Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
46 
 
Ümumtəhsil məktəblərində biologiyanın tədrisində  
şagirdlərin idrak fəallığının İKT vasitəsilə artırılması 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
İsmayılova Esmira Əlinazim qızı  
ADPU-nun Kimya və Biologiya fakültəsinin  
biologiyanın tədrisi metodikası  
kafedrasının magistrantı II kurs, əyani 
 
Xülasə 
  Məqalədə  biologiyanın  tədrisində  şagirdlərdə  idrak  fəallığının  artırılmasında 
elektron təlim vasitələrinin rolu  aydınlaşdırılmışdır. 
 
Аннотация 
В  данной  работе  исследованы  особенности  методики  применения 
электронных  средств  обучения  в  преподавании  биологии    для  повыщения 
интеллектуальной активности.  
 
Аbstract 
  T
he article is devoted to the  teaching  method  means of the 
electronic  trainig  
technology     on the biology teaching  for the formating of skills.  
 
Açar sözlər: biologiyanın tədrisi , elektron təlim vasitələri 
Ключевые слова: электронныe средств обучения,   преподавании биологии.  
Key words: elektron technology training means, biology training 
 
 
XXI  əsrdə  Azərbaycan  məktəblərində  interaktiv  təlim  sistemindən 
istifadə  olunur.  Fəal  təlimin  əsas  subyekti  şagirdlərdir.  Digər  fənnlərlə  yanaşı 
biologiyanın  tədrisində  də  şagirdlərdə  idrak  fəallığının  artırılması  bir  problem 
kimi  təhsilin  qarşısında  durur.  Tədris  prosesi  elə  təşkil  olunmalıdır  ki,  idrak 
fəallığı  müstəqil  öyrənmə  fəaliyyəti  doğursun,  şagirdə  “ilk  kəşf”  sevinci  
keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak 
fəallığı  ilk  növbədə  təfəkkürün  fəallaşdırılması  əsasında  yaranır.  Buna  nail 
olmaq  üçün  təlim  prosesində  idrak  fəallığını  stimullaşdıran  problemli 
situasiyalar  yaradılmalıdır.  Uşaqda  bu  problemin  həlli  tələbatının  yaranması 
nəticəsində  bütün  idrak  prosesləri  də  fəallaşır  və  yeni  bilikləri  kəşf  etməyə 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
47 
yönəlir.  Bunun  üçün  idrak  fəallığını  artıran  metod  və  texnikalardan  istifadə 
olunmalıdır. 
Dövrümüzün  inkişafına  müvafiq  olaraq,  ümumtəhsil  məktəbləri  gənc 
nəslin həyata hazırlığını elə təmin etməlidir ki, onlar nəinki müasir dövrdən baş 
çıxara bilsin, hətta gələcək dövr üçün lazım olan bilik və bacarıqlara müstəqil 
yiyələnməyə  xüsusi  səy  göstərsinlər.  Problem  təlim  prosesində  şagirdlərdə 
idrak fəallığının inkişaf etdirilməsi ilə həll oluna bilər. 
Akademik  M.M.Mehdizadə  göstərmişdir  ki,  “şagirdlərin  idrak  fəallığı 
mövqeyi  heç  də  kortəbii  surətdə  özbaşına  formalaşmır.  O,  həm  təlim-tərbiyə 
prosesində:  təlimin  müxtəlif  metod  və  priyomlarından,  təşkil  formalarından 
mükəmməl  və  yüksək  səviyyədə  istifadə  edilməsi  nəticəsində,  həm  təlim 
prinsiplərinin ardıcıl tətbiqi nəticəsində, həm də şagirdin “daxili” imkanlarının, 
o  cümlədən  maraq  və  tələbatının  istifadə  edilməsi  sayəsində  formalaşır” 
(1.s.381). 
İnsanın  təbiətə  münasibətinin  rəngarəng  formaları  sistemində  mühüm 
yeri  idrak,  yaxud  insanı  əhatə  edən  mühit  haqqında  biliklər,  onun  təbiəti  və 
strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti 
haqqında bilgi tutur. 
İdrak  obyektiv  aləmin,  onun  qanun  və  qanunauyğunluqlarının  insan 
beynində  müəyyən  məqsədə  yönələn  fəal  inikasıdır.  Təlim  prosesində  idrak 
fəaliyyətinin  formalaşdırılması  üçün  nəyi  öyrətməklə  yanaşı,  necə  öyrətmək 
problemi  müəllimlərin  qarşısında  duran  əsas  vəzifələrdən  biridir.  Təlim 
fəaliyyəti şagirddə yaradıcı təxəyyülün əsas inkişafetdiricisinə çevrilir.Müəllim 
şagirdlərdə  təlimə  maraq  oyatmaq  üçün  dərslərdə  yaradıcılıq  əhval-rusiyyəsi 
yaratmaqla, yetirmələrini “tədqiqatçı” vəziyyətinə salmalıdır. Onları axtarıcılığa 
sövq  etməklə  şagirdlər  də  nə  isə  tapa  biləcəklərinə  inam  müəllim  tərəfindən 
yaradılmalıdır.  
Fəal təlim şagirdlərin təhsillənməsində yeni keyfiyyətlər formalaşdıraraq 
fəal  idrak  fəaliyyətinə  əsaslanan  bu  prosesin  sinonimi  qismində  “interaktiv” 
təlim  üsulları  ilə  üst-üstə  düşür  ki,  onun  da  tətbiqi  şagirdlərin  tədqiqatçılıq 
fəaliyyətlərində xüsusi rol oynayır. Fəal təlim idrak fəaliyyətinin təşkili və idarə 
olunması üsullarının məcmusu kimi özünü göstərir. 
Şagirdlərin  tədqiqatçılıq  fəaliyyətinin  inkişafı  üçün  dərsdə  idrak 
fəaliyyətinin  aktivləşdirilməsinə  şərait  yaradılmalı,  induksiya,  deduksiya, 
analogiyadan  istifadə  edilməlidir.  Təlim  prosesində  şagirdlərin  idrak 
fəaliyyətinin  aktivləşdirilməsi  həyata  keçirildikdə,  bir  tərəfdən  tədris  olunan 
material şüurlu surətdə mənimsənilir, digər tərəfdən ümumi qanunauyğunluqlar 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
48 
və  əsas  ideyalar  haqqında  təsəvvür  yaranır,  bilik  əqidəyə  çevrilir.  Dərsdə 
şagirdlərin idrak fəaliyyətinin qüvvətləndirilməsi o zaman təmin edilir ki, onlar 
özlərinin bütün qüvvələri ilə təlim prosesinə cəlb olunsunlar. 
Ümumtəhsil  məktəblərinin  əsas  fənləri,  o  cümlədən  biologiya  fənni 
şəxsiyyətin  humanist  əsaslarının,  vətəndaşlıq  şüurunun  və  təfəkkürünün,  ətraf 
aləmə  fəal  yaradıcı  münasibətinin  təşəkkülünə,  ümumi  mədəniyyətinin 
formalaşmasına  şərait  yaradır,  təhsil  prosesinin  mühüm  vəzifələrinin  yerinə 
yetirilməsini təmin edir. 
Şagirdlərin  idrak  fəallığının  inkişaf  etdirilməsi  vəzifələrinin  həyata 
keçirilməsi  üçün  biliklər  hazır  şəkildə  deyil,  onlar  düşünüb,  axtarıb  tapmaq, 
yaradıcı fəaliyyət göstərmək əsasında verilməldir. İdrak proseslərinin səviyyəsi 
nə  qədər  yüksək  olarsa,  şagirdlər  təlimdə  bir  o  qədər  uğur  qazanar.  Müəllim 
şagirdlərin 
idrak 
proseslərini 
fəallaşdırmaq, 
stimullaşdırmaq, 
istiqamətləndirmək  məqsədinə  xidmət  edən  metod  və  üsullar,  təşkil  formaları 
seçməlidir.Şagirdə  tədris  materialında  başlıcanı,  əhəmiyyətlini,  müvafiq 
biliklərin  obyektinin  strukturunu  müəyyənləşdirən  ümumi  münasibəti  aşkara 
çıxarmaq  problemi  öyrədilməlidir.  Belə  münasibət  tədris  materialının 
xassələrini  lazımınca  öyrənməyə  və  təlimin  hərtərəfli  şəkildə  təcrübəyə 
tətbiqinə imkan verir. 
Müəllim  tədris-idraki  fəaliyyətin  motivlərinin  meydana  gəlməsinə, 
mühafizə  edilməsinə  və üstünlük təşkil etməsinə  çalışmalıdır. Bu  məqsədlə o, 
stimullardan, müvafiq fəaliyyətin zahiri təhrikedicilərindən istifadə etməlidir. 
Biologiyanın interaktiv təlim metodlarının, informasiya kommunikasiya 
texnologiyalarının  köməyilə,  fənlərarası  və  fəndaxili  əlaqələrdən,  problem 
situasiyalardan  istifadə  etməklə  tədrisi  şagirdlərdə  təbiətin  öyrənilməsinə 
marağı  artırır,  biologiyanın  əsaslarına  dərindən  bələd  olmağa  əlverişli  şərait 
yaradır.  Bunun  nəticəsində  təlimin  səmərəliliyi  yüksəlir,  şagirdlərin  müstəqil 
işləri yerinə yetirmə fəallığı artır. 
 Ümumtəhsil  məktəblərində  biologiyanin  tədrisində  şagirdlərin  idrak 
fəalliğinin ikt vasitəsilə artirilmasi elektron təlim vasitələrinin tətbiqini nəzərdə 
tutur. 
Elektron  təlim  vasitələri  tələbələrin  aktiv  və  yaradıcı  inkişafını  elmi, 
praktik  biliklərlə  təmin  edən,  qrafik,  nitq,  musiqili,  video,  şəkil  və  digər 
məlumatların sistematik texnologiyaları toplusudur.  
Elektron  təlim  vasitələri  aparılan  virtual  laboratoriya  işlərində 
məlumatlarını vizuallığını, interaktivliyi təmin etməyə imkan verir.  
 Elektron təlim vasitələri aşagıdakı növlərə bölünür   


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə