Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
49 

 
öyrədici vasitələr 

 
diaqnostik vasitələr 

 
köməkçi  vasitələr  

 
texniki vasitələr 
Elektron  təlim  vasitələri  öz  məqsədinə  görə  aşagıdakı  istiqamətlərdə 
həyata keçirilir. 

 
təhsil, 

 
nümayiş, 

 
diaqnostika 

 
köməkçi 
Təlimin  nümayiş  vasitələrinə  təhsil  prosesində    istifadə  edilən 
videosujetləri, videofilmləri, prezentasiya və animasiyaları aid etmək olar. 
Tədrisin  diaqnostik  vasitələri  –  yoxlama  və  təlimin  səmərəliliyinin 
ölçülməsi üçün nəzərdə tutulmuş elektron təlim vasitələridir  
Təlimin köməkçi vasitələri komputer sisteminin texniki qurğularla bağlı 
funksiyalarının əlavə xidmət proqram vasitələri ilə reallaşmasını təmin etməyə 
imkan verir.   
Əlavə  xidmət  proqram  vasitələrinə  verilənlərin  arxivi,  antivirus 
proqramları,  komputerin  işləmə  qabilliyətinin  diaqnostikası,  axtarış  sistemləri 
aiddir. 
Axtarış  sistemləri    bioloji  məlumatların  informasiya  mənbələrinin 
təsvirini, informasiya axtarış dilinin və axtarış qaydalarının səmərəliliyini təmin 
etməyə imkan verir.  
Ümumtəhsil  məktəblərində  biologiyanin  tədrisində  müəllim  idrak 
prosesinin  ziddiyyətli  xarakterini  nəzərə  almalı,  problemli  vəziyyətlərin 
yaradılması  üçün  əlverişli  imkanlar  açmalıdır.  Şagirdlərin  idrak  fəallığının 
səmərəliliyinin  artırılması  üçün  bir  sıra  pedaqoji  tələblərə  əməl  olunmalıdır. 
İdrak  fəallığının  artırılmasına  xidmət  edən  pedaqoji  tələblərə  aşağıdakıları 
göstərmək olar: 
-
 
Müəllim  və  şagirdlərin  birgə  fəaliyyəti  prosesində  subyektlərarası 
münasibətlərin fəallaşdırılması; 
-
 
Təlim  prosesində  şagirdlərin  təşəbbüslərinin,  yaradıcı  imkanlarının 
inkişaf etdirilməsi; 
-
 
Müntəzəm  şəkildə  şagirdlərin  idrak  fəallığının  artırılması,  bunun 
üçün dərslərdə əyaniliklərdən və İKT-dən istifadə olunması;  


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
50 
-
 
Şagirdlərin tələbatlarını, motivlərini, imkanlarını nəzərə alaraq onlara 
şəxsiyyətyönümlü,  şagirdyönümlü  yanaşma  prinsipinə  riayət 
olunması; 
-
 
Təlim prosesində subyekt-obyekt və obyekt-subyekt münasibətlərinin 
qarşılıqlı  surətdə  bərqərar  olması  son  nəticədə  subyekt-subyekt 
münasibətlərinə gətirib çıxarması; 
-
 
Təlimə  motivasiya  yaradaraq  biliklərə  təkidli  cəhdin,  yeni  biliklərə 
müstəqil yiyələnmə şəraitinin yaradılması; 
-
 
İdrak  fəallığının  formalaşdırılmasına  dair  şagirdlərdə  müsbət 
motivasiyanın yaradılması; 
-
 
Təlim  fəaliyyətində  təşəbbüskarlığın,  müstəqilliyin  və  yaradıcılığın 
inkişaf etdirilməsi; 
-
 
Dərslərdə  laboratoriya  məşğələlərinə,  praktik  işlərə,  təcrübələrin 
aparılmasına diqqətin artırılması. 
Şagirdlərin 
idrak 
fəallığının 
və 
yaradıcı 
müstəqilliyinin, 
təşəbbüskarlığının səmərəliliyinə nail olmaq üçün haqqında danışılan problemin 
psixoloji  əsaslarının  aydın  təsəvvür  edilməsi  lazımdır.  İdrak  fəallığında  əsas 
məsələ dərketməyə və fəaliyyətə tələbatın olmasıdır. Müəllim öz fəaliyyətində 
idrak  fəallığının  strukturunun  bütün  elementlərini  nəzərə  almalı,  idrak 
fəallığının  inkişafı  vəzifələrinin  yerinə  yetirilməsinə  kömək  göstərməli,  idrak 
marağını  diqqət  mərkəzində  saxlamalıdır.Müəllimin  səmərəli  fəaliyyəti 
nəticəsində  idrak  marağı  stimuldan  motivə  və  nəticədə  şagird  üçün  tələbata 
çevrilməlidir. 
İdrak  fəallığının  inkişafının  mühüm  pedaqoji  göstəricisi  şagirdlərin 
yerinə  yetirdikləri    müstəqil  işlərdir.Müəllim  şagirdlərini  müstəqilliyə 
alışdıraraq  çalışmalıdır  ki,  onlar  özünütəhsil  işinə  məqsədyönlü  və  sistemli 
qoşulsunlar.  Onlar  tədris  materialını  hazır  şəkildə  deyil,  həmin  materialın 
müstəqil əldə edilməsinə nail olsunlar. Müəllimin vəzifəsi şagirdlərin diqqətini, 
onların  marağını  tədris  mövzusuna  cəlb  etmək,  bu  əsasda  idrak  fəallığının 
inkişafına  şərait  yaratmaqdır.Şagirdin  idrak  müstəqilliyinin  formalaşdırılması 
üçün  o,  qarşısına  məqsəd  qoymağı  bacarmalı  və  ona  nail  olmağa  cəhd 
göstərməlidir.  Eyni  zamanda    şagird  geniş  idrak  motivlərinə,  stimullarına, 
özünütəhsil və özünütəkmilləşdirmə motivlərinə yiyələnməlidir. Şagirddə özünə 
müsbət  münasibət  formalaşdırılmalı,  özünəinam  yaradılmalı,  özünütəhlil, 
özünütəşkil və özünənəzarət bacarıqları aşılanmalıdır. 
Təlim  prosesində  şagirdlər  müəllimlə  qarşılıqlı  münasibətdə  olur,  bu 
münasibətlər  dərketmə  fəaliyyətinə  xeyli  dərəcədə  təsir  göstərir.  Müəllim 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
51 
bütövlükdə  sinfi  idarə  etdiyi  kimi,  şagirdlərin  idrak  fəaliyyətini  də  nəzarətdə 
saxlayır.  Bu  idarəetmənin  normal  təşkili  onun  peşə  hazırlığının  və  ustalığının 
səviyyəsindən  asılıdır.  Şagirdlərin  idrak  fəallığının  pedaqoji  modelinə 
əsaslanaraq o, fəaliyyətini təşkil edir, təlimə  metodik baxımdan rəhbərlik edir, 
tədris  məşğələlərində  vaxtdan  səmərəli  istifadəyə  səy  göstərir,  gənclərin  idrak 
fəallığının  formalaşdırılmasını  diqqət  mərkəzində  saxlayır.Şagirdlərin  idrak 
fəallığının artırılmasına xidmət edən dərs nümunələrindən birini izləyək. 
Biologiya  –  VI  sinfində  “Bakteriyaların  təbiətdə  və  insan  həyatında 
rolu” mövzusununstandartı:4.1.1. Canlıların ətraf mehitlə və bir-birilə əlaqəsini 
izah edir kimi verilmişdir. 
Dərsin  məqsədiBakteriyaların  təbiətdə  həyata  keçirdikləri  prosesləri 
şərh  edir  vəbakteriyaların  insan  həyatındakı  rolunu  izah  edir”  kimi 
müəyyənləşdirilir.  Mövzunun  həyat  bilgisi,  kimya  ilə  inteqrasiya  yaradılması 
mümkündür.Dərsi qrupla iş, kollektiv iş kimi təşkili faydalı hesab olunur. Beyin 
həmləsi,  müzakirə,  suallar,  tədqiqat,  təqdimat  kimi  üsullar  tətbiq  oluna 
bilər.Dərsdədərslik,  iş  vərəqləri,  markerlər,  komputer,  slaydlardan  istifadə 
edilir. Dərs aşağıdakı mərhələlərlə təşkil olunur. 
 
1. Motivasiya: Özü kiçik, işi böyük olan canlı varlıqların 
şəkilləri verilir. 
Yönəldici suallarla müraciət edilir: 

 
Bu şəkillər nəyi ifadə edir? 

 
Gözlə görünməyən Yer kürəsində geniş yayılan varlıqlar necə 
adlanır? 

 
Onlar təbiətdə hansı bioloji prosesləri həyata keçirirlər? 

 
Onların insan həyatında rolu nədən ibarətdir? 
 
Tədqiqat sualı:Bakteriyaların təbiətdə və insan həyatında nə 
əhəmiyyəti var? Böyük “qəbirqazanları” adlandırır? 
 
2. Tədqiqatın aparılmasıŞagirdlərə bakteriyaların formalarının 
adlarına uyğun şəkillər verilir və onlar 4 qrupa bölünürlər. 
İş vərəqi 1. 

 
Bakteriyaların təbiətdə geniş yayılmasının səbəbini izah edin. 

 
Torpağın münbitləşməsində bakteriyaların rolunu izah edin. 

 
Bitkilərin həyatında bakteriyalar nə kimi rol oynayır? 
İş vərəqi 2. 

 
Süd turşusu qıcqırdıcı bakteriyaların kənd təsərrüfatındakı rolunu 
izah edin. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə