Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə26/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
71 
müəllimə  imkan  verir  ki,  hər  bir  dərsdə  şagirdlərə  tədqiqatçılıq  bacarıqları 
aşılasın. 
Kurikulumda  məzmun  standartları  (əsas  və  alt)  məzmun  xətləri  və 
siniflər  üzrə  aydınlaşdırılmışdır.  Əsas  və  alt  standartlara  diqqət  edildikdə 
məlum olur ki, onun əvvəli nəzəri bilikləri, sonluğu isə fəaliyyəti, tədqiqatçılığı 
əks etdirir. Məsələn, ikinci məzmun xəttinin əsas standartı “Bioloji proseslərin 
tənzimlənməsinə  dair  bilik  və  bacarıqlar  nümayiş  etdirir”  kimi 
müəyyənləşdirilmişdir.  Onun  7-ci  sinif  üçün  müəyyən  edilmiş  birinci  alt 
standartı  “2.1.1.Müxtəlif  canlılarda  gedən  həyati  prosesləri  fərqləndirir”  kimi 
verilmişdir. (5. s.9). Həm əsas və həm də alt standarın əvvəlində nəzəri biliklər 
canlılarda gedən bioloji proseslər, ikinci hissədə fəaliyyət bilik və bacarıqların 
nümayiş  etdirilməsi,  həyati  prosesləri  fərqləndirmə  əks  olunmuşdur. 
Biologiyanın məzmun xətləri üzrə hər bir əsas və alt standart haqqında deyilən 
fikirləri söyləmək mümkündür. Standartların belə müəyyən edilməsi şagirdlərə 
tədqiqatçılıq bacarıqlarının aşılanması imkanlarını artırır. 
Məlumdur  ki,  kurikulum  əsasında  yazılmış  dərslik  komplektlərində  də 
şagirdlərə  tədqiqatçılıq  bacarıqlarının  aşılanması  imkanları  nəzərə  alınmalıdır. 
Məzmun  standartlarının  və  fəaliyyət  xətlərinin  reallaşdırılması  baxımından 
müəyyənləşdirilmiş  mövzularda  problemin  həlli  imkanları  nəzərə  alınmışdır. 
Şagirdlərə  tədqiqatçılıq  bacarıqlarının  aşılanması  imkanları  praktik  iş, 
laboratoriya  məşğələsi,  fəaliyyət,  təcrübələrin  aparılması  tələb  olunan 
mövzularda  daha  genişdir.  Onlar  siniflər  üzrə  dərsliklərin  məzmunu  əsasında 
ümumiləşdirilir.  
 
Şagirdlərə tədqiqatçılıq bacarıqlarının aşılanması imkanları (6-cı sinif) 
№ 
Mövzu 
Laboratoriya işi 
Fəaliyyət 
1.   Hüceyrənin 
ümumi quruluşu 
Soğanın dəricik hüceyrələr 
preparatına mikroskopda baxılması 
Müşahidə 
aparma, 
müəy-yənləşdirmə 
2.  Bakteriyaların 
yayılması və 
təbiətdə rolu 
Bakteriyaların quruluşuna 
mikroskop-la baxılması 
Müşahidə,  fərqləndirmə, 
müqayisə etmə 
3.  Gövdənin  daxili 
quruluşu 
1.Gövdənin quruluşunun 
öyrənilməsi 
2.Kəsilmiş ağac gövdəsinin 
yaşının təyin edilməsi 
Müşahidə,  təyin  etmə, 
ümumiləşdirmə 
4.  Yarpağın xarici 
quruluşu. 
Yarpağın 
ümumi 
quruluşunun 
öyrənilməsi  
Müşahidə, 
müqayisə 
etmə 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
72 
Yarpaqların 
düzülüşü 
5.  Yarpağın 
hüceyrəvi 
quruluşu 
Yarpağın 
dəricik 
hüceyrəsinin 
quruluşu 
Müşahidə, 
müqayisə 
etmə, tətbiq etmə 
6.  Kökün quruluşu 
Kökün quruluşunun öyrənilməsi 
Müşahidə  etmə,  fərqlən-
dirmə,  müqayisə  etmə, 
tətbiq etmə 
7.  Toxumun 
quruluşu 
1.Lobya  toxumu  üzərində  ikiləpəli 
bitkilərin öyrənilməsi 
2.Buğdanın 
dən 
meyvəsinin 
quruluşu 
Müşahidə  etmə,  tədqiq 
və tətbiq etmə 
8.  Bitkilərin  yeraltı 
qidalanması 
Kök təzyiqinin müəyyən edilməsi 
Tədqiq,  tətbiq  etmə, 
müşahidə 
aparma, 
müəyyən etmə 
9.  Bitkilərin 
havadan 
qidalanması 
İşıqda nişastanın əmələ gəlməsi 
Eksperiment,  müşahidə 
etmə,  tədqiq  və  tətbiq 
etmə 
10.  Bitkilərdə 
tənəffüs 
Bitkilərdə tənəffüsün öyrənilməsi 
Müşahidə  etmə,  tədqiq 
etmə, eksperiment 
11.  Bitkilərin su 
buxarlandırması 
Bitkilərin  suyu  buxarlandırmasının 
müəyyən edilməsi 
Müşahidə  etmə,  tədqiq 
etmə, müəyyən etmə 
12.  Çiçəkli 
bitkilərdə 
vegetativ 
çoxalma 
Yarpaq  çilikləri  vasitəsilə  otaq 
bitkilərinin çoxaldılması 
Eksperiment, 
tətbiq, 
müşa-hidə etmə 
13.  Toxumun 
cücərməsi 
Toxumun  cücərməsi  üçün  lazım 
olan şərait 
Eksperiment,  müşahidə, 
müqayisə,  tətbiq,  tədqiq 
etmə 
 
7-ci sinfin dərsliyində (3)hər bir bitki və heyvanın quruluşu, həyat tərzi, 
bioloji  xüsusiyyətlərinə dair  mövzularda  laboratoriya  işi  və  fəaliyyət müəyyən 
edilmişdir.  Onlarda  əsasən  obyektin  müşahidə  edilməsi,  bəzilərində  müqayisə 
etmək,  şəkil  üzrə  iş  təşkil  edilir.Əsasən  xarici  quruluşun  öyrənilməsinə  dair 
laboratoriya işlərinin təşkili nəzərdə tutulur. 
8-ci  sinfin  biologiya  dərsliyində  (2)  isə  tədqiqat  xarakterli  laboratoriya 
işləri  adsız  olaraq  verilmişdir.  Onları  aşağıdakı  kimi  ümumiləşdirmək 
mümkündür.  


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
73 
Biologiya  dərsliklərində  şagirdlərə  tədqiqatçılıq  bacarıqlarının 
aşılanması imkanları (8-ci sinif) 
 
№ 
Mövzu 
Laboratoriya işi 
Fəaliyyət 
1.  
Bədənimizin 
dirəkləri 
Sümüyün tərkibi 
Müşahidə 
aparma, 
eksperiment,  müqayisə 
etmə 
2. 
Hərəkət  edə  bilərik 
əzələlər,  oynaqlar, 
bağlar 
Skelet 
əzələsinin 
quruluşu 
Müşahidə 
aparma, 
tətbiq etmə 
3. 
Həmişə 
hərəkət 
edək  
Sümük  sınığında,  oynaq 
çıxığında  ilk  yardım 
göstərilməsi 
Tətbiq  etmə,  müəyyən 
etmə, müqayisə aparma 
4. 
Orqanizmin 
yorulmayan 
mühərriki 
Ürəyin quruluşu 
Müşahidə, tətbiq etmə 
5. 
Damarlarımızdakı 
qan 
və 
onun 
hərəkəti 
Qan 
preparatına 
mikroskopla baxıl-ması 
Müşahidə, 
tətbiq, 
müqayisə etmə 
6. 
Qan qrupları 
Qan qrupları 
Tədqiq etmə, ümumiləş-
dirmə, təyin etmə 
7. 
Kim 
daha 
çox 
qaçar? 
Ağciyərlərin 
həyat 
tutumunun ölçülməsi 
Müşahidə 
aparma, 
tətbiq, tədqiq etmə 
8. 
Ağız 
boşluğunda 
həzm 
Ağız  suyunun  nişastaya 
təsiri 
Eksperiment,  müşahidə, 
tətbiq, tədqiq etmə 
 
Cədvəldən  görünür  ki,  8-ci  sinifdə  keçilən  mövzularda  da  tədqiqat 
xarakterli  fəaliyyət  növlərini  əks  etdirən  laboratoriya  işləri  verilmişdir.  Lakin 
bir  neçə  mövzuda  (“Böyrəklərin  quruluşu,  çoxalma  və  çoxalma  orqanları”, 
“Görmə orqanımız”, “Dəri-toxunma və hissetmə orqanımızdır”, “Qoxu və dad 
orqanlarımız”)  yalnız  şəkil  üzrə  müşahidələrə  əsaslanan  fəaliyyət  növləri 
verilmişdir.  Onlar  tədqiqatçılıq  bacarıqlarının  aşılanmasına  o  qədər  də  təsir 
göstərmədiyindən cədvələ daxil edilmədi.  
Kurikulum əsasında  yazılmış 9-cu sinfin dərsliyində (4) də  mövzuların 
əksəriyyətində  fəaliyyət,  laboratoriya  işləri  öz  əksini  tapır.  Lakin  onların 
əksəriyyəti  mətn  üzrə,  şəkil  üzrə  iş  kimi  verilmişdir.  Həmin  fəaliyyətlərdə 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə