Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə61/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   176

 

186 


Şeyx  Əli  xanın  sarayında,  sonra  isə  atasının  Əmsar  kəndindəki 

malikanəsində  yaşamışdır.  Burada  o,  gözəl  və  nəcib  xasiyyəti  ilə 

qubalılardan  özünə  çoxlu  dost  qazanmışdır.  İlk  təhsilini  Qubada 

almışdır. Burada o, ruhanilərdən  fars və  ərəb dillərində dərs alaraq 

hər iki dili öyrənmişdir. Fars və ərəb dillərini yaxşı bilməsi sayəsin-

də  Firdovsi,  Xəyyam,  Nizami,  Xaqani,  Füzuli  kimi  böyük  klassik-

lərin əsərləri ilə tanış olmuşdur. 

A.Bakıxanov  1819-cu  ilin  dekabr  ayında  Tiflisə  gedib  orada 

Qafqazın baş hakimi general A.P. Yermolovun idarəsində Şərq dil-

ləri üzrə mütərcim vəzifəsinə qəbul edilmişdir. Rəsmi dövlət qullu-

ğu Rusiya-İran və Rusiya-Türkiyə müharibələri dövrünə təsadüf et-

diyindən  o,  bir  sıra  hərbi  səfərlərdə  iştirak  etmiş,  bacarıqlı  ictimai 

xadim-diplomat  kimi  tanınmışdır.  Hərbi  xidmət  sahəsində  pol-

kovnik  rütbəsinə  yüksələn  A.Bakıxanov  rəsmi  dövlət  qulluğunda 

çalışmaqla yanaşı elmi və ədəbi  yaradıcılıqla da məşğul olmuşdur. 

O,  muxtəlif  illərdə  "Qanuni-Qüdsi",  "Təhzibi-əxlaq",  "Kitabi-nəsi-

hət", "Kitabi-Əsgəriyyə", "Mişkatül-ənvar" və b. əsərlərini yazmış-

dır. “Qanuni-Qüdsi” - əsəri Bakıxanovun birinci  elmi  əsəri olmuş-

dur və o bu əsri uşaqlara fars dilinin sərf və nəhvini sadə dildə öy-

rətmək məqsədi ilə yazmışdır. Bu dərslik kitabı farsların özlərindən 

də  çox  qabaq  bu  dilin  təlimi  üçün  yazılan  ilk  əsərlərdən  biridir.         

A. Bakıxanov əsəri üç fəsilə bölür: “Hərflər”, “Kəlmələr” və “Cüm-

lə”. Burada müəllif əsasən ərəb və fars dillərinin qrammatik prinsip-

lərinə  əsaslanmış,  onları  orjinal  yolla  fars  dilinin  daxili  qanunauy-

ğunluqlarına uyğunlaşdırmağa çalışmışdır. O, Şərqdə bir ənənə şək-

lini almış qaydaya riayət edərək, bəzi misalları şeirlə vermiş və bu 

şeirlərdə  atalar  sözlərini  xatırladan  hikmətamiz  fikirlər  ifadə  et-

mişdir. Müəllif bu əsəri “Riyazül-Qüds”dən təqribən 8 il sonra, yəni 

hicri tarixi ilə 1244-cü ildə yazmışdır.Əsər ilk dəfə 1831-ci ildə fars 

dilində, 1841-ci ildə isə Tiflisdə rus dilində nəşr edilmişdir. Müəllif 

“Qanuni-Qüdsi”nin  məktəb  şagirdləri  üçün  bir  dərslik  olmasını 

nəzərdə  tutduğu  üçün,  əsərdə  əyanilik  prinsipinə  riayət  etmişdir; 

sərf-nəhv qanunlarının yadda möhkəm saxlanılması üçün misalların 

əksəriyyətini  şeir  parçaları  ilə  vermişdir.  Əsərin  farsca  nəşrinin 

müqəddiməsində  o  bu  xüsusla  yazır:  “Misalları  yazdığım  şeirlərlə 

vermişəm ki, dərk etmək asan olsun, çünki şeirlə deyilən sözlər asan 

yadda qalır” misalların əksəriyyəti eyni zamanda tərbiyəvi mahiyyət 



 

187 


daşıyırdı. Bunların içərisində maarifçi alimin rasionalist dünyagörü-

şünü  ifadə  edən  misallar  da  vardır.  Məsələn:  “Hər  bir  müvəf-

fəqiyyətli  iş  ağıl  sayəsində  mümkün  olur”,  “Ağılsız  adam  həmişə 

hünərsiz  olar”,  “Zalıma  deməyin  ki  zülm  etmə,  çünki  o  ,  bu  hərə-

kətindən əl çəkməz” 

Bunlardan başqa bu  əsərdə :  “Səni  mədh edəndən uzaqlaş və 

özünü  gözlə”,  “Namuslu  qadın  kişi  üçün  elə  böyük  dövlətdir  ki, 

onun misli yoxdur” və s. bu kimi əxlaqi nəsihətlərə də rast gəlirik. 

A.Bakıxanovun ən böyük elmi əsər isə Azərbaycan və Dağıs-

tan  xalqlarının  tarixinə  aid  olan  “Gülüstani-İrəm”  əsəridir.  Müəllif 

özü dövlət başçılarına və müasirlərinə  yazdığı məktublarında “mə-

nim  uzun  illər  zəhmətimin  məhsuludur”  deyə  qeyd  edirdi.  Bütün 

əsərlərində  olduğu  kimi  bu  əsərə  də  A.Bakıxanov  müqəddimə  ilə 

başlayır.  Müəllif  yığcam  lakin  dolğun  olan  müqəddimədə  tarix 

elminə  qısa  bir  tərif  verir;  onu  cəmiyyət  və  xalq  üçün  ən  faydalı 

elmlərdən biri sayır. Bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır 

və  gələcək  həyatı  qorumaq  üçün  bu  təcrübədən  istifadə  etməyi 

lazım görür. “Gülüstani-İrəm”  əsəri elmi  əsər olsa da bu  əsərdə  də 

Bakıxanovun  pedaqoji  ideyalarına  rast  gəlinir.  Belə  ki,  Bakı-

xanovun qadın haqqında xüsusi əsəri və ya müntəzəm şəkildə şərh 

olunmuş  baxışları  yoxdur.  Lakin  onun  “Gülüstani-İrəm”,  “Kitabi-

Əsgəriyyə”  və  başqa  əsrlərindəki  bir  sıra  faktlardan  görünür  ki, 

Bakıxanov  qadınlarda  yüksək  əxlaqi  keyfiyyətlərin  olmasını,  qəti-

lik,  mərdlik,  xarakter  möhkəmliyi,  müstəqillik,  düşüncəli  olmaq, 

mərhəmətli,  mübariz  olmaq,  azadlığa  meyl  emək  kimi  bir  sıra 

müsbət keyfiyyətləri qeyd etmişdir. 

Abbasqulu ağa Bakıxanovun elmi əsərlərindən əlavə onun pe-

daqoji məsələlərlə bağlı bilavasitə yazdığı əsərləri də vardır. O, pe-

daqoji  məsələlərlə  də  bir  alim-pedaqoq  kimi  məşğul  olmuş, 

uşaqların  və  gənclərin  tərbiyəsi  ilə  əlaqədar  olaraq  dəyərli  əsərlər 

yazmışdır  ki,  bunlardan  biri  “Təhzibül-Əxlaq”  digəri  isə  “Kitabi-

nəsihət”dir. 

“Təhzibül-Əxlaq” müəllifin həm  pedoqogika və  psixologiya-

ya aid elmi, həm də nəzəri məsələlərlə məşğul olan fəlsəfi əsəridir. 

Əsər fars dilində yazılmış müqəddimə, on iki fəsil və nəticədən iba-

rətdir. Bu əsərin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, 

onlarda  nəcib  və  gözəl  əxlaq  normalarını  oyandırmaqdır.  Şəxsiy-



 

188 


yətin  bütövlüyü,  doğruluq,  ədalətlilik,  mərdlik,  insanlarla  yaxşı 

rəftar, təvazökarlıq, elm və maarifi  hər şeydən üstün  tutmaq,  vətən 

və  xalqa  məhəbbət  və  s.  ideyalar  əsərin  irəli  sürdüyü  əsas  məsələ-

lərdir. O, əsərində bir əxlaq müəllimi, tərbiyəçi kimi faydalı məslə-

hət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir,onu əməyə rəğbət, 

dostluğa  sədaqət,  böyüyə  hörmət,  təvazökarlığa  və  ədalətə  çağırır. 

İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, 

riyakarlıq,  paxıllıq,  nankorluq,  yalançılıq  kimi  alçaq  sifətlərdən 

çəkindirməyə çalışır və öz fikirlərini elmi sürətdə, dərin fəlsəfi izah 

və  sübutlarla  möhkəmləndirir,  bir  çox  məsələlərdə  dünyəvi  əxlaq 

cəbhəsində  duraraq  ümumbəşəri  əxlaq  normalarını  təbliğ  edir. 

”Təhzibül-Əxlaq”əsərində  qədim  materialist  yunan  fəlsəfəsi  və 

klassik  Şərq  şeirinin  təsiri  də  özünü  açıq  şəkildə  hiss  etdirmək- 

dədir.  Əsərdə  müəllif  ayrı-ayrı  məsələrin  şərhi  ilə  əlaqədar  olaraq, 

yeri  gəldikcə  Sədi,  Əttar,  Hafiz,  Rumi  və  başqalarından  mənalı, 

ibrətamiz beytlər vermişdir. Abbasqulu ağa Bakıxanov dostluğu üç 

qrupa bölür: 

1. Formal dostluq: rəsmi, vəzifə münasibətlərindən irəli gələn 

dostluq. 

2. Məişət ehtiyatlarını ödəməyə əsaslanan dostluq. 

3. İdeya, məfkurə yaxınlığı üzərində qurulan dostluq. “Təhzi-

bül-Əxlaq”  əsərində  müqəddimədən  sonra  gələn  “Etidala-riayət”, 

“Yaxşı  işlərin  fəziləti”,  ”Can  sağlığının  qazanılması”,  ”Şöhrətin 

bəyanı” fəsilləri əxlaq normalarının şərhinə həsr olunur. Bu fəsillər 

demək  olar  ki,  “Kitabi-Nəsihət”dəki  əxlaq  nəsihətlərinin  elmi  və 

fəlsəfi şərhidir. Buna görə də bu iki əsər arasında ideya və məzmun 

yaxınlığı vardır, bunlardan biri digərini tamamlayır. A.Bakıxanovun 

əxlaqi nəzəriyyəsində “orta hədd” prinsipi mühüm  yer tutur. Onun 

fikrincə hər bir şeydə orta həddə riayət etmək lazımdır. O, təbiətdən 

və  insan  həyatından  çoxlu  misallar  göstərir  ki,  hər  şeydə  azlıq 

faydasız  olduğu  kimi,  çoxluq  da  zərərlidir.  Məsələn:  xəsislik  pis 

xasiyyətdir,  lakin  həddindən  artıq  israfçılıq  da  yaramaz.  Bir  şeyin 

təsvir və təyin edilməsində çoxlu bilik şübhə və tərəddüdə səbəb ola 

bilər.  A.Bakıxanovun  orta  həddə  riayət  prinsipinin  həyatın  bir  çox 

sahələrində qəbulu məsləhət görüldüyü halda, bəzi sahələrdə bunun 

qəbulu mümkün deyildir. Azadlıq, bilik toplamaq, dövlətin öz iqdi-

sadi  qüvvəsini  artırmaq  kimi  məsələlərdə  etidala  riayət  prinsipinin 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə