Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
68 
 
Ümumtəhsil məktəblərində biologiyanin tədrisində 
Elektron təlim vasitələrinin tədqiqatçiliq bacariqlarinin 
aşilanmasinda rolu 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
İsmayılova Zərifə Rəsul qızı 
 ADPU-nun Kimya və Biologiya fakültəsinin dekan müavini, doktorant 
Quluzadə Sona Famil qızı 
ADPU-nun Biologiyanın tədrisi metodikası kafedrasının I kurs magistrantı 
 
 
Xülasə 
Məqalədə  biologiyanın  tədrisində  şagirdlərdə  tədqiqatçılıq  bacarıqlarının 
aşılanmasında elektron təlim vasitələrinin rolu  aydınlaşdırılmışdır. 
 
Аннотация 
В  данной  работе  исследованы  особенности  методики  применения 
электронных  средств  обучения  в  преподавании  биологии    для  повыщения 
исследовательской активности.  
 
Аbstract 
T
he article is devoted to the  teaching  method  means of the 
electronic  trainig  
technology     on the biology teaching  for the formating of skills.  
 
Açar sözlər: biologiyanın tədrisi , elektron təlim vasitələri 
Ключевые  слова:  электронныe  средств  обучения,  преподавании 
биологии.  
Key words: elektron technology training means, biology training 
 
XXI əsrin gənclərinin müstəqil və yaradıcı düşünən, inkişaf edən, həyati 
bacarıqlara  malik  şəxsiyyət  kimi  yetişdirilməsində  digər  fənlərlə  yanaşı 
biologiyanın tədrisi metodikası fənninin qarşısına da bir çox vəzifələr qoyulur. 
Bunlardan  ən  başlıcası  şagirdlərdə  biliklərini  tətbiq  edə  bilmək,  xüsusilə 
tədqiqatçılıq  bacarıqlarının  formalaşdırılmasıdır. Ona görə də respublikamızda 
fənnyönümlü,  bilikyönümlü,  təhsildən  nəticəyönümlü,  şəxsiyyətyönümlü, 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
69 
şagirdyönümlü  təhsilə  keçilmişdir.  Təhsildə  tətbiq  etdiyimiz  milli  və  fənn 
kurikulumlarının əsas tələbləri də şagirdləri bilikli, bacarıqlı, müstəqil bilik əldə 
edən, onun həyatda tətbiqini bacaran, texnikadan baş çıxaran, hərtərəfli inkişafa 
malik şəxsiyyətin formalaşdırılmasıdır. 
Təhsildə,  fənlərin  tədrisində  şagirdlərin  tədqiqatçılıq  bacarıqlarının 
formalaşdırılması  tələblərinin  həyata  keçirilməsində  müəllimlərin  bu  sahədə 
səriştəsi,  dərslik  komplektinin  məzmunu,  dərslərin,  fəal  təlim  metod  və 
formaları ilə təşkili böyük əhəmiyyət kəsb edir.  
Məxsusi  olaraq,  ümumtəhsil  məktəblərində  biologiyanin  tədrisində 
elektron təlim vasitələri nin tətbiqi  tələbələrin aktiv tədqiqatçiliq bacariqlarinin  
inkişafına   geniş imkanlar açır.  
Öz növbəsində elektron təlim vasitələri aşagıdakı növlərə bölünür: 

 
intellektual təlim sistemləri 

 
avtomatlaşdırılmış təlim sistemləri 

 
ekspert təlim sistemləri,  

 
elektron məşqci, 

 
elektron dərslik 

 
Elektron təlim oyunları 
İntellektual  təlim  sistemi  təhsil  prosesində  didaktik  məsələləri  həll 
etmək,tələbələrin cavablarının intellektual təhlilini aparmaq, tapşırıqların yerinə 
yetirilməsində tələbəyə kömək etmək imkanı yaradır.  
Avtomatlaşdırılmış  təlim  sistemləri,  bir  və 
ya  bir 
neçə 
avtomatlaşdırılmış  təhsil  komplekslərindən  təşkil  edilir  və  didaktik  məsələləri 
həll etmək imkanı yaradır. 
Ekspert təlim sistemləri evristik həll axtarışlarında istifadə olunur.  
Ekspert təlim sistemləri aşagıdakı hissələrdən ibarətdir: 

 
biliklər bazası 

 
alt şərhlər sistemi 

 
bilik əldə edilməsi alt sistemi 

 
interfeys alt sistemi  
Elektron  təlim  oyunlarında  elektron  məşqçi  obyektin  dinamikasının  və 
struktur elementlərinin modelləşməsinə imkan yaradır. 
Elektron  dərslik  –  məzmun  etibarilə,  tələbəyə  tədris  kursunu  müvafiq 
təlim  modelinə  uyğun  şəkildə  öyrənməyi  təmin  edən  metodik  proqram  təlim 
kompleksidir.  
Elektron dərslikdə multimediya və hipermediya texnologiyaları sinkretik 
şəkildə birləşdirilib.  


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
70 
Elektron  dərsliyin  mətn  strukturu,  tələbələrə  sərbəst  rejimdə  istənilən 
məzmuna müraciət etmək, məsləhət almaq imkanı verir.  
Biologiyanın  tədrisində  şagirdlərin  tədqiqatçılıq  bacarığının  inkişaf 
etdidilməsi  imkanları  genişdir.  İlk  növbədə  biologiya  fənn  kurikulumu 
problemin  həllinə  geniş  imkanlar  açır.  Həmin  imkanlar  kurikulumun 
məzmununda,  təlim  strategiyalarında  və  qiymətləndirmə  hissəsində  özünü 
göstərir.  Biologiya  fənn  kurikulumunda  qeyd  edilir  ki,  fənnin  məzmunu 
öyrədilməklə  şagirdin  tədqiqatçılıq  bacarıqları  inkişaf  etdirilir.  Onda 
məlumatları  ümumiləşdirmək,  eksperimentlər  aparmaq,  məruzə,  referat, 
təqdimatlar  hazırlamaq,  bitkiləri  becərmək,  heyvanları  bəsləmək  və  insan 
sağlamlığını qorumaq bacarıqları formalaşdırılır.   Kurikulumda 
biologiya 
təliminin  məzmunu  təlim  nəticələri  əsasında  verilir.  Təlim  nəticələrinin 
reallaşmasını  təmin  edən  dörd  məzmun  xətti  müəyyənləşdirilmişdir:Canlıların 
quruluşu  və  müxtəlifliyi;  Bioloji proseslər; İnsan  və onun  sağlamlığı;  Canlılar 
və  ətraf  mühit.  Hər  bir  məzmun  xəttinin  izahından  görünir  ki,  mövzuların 
tədrisi prosesində şagirdlərdə müəyyən qədər tədqiqatçılıq bacarıqlarının inkişaf 
etdirilməsinə  imkanlar  vardır.  Birinci  məzmun  xəttində  deyilir  ki,  canlıları 
cansızlardan  fərqləndirmək,  biologiyanın  öyrəndiyi  elm  sahələrini,  canlıların 
təşkil  səviyyələrini,  sistematik kateqoriyaları,  hüceyrənin quruluşu  və kimyəvi 
tərkibini  müəyyənləşdirmək  məqsədilə praktik təcrübələr aparmaq, nəticə əldə 
etmək  bacarığına  yiyələnirlər.  Aydın  məsələdir  ki,  şagirdlər  praktik  işlərdə 
canlılar üzərində təcrübələr aparmaqla tədqiqatçılıq  bacarıqları əldə edirlər (5. 
s.9). 
İkinci  məzmun  xəttinin  izahında  qeyd  edilmişdir  ki,  müşahidə, 
eksperiment və tədqiqatlar aparmaqla canlılarda gedən həyati prosesləri öyrənir 
və  bu  proseslərə  təsir  edən  amilləri  (fikizi,  kimyəvi,  coğrafi,  tarixi)  təcrübi 
yolla, riyazi hesablamaların köməyi ilə təhlil edirlər. Buradan aydın görünür ki, 
şagirdlərə  tədqiqatçılıq  bacarığının  aşılanması  əsas  məsələ  kimi  qarşıya 
qoyulur.  Bu  isə  müəllimlərə  tədris  prosesində  şagirdlərə  tədqiqatçılıq 
bacarıqlarının aşılanmasına geniş imkanlar açır. Fənn kurikulumunun fəaliyyət 
xətlərində  də  şagirdlərə  tədqiqatçılıq  bacarıqlarının  aşılanması  diqqət 
mərkəzində  durur.  Belə  ki,  altı  fəaliyyət  xəttinin  (Problemin  həlli;  Müqayisə, 
təsnifetmə,  təhlil  və  tədqiq  etmə;  Ümumiləşdirmə,  mühakimə  və  tətbiq  etmə; 
Əməkdaşlıq  və  ünsiyyət;  Təşkil  və  təqdim  etmə;  Eksperiment  aparma  (nəzəri 
biliklərin  tətbiqi)  (5.  s.10)  hər  biri  tədqiqat  xarakterlidir.  Ona  görə  tədrisdə 
tətbiq  olunan  fəaliyyət  xətlərinin  daxilində  şagird  tədqiqatı  durur.  Bu  da 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə