103 
 
KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
N.F.Həsənova 
Azərbaycanda təhsil sisteminin informatlaşmasında elektron resursların əmtəə 
dövriyyəsinin rolu .....................................................................................................109 
E.N.Allahverdiyeva 
Filoloji Tədqiqatlarda bədii mətn üzrə təhlilin aparılmasında semantik  
yanaşma metodu  .....................................................................................................116 
N.Əliyev 
İbtidai  siniflərdə  şagirdlərin  idrak  fəallığının  inkişafında  qeyri-standart  və  
əyləncəli  məsələlərin, kompüter oyunlarının  rolu .................................................122 
Halil AŞİRET 
9-cu sinifdə ''Maqnit hadisələri'' mövzusunun tədrisində interaktiv lövhədən 
istifadə .....................................................................................................................128 
M.A.Nəcəfov, G.Əliyeva 
VIII sinifdə riyaziyyat və informatika fənnləri arasında inteqrasiyanın   
realizasiyası .............................................................................................................133 
N.M.Xankişiyeva, S.S.Həmidov 
Məktəb informatika kursunda verilənlər bazası – anlayışı terminlərinin 
tətbiqinə dair............................................................................................................140 
S.M.İsayeva  
Tədris prosesində riyazi analiz məsələlərinin komputer həllinin metodiki 
xüsusiyyətləri............................................................................................................144 
 
YAZI QAYDALARI ...................................................................................148 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
3 
Mobil Təhsil  texnologiyaları: imkanlar, perspektivlər 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
İ.B. Əhmədov 
“İKT Mərkəzi”nin direktoru 
pedaqoji elmlər namizədi, dosent 
 
 
 
Xülasə 
Məqalədə  dünyada  gedən  qloballaşma  prosesləri  fonunda  ali  təhsilin  inkişaf 
tendensiyalari və dəyişən paradiqmalari təhlil edilmişdir 
 
Аннотация 
В  статье  анализируется  рассматриваются  глобальные  тенденции  и 
изменения  парадигм  в  высшем  образовании        в  связи  с  формированием 
информационного общество  
 
Abstract 
Global  tendencies  and  paradigms  changes  in  higher  education  have  been 
touched upon here. Have been analyses in this article. 
 
 
Məlum  olduğu    kimi    Azərbaycan  Respublikası  Prezidentinin  “Milli 
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca 
istiqamətləri”nin təsdiqi  və  bundan  irəli gələn  məsələlər  haqqında” Sərəncamı 
ilə  müəyyən  edilmiş  vəzifələrin  icra  edilməsi  məqsədilə    “Azərbaycan 
Respublikasında  telekommunikasiya  və  informasiya  texnologiyalarının 
inkişafına  dair  Strateji  Yol  Xəritəsi”  (bundan  sonra  –  Strateji  Yol  Xəritəsi) 
hazırlanmışdır.    Bu  sənədində    qeyd    edilən  tədbirlərin    reallaşması  ölkədə 
təhsilin,  informasiya cəmiyyətinin, insan kapitalının, elmtutumlu iqtisadiyyatın   
inkişafına güclü impuls  verə bilər.  
 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
4 
Bu  sənəddə  qeyd  edildiyi    kimi    İKT  bacarıqlarının  inkişafı  və  təhsil 
sistemində  İKT-dən  istifadə  insanların  həyat  keyfiyyətini  və  iqtisadiyyatın 
məhsuldarlığını  yüksəltməklə,  qlobal  miqyasda  Azərbaycan    iqtisadiyyatının 
rəqabət qabiliyyətinin daha da artmasına zəmin yaradır. Təhsil sistemində  İKT-
dən  səmərəli  istifadənin  təmin  edilməsi  üçün  təhsil  informasiya  sisteminin 
formalaşdırılması müsbət nəticələr verəcəkdir. Ümumilikdə, təhsil informasiya  
sistemi dedikdə, əlaqəli, qarşılıqlı istifadə edilə bilən və təhsil müəssisələrində 
tədrisin  səmərəli  təşkili  ilə  onların  daha  effektiv  idarə  edilməsinin 
dəstəklənməsinə  kömək  edən    komponentlərin    məcmusu  başa  düşülür.  
Sistemin  məqsədi  təhsil  müəssisələri  arasındakı  rabitə    əlaqəsinin 
asanlaşdırılmasından, elektron hökumət üçün uyğunluğun təmin edilməsindən, 
sənədləşmələr    zamanı  kağız  daşıyıcılardan  mümkün  qədər  imtina  edilərək, 
informasiya  mübadiləsinin avtomatlaşdırılmasından ibarətdir. Bununla yanaşı, 
təhsil  informasiya    sistemi  vasitəsilə  təhsil  müəssisələrinə  qəbul,  tədris 
materiallarının  mövcudluğu  və    idarəedilməsi  üzrə  prosedurlar  da  daha 
keyfiyyətlə idarə olunur. Azərbaycanda təhsil informasiya sisteminin tətbiqi ilə 
müxtəlif  tərəflər  arasında  fəaliyyətlərin  daha  mükəmməl  əlaqələndirilməsi 
mümkün olacaqdır.    
"Azəbaycan  Respublikasında  telekommunikasiya  və  informasiya 
texnologiyalarının  inkişafına  dair  strateji  yol  xəritəsi"ndə      qeyd  edilir  ki,  
Azərbaycanda  rəqəmsal  təhsil  konsepsiyası  hazırlanacaq.      Rəqəmsal  təhsil 
sahəsində atılacaq addımlardan biri də bütün məktəblərin elektron təhsillə əhatə 
olunmasıdır.  Bunun  üçün  artıq  ilkin  işlərin  görülməsi  başa  çatıb.  Növbə  bu 
sistemi bütün məktəblərdə vahid mərkəzdən idarə olunmaqla tətbiq etməkdədir.  
Rəqəmsal  təhsilin    ali  təhsil  sistemində    reallaşması    isə    xarici  ölkələrdəki 
onlayn  pulsuz  kursların  təşkil  edilməsi    formasında    həyata    keçiriləcəkdir. 
Bundan  başqa  Yol  xəritəsində  bildirilir  ki,  təhsil  sahəsində  texnoloji  dəstəyi 
təmin  etmək  məqsədilə  təhsil  müəssisələrinin  aparıcı  şəxsləri  təhsil 
texnologiyaları  haqqında  davamlı  məlumatlandırılacaq,  təhsil  texnoloqlarının 
inkişafı  üçün  tədbirlər  dəstəklənəcək  və  bu  fəaliyyətlər  çərçivəsində 
təkmilləşdirmə  kursları  təşkil  ediləcək.    Bu    mənada      təhsil    işçilərinin  
maarifləndirilməsi  üçün    pedaqoji    nəşrlərdə    seriya    məqalələrin  dərci  
məqsədəuyğun  olarda.    Bu    məqalə    elektron  təhsilin    son    nailiyyətlərindən 
hesab edilən Mobil Təhsil  texnologiyalarına  həsr edilmişdir.   


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə