Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

37 
sim  zir,  ikinci  “məsna”,  üçüncü  mislas,  dördüncü  bəm  və 
sonralar  əlavə  edilmiş  beşinci  sim  had  adlandırılmışdır.  Qədim  ud 
əsrlər  boyu  quruluş  və  forma  etibarı  ilə  islah  edilmiş, dövrümüzə  qədər 
təkmil  bir  alət  kimi  gəlib  çatmışdır.  Ərəblər  tərəfindən  İspaniyaya 
gətirilmiş ud, sonralar Qərb ölkələrində lütnya adı ilə geniş yayılmışdır. 
Qədim  musiqi  aləti  udun  Azərbaycan  ərazisində  mövcudluğunu  sübut 
edən onlarla ədəbi, tarixi mənbələr məlumdur. 
«Ud»  sözünün  çoxəsrlik  tarixini  nəzərə  alaraq  demək  istərdik  ki, 
həmin  söz  ayrı-ayrı  tarixi  dövrlərdə  müxtəlif  mənalarda  işlənmişdir. 
Güman edirik ki, ilk əvvəl ud «kasa» mənasını vermişdir. Yəqin ki, alətin 
çanağının kasaya oxşaması ilə əlaqədardır. Daha sonralar isə ola bilsin ki, 
alət  indiki  kimi  tamamilə  ağacdan  hazırlandığı  üçün  ona  bu  ad 
verilmişdir. 
Azərbaycanda  ansambl  və  orkestrlərdə  ud  geniş  şəkildə  təbliğ 
olunaraq  müəyyən  funksiyaların  icrası  üçün  istifadə  olunur.  Bu  alətin 
yada  düşməsində  və  Azərbaycanda  yenidən  məşhurlaşmasında  istedadlı 
tarzən,  əməkdar  artisti  Əhsən  Dadaşovun  xidmətləri  misilsizdir.  Onun 
ifasında  udda  çalınan  və  radionun  fondunda  saxlanılan  «Şur»  muğamı, 
«Qaraxal  yar»  mahnısı  ifaçılıq  sənətimizin  ən  dəyərli  yadigarıdır.  Ud 
1974-cü  ildən  xalq  çalğı  alətləri  orkestrinin  tərkibinə  daxil  edilmişdir. 
Çalanlar da əksər hallarda tarzənlər olur. Elə bu səbəbdən də, not yazısı 
tara istinadən qurulmuşdur. Söz  yox ki, udun  geniş səs diapazonu, onun 
səslənmə 
xüsusiyyəti 
nəzərə 
alınaraq, 
alətin 
not 
sistemi 
təkmilləşdiriləcək və tədrisi qaydaya salınacaqdır. Müasir udun beş qoşa, 
bir tək (cəmi on bir) simi olur. Ud, çanağı sağ dizin üzərinə qoyularaq ifa 
edilir.  İpək  sap,  bağırsaq  və  xüsusi  kaprondan  hazırlanmış  simlər  bir-
birinə  kvarta  münasibətində  köklənir. Ud  armudvarı  çanaqdan,  qol  və 
aşıxlar yerləşən kəllədən ibarətdir. Alətin çanağı yığma üsulu ilə bir neçə 
hissədən,  əsasən,  səndəl,  qoz  və  armud  ağaclarından  hazırlanır.  5  mm 
qalınlığında  olan  bu  taxta  hissələr  (qabırğalar)  xüsusi  qəliblərdə  istiyə 
verilərək  lazımi  ölçüdə  əyilir  və  hissə-hissə  yığılır.  Çanağın  üzü  5  mm 
qalınlığında  şam  ağacından  hazırlanmış  taxta  üzlüklə  örtülür.  Ümumi 
uzunluğu 850 mm olan udun çanağının eni 350 mm, uzunluğu 480 mm, 
hündürlüyü  200  mm  olur.  Udun  diapazonu  böyük  oktavanın  “mi” 
səsindən  ikinci  oktavanın  “fa”  səsinə  kimidir.  Solo  və  müşayiətçi  alət 
kimi orkestr və ansamblların tərkibinə daxil edilmişdir. 
 
 
 


38 
 
 
РЕЗЮМЕ 
Мунис Шарифов 
Эта  статья  посвящена  исторической  роли  групп  ханенде  и  сазенде.  Наряду  с 
этим отмечена роль инструментов уд и ганун.  
Ключевые слова: мугам, трио, уд, ганун (канон).  
 
SUMMARY 
Munis Sharifov  
This article is devoted to historical role of khanende and sazende groups. The author 
is noticed also role of ud and ganun.  
Key words: mugam, trio, ud, kanon.  
 
Ряйчиляр:  
АМК-нын профессору Ф.Халыгзадя; 
БМА-нын профессору, сянятшцнаслыг доктору 
М.Кярим. 
 


39 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Alətşünaslıq       Органология 
 
Abbasqulu NƏCƏFZADƏ, 
sənətşünaslıq namizədi, dosent 
 
HƏRBİ ZƏRB ALƏTİ KOS TƏKMİLLƏŞDİRİLİR 
 
Açar  sözlər:  kos,  membranofonlu  çalğı  alətləri,  miniatür  tablolar, 
ədəbi mənbələr.   
Kos  aləti  də  bir  sıra  çalğı  alətlərimiz  kimi 
müxtəlif  ərazilərdə  fərqli  şəkildə  adlandırılıb: 
kus,  kos,  kös,  küs,  küus,  koos,  kuus  və  s.  E.ə. 
yaranmış  kos  zərblə  çalınan  alətlərimizdəndir. 
Bu alət haqqında ilk yazılı mənbə “Kitabi-Dədə 
Qorqud” dastanı hesab edilir. Dastanın bəzi qə-
dim  boylarında  kos  alətinin  adına  rast  gəlirik. 
(1,  184).  Yəni,  dastanda  təsvir  olunan  bir  sıra 
ictimai-siyasi, tarixi hadisələr müxtəlif dövrləri, 
hətta  e.ə.-ki  illəri  əhatə  edir.  “Koroğlu”  (XVI 
əsr) dastanında da kos aləti vəsf olunur.(2, s. 442).  
Klassik şairlərimizdən – Xaqani Şirvani (1120-1199), Nizami Gəncəvi 
(1141-1209),  Mustafa  Zərir  (XIV  əsr),  Fədai  Təbrizi  (XVI  əsr), 
Məhəmməd Əmani (1536-1630), Rüknəddin Məsud Məsihi (1580-1656) 
və  başqaları  kos  alətini  şeirlərində  təsvir  etmişlər.  Onlardan  bir  neçə 
nümunə təqdim edirik.  
Əfzələddin  Xaqani  fars  dilində  yazdığı  “Divan”ında  “Amixteənd” 
(“Tökürlər”) adlı qəsidəsində qeyd edir:  
Soute-morğan be dərəd çərx məgər badəme-xiş
Bange-kus molk ta cor amixteənd (3, 118-119). 
Beytin farscadan sətri tərcüməsi belədir: 
Quşların səsi fələyin çərxinin parçalayar öz səsi ilə 
Kusun səsi isə sanki yer üzünü asimana qarışdırır. 
Nizami Gəncəvi: 
Ətrafa səs saldı zəng, boru, сərəs, 
Qan сoşur kərənay aldıqсa nəfəs. 
Fəryada gəldikсə şeypur ilə kus, 
Açılır qırmızı güldən səndərus  (4, s. 334). 


40 
Xatırladaq  ki,  şeirin  sonuncu  sözü  “səndərus”  (və  yaxud  “səndəlus”) 
ərəb  kəlməsidir.  Səndəlus  bəzi  iynəyarpaqlı  ağacların  şirəsindən 
hazırlanaraq, kamança kirişinə  sürtülmək və s. üçün işlədilən sarı rəngli 
maddəyə deyilir.  
Və yaxud:  
Ze ğoridəne-kuse-xali demağ 
Zəmin lərzə oftad, dəre kuho rağ… 
Xoruşidəni-kus, rəvineyi kas, 
Nəyuşəndəra dad bər сan-həras  (4, s. 150).  
Tərcüməsi: 
İçiboş kuslar gurlayan zaman 
Uzaq çöllərdə, dağlarda yer titrədi… 
Bürünс kusların içindən çıxan gurultudan 
Eşidənlərin сanına qorxu düşdü. 
Mustafa Zərir: 
Nagəhan çıxdı, gəlirlər baələm
Urdilər kusü nəqarə, zirü bəm  (5, s. 106).   
Fədai Təbrizi: 
Çalındı təblü kusi-şadiyanə, 
Ata olarmı bundan şad, ya nə? (6, s. 11). 
Çalındı təblü küsü nayü şeypur, 
Qətari-ləşgər oldu şəhridən dur. (6, s.17). 
Döyüldüyü təblü kusü şadyanə, 
Həm ol xaсəyə qıldı lütf büsyar... 
* * * 
Buyurdu: siz çalın ol təblü kusi
Mühəyya olsun əsbabi əruzi, 
Çalındı təblü kus, nayi zurna
Qamu şəhrü vilayət oldu agah.  (6, s. 85). 
Çalındı təblü kusü nayü zurna, 
Nə kim könlu dilər olmuş mühəyya. 
* * * 
Çalındı təblü kusü nayü zurna, 
Sanasan məhşər oldu, qopdu qovğa… (6, s. 98). 
Məhəmməd Əmani: 
Aşiqlər ara səltənəti-eşq mənimdür, 
Əfğan ilə ahim bilə kusü ələmüm bar  (7, 37).  
Rüknəddin Məsud Məsihi: 
Avazi-fəğani-kusi-zərrin, 
Ol сəmə verürdi mərg təlqin  (8, 124).  
 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə