Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   44   45   46   47   48   49   50   51   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
133 
 
VIII sinifdə riyaziyyat və informatika fənnləri arasında 
inteqrasiyanın  realizasiyası 
 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
professor M.A.Nəcəfov 
Əliyeva  Günel                           
magistr 
 
 
Xülasə 
Baxılan  məqalədə,  inteqrativ  təlim  prosesində,  informasiya  və  riyaziyyat 
predmetlərinin qarsılıqlı əlaqəsində elmi nəzəriyyələrin inteqrasiyası təhlil olunur. 
 
Аннотация 
В данной статье исследованы особенности интеграции информатики  и 
математических научных теорий в процессе интегративного обучения 
 
Abstract 
The present Article is dedicated to analysis of integration of scientific theories 
in integration process of mathematical and informatical sciences  
 
 
VIII  sinif  üçün  "İnformatika"  dərslik  komplekti  Azərbaycan 
Respublikası  Təhsil  Nazirliyinin  təsdiq  etdiyi  Azərbaycan  Respublikasının 
ümumtəhsil  məktəbləri  üçün  informatika  fənni  üzrə  təhsil  proqramı 
(kurikulumu)  əsasında  hazırlanmışdır.  Dərsliklərin  komplekt  şəkildə  nəşr 
olunması  tədris  prosesində  müəllim-şagird  fəaliyyətinin  tam  təsəvvür 
olunmasını  və  üzvi  şəkildə  əlaqələndirilməsini  təmin  edir,  müəllimin 
planlaşdırmadan  qiymətləndirməyə  qədər  bütün  fəaliyyətini  istiqamətləndirir, 
təlim  prosesində  şagirdlərin  müstəqilliyinin  və  tətbiq  bacarıqlarının 
genişlənməsinə  imkan  yaradır.  Bu  baxımdan  şagirdlər  məlumatlar  əldə  etmək 
üçün  informasiya  texnologiyalarından  istifadə  etməklə  axtarışlara  cəlb  olunur, 
müstəqil  olaraq  araşdırmalar  aparır,  bunun  üçün  onlara  fəal  təlim  şəraiti 
yaradılır.  Bu  isə  şagirdlərin  fərdi  marağı  nəzərə  alınmaqla  vacib  olan  həyati 
bacarıqların formalaşdırılmasına, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
134 
etdirilməsinə  imkan  yaradır, təlimə  marağı  artırır. İnformatika  fənni üzrə VIII 
sinif  dərsliyi  şagirdlərdə  məntiqi,  tənqidi,  yaradıcı  təfəkkürün,  sadədən 
mürəkkəbə doğru inkişafın, fənnin tədrisində yeni informasiya-kommunikasiya 
texnologiyalarının  istifadə  bacarıqlarının,  həmçinin  müasir  proqramlaşdırma 
dilində  alqoritmləşdirmə  və  proqramlaşdırma  vərdişlərinin  inkişafını  ön  plana 
çəkir.  Dərslik  şagirdlərdə  tədqiqatçılıq  bacarığı,  fikirlərini  ümumiləşdirərək 
təqdimatlar  etmək,  qanunauyğunluqlara  əsasən  proqnoz  vermək,  referatlar 
hazırlamaq, təbiətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək 
bacarığı formalaşdırır. 
(informatika-VIII sinif-müəllim üçün metodik vəsait-səh:3) 
 Dərslikdə təlim materialları 6 tədris vahidi üzrə qruplaşdırılmışdır: 
1.
 
informasiya  
2.
 
multimedia  
3.
 
proqramlaşdirma  
4.
 
kompüter  
5.
 
tətbiqi proqramlar   
6.
 
informasiya cəmiyyəti və internet 
Dərsliyin birinci tədris vahidi informasiyanın kodlaşdırılması üsullarına, 
kodlaşdırılmış  informasiyanın  həcminin  müəyyən  edilməsinə,  ədədi 
informasiyanın  kodlaşdırılmasına,  say  sistemlərinin  bir-biri  ilə  əlaqəsinə  həsr 
edilir.  Bu  tədris  vahidində  şagirdlər  bir  say  sistemindən  digərinə  keçməyi 
öyrənir,  kompüterdə  istifadə  olunan  say  sistemləri  barədə  məlumat  alırlar. 
Tədris  vahidinin  sonunda  şagirdlər  informasiyaların  kodlaşdırılması  üsullarını 
izah etməli, ədədlərin bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr 
göstərməlidirlər.  İkinci  tədris  vahidi  multimedia  qurğuları  na,onların  iş 
prinsipinə,  multimedia  təqdimatlarının  hazırlanmasına  həsr  olunub.  Dərslərin 
təşkili  üçün  kompüter  sinfi  lazımdır.  Son  iki  dərsin  izahatı  OpenOffice.org 
Impress proqramı əsasında aparılır. Əgər kompüterlərdə Microsoft Office paketi 
quraşdırılıbsa,  onda  şagirdlər  həmin  tapşırıqları  PowerPoint  proqramında  da 
yerinə yetirə bilərlər. Dərs ilinin sonunda hər bir şagird səs və videonun olduğu 
animasiyalı  təqdimatlar  hazırlamağı  bacarmalıdır.  Üçüncü  tədris  vahidi 
proqramlaşdırma  istiqamətini  əhatə  edir.  Şagirdlər  5-7-ci  siniflərdə  əsasını 
LOGO  proqramlaşdırma  dili  təşkil  edən  sadələşdirilmiş  və  dilimizə 
uyğunlaşdırılmış  ALPLogo  proqramlaşdırma  mühitində  iş  bacarıqlarını 
mənimsəmişlər.  Onlar  əsas  alqoritmik  konstruksiyalarla  tanış  olmuşlar. 
Dördüncü  tədris  vahidi  kompüterin  əməliyyat  sisteminin  obyektlərinə  həsr 
olunub.  Dərslərdə  iş  masasının  nizamlanması  yolları,  faylların  və  qovluqların 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
135 
axtarış  üsulları,  informasiya  modelinin  ağac  şəkli  və  bununla  bağlı  fayl 
sisteminin iyerarxik strukturu izah olunur.  Beşinci tədris vahidi bir neçə tətbiqi 
proqrama  həsr  olunub.  8-ci  sinifdə  şagirdlər  qrafik  redaktor  kimi  üçölçülü 
təsvirləri yaratmaq üçün Google SketchUp qrafik redaktoru ilə tanış olacaq, bu 
proqramda  sadə  üçölçülü  təsvirlər  hazırlamağı  öyrənəcəklər.  Proqramın 
imkanları  çox  genişdir.  Bu  proqramda  şagirdlərə  sadə  qrafik  redaktorlardan 
tanış olan qrafik primitivlərlə yanaşı, üçölçülü təsvirləri yaratmaq üçün xüsusi 
alətlər də var. Bu tədris vahidində şagirdlər mətn redaktorunda sənədə düstur və 
xüsusi  simvollar  əlavə  etməyi  də  öyrənəcəklər.  İki  dərs  isə  elektron  cədvəlin 
əsas  elementlərinin  öyrənilməsinə  həsr  olunub.  Şagirdlər  mətn  redaktorunda 
düsturların  mətn  sənədinə  əlavə  olunması  ilə  tanışlıqdan  sonra  elektron 
cədvəldə  düsturlar  vasitəsilə  hesablamalar  aparmağı  və  xanaların  bir-biri  ilə 
bağlanmasını  öyrənəcəklər.    Altıncı  tədris  vahidi  informasiyanın  kompüterdə 
emalına, İnternet xidmətlərinə, şəbəkələrin növlərinə aiddir. 
(informatika-VIIIsinif müəllim üçün metodik vəsait-səh:8) 
VIII sinfin sonunda şagird:  •informasiyaların kodlaşdırılması üsullarını 
izah edir və bir say sistemindən digərinə keçidə aid nümunələr göstərir:  

 
informasiyanın  emalı  mərhələlərinə  dair  biliklərini  nümayiş 
etdirir;  

 
obyektin informasiya modelinin "ağac" formasında təsvirinə dair 
bacarıqlar  nümayiş etdirir;  

 
proqramın  hazırlanması  mərhələlərini  izah  edir  və  tərtib  etdiyi 
proqramı kompüterdə icra edir;  

 
multimedia  qurğularının  funksiyalarını,  iş  prinsiplərini,  fayl  və 
qovluqların axtarışı prosesini şərh edir, iş masasını  nizamlayır;  

 
qrafik  və  mətn  redaktorunda  obyektlərlə  işləyir,  elektron 
cədvəlin əsas elementlərində işi nümayiş etdirir;  

 
şəbəkə  növlərini,  strukturunu  izah  edir,  İnternetin  əsas  xidmət 
proqramları ilə işləyir;  

 
informasiyalaşdırma  proseslərinin  mahiyyəti  və  mərhələlərinə 
aid biliklər nümayiş etdirir.    
(informatika-VIII sinif müəllim üçün metodik vəsait-səh:10) 
VIII  sinif  riyaziyyat  dərslərində  yüksək  təlim  nəticələrinin  əldə 
edilməsinə  müsbət  təsir  göstərən  amillər:  Şagird  yeni  anlayışla  əksər  hallarda 
motivasiya xarakterli araşdırma tapşırığı vasitəsilə tanış olur. Daha çox praktik 
xarakter  daşıyan  bu  tapşırıqlar  şagirdə  anlayışı  mahiyyətcə  dərk  etməyə,  onu 
əyani təsəvvür etməyə imkan yaradır. Odur ki, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə