Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   44   45   46   47   48   49   50   51   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
141 
1.
 
Verilənlər  bazasının  idarəetmə  sistemi  yaradılır  və  bu  da 
informasiyanın səmərəli  işlədilməsi  məqsədini daşıyır. Bu  məqsədlə 
elektron cədvəllərdən istifadə olunur. 
2.
 
Verilənlər  bazasının  idarə  olunması  sistemi  iki  cədvəli  elə 
əlaqələndirə  bilər  ki,  istifadəçi  üçün  onlar  bir  cədvəl  rolunu  oynaya 
bilər. Bu imkanı elektron cədvəllərdə reallaşdırmaq mümkün deyil. 
3.
 
Verilənlər bazasının idarə olunması sistemi verilənlər bazası həcmini 
minimuma endirir. 
Bu  məqsədlə,  təkrarlanan  verilənlər  bir  neçə  əlaqəli  cədvəllərdə  qeyd 
olunur. 
Dünyada  çoxlu  sayda  verilənlər  bazasının  idarə  olunması  sistemləri 
mövcuddur,  lakin  onların  oxşar  cəhətləri  də  vardır.  Verilənlər  bazasının  idarə 
olunması  sistemlərindən  biri  Microsoft  Access  2010  hesab  olunur  və  bu, 
Microsoft  Office  paketinə  daxildir.  Accessin  əsas  funksiyası  istifadəçiyə  belə 
verilənlər  bazası  yaratmaq  üçün  sadə  və  asan  başa  düşülən  vasitənin  təqdim 
olunmasıdır.  Bu  sistemin  sadə  olmasına  baxmayaraq,  istifadəçiyə  onun 
mürəkkəb strukturlara tətbiqinə imkan verir. 
Accesin üstünlüklərindən biri – Microsoft Office paketinin Word, Excel 
və digər proqramları  ilə  inteqrasiya olunmasıdır.  Yəni  verilənləri asanlıqla  bir 
tətbiq sahəsindən digər tətbiq sahəsinə köçürmək olur. 
Verilənlər bazasının  idarə olunması sisteminə aid metodik göstərişlərin 
məzmununa beş laborator işi, fərdi tapşırıqlar və nəzarət sualları daxildir. 
Hər  dəfə  axtarış  zamanı  istifadə  etdiyimiz  vasitələr  verilənlər  bazasına 
aiddir. Hər hansı bir servisə daxil olarkən istifadə etdiyiniz vasitələr bu servisdə 
saxlanılan  verilənlərin qiymətləri  ilə  müqayisə olunur. Verilənlər  bazasına aid 
olan  eyni  bir  termin  müxtəlif  məqsədlər  üçün  istifadə  oluna  bilər.  Həmin 
terminlər və anlayışlar aşağıdakılardır: 
1.
 
Verilənlər  bazası  –  müəyyən  nizamla  qorunub  saxlanılan 
məlumatlar  yığımına  deyilir.  Məsələn,  verilənlər  bazasını 
sənədlər  saxlanılan  şkafla  müqayisə  etmək  olar.  Verilənlər 
bazasının  idarə  olunması  sistemi  (VBİS)  –  bu  anlayışın  tətbiq 
əhəmiyyətini artırır. 
Verilənlər  bazasının  idarə  olunması  sistemi  aşağıdakı  məzmuna 
malikdir: 
-
 
dillər və proqram vasitələri çoxluğu; 
-
 
bu çoxluq əsasında verilənlərin əldə edilməsi; 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
142 
-
 
verilənlərin  dəyişdirilməsi,  yox  edilməsi  və  təhlükəsizliyin  təmin 
edilməsi. 
Bütün bunlar SQL – adlı xüsusi dil ilə həyata keçirilir. 
SQL – strukturlaşdırılmış tələblər dili olub, əsas vəzifəsi informasiyanın 
verilənlər  bazasına  aid  edilməsi  və  yazılmasından  ibarətdir.  Bu  prosesi 
aşağıdakı sxemlə təsvir etmək olar: 
  
 
 
 
 
 
 
 
Verilənlər bazasından istifadə sistemi (VBİS) – tətbiqi cəhətdən iki növə 
ayrılır: 
1. Birdəfəlik istifadə sistemi. 
2. Çoxsaylı istifadə sistemi. 
Birdəfəlik  istifadə  fərdi  kompüterdə  verilənlər  bazasının  yaradılması 
işinə, çoxsaylı  istifadə  isə  lokal  şəbəkələrə  vahid verilənlər bazası  yaradılması 
işinə aiddir. 
Hazırda  verilənlər  bazasının  idarəetmə  sistemlərinin  sayı  onlarladır. 
Məsələn, Micrisoft və Acces – birdəfəlik istifadə sistemlərinə aiddir. MS SQL 
Server isə çoxsaylı istifadə sisteminə aiddir. 
Verilənlər bazasının strukturu anlayışını nəzərdən keçirək. 
Verilənlər bazasını yaradarkən informasiyanı müxtəlif əlamətlərinə görə 
nizamlayırlar.  Məqsəd  ondan  ibarətdir  ki,  sonradan  lazım  olduqda  onlardan 
müxtəlif  birləşmələr  şəklində  istifadə  etmək  mümkün  olsun.  Bunun  üçün 
verilənləri  strukturlaşdırmaq  lazımdır.  Strukturlaşdırma  dedikdə  verilənlər 
çoxluğunun razılaşdırılmış üsullarla təqdim olunması nəzərdə tutulur. 
İnformasiyanı  müxtəlif  üsullarla  strukturlaşdırmaq  olar.  Strukturundan 
asılı  olaraq,  verilənlər  bazasını  piramidaşəkilli,  şəbəkəvari  hibrid  şəkilli 
modelləri mövcuddur. 
Verilənlər bazasının şəbəkəvari strukturu da mövcuddur. Əlaqə forması 
“çoxun çoxa” münasibəti ilə müəyyən olunur. Şəbəkəvari modelin çatışmayan 
cəhəti – ciddi tətbiqlərin reallaşdırılmasının çətinliyi ilə əlaqədardır. 
SQL – tələb 
Verilənlər 
Verilənlər bazası 
Verilənlər 
bazasının 
idarəetmə 
sistemi 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
143 
Tədqiqatın  məqsədi  –  məktəb  informatika  kursunun  mühüm  anlayışı  – 
verilənlər bazasına aid terminlərin tədrislə əlaqədar şərh etməkdən ibarətdir. 
Tədqiqatın aktuallığı – informatika kursu anlayışlarının mənimsənilməsi 
keyfiyyətinin artırılması. 
Tədqiqatın  nəzəri  əhəmiyyəti  –  məktəb  informatika  kursunun  nəzəri 
məsələlərinin şərh edilməsi. 
Tədqiqatın  praktik  əhəmiyyəti  –  məktəbin  informatika  müəllimlərini 
verilənlər bazası anlayışına aid terminlərlə tanış etməkdən ibarətdir. 
Tədqiqatın elmi yeniliyi – informatika tədrisində terminoloji məsələlərin 
tədrislə əlaqələndirilməsindən ibarətdir. 
 
 
İstifadə olunan ədəbiyyat
1.
 
Ümumtəhsil  məktəblərinin  fənn  kurukulumları  (V-XI  siniflər),  Bakı, 
“Pedaqogika”, 2012 
2.
 
Лапчик  и  др.  Методика  преподавания  информатики,  М. 
«ACADEMA”, 2001 
3.
 
Кошелев В.Е. Acces 2003, Практическое руководство, М., 2005 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə