Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   2   3   4   5   6   7   8   9   10   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
16 
Məktəb riyaziyyatı məsələlərinin həllində alqoritmin blok- sxem 
təsvir dilinin təlimi metodikası 
 
 
Gəncə Dövlət Universiteti 
K. Qaybalıyeva 
Magistrant 
 
 
Xülasə 
Məqalədə məktəb riyaziyyatı məsələlərinin həllində blok- sxem təsvir dilinin təlimi 
metodlarının istifadə edilməsinin didaktik təhlili aparılır. 
Baxılan  tədqiqatda  ,  blok-  sxem  təsvir  dilinin  təlimi  metodlarının  didaktik 
təhlilində, riyaziyyat kursuna istinad olunmuşdur. 
 
Аннотация 
В  статье  рассмотрены  вопросы  дидактического  анализа,  связанные  с 
развитием  пространственного  представления    в  преподавании    математики 
посредством блок-схем  
В  целом  в  статье  показаны  конкретные  пути  для  развития  этих 
представлений в преподавании  математики, посредством блок-схем.  
 
Abstract 
The  article  reviewed  didaktikal  analysis        training  process  ,of    the      schools 
mathematical , with blok-sxem training method  . 
This  research  examined  the  use  of  visual-spatial  representation  while  solving 
mathematical problems in the education prosess, with blok-sxem training method .  
 
Açar sözlər: təlim metodu, tədris process, riyaziyyat 
Ключевые  слова:  математика,  процесс  преподавания,  метод 
преподавания 
Key words: training process,   method   education, mathematic 
 
 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
17 
Proqramlaşdırılmanın  öyrənilməsi  məktəb  riyaziyyat  kursunu  praktik 
fəaliyyətlə  yaxınlaşdırır  və  riyaziyyatın  ayrı-ayrı  bölmələrinin  inkişaf 
perspektivlərini 
göstərir. 
Alqoritmləşdirmə 
elementləri 
ilə 
məktəb 
riyaziyyatının  məzmunu  arasında  münasibətlərin  metodik  reallaşması 
alqoritmin  blok  sxem  təsvir  dilinin  təliminin  əsas  məqsədidir.  Məktəb 
məsələlərinin  həllində  blok-  sxem  təsvir  dilinin  məzmunu  və  təlimi 
metodlarının  səmərəli  istifadə  edilməsi  üçün  5-9-cu  siniflərin  riyaziyyat 
kursuna istinad olunmuşdur. 
Şagirdlərin  alqoritmik  mədəniyyətinin  formalaşmasında  alqoritmlərin 
yazılmasının dil vasitələri ( sözlərlə geniş yazılış forması, hesablama sxemləri, 
cədvəl  və  ya  blok-sxem  forması)  əsas  rol  oynayır.  Tədris  prosesində  tətbiq 
edilən  “alqoritmin təsvir dili”müasir  alqoritmik  mədəniyyətin tam  və səmərəli 
formalaşmasının real imkanlarını göstərir. 
Bu  məqsədlə  bizim  tədqiqatda  məktəb  riyaziyyat  kursu  məsələlərinin 
həllində özünün əyaniliyi və əsasən asan qavranılması ilə alqoritmin digər təsvir 
vasitələrindən  fərqlənən  blok-  sxem  təsvir  vasitəsinə  üstünlük  verilmişdir. 
Blok-  sxem  dilində  alqoritmin  təsvir  metodları  və  vasitələrinə  yiyələndikdə 
bütün məktəb riyaziyyatı məsələlərinin həlli gedişini göstərmək olar. 
Alqoritmin  blok-sxem  təsvir  dili  digər  təsvir  üsullarından  aşağıdakı 
imkanlarına görə üstündür: 
1.
 
Alqoritmlərin  blok-sxem  dilində  təsviri  şagirdlərdə  xüsusi  hazırlıq 
tələb etmir; 
2.
 
Blok-sxem dilində məktəb məsələləri həllinin gedişini əyani, ayrı-qyrı 
bloklarla, həll prosesini tam əhatə etməklə göstərmək olar; 
3.
 
Şagird  blok-sxem  dilinə  sərbəst  yiyələnərsə  onda  bu  kursun  tətbiqi 
istiqamətini  alqoritm  və  onun  xassələri  haqqında  təsəvvürlərin 
dərinləşməsi  baxımından  gücləndirir.  Məhz,  xətti,  budaqlanan,  dövri 
proseslərin yazılışında praktik biliklərin dərinləşməsi baş verir; 
4.
 
Blok-sxem  dilində  yalnız  hesablama  prosesləri  deyil,  həm  də  qeyri  
hesablama prosesləri əyani təsvir edilə bilər; 
5.
 
Blok-sxem dili  şagirdlərin  bir  hissəsi üçün gələcəkdə  özünün praktik 
fəaliyyətində 
maşın  dilində  proqramların  tərtibində  istifadə 
olunmasına real imkanlar yaradır. 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
18 
Bu  imkanlardan  istifadə  edərək  bizim  tədqiqatda  alqoritmlərin  təsvir 
vasitələri  və  dillərinə  yiyələnmək  üçün  məktəb  riyaziyyatının  məzmunu  və 
metodlarına blok-sxem dilinin tətbiqinə təşəbbüs göstərilir. 
Blok- sxem dilinin istifadəsi üzrə tədqiqatın əsas məqsədi onun məktəb 
riyaziyyat  kursunda  onun  yerinin  müəyyən  edilməsidir.  Blok-sxem  təsvir  dili 
təhsilin məzmununu sadələşdirir, məktəb riyaziyyatını əyani və korrekt edir. 
Məktəb  riyaziyyatına  alqoritmləşdirilməsinin  daxil  edilməsi  aşağıdakı 
müddəaların yerinə yetirilməsini nəzərdə tutur: 
1.
 
Alqoritmləşdirmə  təlimi  məktəb  riyaziyyatını  daha  yaxşı  öyrənmək 
üçün aparılır; 
2.
 
O, peşəkar proqramçılar hazırlamaq məqsədi daşımır; 
3.
 
Məktəb  kursunda  maksimum  dərəcədə  alqoritmik  imkanlardan 
istifadə olunur; 
4.
 
Proqramlaşdırmadan bütün səviyyələr çıxarılır. 
Alqoritmləşmənin bəzi səciyyəvi xüsusiyyətləini göstərək. 
Alqoritmləşmə  təlimi  –alqoritmik  əmrləri  tərtib  etmə  bacarıqlarının 
təlimidir.  Elmi-  texniki  tərəqqinin  təsiri  ilə  alqoritmləşdirmə  metodları 
haqqında  ilkin  təsəvvürlərlə  birlikdə  verilənlərin  təşkili  və  işlənilməsi  ümumi 
məktəb təhsilinin  məzmununa ciddiyyətlə  nüfuz edir. Aşağıdakı  vəziyyət buna 
güclü təsir göstərir: 
a)
 
Bu sahənin biliklərinin ümumtəhsil əhəmiyyətinin artması; 
b)
 
Bu sahənin bir sıra mühüm məsələlərinin məktəbdə öyrənilməsi üçün 
başa  düşülən  olması.  Güman  etməyə  əsas  vardır  ki,  alqoritmləşmə 
haqqında  ilkin  təsəvvürlər  və  onunla  əlaqədar  məsələlər  zaman 
keçdikcə  bu  gün  aktual  hesab  edilən  ənənəvi  məktəb  riyaziyyatının 
bəzi  bölmələrindən  daha  mühüm  əhəmiyyət  kəsb  edəcəkdir. 
(M.P.Larçik....) 
Yuxarıda  deyilənlərlə  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  EHM  üçün 
proqramlaşdıma  məktəb  riyaziyyatının  məzmununa  blok-sxem  dilinin  intensiv 
nüfuz  etməsi  üçün  yol  açmışdır.  Məktəb  riyaziyyatında  blok-sxem  dilinin 
istifadəsi  riyaziyyat  məsələlərinin  həlli  üçün  riyazi  biliklərin  daha  yaxşı 
mənimsənilməsi və onların istehsalatda tətbiqləri üçün böyük imkanlar yaradır.  
Məktəb  riyaziyyatında  blok-sxem  dilinin  öyrənilməsi  təlim  prosesində 
alqoritmik xəttin reallaşmasına kömək edir. Blok- sxemlər alqoritmlərin təsviri 
üçün  daha  sadə  olduqlarından  onları  məktəb  riyaziyyatı  məsələlərinin  həlində 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə