Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
84 
ədəbiyyat,  tarix,  astronomiya,  texnologiya,  fiziki  tərbiyə  kimi  fənlərlə 
əlaqələndirilməsinə imkan verir. Bu baxımdan biologiya fənnini inteqrativ fənn 
adlandlrmaq  olar.  Belə  əlaqəli  tədris  biologiya  fənninin  öyrədilməsi 
effektivliyini artırır.  
Fənlərarası  əlaqəni  həyata  keçirən  müəllim  bir  sıra  məsələləri  tədrisdə 
nəzərə  almalıdır.  O,  bilməlidir  ki,  fənlərarası  və  fəndaxili  əlaqələr  illik 
planlaşmada  nəzərə  alınmalı  və  öz  yerini  tapmalıdır.  Bunun  üçün  aşağıdakı 
məsələlərə diqqət edilməlidir: 

 
Bir-biri ilə üzvi əlaqədə olan fənlərin mövzuları aydınlaşdırılmalı, 
onların tədrisi vaxtı müəyyən edilməli; 

 
Əlaqədə  olan  mövzuların  məzmunu  öyrənilməli,  təkrarlar 
aşkarlanmalı; 

 
Şagirdlərin mövzu ətrafındakı biliklərində digər fəndən keçdikləri 
məsələlər, həyatı biliklər nəzərə alınmalı; 

 
Fənlərarası  əlaqəyə  dair ortaq  əyaniliklər  hazırlanmalı,  yaxud  hər 
fənnin mövzularına dair əyaniliklər sinfə gətirilməli; 

 
Fənlərarası əlaqənin təşkilində şagirdlərə müstəqillik verilməli; 

 
Fənlərarası  əlaqənin  yaradılmasına  imkan  verən  laboratoriya 
məşğələləri, təcrübələr təşkil edilməli; 

 
Fənlərarası  əlaqənin  təşkili  dərsin  hər  bir  mərhələsində  həyata 
keçirilməli; 

 
Fənlərarası  əlaqənin  yaradılması  mövzunu  çətinləşdirməməli, 
əksinə dərk etməni, mənimsəməni asanlaşdırmalıdır. 
Fənlərarası  əlaqə  fənnin  tədrisi  ardıcıllığı,  sistematikliyi  qorunmalı, 
şagirdlərin  məntiqi,  tənqidi  və  yaradıcı  təfəkkürünün  inkişafında,  anlayışların 
dərk  olunmasında,  qarşılıqlı  əlaqədə  olan  obyekt  və  hadisələrin  kompeks  dərk 
edilməsində mühüm əhəmiyyətə malikdir.  
Fənlərarası  və  fəndaxili  inteqrasiyanın  göstərilən  üstünlüklərini  nəzərə 
alaraq  fənn  kurikulumlarında  ona  əsaslı  yer  verilmişdir.  Biologiya  fənn 
kurikulumunda  fənlərarası  inteqrasiya  nəzərə  alınmış,  fənnin  digər  fənlərlə 
əlaqə  imkanları  aşkara  çıxarılmışdır.  Fənnin  məzmununun  mənimsənilməsinə 
kömək  edən  coğrafi,  kimyəvi,  fiziki,  riyazi,  texnoloji,  həyat  bilgisi  ilə  bağlı 
anlayışların  əlaqəli  öyrədilməsinin  əhəmiyyəti  əsaslandırılır.  Göstərilir  ki, 
maddi  gerçəkliyin  tərkib  hissəsi  olan  canlılar  aləminin  tərkibi  kimyəvi 
maddələrdən  təşkil  olunmuşdir.  Canlı  orqanizmlərdə  baş  verən  proseslər  də 
fizikanın  və  kimyanın  qanunlarına  əsaslanır.  Canlılar  coğrafi  mühitdə 
yayıldıqlarından  daim  mühitin  təsirləri  ilə  qarşılıqlı  əlaqədə  olurlar.  Bioloji 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
85 
obyekt və hadisələrin real dərk olunmasında adları çəkilən fənlərlə yanaşı riyazi 
hesablamaların  aparılması,  diaqramların  qurulması,  məlumatların  toplanması, 
təqdim  edilməsi,  tarixi  inkişafın  öyrənilməsinin  də  əhəmiyyəti  böyükdür.  Elə 
buna  görə  biologiyanın  məzmunu  hazırlanarkən  ayrı-ayrı  fənlərlə  əlaqə 
imkanları nəzərə alınmışdır. (1, s.21). 
Fənlərarası  əlaqənin  həyata  keçirilməsi  dərsin  vaxtından  səmərəli 
istifadə  edilməsinə  şərait  yaradır, şagird tədqiqatlarından  müsbət nəticələr  əldə 
etməyə, obyekt və hadisəni tam olaraq öyrənməyə zəmin yaradır.  
Fənn kurikulumunda fəndaxili və fənlərarası əlaqənin sistemə salınması, 
cədvəllə  ümumiləşdirilməsi  müəllimlərin  işini  xeyli  asanlaşdırmışdır.  (1.s.22-
26). Orada fəndaxili əlaqə məzmun standartları əsasında verilmiş, standart tam, 
açıq  yazılmışdır.  Digər  fənlərlə  əlaqə  isə  yalnız  məzmun  standartının  nömrəsi 
verilməklə  işlənilmişdir.  Bu  cür  ümumiləşdirmə  müəllimin  işini  bir  qədər 
çətinləşdirir.  Çətinliyin  aradan  qaldırılması  üçün  müəllim  illik  planlaşdırmada 
inteqrasiya  xanasını  iki  hissəyə  bölməli,  birinə  fəndaxili,  digərinə  fənlərarası 
yazmalıdır.  Fəndaxili  inteqrasiya  xanasında  siniflər  üzrə  mövzuların  adının 
göstərilməsi  məsləhətdir.  Fənlərarası  inteqrasiya  hissəsində  də  standartlar 
əsasında  mövzuların  adının  verilməsi  çox  faydalıdır.  Çünki  müəllim  gündəlik 
planlaşdırmada tədris edəcəyi mövzunun əlaqələnəcəyi mövzuları dərsliklərdən 
asanlıqla tapır və əlaqə elementlərini əldə edir. Belə bir illik və gündəlik tədris 
planı  müəllimə  dərsdə  mövzunun  tədrisindəinteqrasiya  yaratmasına  düzgün 
istiqamət  verir.  Bu  baxımdan  biologiyaya  daha  yaxın  olan  kimya  və  fizika  ilə 
əlaqə imkanlarına nəzər salınması fikir aydınlığına səbəb olar. Çünki biologiya 
və  kimyanın  anlayışları,  qanun  və  qanunauyğunluqları  sıx  əlaqədədir.  Onlar 
həmin  əlaqədə  də  şagirdlərə  öyrədilməlidir.  Biologiyanı  kimyasız,  fizikasız 
tədrisi  şagirdlərin  biliklərində  də  yarımçıqlıq  yaradır,  boşluqlara  səbəb  olur. 
Obyekt  və  hadisələr  tam  əhatə  oluna  bilmir.  Fənnin  məzmunu  kimya  ilə 
əlaqələndirilməklə  yanaşı,  həyatla,  istehsalatla  əlaqələndirildikdə  şagirdlər 
mövzunun  öyrənilməsi  əhəmiyyətini  dərk  edərək  ona  şüurlu  və  məsuliyyətlə 
yanaşırlar.  
Fənlərarası  əlaqənin  müxtəlif  növləri  müxtəlifdir.  Biologiyanın  kimya 
ilə əlaqələndirilməsində daha çox istifadə edilənlər aşağıdakılardır (2. s.8-10) 
1.
 
Quruluş əlaqəsi. Hər iki fənnin ayrı-ayrı mövzularının müəyyən qayda ilə 
düzülməsinə  əsaslanır.  Öyrədilən  biliklər  digər  fənlərin  mövzularını 
öyrədərkən  istifadə  olunur.  Məsələn,  kimyadan  üzvi  kimya  mövzuları 
keçilir.  Biologiyadan  hüceyrənin  üzvi  tərkibi  keçilərkən  şagirdlərin 
kimyadan öyrəndikləri üzvi maddələrə dair məsələlərə istinad edilir. Ona 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə