Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
118 
əsrin əvvəllərində “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat” qəzetləri, və “Molla 
Nəsrəddin” jurnalı nəşrə başladı.  
XIX  əsrin  20-ci  illərindən  başlayaraq  maarifçilik  ideyaları  bədii 
ədəbiyyatın  janr-üslub  modelini  də  yeni  keyfiyyətlərlə  zənginləşdirdi,  yeni 
ədəbi  növ  və  janrların  meydana  çıxmasına  şərait  yarandı.  Satira  sahəsində 
Q.Zakir  və  Baba  bəy  Şakir,  nəsr  sahəsində  Abbasqulu  ağa  Bakıxanov  və 
İsmayıl bəy Qutqaşınlı xüsusi xidmətlər göstərmişlər. 
Hər  bir  müəllifin  yaradıcılığının  özünəməxsus  səciyyəvi  xüsusiyyətləri 
vardır. Ümumilikdə  isə onlar  hiyləgər,  fırıldaqçı, nadan, qabiliyətsiz, rəhmsiz, 
qəddar hökmdarları, Allah və peyğəmbər adından istifadə edib min cür fitnələr 
törədən, despotun zülmünə bəraət qazandıran riyakar ruhaniləri, paxıl, kinli və 
intiqamçı  adamları,  zəhmətlə  yaşamağın  əleyhinə  olanları,  əfəl  saray 
xadimlərini,  yaltaq  məmurları,  bacarıqsız,  ləyaqətsiz,  ikiüzlü  hakimləri,  avam, 
cahil,  kələkbaz,  fırıldaqçı,  nadan  adamları,  hər  işi  zorda  görənləri,  məzlumu 
tapdayanları bədii şəklə salaraq ifşa edirdilər.  Dramlarda ictimai eybəcərliklər, 
əxlaqi naqislik, milli geriliyin səbəbləri, dövrün, zəmanənin insan xarakterində 
əmələ  gətirdiyi  ziddiyyətlər,  dövlət  başçılarının  ağılsızlığı,  açılıb  göstərilir, 
köhnə feodal patriarxal adətlər, despotizm, zəmznənin ictimai eyibləri, avamlıq-
cadugərlik, xüsusilə cəhalət və nadanlıq təqlid edilir.  
XIX  əsrin  XX  əsrlə  qovuşuğunda  yaradılan  dram  əsərləri  bir  növ 
ədəbiyyatımızın  bədii  hüsnünü  müəyyənləşdirir.  Həmin  dramaturqlar 
əsərlərində marifçilik ideyalarını, nəcib, əxlaqlı və mənəviyyatca təmiz olmağın 
fəzilətini,  ağıllılığın,  ədalətsizliliyin,  mərdliyin  və  alicənablığın  ali  hiss 
olduğunu  təbliğ  edir,  qadın  hüquqsuzluğuna,  ictimai  bərabərsizliyə,  dini 
mövhumata qarşı çıxırlar. 
Bu 
dövr 
Azərbaycan 
dramaturgiyasının 
əsasının 
qoyulması 
M.F.Axundzadə  ilə  bağlıdır.  O  cümlədən  komediya  və  dram  janrlrının,  yeni 
tipli  tənqidi  povestin  əsasının  qoyulması  da  M.F.Axundzadəyə  aiddir.  Əsrin 
sonunda faciə və roman janrının ilk nümunələri yaranmışdır. 
Mirzə  Fətəli  Axundzadənin (1812-1878)  maarifçi-realist  görüşləri  Azərbaycan 
ədəbiyyatının  sonrakı  inkişafında  müstəsna  rol  oynayaraq,  Azərbaycan 
ədəbiyyatında 
çağdaş 
Qərb 
ədəbiyyatı 
janrlarının 

 dram, roman, hekayə, novella, povest, poema və  s.  oturuşmasına  güclü  təsir 
göstərmişdir.  Onun 1850-1855-ci  illər  arasında  yaratdığı  altı  dram  əsəri 
özündən  sonra  Yaxın  və  Orta  Şərq  ədəbiyyatlarında  ədəbi  məktəb 
formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin 
etik  başlanğıc, humanizm,  ədalətsevərlik, səmimiyyət və doğruçuluq  motivləri 
Axundzadə  yaradıcılığında  davam  və  inkişaf  etdirilərək  gələcək  nəsillərə 
tövsiyə edilir. 
Mirzə  Fətəli  Axundzadənin Azərbaycan  mədəniyyəti üçün  müəyyən  etdiyi 
ədəbi-estetik  inkişaf  istiqaməti  XIX  əsrin  ikinci  yarısında Seyid  Əzim 
Şirvani (1835-1888), Nəcəf  bəy  Vəzirov (1854-1926),  Əbdürrəhim  bəy 
Haqverdiyev(1870-1933) 
kimi  maarifçi-realist  sənətkarların  meydana 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
119 
çıxmasına  və  təkcə  Azərbaycan  deyil,  eyni  zamanda  qonşu  xalqların  ədəbi-
mədəni yüksəlişinə xidmət etməsinə səbəb oldu.  
Faciə  janrında  N.Vəzirov(  “Müsibəti-Fəxrəddin”),  roman  janrında  isə 
N.Nərimanov (“ Bahadır və Sona”) yazmağa başlamışlar. 
M.F.Axundzadə  bədii  yaradıcılığa  şeirlə  başlamışdır.  O  şeirlərini  “ 
Səbuhi”  təxəllüsü  ilə  yazmışdır.  Azərbaycan  ədəbiyyatında  azad  düşüncə 
tərzinin ən böyük nümayəndəsi M.F.axundzadə olmuşdur.  
M.F.axundzadə  yaradıcılığa  şeirlə  başlamağına  baxmayaraq,  1850-1855-
ci  illərdə  özünün  məşhur  altı  komediyasını  yaratmaqla  nəinki  azərbaycan 
ədəbiyyatında,  bütövlükdə  Balkanlardan  Hindistana  qədərki  türk-müsəlman 
dünyasında  dramaturgiyanın  əsasını  qoymuşdur.  Bu  komediyalarla  şərq 
aləmində dram yazmağın nümunəsini göstərmişdir. 
Türk-müsəlman 
dünyasında 
dramaturgiya 
M.F.Axundzadə 
dramaturgiyasının ənənələri işığında inkişaf  etmişdir. Yazıçının ilk dram əsəri 
“Hekayəti-Molla İbrahimxəlil  kimyagər “dir. Bu komediyada M.F.Axundzadə 
bir  tərəfdən  avamlığı  və  geriliyi,  ikinci  tərəfdən  fırıldaqçılığı  tənqid  edir. 
Komediyanın  əsas  tənqid  hədəfi  “nuxulular”dır  (Hacı  Kərim,  Ağa  Zaman, 
Molla  Salman,  Məşədi  Cabbar,  Səfər  bəy).  Onların  simasında  müəllif 
Azərbaycan həyatında imtiyazlı nümayəndələrini ümumiləşdirmişdir.  
“  Nuxulular”  nadan,  geridə  qalmış,  bisavad,  eyni  zamanda  öz 
mənafelərini  güdən  acgöz,  tamahkar  adamlardır.  Onlar  hər  cür  mövhumata, 
dərvişlərin  fırıldaqlarına,  yalançı  kimyaya,  misi  gümüşə  çevirmənin 
mümkünlüyünə inanırlar. 
Komediyada əsas gülüş hədəflərindən biri də Molla İbrahimxəlildir. Onun 
simasında  yazıçı  avam  camaatı  aldadan  yalançı  kimyagərlərin  səciyyəvi 
xüsusiyyətlərini ümumiləşdirir. 
Əsərdə  həm  avam  və  cahil,  həm  də  kələkbaz  ,  fırıldaqçı  adamlara  qarşı 
şair Hacı Nuri surəti qoyulmuşdur. Yazıçı bu surətin simasında dövrünün ağıllı, 
namuslu,  vətənpərvər  ziyalılarının  səciyyəvi  keyfiyyətlərini  göstərmiş,  onun 
vasitəsilə  zəmanəsinin    ictimai  eyiblərini,  xüsusilə  nadanlığı  və  cəhaləti  ifşa 
etmişdir. Bu pyesdə M.F.Axundzadə müasirlərini nadanlığın pəncəsindən xilas 
olub, namuslu əməyə, elmə və maarifə yiyələnməyə çağırır. 
Axundzadənin  ən  yaxın  mənəvi  irsi-Nəcəf    bəy  Vəzirov  olmuşdur. 
N.Vəzirov  onun  həm  maarifçilik  proqramına,  həm  də  dram  poetikasına  yeni 
bədii notlar və sosial fəlsəfi çalar gətirir. O həyatın, məişətin və əxlaqın realist 
səhnədəki  əhatə  çərçivəsini  daha  da  genişləndirir,  ona  yeni  janrlar,  üslub,  dil 
fərdiliyi artırır. 
N. Vəzirov əxlaq məsələlərini real həyat kontekstində səhnəyə daşıyaraq 
yeni  bir  üslub  yaradır.  Dram  əsərlərində  konkrat  mübariz  qəhrəmanlar 
yaratması  onun  yaradıcılığının  səciyyəvi  xüsusiyyətidir.  Vəzirov  maarifçi 
didaktikanı  son  hüduda  gətirib  çatdırır,  səhnədə  birbaşa  təlim-monoloq 
söyləyən zezoner surətlərin bütöv bir silsiləsini yaradır. (Əşrəf  bəy, Fəxrəddin 
bəy). 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə