Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
107 
də  ona  görə  əhəmiyyətlidir  ki,  təcrübə,  laboratoriya  işinin  bütün  şagirdlər 
tərəfindən izlənilməsi mümkün olur. 
Biologiyanın  sahələri  (botanika,  zoologiya,  insanın  anatomiya  və 
fiziologiyası,  ümumi  biologiya)  üzrə  elektron  dərs  vəsaitlərində  (1)proqramda 
nəzərdə tutulan təcrübələr, laboratoriya işləri əhatəli olaraq verilmişdir. Həmin 
dərs  vəsaitlərində  bioloji proseslərə dair diktorun  izahatı  ilə  verilən təcrübələr 
və  laboratoriya  işlərini  müşahidə  etmək  şagirdlər  üçün  çox  maraqlı  olur. 
Dərslərdə onlardan istifadə edilməsinin əhəmiyyəti böyükdür. Belə ki, şagirdlər 
bioloji prosesi görərək, eşidərək dərk edir, şüurlu olaraq mənimsəyirlər. İKT ilə 
təcrübə və laboratoriya işlərinin təşkili ona görə əhəmiyyətlidir ki, ona şagirdlər 
dəfələrlə  baxa  bilirlər. Videogörüntünü geri qaytarmaqla təkrar-təkrar baxmaq 
imkanı  əldə  edirlər.  Elektron  dərs  vəsaitində  mündəricatdan  mövzu  axtarılır, 
sonra  onda  gedən  laboratoriya  və  təcrübi  işlərin  görüntüləri  ekrana  gətirilir. 
Bioloji proses  müşahidə edildikdən sonra ona dair, lüğət arxiv  materialları  ilə 
tanış  olmaq  mümkün  olur.  Bioloji  prosesin  gedişini  əks  etdirən  animasiyalar 
müşahidə edilir. 
Müəllim ekranda hər hansı bir təcrübənin gedişini öyrədərkən əvvəlcə 
diktorun izahını verir və şagirdlərin müşahidə etməsini, dinləməsini təşkil edir. 
İkinci  dəfə  təcrübə  izlənilir,  müəllim  şagirdlərə  onun  gedişini  ardıcıllıqla  izah 
edilməsini təklif edir. Sonra müzakirə, ümumiləşdirmə aparılır, nəticə çıxarılır. 
Bioloji  prosesə  və  təcrübələrə  dair  əlavə  məlumatın  alınması,  prosesin 
animasiyasının  izlənməsinə  də  elektron  dərs  vəsaitinin  imkanları  mövcuddur. 
Elektron  dərs  vəsaitində  yerləşdirilməmiş  təcrübələri  müəllim  internet 
materialları əsasında şagirdlər qarşısında nümayiş etdirə bilər (2. s.140). 
Dərsdə  İKT-dən  istifadə  edərkən  bütün  şagirdlərin  diqqətinin  əsas 
məsələyə,  təcrübələrin  görüntüsünə,  onun  nümayişinə  cəlb  etmək  əsas 
məsələlərdəndir. Sonrakı müzakirə və ümumiləşdirmə, nəticələrin əldə edilməsi 
proseslərində  də  şagirdlərin  fəal  iştirakına  diqqət  edilməlidir.  Müəllim 
komputerdən,  proyektor  və  digər  aparatlardan  istifadə  etmək  qaydalarını  da 
şagirdlərə  öyrədir.  lazımi  saytların  adlarını  şagirdlərə  qeyd  etdirir.Yeni 
mövzuya,  təcrübə  və  laboratoriya  işlərinə  dair  yeni  slaydların  hazırlanması 
şagirdlərə ev tapşırığı kimi verilə bilər. 
Bütün  bunlar  isə  şagirdlərdə  təhlil,  sintez,  faktları  əldə  etmək, 
müqayisə  aparmaq,  ümumiləşdirmək  kimi  fəaliyyətlərinin  inkişafına 
kömək  göstərir.  Şagirdlərin  müşahidəçilik  qabiliyyətini  inkişaf  etdirir, 
idrak  fəallığını,  fənnə  və  təbiətə  marağını  artırır,  bilikləin  müstəqil  əldə 
edilməsinə  şərait  yaradır,  praktik  bacarıq  və  vərdişlərin  əldə  edilməsinə 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
108 
imkan  verir.  Onlarda  təcrübələrin  təşkili  üçün  paylama  materiallarının 
hazırlanması,  qənaətlə  istifadə  olunması,  təcrübə  nəticələrinin  həyatda 
tətbiq edilməsi kimi bacarıqlar formalaşır. 
 
İstifadə olunan ədəbiyyat
1.
 
Botanika. Elektron dərs vəsaiti. Bakı, Çaşıoğlu, 2007 
2.
 
Hacıyeva  H.,  Abdullayeva  T.,  Hacıbəyova  E.  Ümumtəhsil  məktəblərində 
biologiyanın fəal təlim metodları ilə tədrisi metodikası (metodik vəsait), Bakı, 
Çaşıoğlu, 2014. 
3.
 
İnternet resursları 
4.
 
Ümumtəhsil məktəblərinin 6-cı, 7-ci, 8-ci sinifləri üçün dərslikləri, Bakı, 2013, 
2014, 2015. 
 
 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
109 
 
Azərbaycanda təhsil sisteminin informatlaşmasında 
elektron resursların əmtəə dövriyyəsinin rolu 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Həsənova Natəvan Filman qızı 
AMEA-nın İqtisadiyyat İnstitunda doktorant  
 
 
 
Аннотация 
В  представленной  статье  рассматривается  используемые    ИТ 
инструменты  как  товарооборот  ,  с  точки  зрения  возможности  применения  в 
системе высшего образования Азербайджанской Республике. 
 
Abstract 
In the present article deals with the use of IT tools such as turnover, in terms of 
applications in the higher education system of the Republic of Azerbaijan. 
 
Ключевые слова: ИТ инструменты, товарооборот 
Key words: IT tools, commodity value 
 
Cəmiyyətin informasiyalaşdırılması bilavasitə informasiya məhsulları və 
xidmətləri  bazarının  yaranması  və  inkişafı  ilə  əlaqədardır.  İnformasiya 
məhsulları və xidmətləri bazarı – müxtəlif sahibkarlıq və istehlakçı subyektləri 
arasında  intellektual əmək və  xidmət məhsullarının azad alqı-satqısı sahəsində 
iqtisadi, hüquqi və təşkilati münasibətlər sistemidir. 
Bu  bazar  da,  digər  bazarlar  kimi  müəyyən  məhsul  və  xidmət 
nomenklaturası, onların təqdim edilmə şərtləri  və mexanizmləri, qiymətləri  ilə 
səciyyələnir. 
Bazar  münasibətlərinin  səciyyəvi  xüsusiyyətləri  bunlardır:  rəqabətin 
mövcud  olması,  partnyorların  azad  seçimi,  mübadilə  tərəflərinin  qarşılıqlı 
razılığı,  məhsul  və  pul  vəsaitlərinin  ekvivalent  mübadiləsi  və  s.  bu  da  öz 
növbəsində sosial-iqtisadi problemlərin effektli həlli imkanını təmin edir. 
İntellektual əmək məhsulu kimi bu bazarda informasiya məhsulları çıxış 
edir:  bilik,  sənədlər,  informasiya  sistemləri,  informasiya  texnologiyaları, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə