Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə28/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
77 
dərslər  üçün  müvafiq  tapşırıqlar  hazırlanmışdır.  Hər  fəslin  sonunda  onun 
mövzularının ümumiləşdirilməsi nəzərdə tutulur. 
  6-cı  sinfin  dərsliyində  mövzular  8  fəsil  üzrə  verilir,  hər  fəslin  sonunda 
ümumiləşdirici  tapşırıqların  həlli  nəzərdə  tutulur.  Birinci  fəsil  “Biologiyanın 
tədqiqat  obyektləri”  adlanır.  Vətənimizin  təbiəti,  Biologiya  canlı  orqanizmləri 
öyrənən  elmdir;  Canlı  orqanizmlərin  əsas  xüsusiyyətləri;  Canlıların  təsnifatı; 
İnsanın təsnifat sistemində  yeri, kimi  mövzuları  əhatə edir. Hər bir  mövzunun 
sonunda  öyrəndiklərinin  tətbiqi,  öyrəndiklərinin  yoxlanması,  öyrəndiklərinin 
ümumiləşdirilməsinə  dair  sual  və  tapşırıqlar  verilir.  Şagirdlərin  mövzunu 
mənimsəməsində, 
biliklərini 
ümumiləşdirərək 
nəticə 
çıxarmasında, 
öyrəndiklərini  yadda  saxlamasında,  həyatda  tətbiq  etməsində  belə  sual  və 
tapşırıqların  əhəmiyyəti  böyükdür.  Fəslin  sonunda  verilən  ümumiləşdirici 
tapşırıqların  həlli  də  şagirdlərin  materialı  ümumiləşdirmə  bacarığını  inkişaf 
etdirməklə  yanaşı  biliklərin  uzun  müddət  yadda  qalmasına,  həyatda  tətbiq 
etməsinə zəmin yaradır.  
Dərslikdə  2-si  fəsil  “Orqanizmlərin  hüceyrəli  quruluşu.  Toxumalar, 
orqanlar  və  orqanlar  sistemi”  adlanır  və  10  mövzu  üzrə  laboratoriya 
avadanlıqları,  birhüceyrəli  orqanizmlər,  hüceyrənin  quruluşu,  çoxalması, 
inkişafı,  bitki  və  heyvan  toxumaları,  orqanlar  və  orqanlar  sistemi  öyrədilir. 
Fəslin  hər  bir  mövzusunun  sonunda  müvafiq  sual  və  tapşırıqların  həlli  ilə 
ümumiləşdirmə  aparılır.  Sonda  9  sayda  ümumiləşdirici  tapşırıq  verilmişdir. 
Onlar aşağıdakılardan ibarətdir.  
1. Cümlələrdəki səhvləri taparaq onları doğru ifadələrlə əvəz edin: 

 
Sitoplazma hüceyrənin möhtəviyyatını təşkil edən bərk maddədir; 

 
 Bitki hüceyrəsində yerləşən yaşıl plastidlər leykoplastlar adlanır; 

 
 Daxilində hüceyrə şirəsi olan hüceyrə boşluğu nüvə adlanır; 

 
 Nüvə hüceyrənin daxili möhtəviyyatını təşkil edir; 

 
 Hüceyrə divarı özündə hüceyrənin irsi məlumatlarını saxlayır. 
2. Düzgün variantı seçin: 
a) Bakteriyalar prokatiotdur /eukariotdur;  
b) Bakteriyalar əlverişli /qeyri-əlverişli şəraitdə spor əmələ gətirir;  
c)  Digər  canlının  bədənində  yaşayan  bakteriyalar  parazit/saprofit 
bakteriyalar adlanır;  
d)  Bitki/heyvan  hüceyrəsində  olduğu  kimi,  bakteriya  hüceyrəsi  də 
hüceyrə divarı ilə əhatə olunmuşdur;  
e)  Əlverişli  şəraitdə  bakteriya  hər  20  dəqiqədən/hər  2-3  saatdan  bir 
bölünür. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
78 
3. Uşaqlar hansı canlılar haqqında danışırlar? 
Amyöb, volvoks, infuzor-tərlik, bakteriya 
a)
 
Cəmilə-  Yalançı  ayaqların  köməyi  ilə  hərəkət  edən  birhüceyrəli 
orqanizmdir. 
b)
 
Azər  –  Formalaşmış  nüvəsi  olmayan  birhüceyrəli  canlı  prokariotlara 
aiddir. 
c)
 
İlqar-  Koloniya  halında  yaşayan  camlı  çoxlu  sayda  qamçılı 
hüceyrələrdən ibarətdir. 
d)
 
Gülər- Bədən  forması ayaqqabı  içliyinə  bənzəyir. Onu  xaricdən örtən 
çoxsaylı kirpikciklərlə hərəkət edir.  
4. Boş yerlərə açar sözlərdən hansı uyğundur? 
 
A. 
Bitkilərdə 
əsasən_________________toxumanın 
hüceyrələri 
bölünür.  B.____toxumasının  əsas  funksiyasıorqanizmi  xarici  mühitin  zərərli 
təsirlərindən 
qorumaqdır. 
C.___ 
toxumanın 
hüceyrələrinin 
divarı 
oduncaqlaşmış  olur.  Bu  toxuma  bitkidə  və  onun  orqanlarında  dayaq  rolunu 
oynayır. D.Yarpaqləti və meyvələr əsasən____ toxumadan təşkil olunub.  
Açar sözlər: törədici, mexaniki, əsas, örtük. 
5.  Hansı  toxumalar  yalnız  heyvan  orqanizmləri  üçün  xarakterikdir?  Üç 
düzgün cavab seçin: 
A) mexaniki B) törədici C) sinir D) əzələ E) piy F) əsas 
6. Hansı toxuma orqanizmlərin xarici mühitlə əlaqəsini təmin edir? 
A) Əsas 
B) Ötürücü 
C) Mexaniki 
D) Örtük 
E) Törədici 
7. Lövhədəki şəkillərlə şagirdlərin cavablarını uyğunlaşdırın: 
Tənəffüs orqanları 
a) Böcək 
 
1. Gülər-Ağciyərlər 
b)
 
Balıq 
 
2. Azər- Traxeyalar 
c) İt 
 
 
3. İlqar –Qəlsəmələr 
8. Düzgün ifadələri seçin: 
1. Orqanlar sistemində ümumi işi yerinə yetirən orqanlar birləşir. 
2. Ürək, böyrəklər, ağciyər daxili orqanlardır. 
3. İfrazat sistemi orqanizmdə qaz mübadiləsini təmin edir. 
4. Orqanların uzlaşmış işini sinir sistemi təmin edir 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
79 
9.  Hansı  sırada  heyvanların  həzm  sisteminə  aid  olan  orqanlar 
göstərilmişdir? 
A) Böyrəklər, mədə, ağciyər 
B) Udlaq, qida borusu, mədə 
C) Mədə, bağırsaq, qəlsəmələr 
D) Sidik axarları, böyrəklər, udlaq 
E) Qida borusu, böyrəklər, bağırsaq 
Tapşırıqlara  diqqət  edildikdə  onların  şagirdlərin  fəslin  mövzularının 
mənimsənilməsində,  10  mövzunun  materialının  ümumiləşdirilməsində  böyük 
əhəmiyyət  kəsb  etdiyi  anlaşılır.Tapşırıqlar  müəllimin  ümumiləşdirici  dərsi 
aparmasına  kömək  edir,  ona  istiqamət  verir.  Sual  və  tapşırıqların  şagirdlər 
tərəfindən  müstəqil  həllinə  səy  göstərir,  onlara  lazım  gəldikdə  kömək  edir. 
Bütün  bunlar  təlimin  keyfiyyətini  yüksəldir,  şagirdlərdə  ümumiləşdirmə 
bacarıqlarını  inkişaf  etdirir,  obyekt  və  hadisələr  arası  məntiqi  əlaqələrin 
mənimsənilməsini asanlaşdırır. 
Lakin  dərslikdə  verilmiş  sual  və  tapşırıqlarda  bəzi  çatışmazlıqlar  vardır 
ki, onları müəllimlər nəzərə almalı və bir qədər təkmilləşdirməlidirlər. Belə ki, 
sual  və  tapşırıqların  hər  biri  aid  olduqları  mövzunu  əhatə  edir.  Onlarda 
mövzulararası,  fəsillərarası,  həyatla,  istehsalatla  əlaqələr  nəzərə  alınmamışdır. 
Müəllim ümumiləşdirici dərs üçün problemin həllinə dair bir, iki tapşırıq əlavə 
edə  və  ya  yenisini  qura  bilər.  Bunun  üçün  məntiqi  tapşırıqlardan,  problemli 
suallardan istifadə etmək olar.  
7-ci sinfin dərsliyi də eyni müəlliflər tərəfindən işlənildiyindən material 3 
bölmə, 8  fəsil üzrə  mövzularda əks olunmuşdur. Burada da hər  bir  mövzunun 
sonunda  iki,  üç  ümumiləşdirici  tapşırıq  verilir.  Hər  fəslin  sonunda 
ümumiləşdirici  tapşırıqlar  işlənilmişdir.  Mövzuların  və  fəslin  sonunda  verilən 
tapşırıqlar  6-cı  sinifdə  olduğu  kimi  əksəriyyətdə  düzgün  cavabın  seçilməsinə, 
uyğunluğun  müəyyən  edilməsinə,  cədvəlin  doldurulmasına  həsr  olunmuşdur. 
 
Ümumiləşdirici  tapşırıqlarda  çatışmayan  ikinci  cəhət  onların  eyni 
formada  qurulması  və  qarşıya  eyni  tələbin  qoyulmasıdır.  Şagrdlərin  məntiqi, 
tənqidi,  yaradıcı  fəaliyyətini  təmin  edən  materialın  ümumiləşdirilməsinə 
yönələn  sual  və  tapşırıqlar  demək  olar  ki,  nəzərə  alınmamışdır.  Məsələn, 
“Xordalı  heyvanlar.  Kəlləsizlər,  balıqlar,  suda-quruda  yaşayanlar  və 
sürünənlər”  fəslinin  2-ci  mövzusu  “Kəlləsizlər  yarımtipi.  Balıqlar”  adlanır. 
Onun sonunda verilən tapşırıqlar göstərilən tələbləri ödəmir.  
Biologiyanın tədrisində ümumiləşdirici dərslərin təşkilinin böyük təlim-
tərbiyəvi  əhəmiyyəti  vardır.  Ümumiləşdirici  dərslər  sistem  halında  yeni 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə