Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

32 
bitmir:  trioda  sözün  əsl mənasında belə  bir  unison  çalğıya  nail olmağın, 
doğrudan da böyük yaradıcılıq qələbəsi olduğunu etiraf etməklə bərabər, 
biz  lazımi  yerlərdə,  yaxşı  unisonlarla  yanaşı,  çox  vaxt  kamançanın 
tamamilə  müstəqil  olaraq  ikinci  səs  çaldığı  hallarına  da  təsadüf  edirik. 
Belə hallarda  tarla  kamança arasında  bəzən  sual-cavab,  bəzən  imitasiya, 
melodik  fiqurasiyalar  və  hətta  ayrı-ayrı  hallarda  kamançada  üç  simdə 
akkordlar götürmək kimi priyomlrdan istifdə yolu ilə əsas melodik xəttin 
zənginlşdirilməsini görürük. Məhz buna görə, Qurban Pirimov (tar), Saşa 
Oqanezaşvili  (kamança)  və  Cabbar  Qaryağdı  oğlu  (qaval)  triosunun 
instrumental  musiqi  cəhətə  müvəffəq  olduğu  mükəmməl  ifaçılıq 
ansamblı, rəngarəng və əzəmətli bir orkestr kimi səslənirdi". 
Təbii ki, o dövrdə başqa sazəndə dəstələri mövcud olsa da, bu üçlüyün 
tarixi  baxımdan  fəaliyyəti  daha  önəmli,  daha  avanqard  idi.  Bu  üçlüyün 
çıxışı  sənət  yenilikləri  ilə  zəngin  idi.  Onların  ifası  özləri  tərəfindən 
düzülüb  qoşulmuş  (bəstələnmiş)  təsniflər,  mahnılar,  rənglər,  oyun 
havaları ilə daima yeniləşirdi. 
Muğam  dəstgahlarının  sıralanmasında,  xüsusilə  də  araçalğılar  özü-
özlüyündə  daha  yaradıcı  səpkidə  inşa  edilərək  yaddaqalan  şirin  xallarla 
işlənirdi. Bu üçlüyün çıxışı həm peşəkar ifaçıların, bəstəkarların, dirijorların, 
həm  də  muğamşünasların  maraq  və  diqqət  mərkəzində  idi.  Bu  yaradıcı 
üçlüyün fəaliyyəti bütövlükdə sazəndə dəstələrinin iyirminci yüzillikdə daha 
yüksək bir mərrhələyə qədəm qoymasından xəbər verən ən parlaq bir səhifə 
idi.  Bu  üçlüyün  yaradıcı  çıxışları  XX  əsrin  30-40-cı  illərinə  kimi  özü  ilə 
rəqabət aparacaq bir sazəndə dəstəsi tanımamışdır. 
İyirminci  yüzilliyin  əvvəllərindən  başlayaraq  yeni-yeni  yaranan  xalq 
mahnıları, rəng, dəraməd, təsnif, diringə və oyun havaları əsasən bu dəstənin 
yaradıcılığı olsa da, bu sənətçilər həmin əsərlərin müəllifi kimi tanınmırdılar. 
Yalnız  xalqın  yaddaşında  iz  qoymuş  hadisələr  hansısa  bir  məclisdə 
bədahətən oxunub-çalınan havalar, hətta muğamlar da yaddaşlarda ustadının 
adı ilə deyilib. Segah İslam, Zabul Qasım, Bayatı-Qacar Baladadaş, Mirzə 
Hüseyn Segahı, Haşım Segah və sair. "Cabbar Qaryağdı oğlunun şahidliyinə 
görə Hacı Hüsü 1875-ci ildə "Kürq-Şahnaz", bir el şənliyində isə Sadiqcanın 
müşayiətilə  "Qatar"  muğamlarını  yaratmışdı,  onlarca  dadlı-dadlı  təsnif 
qoşmuşdu..." . 
Cabbar  Qaryağdı  oğlunun  toyların  birində  bədahətən  "İrəvanda  xal 
qalmadı"  mahnısının  həm  sözlərini,  həm  də  musiqisini  oxuması  musiqi 
tariximizdə 
yaddaqalan 
hadisə 
kimi 
xatırlanır.  Xan  Şuşinski 
yaradıcılığına aid edilən "Şuşanın dağları" dillər əzbəri olmuşdur. 
Ustad  tarzən  Əhməd  Bakıxanov  "Ömrün  sarı  simi"  kitabında  yazır: 


33 
Azərbaycanın  məşhur  ustad  oxuyanlarından  Ələsgər  Abdullayevlə 
Qurbanın  "Segah",  "Rahab"  və  "Şur"  çalması  xüsusi  qeyd  olunmalıdır. 
Qurban ilk dəfə olaraq tarda "Çoban bayatı"nı böyük ustalıqla çalmışdır". 
Peşəkar  musiqiçilərin  ən  böyük  xidmətlərindən  biri  də  Azərbaycan 
dilinin,  Azərbaycan  poeziyasının  muğamata,  təsniflərə  bədii  mətn  kimi 
seçməsidir. Filologiya elmləri doktoru, yazıçı Rəfael Hüseynov yazır: Bu 
həmin  Hacı  Hüsü  idi  ki,  Mir  Möhsün  Nəvvabla  birgə  Şuşada  musiqi 
məclisinin təməlini qoymuşdu. 
Bu həmin Məşədi İsi idi ki, Cəlil Bağdadbəyovun yazmasınca məhz o 
Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxumağa başladı və 
Cabbar  Qaryağdı  oğlunun  fikrincə  "Herati-Kabili"  muğamının  ən  mahir 
ifaçısıydı,  "xanəndələr  arasında  qaval  çalmasına,  əlinin  zərbinin  düz 
olmasına görə birinciydi"... 
Musiqi tədqiqatçısı Firudin Şuşinski yazırdı: "...Cabbar Qaryağdı oğlu 
böyük  ifaçılıq  qabiliyyəti  göstərib,  Azərbaycan  şairlərindən  Füzulinin, 
Qasım  bəy  Zakirin,  Seyid  Əzim  Şirvaninin  və  Xurşidbanu  Natəvanın 
qəzəllərini ilham və məhəbbətlə oxumuşdur. Cabbarın doğma ana dilində 
qəzəl  oxuması  muğamatın  geniş  kütlələr  içərisində  yayılmasına  xeyli 
kömək etmişdir". 
Bülbül Məmmədov yazırdı: "XIX əsrin sonunda və XX əsrin əvvəlində 
inqilabi  hadisələrin  və  artmaqda  olan  milli  şüurun  təsiri  altında  xanəndə 
ansamblları  demokratikləşməyə  başlayır.  Xalq  onları  kütlələrlə  qarışmağa 
məcbur  edir.  Qeyd  etmək  lazımdır  ki,  Cabbar  Qaryağdı  oğlu  Azərbaycan 
xalq  mahnılarını  ifa  etməyə  başlayan  və  tədricən  fars  dili  mətnindən 
uzaqlaşan ilk müğənnilərdən biri olmuşdur". 
Ümumiyyətlə,  iyirminci  yüzillik  bütövlükdə  xanəndə  və  sazəndə 
dəstələrinin rolunu və əhəmiyyətini tamlığı ilə qoruyub saxladı. XX əsrin 
sonuna  doğru  keçmiş  ənənələr  daha  bariz  şəkildə  kütləviləşdi.  Muğam 
dəstgahlarının bu formada təqdimatı geniş musiqi ictimaiyyəti tərəfindən 
arzu edilən oldu. 
Bir  sıra  keçmiş  sazəndəçilər  öz  çıxışlarını  instrumental  musiqinin 
təbliğinə yönəltdilər. Kamançaçalanlar Habil Əliyev, Ədalət Vəzirov, Şəfiqə 
Eyvazova,  tarzənlər  Ramiz  Quliyev,  Həmid  Vəkilov,  qarmonçalanlar 
Aftandil  İsrafilov,  Zakir  Mirzəyev  və  başqa  sənətkarlar  daha  çox 
instrumental  musiqinin  inkişafı  və  təbliğinə  üstünlük  verdi.  Bu  tendensiya 
aşıqlıq  sənətində  də  özünü  göstərmyə  başladı.  Necə  deyərlər,  Aşıq  Ədalət 
Nəsibovun uğurlu çıxışları sazın instrumental şəkildə inkişafına və təbliğinə 
üstünlük  verdi.  Bu  tendensiya  aşıqlıq  sənətində  də  özünü      göstərməyə 
başladı.  Necə  deyərlər  Aşıq  Ədalət  Nəsibovun  uğurlu  çıxışları  sazın  solo 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə