Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   44   45   46   47   48   49   50   51   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
138 
fiqurları  müstəvi  və  fəza  fiqurları  olmaqla  iki  yerə  bölünür.  Komputerdə 
müstəvi  qrafik  görüntülər  və    onların  yaradılması  texnologiyası  İkiölçülü 
qrafika  (2D-qrafikası),  həcmli  qrafik  obyektlərin  yaradılması  texnologiyası 
üçölçülü  qrafika  (3D-qrafikası)  adlanır.  İnformatikada  keçirilən  üçölçülü 
qrafika  mövzusunu  izah  etmək  üçün  şagirdlərhəndəsədə  keçirilən  fiqurları 
təkrarlayır, onların bir birindən fərqi sadalanır. Biz bilirik ki, müstəvi fiqurları 
ikiölçülü qrafikada qurulur və şagirdlərdən  hansı  koordinat oxlarından  istifadə 
olunduğu  soruşulur.  Daha  sonra  fəza  fiqurları  və  onların  qurulduğu  üçölçülü 
qrafika  təkrarlanır.  Üçölçülü  qrafika  və  fəza  fiqurları  həndəsədə  X,Y,Z 
koordinat  oxları  və  XOZ,  YOZ,  XOZ  müstəviləri  vasitəsilə  yaradılır. 
İnformatikada  üçölçülü  qrafika  yaratmaq  və  onlarla  işləmək  üçün  müxtəlif 
proqramlar yaradılmışdır. Tədris məqsədilə istifadə olunan 3D qrafikası Google 
SketchUp proqramıdır. Bu proqram vasitəsilə şagirdlər fəza fiqurlarını quraraq 
onlar üzərində əməliyyatlar aparırlar.  
(informatika-VIIIsinif dərslik-səh:66) 
İnformatika  və  riyaziyyat  arasında  inteqrasiya  olunan  bir  digər  mövzu 
Tillər    Üzlər  mövzusudur.  Bizi  əhatə  edən  bütün  cisimlər  tillərdən  və 
müxtəlif  formalı  üzlərdən  təşkil  olunur.  Tillər  və  üzlər  olmadan  heç  bir  fiqur 
mövcud  ola  bilməz.  İnformatikada  bu  mövzu  öyrədilərkən  yenə  Google 
SketchUP proqramından istifadə olunur. Bu proqramda qurulan bütün fiqurların 
əsasını tillər və üzlər təşkil  edir. Müəllim dərsə  başlamadan öncə şagirdlərdən 
birini lövhəyə çağırıb kub çəkməsini tapşırır, kubun neçə tili və üzü olduğunu 
soruşur, daha sonra ümumi şəkildə həndəsədə keçirilən üzlər və tillər haqqında 
biliklər  təkrarlanır.SketchUp  proqramında  işləyərkən  tillər  və  üzlərlə  bağlı  bir 
neçə vacib fakta diqqət yetirmək lazımdır.  
1.
 
Tillər həmişə düz olur. SketchUp proqramında hətta qövslər və dairələr 
də  kiçik  düz  xətt  parçalarından  təşkil  olunur.  Həndəsə  fiqurlarının  da 
tilləri düz xətt olur. 
2.
 
Tillərin  qalınlığı  olmur.  Ekranda  necə  görünməsindən  asılı  olmayaraq 
tillərin heç bir qalınlığı olmur.  
3.
 
Tillərin  görünməməsi  onların  yoxluğu  demək  deyil.  Sadəcə,  onlar 
gizlədilir;  müəyyən  formalar  düzəltmək  üçün  bu  üsuldan  istifadə 
olunur.Fəza fiqurlarının qurulması zamanı (kub, parale lepiped, prizma, 
piramida) görünməyən tillər qırıq-qırıq xətlərlə verilir. 
4.
 
Tillərsiz üz olmur. Üzün yaranması üçün bir müstəvi üzərində yerləşən 
və  qapalı  kontur  əmələ  gətirən  ən  azı  üç  tilin  olması  vacibdir.  Qapalı 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
139 
kontur almaq üçün ən azı üç düz xətt tələb olunduğundan üzlərin də ən 
azı üç tərəfi olmalıdır.  
5.
 
Üzlər  həmişə  müstəvi  şəklində  olur.  SketchUp-da  əyri  görünən  səthlər 
də çoxlu sayda müstəvi üzlərdən təşkil olunub.  
Burdan  da    göründüyü  kimi  həndəsədə  öyrədilən  fiqurlar,  onların 
xassələrini  bilmədən  informatikada  Google  SketchUp  proqramında  heç  bir 
fiquru düzgün qurmaq olmaz. 
(informatika-VIII sinif dərslik-səh:70) 
(informatika-VIII sinif müəllim üçün metodik vəsait-səh:65) 
Bundan  başqa  şagirdlər  üçün  riyaziyyatı-hesablamaları  daha  əyləncəli, 
asan  və  maraqlı  etmək  üçün  müxtəlif  oyunlardan  istifadə  olunur.  Bu  oyunları 
şagirdlər  və  valideynlər  müxtəlif  internet  resurslarından  yükləyə  bilərlər. 
Bunlara misal olaraq: 
Math Play: 
www.math-play.com/Pythagorean-Theorem-Game.html
 
Kids Numbers: 
www.kidsnumbers.com/pythagorean-theorem-game.php
 
Game Pro Video: 
www.mathplayground.com/MathApprentice/GamePro.html 
(riyaziyyat-VIIIsinif müəllim üçün metodik vəsait-səh:9) 
 
 
İstifadə olunan ədəbiyyat
1.
 
(informatika-VIII sinif-müəllim üçün metodik vəsait-səh:3) 
2.
 
(informatika-VIIIsinif müəllim üçün metodik vəsait-səh:8) 
3.
 
(informatika-VIII sinif müəllim üçün metodik vəsait-səh:10) 
4.
 
(riyaziyyat-VIIIsinif müəllim üçün metodik vəsait-səh:8) 
5.
 
[www.anl.az/down/meqale/azerbaycan/azerbaycan/69130.htm] 
6.
 
[ido.tsu.ru/ss/unit=356&page=1158] 
7.
 
(
http://www.tehsilproblemleri.com/?p=1230
) 
8.
 
(informatika-VIIIsinif dərslik-səh:66) 
9.
 
(informatika-VIII sinif dərslik-səh:70)  
 
 
 
 
 
 
 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
140 
 
Məktəb informatika kursunda verilənlər bazası – anlayışı 
terminlərinin tətbiqinə dair 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 Xankişiyeva Nərmin Mahir qızı 
magistrant 
dos. Həmidov Səid Seidağa oğlu 
 
 
 
Резюме 
В статье затронуты следующие вопросы информатики: 
- база данных, создание базы данных; 
- создание системы базы данных и управление базами данных; 
- применение языка SQL для записи информации; 
- система использования базы данных; 
- понятие структуры базы данных. 
 
Abstract 
The article discussed the following issues of informatics: 
- The database, create a database; 
- Creation of a database system and database management; 
- SQL language application for recording information; 
- Use of the database system; 
- The concept of the database structure. 
 
Ключевые  слова:  информация,  база  данных,  модель,  схем,  таблица, 
структурирование. 
Key words: information, the database, model, schemas, table, structuring.  
 
Müasir  həyatın  bütün  sahələrinə  aid  informasiya  bolluğu  mövcuddur. 
Lakin  səmərəli  istifadə  etmək  üçün  onların  saxlanması  zərurəti  yaranır. 
İnformatika  elmində  bununla  əlaqədar  “verilənlər  bazası”  anlayışı  işlədilir 
[3;16].  Verilənlər  bazasını  xüsusi  proqram  vasitələrindən  istifadə  etmədən  də 
yaratmaq olar. Məsələn, Excel elektron cədvəllər həmin vasitələrə aiddir. Lakin 
bu vasitələr arasında müəyyən fərqlər mövcuddur. Onları qeyd edək: 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə