Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
113 
İstismar,  modernləşdirmə,  utilizasiya  mərhələsində  konyunktura  və 
marketinq informasiyası tələb olunur. 
Bundan  əlavə,  istehsalçı  tərəfindən  yaradılan  sənaye  və  intellektual 
mülkiyyətin  hüquqi  qorunması  labüddür,  o  cümlədən  patent  vəziyyəti  barədə, 
patentləşmənin  həyata  keçirilməsi,  lisenziyalaşdırma,  ekspertiza  haqqında 
informasiya  da  tələb  olunur;  lisenziyanın  və  digər  firmaların  “nou-xau”larının 
əldə  edilməsinin  məqsədəuyğunluğu  barədə;  innovasiya  siklinin  intellektual 
məhsullarının  kommersiya  xarakterli  istifadəsi  imkanları  barədə:  kəşflərin 
patentləşdirilməsi,  prinsipial  sxemlər,  nəşrlər,  məhsulların  maketləri, 
nümunələr,  çertyoj-konstruktor  sənədləri,  texnoloji  nümunələr,  texnoloji 
sənədləşmə,  istismar  sənədləri,  utilizasiya  texnologiyası,  qanunvericilik  və 
normative  aktlar  və  onların  praktiki  tətbiqi  barədə  məlumatlar  bu  qəbildən 
hesab edilir. 
Mütəxəssislər  üçün  nəzərdə  tutulmuş  informasiyaya  aşağıdakılar  aid 
edilir: 

 
informasiya sistemlərinin sistemaltları və təminat vasitələri haqqında 
informasiya, onların arasında texniki vasitələri fərqləndirmək olar (komputerlər, 
telekommunikasiya  avadanlıqları,  təşkilati  texnika,  tərkib  materialları,  yəni 
komplektləşdirən materiallar); 

 
proqram  məhsulları  (müxtəlif  istiqamətli  proqram  kompleksləri  – 
peşəkardan  tutmuş,  təcrübəsiz  komputer  istifadəçisinə  qədər:  system  proqram 
təminatı,  ümumi  istiqamətli  proqramlar,  konkret  mənsubiyyət  sahəsində 
funksiyaların həyata keçirilməsi üzrə tətbiqi proqram təminatı və s.); 

 
informasiya  sistemləri  və  texnologiyalarının  işlənib  hazırlanması  və 
müşayiəti  haqqında  informasiya  (təşkilatların  informasiya  mənbələrinin  aşkar 
edilməsi  məqsədilə  apardıqları  təhlil,  proqram  kompleksinin  quruluşunun 
işlənib hazırlanması, məlumatlar bazasının (MB) yaradılması və müşayiəti; 

 
informasiya sənayesinin müxtəlif aspektləri üzrə konsultasiyalar alma 
barədə  informasiya  (hansı  informasiya  texnikasını  almaq  lazımdır,  peşəkar 
fəaliyyətin  həyata  keçirilməsi  üçün  hansı  proqram  təminatı  tələb  olunur, 
informasiya  sistemi  lazımdırmı  və  öz  fəaliyyətini  hansı  informasiya 
texnologiyası bazasında təşkil etmək daha yaxşı olar və s.); 

 
informasiya  mənbələrinin  hazırlanması  haqqında  məlumat  (verilmiş 
mövzu, sahə, hadisə və s. üzrə MB-nın yaradılması). 
Maarifləndirici  informasiya tədris  xarakteri  daşıyır  və  komputer  və 
qeyri-komputer növündə təqdim oluna bilər: tədrisin bütün forma və dərəcələri 
üçün  dərsliklər,  metodiki  vasitələr,  praktikumlar,  inkişaf  etdirici  komputer 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
114 
oyunları, tədris edən və nəzarət edən komputer sistemləri, tədris metodikaları və 
s.:  məktəbə  qədər,  məktəb,  xüsusi,  orta  peşəkar,  ali,  yüksək  ixtisaslaşma  və 
təkmilləşdirmə. 
Bu  növ  informasiya  təcrübə  və  zamanla  daha  çox  sınaqdan  keçirilmiş 
hesab  olunur  və  insan  fəaliyyətinin  əsas  təməlli  məlumatlarını  özündə  əks 
etdirir. 
Cəmiyyətin informasiyalaşdırılmasının pozitiv təsirləri ilə yanaşı, mənfi 
cəhətləri  də  mövcuddur.  Belə  ki,  bir  çox  ölkələrdə  alimlər  bəyan  edirlər  ki, 
kütləvi kommunikasiya sahəsində texniki proses bəzi hallarda cəmiyyətin sosial 
tənəzzülünə  gətirib  çıxarır,  çünki  bəzən  əsrlərlə  yaradılmış  sosial 
kommunikasiya əlaqələrini pozurlar. 
Texnologiyalar  əsri  olan  müasir  dövrümüzdə  İKT  sektorunun 
genişləndirilməsinə,  bu  şəbəkədə  çalışacaq  ixtisaslı  kadr  və   proqramçıların 
hazırlanmasına dövlət səviyyəsində diqqət artırılır. 
İndi ölkə ərazisində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində  
fənlər  İKT  -nin  imkanlarından  istifadə  edilməklə  tədris  olunur.  Pedaqoji 
kollektivlər  məktəblərdə  elektron kitabxanalardan, dərsliklərdən geniş  istifadə 
edirlər.  Hər  il  yüzlərlə  müəllim  İKT  kurslarına  cəlb  olunur.  “Hər  şağirdə  bir 
komputer” çağırışı həyata keçirilir. 
Ölkəmizdə  elektron  hökumət  qurulmasına  hazırlıq  məqsədilə  maraqlı 
tədbirlər hazırlanır, tətbiq olunur. 
Son  illərdə  Respublikada  Təhsilin  İnformatlaşması  sahəsində  həyata 
keçirilən köklü islahatlar özü-özlüyündə İKT infrastrukturunun inkişafı ilə sıxı 
sürətlə bağlıdır.  
Öz növbəsində milli təhsil sistemində İKT infrastrukturunun inkişafı bir 
sıra prioritet istiqamətlər üzrə həyata keçirilmişdir.  
Ölkədə 
innovasiya 
iqtisadiyyatının 
formalaşdırılması 
və 
təkmilləşdirilməsi  innovasiya  infrastrukturunun  və  potensialının  struktur 
dəyişiklərini  labüd  edir.  Azərbaycan  Dünya  İqtisadi  Forumunun  hazırladığı 
“Qlobal  Rəqabətlilik 2013- 2014 hesabatında” 4,51 balla 39-cu  yerə  yüksəlib. 
2010-2011-ci  illərdə  rəqabətqabiliyyətliliyi  reytinqində  Azərbaycanın  mövqeyi 
57-ci  yer  olduğu  halda,  2013-2014-cü  illərdə  39-cu  yerdə  qərarlaşıb. 
Azərbaycan  makroiqtisadi  mühit  göstəricisinə  görə  148  ölkə  arasında  8-ci, 
əmək  bazarının  effektivliyi  göstəricisinə  görə  30-cu,  texnoloji  hazırlıq  və 
innovasiya səviyyəsinə görə 50-ci yerləri tutub. 
Ölkədə  informasiya-kommunikasiya  texnologiyalarının  (İKT)  inkişafı 
ilə bağlı görülən işlər nəticəsində 2003-2009-cu illərdə ölkədə İKT sektoru üzrə 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə