Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
80 
pedaqoji  texnologiyaların  tətbiqi  ilə  keçirildikdə  şagirdlər  ümumiləşdirmənin 
mahiyyətini  və  əhəmiyyətini  dərk  edirlər.  Оbyektvə  hadisələr  arasındakı 
oxşarlıqları,  fərqləri  müəyyənləşdirməyi,  müqayisə  etməyi  öyrənir,  tədqiqatlar 
apararaq ümumi bir nəticə çıxarmağa alışırlar. 
Ümumiləşdirici  dərslərdə  fənlərarası,  fəndaxili,  həyat  və  istehsalatla 
əlaqə, xüsusilə inteqrasiya prinsipindən istifadə reallaşır, biliklər arası rabitələr, 
məntiqi  əlaqələr,  asılılıqlar  bərpa  olunur,  materialın  tamlığı  təmin  edilir, 
biliklərin inkişafına zəmin yaranır. 
Ümumiləşdirici  dərslərin  sistem  halında  müasir  tələblər  baxımından 
təşkili  şagirdlərdə  mövzu,  bəhs,  fənn  daxilində  ümumilikdə  təbiət  elmləri 
arasında  ümumiləşdirmələr  aparmaq  bacarıqlarını  inkişaf  etdirir.  Şagirdlərin 
təbiət  qanunlarını,  hadisələrini  dərk  etməsinə,  onlarda  elmi  dünyagörüşün 
formalaşmasına,  bilik  və  bacarıqların  inkişafına,  həyata,  peşələrə 
hazırlanmalarına əsaslı təsir göstərir.  
Ümumtəhsil  məktəblərində  biologiyadan  ümumiləşdirici  dərslərin 
müasir  tələblər  baximindan  təşkilində  ikt-dən  istifadə  ,bioloji  biliklərin 
inkişafına zəmin yaratmışdır. 
Məxsusi olaraq, ümumtəhsil məktəblərində biologiyadan ümumiləşdirici 
dərslərin  müasir  tələblər  baximindan  təşkilində  elektron  təlim  vasitələrinin,  o 
çümlədən  ekspert  təlim  sistemlərinin  tətbiqi    tələbələrin  aktiv  tədqiqatçiliq 
bacariqlarinin  inkişafına   geniş imkanlar açır.  
Məlumdur ki, elektron təlim vasitələri aşagıdakı növlərə bölünür:  

 
intellektual təlim sistemləri, 

 
avtomatlaşdırılmış təlim sistemləri 

 
ekspert təlim sistemləri,  

 
elektron məşqci 

 
elektron dərslik  

 
elektron təlim oyunları  
Ekspert  təlim  sistemləri  –  mütəxəssislər  tərəfindən  konkret  fənn 
sahələrində  yığılan  biliklərin  əsasında,  evristik  məsələləri  həll  etmə  imkanı 
yaradır. 
Ekspert  təlim  sistemləri  biliklər  bazasından,  alt  şərhlər  sistemindən, 
bilik əldə edilməsi alt sistemindən və interfeys alt sistemindən ibarətdir.  
Ekspert  təlim  sistemlərində  simvolik  təmsil  üsullarından,  simvolik 
nəticələrdən və evristik həll axtarışlarından  istifadə olunur.  
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
81 
 Bu  təlim  sisteminin  fərqlənən  cəhəti  tələbələrin  aktiv  tədqiqatçiliq 
bacariqlarinin, sərbəst fəaliyyətinin evristik səviyyədə idarəsidir. 
Ekspert  təlim  sistemlərinin  ümumtəhsil  məktəblərində  biologiyadan 
ümumiləşdirici  dərslərin  müasir  tələblər  baximindan  təşkilində    istifadə 
olunması,bioloji biliklərin inkişafına   geniş imkanlar açır.  
 
İstifadə olunan ədəbiyyat
1.
 
Seyidli Y., Əhmədbəyli X., Əliyeva N. Biologiya-6. Ümumtəhsil məktəblərinin 
6-cı sinfi üçün dərslik. Bakı, 2013, 160 s. 
2.
 
Məmmədova  N.,  Həsənova  B.,  Fətiyeva  L.  Biologiya-8.  Ümumtəhsil 
məktəblərinin 8-ci sinfi üçün dərslik. Bakı, 2015, 173 s. 
3.
 
Seyidli Y., Əhmədbəyli X., Əliyeva N. Biologiya-7. Ümumtəhsil məktəblərinin 
7-cı sinfi üçün dərslik. Bakı, 2014, 144  s. 
4.
 
Seyidli Y., Əhmədbəyli X., Əliyeva N. Biologiya-9. Ümumtəhsil məktəblərinin 
9-cu sinfi üçün dərslik. Bakı, 2016, 173 s. 
5.
 
Azərbaycan  Respublikası  Ümumtəhsil  məktəbləri  üçün  biologiya  fənn 
kurikulumu, Bakı, 2013. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
82 
 
Ümumtəhsil məktəblərində biologiyanin tədrisində fəndaxili və 
fənlərarasi inteqrasiyanin tədqiqində elektron təlim 
sistemlərinin rolu 
 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Hacıyeva Həqiqət Məhəmmədhacı qızı 
ADPU-nun Biologiyanın tədrisi metodikası kafedrasının dosenti,  
pedaqogika üzrə fəlsəfə doktoru 
 
Məmmədova Günel Eldəniz qızı ADPU-nun Biologiyanın tədrisi  
metodikası kafedrasının magistrantı, əyani I kurs 
 
 
Xülasə 
 
Məqalədə  biologiyanın  tədrisində  elektron  təlim  vasitələrinin  rolu  
aydınlaşdırılmışdır. 
 
Аннотация 
В  данной  работе  исследованы  особенности  методики  применения 
электронных средств обучения, в преподавании биологии .  
 
Аbstract 
 
T
he article is devoted to the  teaching  method  means of the 
electronic  trainig  
technology     on the biology teaching. 
  
Açar sözlər: biologiyanın tədrisi , elektron təlim vasitələri 
Ключевые  слова:  электронныe  средств  обучения,      преподавании 
биологии.  
Key words: elektron technology training means, biology training 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
83 
 
Təhsildə  kurikulum  islahatına  keçdiyimiz  indiki  dövrdə  fənlərin 
qarşılıqlı  əlaqədə  tədrisi  əsas  məsələlərdəndir.  Çünki  fənn  kurikulumlarının,  o 
cümlədən  biologiya  kurikulumunun  başlıca  məqsədlərindən  biri  fəndaxili  və 
fənlərarası  inteqrasiyanın  tədrisdə  tətbiq  edilməsidir.  Tədrisdə  inteqrasiyanın 
təşkili dünyanı və özünü dərk edə bilən aydın təfəkkürə, geniş dünyagörüşünə 
malik  şəxsiyyətin  formalaşmasında  mühüm  amillərdən  biridir.  Şagirdlərdə 
dünyanın  tam,  bütövlüyü,  həyatda  maddi  və  mənəvi  nə  varsa,  bir-biri  ilə 
qarşılıqlı  əlaqədə  olması  təsəvvürünün  yaradılması  fəndaxili  və  fənlərarası 
inteqrasiyanın təşkilini tələb edir. 
Biologiya  kurikulumunda  məzmun  botanika,  zoologiya,  insanın 
anatomiya, fiziologiya və gigiyenası, ümumi biologiya və s. sahələr üzrə deyil, 
məzmun  xətləri  və  standartları  əsasında  verilmişdir.  Biologiyanın  məzmunu 
canlıların quruluşu və müxtəlifliyi; Bioloji proseslər; İnsan və onun sağlamlığı; 
Canlılar  və  ətraf  mühit  kimi  məzmun  xətləri  üzrə  işlənməsi  onun  tədrisində 
fəndaxili  və  fənlərarası  əlaqənin  həyata  keçirilməsinə  geniş  imkanlar  açır. 
Şagirdlər  tərəfindən  canlılar  aləmini  və  bütövlükdə  dünyanı  bir  sistem  kimi 
qavranılmasını təmin edir. (1. s. 6). 
Təbiət və cəmiyyətdə, insanların şüurunda baş verən dəyişmələrə uyğun 
təlim-tərbiyə  sistemi  yaratmaq  istəyi  fənlərin  əlaqəli  tədrisini  daim 
aktuallaşdırmışdır.  Ona  görə  də  müxtəlif  mütəfəkkirlər,  elm  adamları 
fənlərarası  əlaqələr  barədə  faydalı  fikirlər  söyləmiş,  onun  daha  səmərəli 
təşkilinə dair təkliflər irəli sürmüşlər. 
 
Görkəmli  çex  pedaqoqu  Y.A.Komenski  fənlərarası  əlaqəyə  dair 
demişdir ki, “Əlaqəli olan hər şeyi və hər yerdə birlikdə götürmək lazımdır” (3, 
s.94).  O,  təbiət  hadisələri  arasındakı  əlaqələri  dərslərdə  nəzərə  almağı, 
şagirdlərə öyrətməyi məsləhət görürdü. 
Fənlərin  qarşılıqlı  və  çoxtərəfli  əlaqəli  tədrisi  ideyasının  elementlərini 
irəli  sürən  A.Disterverq qeyd etmişdir ki, qohum  fənlərin əlaqəli tədrisi  bütün 
əlaqələndirilən fənlərin sistemli və əsaslı öyrənilməsini təmin edir” (3, s. 94). 
Rus  pedaqoqu  K.D.Uşinski:  “bütöv  dünyagörüşü”  formalaşdırmağın 
əsas  yolu  tədris  fənlərinin  qarşılıqlı  əlaqəli  tədrisidir  demişdir.  O,  7  növ 
assosativ qarşılıqlı  əlaqədən  bəhs etmişdi. Onlara  əksliklər, oxşarlıqlar, zaman 
ardıcıllığı, məkan elmiliyi üzrə tətbiq, mühakimə əlaqəsi, ürək hissyyatı, inkişaf 
üzrə əlaqələri aiddir. (3. s. 94). 
Biologiyanın  məzmunu  ona  yaxın  olan  kimya,  fizika,  riyaziyyat, 
coğrafiya,  həyat  bilgisi  ilə  yanaşı  digər  o  qədər  də  yaxın  olmayan  ana  dili, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə