Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi


AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

45 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Bəstəkarların yaradıjılığı       Творчество композиторов 
 
Toğrul ƏSƏDULLAYEV 
 Azərbaycan Milli Konservatoriyasının müəllimi 
 
MÜSLÜM MAQOMAYEVİN 
“ŞAH İSMAYIL” OPERASINA BİR NƏZƏR 
 
Açar sözlər: muğam operası, libretto, Mirzə Əbdülqadir İsmayılzadə 
(Visaqi).  
Azərbaycanda  hər  il  18  sentyabr  musiqi  aləmində  əlamətdar  bir  gün 
kimi  qeyd  olunur.  Bu  da  təsadüfi  deyil.  Çünki  həmin  gün  Azərbaycan 
professional  musiqisinin  banisi,  dahi  bəstəkar  və  musiqişünas  Üzeyir 
Hacıbəyli (1885-1948) anadan olmuşdur.  
Həyat  elə  gətirib  ki,  Azərbaycan  musiqisinin  banisi  olan  Üzeyir 
Hacıbəyli  ilə  bir  ildə,  bir  ayda,  bir  gündə  Müslüm  Maqomayev  (1885-
1937) də anadan olmuşdur. Yəni, 1985-ci ilin sentyabr ayının 18-də. On-
ların ilk görüşü Qori seminariyasında təhsil aldığı illərdə baş vermişdir.  
 Məhz bu səbəbdən dahi Üzeyir Hacıbəylinin yaxın qohumu (bacana-
ğı), dostu və silahdaşı,  onunla birgə Azərbaycanda bəstəkarlıq  yaradıcı-
lığının bərqərar olunmasında iştirak etmiş görkəmli bəstəkar, ilk profes-
sional  dirijor,  ictimai  xadim,  Müslüm  Maqomayevin  anadan  olmasının 
126  illiyi  ilə  əlaqədar  biz  bəstəkarın  ən  gözəl  əsəri  olan  “Şah  İsmayıl” 
operası haqqında söz açmaq istərdik.  
 Müslüm  Maqomayev  “Şah  İsmayıl”  operasını  1913-cü  ildə  yazmış-
dır. Lakin libretto müəllifi Mirzə Əbdülqadir İsmayılzadə ilə qanorar mə-
sələsində  razılığa  gəlmədiyindən  əsərin  tamaşası  təxirə  salınır.  Yalnız 
M.Ə.İsmayılzadənin ölümündən sonra əsər 1915-ci ildə tamaşaya qoyu-
lur. Xatirladaq ki, M.Ə.İsmayılzadə tanınmlş şair Mikayıl Müşfiqin atası-
dır.  O  vaxtdan  bu  günə  kimi  “Şah  İsmayıl”  operası  Dövlət  Akademik 
Opera və Balet teatrının səhnəsindən düşmür. Tamaşaçılar tərəfindən bö-
yük  maraq  və  rəğbətlə  baxılır  və  sürəkli  alqışlarla  qarşılanır.  Bu  opera 
muğam operaları sahəsində Sovet dövründə sonuncu əsər idi.  
“Şah  İsmayıl”  operasında  Müslüm  Maqomayev  Üzeyir  Hacıbəylinin 
muğam  operası  sahəsində  qoyduğu  ənənələri  davam  etdirmişdir.  Bu 
barədə  müəllif  belə  yazır:  “Mənim  məqsədim  Üzeyir  Hacıbəyovun 
yazdığı  operalar  şəklində  opera  yaratmaq  idi.  Yalnız  bircə  bu  fərqlə  ki, 
muğamlardan savayı bütün qalan parçalar orijinal musiqi olmalıdır”.  


46 
Bəli “Şah İsmayıl” operasında Müslüm Maqomayev öz istəklərini çox 
bacarıqla həyata keçirə bildi. Operada improvizisiyalı muğam epizodları 
ilə yanaşı, klassik operanın formaları çox maraqlı bir surətdə bir-biri ilə 
uzlaşdırılmışdır.  
Onu  da  qeyd  edək  ki,  bəstəkar  operanı  3  dəfə  redaktə  etmişdir.  İlk 
redaktədə şair Mirzə Əbdülqədir İsmayılzadənin (Visaqi) librettosu əsasında 
qurulan  opera  sonralar  bəstəkarın  özü  tərəfindən  dəyişdirilmişdir.  2-ci 
redaktədə  bəstəkar  improvizasiyalı  epizodların  azaldılması  və  klassik 
operaya uyğun olan formaların əlavə etməsini öz qarşısına məqsəd qoyur.  
Onu da qeyd edək ki, hər bir redaktədə opera daha da təkmilləşmiş və 
cilalanmış,  musiqi  dilinin  elementləri  daha  da  dərinləşmişdir.  Bu  da  öz 
növbəsində Azərbaycan operasının ənənəvi opera janrına yaxınlığın əldə 
olunmasına atılan yeni bir addım, yeni bir səhifə idi. 
Bəstəkarın sənət dostu olan Üzeyir Hacıbəyli Müslüm Maqomayevin 
bu  prinsipini,  yəni  muğamların  Avropa  musiqi  formaları  ilə  əlaqələn-
dirilməsi prinsipini yüksək qiymətləndirirdi. Bu barədə o belə yazır: “Şah 
İsmayıl  Azərbaycanın  o  dövrki  musiqi  həyatında  improvizə  olunmuş 
milli operanı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları 
ilə  əlaqələndirmək  sahəsində  ilk  təşəbbüsüdür.  Bəstəkarın  operaya 
məxsus  olan  ünsürləri  –  ariyaları,  duetləri,  çoxsaylı  xorları  və  s.  tətbiq 
etmək arzusu burada bariz şəkildə özünü göstərir”.  
Müslüm  Maqomayev  “Şah  İsmayıl”  operasını  eyni  adlı  dastan  sujeti 
əsasında  yazmışdır.  Demək  olar  ki,  muğam  operalarının  hamısı  dastan 
sujetinə yazılıblar.  
Şah  İsmayıl  haqqında  əfsanələrin  birində  atasından  sonra  İsmayılın 
(1499-1524-ci  illər)  taxt-taca  sahib  olması  haqqında  hekayət  söylənilir. 
Müslüm Maqomayev də eyni adlı operasında məhz əfsanənin bu qolundan 
istifadə etmişdir. Operanın sonunda da İsmayıl taxt-taca sahib olur.  
“Şah  İsmayıl”  operası  obraz  rəngarəngliyi  ilə  də  diqqəti  cəlb  edir. 
Obrazların  müxtəlifliyi  əlbəttə ki,  ilk növbədə musiqi dilinin orijinallığı 
və  hər  bir  obrazın  xarakterini  təcəssüm  etməsi  ilə  seçilir.  Müəllif  igid, 
sevgisinə sadiq olan Şah İsmayılın, əzmkar və qəddar Aslan şahın, gözəl 
və  incə  Gülzarın  obrazını,  döyüşçü  qadın  olan  Ərəbzənginin  mərd 
obrazını dolğun şəkildə təsvir edə bilmişdir. Hər bir obraz özünəməxsus 
melodik  çalarlarla,  müxtəlif  musiqi  ifadə  vasitələrilə  orkestrin  tembr 
rəngarəngliyi ilə açılır. Bu obrazları opera teatrında çalışan müxtəlif nəsl 
ifaçıları  bir-birinə  ötürmüşlər.  Biz  məhz  obrazların  ilk  ifaçıları  ilə  sizi 
tanış etmək istərdik.  
Şah  İsmayıl  rolu  musiqinin  xasiyyətinə  və  masştabına  görə  operada 
əhəmiyyətli yeri tutur. Bu obrazın ilk ifaçısı böyük aktyorumuz Hüseynqulu 
Sarabski olmuşdur. Onun ifasında bu rol bir neçə il davam etmişdir.  
Şah  İsmayıl  obrazının  sonrakı  ifaçılarından  danışarkən  biz  ən  əvvəl 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə