Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

50 
yetirməsidir! İranda yaşasa da fars bəstəkarı deyildir. Nə yazıq ki, insan 
şəxsiyyətini tapdaq altına salan, mənfur Stalin siyasəti onu da vətənindən 
uzaqlara  didərgin  salmışdır.  Biz  öz  istedadlı  şəxsiyyətlərimizə  sahib 
çıxmalıyıq. Onları məxsus olduqları yerə aid etməliyik. Onsuz da mənfur 
ermənilər  bizim  mənsub  olduğumuz  bütün  gözəllikləri  –  torpaqlarımızı, 
şairlərimizi,  bəstəkarlarımızı,  mütəfəkkirlərimizi,  musiqimizi,  musiqi 
alətlərimizi,  milli  mətbəximizi  və  s.  dəyərlərimizi  ələ  keçirməyə  hər 
zaman  can  atırlar.  Biz  də  bütün  varlığımızla  çalışmalıyıq  ki,  onların 
özləri  qədər də iyrənc olan fikir və düşüncələrini həyata keçirməklərinə 
imkan yaratmayaq.  
Əli Zöhrab oğlu Səlimi 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 
Onun  atası  əslən  Cənubi  Azərbaycanın  Ərdəbil  mahalının  Mehmandust 
kəndindən idi. Anası Cavahir xanım isə Pirşağı kəndində böyüyüb boya-
başa çatmışdı. Kiçik Əli orta musiqi təhsilini Bakıda almışdır. Hələ uşaq 
yaşlarından musiqiyə olan marağı onun milli alətimizdə çalmağına vəsilə 
olmuşdu.  Orta  məktəbdə  oxuyarkən  onu  müxtəlif  konsertlərə  dəvət 
edirdilər.  İstedadını  artıq  ilk  ifalarından  göstərən  Əli  yeni  təşkil  olunan 
ansambllarda  iştirak  edirdi.  Konsertlərdə  çıxışları  ilə  seçilirdi.  10  yaşı 
olarkən  o,  Azərbaycan  xalqının  məşhur  musiqiçilərindən  olan  görkəmli 
tarzən Əhməd Bakıxanovun diqqətini cəlb edir. Əhməd Bakıxanov həm 
də bacarıqlı pedaqoq kimi də öz bilik və təcrübəsini gənc nəslin yetişməsi 
yolunda  əsirgəməzdi.  Qayğıkeş  insan  və  böyük  musiqiçi  Ə.Bakıxanov 
Əli  Səlimini  öz  müəllimlik  himayəsinə  götürərək  Azərbaycan  xalqının 
qədim və ulu sənəti olan tarın tədrisini ona öyrətmişdi. Daha sonralar hər 
zaman  Əli  Səliminin  böyük  rəğbətlə  yad  etdiyi  müəllimi  onun  sənət 
yoluna bir cığır açmış, gələcəyini təmin edəcək yol göstərmişdi. Əhməd 
Bakıxanovla  Əli  Səlimini  bir-birlərinə  bağlayan  daha  bir  cəhət  hər 
ikisinin Cənubi Azərbaycanda yaşaması olmuşdu.  
Ə.Bakıxanov  Cənubi  Azərbaycanda  yaşadığı  illərdə  məşhur  muğam 
ustası  Əbülhəsən  xandan  dərs  alır.  Sonralar  isə  Bakıya  qayıdaraq 
pedaqoji  fəaliyyətə  başlayır.  Bir  çox  məktəblərdə,  klub  və  mədəniyyət 
evlərində musiqi dərnəklərinə rəhbərlik edirdi.  
Nadir istedadını görən Üzeyir Hacıbəyli onu 1929-cu ildə Azərbaycan 
Dövlət  Konservatoriyasına  dəvət  edir.  Qeyd  edək  ki,  onunla  bərabər 
Cabbar  Qaryağdı  oğlu,  Mirzə  Mansur  Mansurov,  Ağalar  Əliverdibəyov 
da  konservatoriyaya  dəvət  alanlar  arasında  idi.  1933-cü  ildən  ömrünün 
sonuna  qədər  də  Ə.Bakıxanov  pedaqoji  fəaliyyətini  A.Zeynallı  adına 
Musiqi Texnikumunda davam etdirmişdir.  
Görkəmli muğam ustası Ə.Bakıxanov ömrünün 50 ildən çox hissəsini 
Azərbaycan  musiqi  mədəniyyətinin  tərəqqisinə  sərf  etmiş,  çoxsaylı 
tələbələr  nəsli  yetişdirmişdir.  Onlardan  Adil  Gəray,  Əliağa  Quliyev, 
Orxan  Orxanbəyli,  Baba  Salahov,  Həbib  Bayramov,  Əhsən  Dadaşov, 
Əlikram  Hüseynov,  Sərvər  İbrahimov,  Firudin  Ələkbərov,  musiqişünas 


51 
Davud Məmmədbəyov və başqalarını göstərmək olar.  
Əhməd Bakıxanov tələbələrinə hər bir muğamın milli səciyyəvi xüsu-
siyyətlərini  təfərrüatı  ilə  başa  salırdı.  O,  xalq  yaradıcılğı  xəzinəsindən 
götürdüyü  mühüm  keyfiyyətləri  tutarlı  amillərlə  bağlayaraq,  bunları 
klassik  üslub  kimi  təqdim  edirdi.  Mirzə  Sadıq  Əsədoğlunun  yaradıcı 
ənənələrinə  sadiq  qalaraq,  muğam  ifaçılığının  gərəkli  xüsusiyyətlərini 
əvvəl musiqi dili ilə, sonra isə nəzəri yolla tələbələrinə anladırdı.  
Ə.Bakıxanov muğamlarda olan kiçik ibarələri, xırdalıqları belə əhatəli 
şəkildə ifa zamanı çatdırmağı mühüm sayır və tələbələrinə tövsiyə edirdi. 
O, muğamın forma bütövlüyünə, genişliyinə, şöbələrin quruluş qaydasına 
düzgün və ciddi yanaşmağı tələb edirdi.  
Ə.Bakıxanovun  ifa  üslubu  və  öyrətdiyi  muğamlar,  rənglər  rəqs 
nümunələri  Əli  Səliminin  həyatının  çətin  vaxtlarında  onun  üçün  böyük 
kömək  olmuşdu.  Çünki  1938-ci  ildə  Stalin  siyasətinin  özbaşınalıqlarına 
tab  gətirməyərək  Əlinin  atası  ailəsi  ilə  birgə  öz  ata  –  baba  yurduna  - 
Ərdəbilə  köçür.  Daha  sonralar  isə  Mazandarana,  ordan  da  Tehran 
şəhərinə  köçür.  Özünü  Əhməd  Bakıxanovun  yetirməsi  sayan  Əli 
ustadının sənətindən bəhrələnərək, kamil musiqiçi kimi yetişmişdi. 
Ailələri  İrana  köçdükdə  Əli  artıq  16  yaşında  gənc  idi.  Atasının  ailəsini 
saxlamaq üçün necə çətinliklərə qatlaşdığını görüb ona yardım etməyə məhz 
öz  sənəti  ilə,  ifası  ilə  başlayır.  Əvvəl  yalnız  toy  şənliklərində,  müxtəlif 
məclislərdə Azərbaycan xalq rənglərini, oyun havalarını çalar, Azərbaycan 
muğamlarının gözəlliyini iranlılara çatdırmağa çalışırdı. Əli Səliminin tarın 
zərif simləri üstə gəzən barmaqlarının ecazkarlığına məftun olan farslar üçün 
o illərdə Azərbaycan musiqisi  yad idi. Onlar bizim musiqiyə çox da bələd 
deyildilər. Ancaq qulaq asanda ona heyran olurdular.  
Məclislərin birində dövrünün tanınmış musiqişünaslarından olan Yusif 
Nijadi  adlı  bir  şəxs  Əli  Səliminin  ifasını  dinlədikdən  sonra  ona  Tehran 
radiosuna aparmağı söz verir. Əli Azərbaycan xalq mahnılarını, rəqsləri, 
rəngləri Tehranda olarkən elə ustalıqla səsləndirir ki, onu dərhal radionun 
musiqi  şöbəsinə  işə  götürürlər.  Y.Nijadinin  köməkliyi  ilə  radioya  yol 
tapandan  sonra  Əli  Səlimi  musiqi  savadını  artırmağa  səy  göstərir, 
təhsilini daha da təkmilləşdirir. Qeyd edək ki, Tehran radiosunda çalışan 
tarzən  Adil  Axunzadə  və  həmin  radionun  solisti  və  tanınmış  xanəndə 
Mustafa  Payan  da  vaxtilə  məcburiyyət  qarşısında  İrana  köçmüş 
Azərbaycan musiqiçilərindəndir.  
Əli  Səlimi  ömrünün  böyük  bir  hissəsini  Tehranda,  daha  sonralar  isə 
Təbriz  şəhərində  həm  tar  ifaçısı  və  həm  də  tar  müəllimi  kimi  fəaliyyət 
göstərməklə  keçirir.  İranda  Azərbaycan  tarının  tədrisi  və  təbliği  işində 
onun  rolu  əvəzolunmazdır.  O,  bu  sahədə  bir  çox  təcrübəli  ifaçı  və 
müəllimlər nəsli yetişdirmişdir. Onlardan Murad Kaşifi, Musa Bahari və 
s. kimi tar mütəxəssislərinin adlarını çəkə bilərik.  
 Eyni  zamanda  Ə.Səlimi  “Tar  məktəbi”  adlı  kitadını  da  yazmışdır  ki, 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə