Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
125 
qarşılayır    və    öyrənməyə    maraq    artır.  Çünki    bu    zaman    təlim    konkret-
induktiv    yolla    həyata    keçirilir    ki,    bu    da    şagirdlərin    daha    yaxşı  
mənimsəmələrinə  şərait  yaradır. 
Standart   olmayan    çalışmaların    həll    edilməsi    eyni    zamanda    şagirdi  
standart  çalışmalar  həllinə  daha  yaxşı  hazırlayır. Çünki  standart  olmayan  
çalışmalr   bir   neçə   standart  çalışmaya   bölünərək  həll   olunur. Bu  zaman  
şagird  idrak  prosesinin  əksər  mərhələlərindən  keçdiyindən  onun  təfəkkürü  
əsaslı  şəkildə  fəallaşır. 
Kiçikyaşlı    məktəblilər    riyazi    oyunlara,    tapmacalara,    düşündürücü  
çalışmalara,  kompüter  oyunlarına  böyük    maraq    göstərirlər.  Çünki    uşaq  
psixologiyası  əyləncəli  məsələlərə  daha  çox  meyl  edir. Standart  olmayan  
və  əyləncəli  məsələlər  düşündürücü  xarakter  daşımaqla.  Şagirdlərdə  təlimə,  
riyazi  materialı  öyrənməyə  emosional  münasibət  yaradır. əyləncəli  və  qeyri 
– standart  məsələlərin  metodik  priyom  kimi  tətbiqi  o  zaman  səmərəli  olur  
ki,  onlar  dərsin  didaktik  məqsədinə  bilavasitə  xidmət  etsin,  düşündürücü  
xarakter    daşımaqla    şaigrdlərdə    həvəs,    işgüzarlıq,    öz    qüvvəsinə    inam  
yaratsın. V.A.Suxomlinskinin  qeyd  etdiyi  kimi,  məktəbin  başlıca  vəzifəsi  
şagirddə  öz  təlim  əməyinin  müvəffəqiyyətinə  sevic  hissi  tərbiyə  etməkdən,  
təlimi  onlara  sevinc  gətirən  prosesə  çevirməkdən  ibarətdir. 
Qeyri-standart    və    əyləncəli    məsələlərin    həlli,  kompüter  oyunları 
şagirdlərdə    standart    məsələlərin    həll    üsullarının    ümumi  
qanunauyğunluqlarını    aşılamağa    kömək    edir.  Nəticədə    şagirdlərdə    əldə  
etdikləri  bilikləri  ümumiləşdirmək  qabiliyyətini  inkişaf  etdirir. 
İbtidai  siniflərdə  məsələ  həlli  Ⅰ sinifdən  öyrədilir. Ⅲ-siniflərdə  isə  
daha    çox    yer    verilir.  Metodik    ədəbiyyatda    həll    üsuluna    görə    məsələlər  
standart    və    qeyri-standart    olur.  Standart    olmayan    məsələlər    standart  
məsələlərin    bir    hissəsini    təşkil    edir.  Standart    məsələlərin    həllində  
xassələrdən,    qaydalardan,    düsturlardan    və    mürəkkəb    olmayan  
mühakimələrdən  istifadə  edildiyi  halda,  qeyri-standart  məsələlərin  həllində,  
bəzi    deduktiv    yanaşmadan,    situasiyaların    modelləşdirilməsində  
axtarıcılıqdan,    yaradıcı    mühakimə    tələb    olunur.  Ona    görə    də    standart  
olmayan   məsələlər   standart   məsələlərlə    sıx    əlaqədar  olaraq   öyrədilir. Bu   
cür    məsələlərin    öyrədilməsi    ilə    şagirdlər    öyrəndiklərini    bir    daha  
mənimsəyir  və  yadda  saxlayırlar. Məhz  məsələ  həlli  prosesində  şagirdlərdə  
idrak    fəallığı    inkişaf    edir,    müqayisə    etmə,    ümumiləşdirmə    aparmaq,  
mücərrədləşmə,  konkretləşdirmə,  nəticə  çıxartma  qabiliyyətləri  formalaşır. 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
126 
Metodik  ədəbiyyatları  araşdırarkən  məsələləri  bir  neçə  yerə  ayırmaq  
olar: 
1)sadə  və  mürəkkəb; 
2)düşündürücü; 
3)evristik  inkişafetdirici  məsələlər. 
Burada    düşündürücü    və    inkişafetdirici    məsələləri    standart   olmayan  
məsələlərə    misal    göstərə    bilərik.  İbtidai    siniflərdə    həll    olunan    məsələlər  
həyatla    əlaqələndirilməlidir.  Ona    görə    də    maraqlı    və    düşündürücü  
məsələlər    həyatdan    götürülməlidir.  Qeyri-standart    məsələlərin    həllində  
şagirdlər    ciddi    çətinliklərlə    rastlaşırlar.  Bu    çətinlikləri    aradan    qaldırmaq  
üçün  həll  olunan  məsələləri  əyaniləşdirmək  lazımdır. Belə  olduqda  qarşıya  
çıxan  çətinlik  şagirdlər  tərəfindən  dəf  olunur. Burada  müəllimin  məsələdə  
təsvir  olunan  situasiya  haqqında  daha  ətraflı  izahı  zəruridir. 
İndiyə  qədər  ibtidai  siniflərdə  qeyri-standart  məsələlərdən  əsasən  ev  
tapşırıqlarında,  riyaziyyat  gecələrində,  sinifdən  xaric  işlərdə  təklif  edilirdi. 
Hal-hazırda  bu  cür  məsələlərdən  kurrikulum  tələblərinə  uyğun  olaraq  artıq  
riyaziyyat  dərsliklərində  də  öz  əksini  tapıb. 
Standart  və  qeyri-standart  məsələlər  arasında  bir  neçə  fərqli  cəhətlər  
mövcuddur. Bunlar  aşağıdakılardır: 
Standart  məsələlərin  vahid  həll  üsulu  var,  qeyri-standart  məsələlərdə  
bu  yoxdur. 
Qeyri-standart    məsələlər    tədqiqatçılıq,    axtarıcılıq,    müxtəlif    həll  
üsullarından  istifadəni  tələb  edir. 
Dərs  üçün  standart  olmayan  və  ya  düşündürücü  məsələlər  seçərkən  
uzun    və    yorucu    hesablamaları    olan,    şagirdin    yaş    və    bilik    səviyyəsinə  
uyğun  olmayan  məsələlərdən  qaçmaq,  sadədən  mürəkkəbə,  asandan  çətinə  
prinsipini    gözləmək    lazımdır.  Əks    halda    şagirdlərdə    öz    qüvvələrinə  
inamsızlıq  və   fənnə  marağı  sönə  bilər. Riyaiyyat  fənninin  effektivliyinin   
artırılması,    məsələlərin    düzgün    seçilməsi    və    onların    tədris    olunan  
materialla  əlaqələndirilməsindən  çox  aslıdır. Təlimə   maraq  o  zaman   artır  
ki,    məsələ    həllinin    axtarılmasında    və    ya    məsələnin    həllində    şagirdlərə  
maksimum  sərbəstlik   verilsin. Şagirdlərə   səhv    yolla  axıra  qədər  getməyə  
və    səhvini    başa    düşüb    əvvələ    qayıdaraq    düzgün    üsulu    axtarıb    tapmağa  
imkan    yaradılmalıdır.  Qeyri-standart    və    əyləncəli    məsələlərin    həllinin  
müəyyən  üsullarını,  ümumi  yanaşmalarını  dərk  etməkdə  şagirdə  müntəzəm  
olaraq  kömək  göstərmək  lazımdır. 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə