Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə57/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   176

 

174 


maarifə, biliklərə yiyələnməyə, həm də hər cür biliklərə deyil, insa-

na  xeyir  gətirən,  faydalı  biliklərə  yiyələnməyə  çağırırdı.  Nizami 

göstərirdi  ki,  cəmiyyətin  ən  yaxşı  vətəndaşı  ancaq  təhsilli,  elmə 

qabil, maarifpərvər və müdrik olan insanlardır. Buna görə də hər bir 

şəxs  ağıllı  olmağa,  biliklərə  yiyələnməyə,  müdrik  insanlardan  öy-

rənməyə çalışmalıdırlar. Nizami son nəticədə göstərir ki, biliyi olan 

qüvvətlidir: 

Qüvvət elmdədir, başqa cür heç kəs 

Heç kəsə üstünlük eyləyə bilməz. 

Nizami  keyfiyyətli  biliyi,  həqiqi  biliyi  əsil  bilik  sayır  və 

gəncliyə xitabən deyir: 

Bir elmi öyrənmək istədikdə sən 

Çalış ki, hər şeyi kamil biləsən 

Kamil bir palançı olsa da insan 

Yaxşıdır yarımçıq papaqçılıqdan. 

Şair  elmə  yüksək  qiymət  verdiyi  kimi  elm  adamına,  alimə 

yüksək qiymət verir və alimin rütbəsinin bütün rütbələrdən uca ol-

duğunu  söyləyir,  bütün  elmlərin  açarının  alimlərdə  olduğunu bildi-

rir: 

Hər uca rütbədən biliniz fəqət

Alimin rütbəsi ucadır əlbət... 

Nizamiyə  görə  təlim  prosesi  insana  bilik  verməklə  bərabər 

həm  onu  maddi,  həm  də  mənəvi  cəhətdən  yüksəldir.  Nizaminin 

fikrincə,  təlimin  son  həddi  yoxdur.  O,  insanı  həmişə  təkmilləşdir-

məli, həm də mənəvi cəhətdən zənginləşdirməlidir. 

Nizami bir əxlaqi keyfiyyət kimi dosluq və yoldaşlığa yüksək 

qiymət  verir  və  qeyd  edir  ki,  adamlar  üzdə  bir  cür,  dalda  başqa 

cürdür. Şair həqiqi, sadiq dost tapmağı məsləhət görür: 



Elə sadiq dost ara, səni darda qoymasın 

Çəkib tordan çıxarsın, səni torda qoymasın. 

Nizami  poeziyasının  əməksevərlik  ideyaları  əsrlərdən  bəridir 

ki,  Azərbaycan  pedoqoji  fikrində  özünəməxsus  yer  tutur.  Kərpic-

kəsən qocanın hekayəsi əməksevərlik baxımından çox ibrətamizdir. 

Cavan  oğlan  qoca  kərpickəsənə  daha  asan  işlə  məşğul  olmağı 

məsləhət gördükdə qoca cavanı utandıracaq şəkildə belə deyir: 



Qarşında boyun büküb əl açmayım deyə mən 

Əzəldən əl atmışam belə bir peşəyə mən. 


 

175 


Nə xəzinə yığanam, nə də tirmə geyənəm, 

Öz halal zəhmətimin çörəyini yeyənəm. 

Nizami düzlük, mərdlik, sadəlik, xoşxasiyyətlilik kimi keyfiy-

yətləri gənc nəsildə  tərbiyə  etməyi  məsləhət  bilirdi.  Nizamiyə  görə 

düzlük və doğruçuluq böyük mərdlikdir. Nizami həddən artıq yum-

şaq,  mülayim  olmağı,  yersiz  təvazökarlığı  ciddi  nöqsan  saymışdır. 

Nizami hər cür fəaliyyətdə orta mövqeyin tutulmasını məsləhət gö-

rür. Çoxun da, azın da zərərli olduğunu bildirir. Amma, onun ideya-

larında orta hədd Qızıl hədd adlandırılır. 

Səbrli  olmaq,  sirr  saxlamaq,  qənaətcil  olmaq  yüksək  əxlaqi 

keyfiyyətlər  sayılır.  Nizami  öz  dəyərli  misralarında  bu  əxlaqi  key-

fiyyətləri dilə  gətirir  və  insanlara səbrli olmağı,  sirr saxlamağı,  qə-

naətcil  olmağı  tövsiyə  edir.  Bu  istiqamətdə  Nizami  misralarından 

bir neçə nümunəyə diqqət yetirək: 

Səbr etməklə insan yetər kamına 

Yavaş-yavaş çatar dilaramına... 

Ovçu səbirsizlik göstərsə əgər

Ovu nişanəyə dəyməz , yan gedər (Yeddi gözəl) 

 

Hər kim qənaətlə əgər şad olar, 

O hörmətli olar, sərazəd olar. 

Kim saxlasa dilini, görməz canı xətanı, 

Dil gətirər başlara, hər bəlanı, xətanı (Sirlər xəzinəsi) 

Nizami  mahir  bir  pedaqoq  kimi  təlim  tərbiyə  işlərində  yaş 

dövrlərinin  nəzərə  alınmasının  böyük  əhəmiyyəti  olduğunu 

bildirmiş və özü əsərlərində bu məsələyə toxunmuşdur. Nizami yaş 

dərəcələrindən  danışarkən  o  böyük  filosof,  tarixdə  İlk  müəllim 

hesab edilən Aristotelin  7-7  yaş bölgüsünü bəyənmiş və onu təqdir 

etmiş və oğlu Məhəmmədə 7, 14, 21 yaşlarında nəsihətamiz şeirlər 

yazmışdır (Şeirlər dərsliyin I cildinin IV fəslində verilmişdir). 

N.Gəncəvi  şəxsiyyətin  formalaşmasında  irsi  amillərin  roluna 

yüksək qiymət verir. O dahi flosof Aristotelin dili ilə insanlara məs-

ləhət  görür ki, zatı pis olana etibar edib,  iş  tapşırmaq qurdu bəslə-

məyə bənzər: 



Zatı pis olana üz göstərmə sən

Qurdu bəsləməkdən ziyan çəkərsən. 


 

176 


Bədgövhər adamla heç addım atma, 

Öz təmiz kimyanı küllərə qatma. 

Nizaminin  dəyərli  nəsihətamiz  əsərlərində  tərbiyənin  bütün 

sahələri  öz  əksini  tapmış  və  Azərbaycan  pedoqoji  fikrində  Nizami 

ideyaları  əməyə,  zəhmətə  qatlaşmaqda, elm, bilik  qazanmaqda,  pe-

şə,  sənət  dalınca  getməkdə,  yaxşı  dostlar  tapmaqda,  ümumiyyətlə, 

kamil bir insan kimi formalaşmaqda gənclərə əsrlər boyu tərbiyəçi, 

yol göstərən müəllim olmuşdur. 

 

 



6.2.

 

Erkən orta əsrlər dövründə  

Azərbaycan klassik pedaqoji fikri 

 

Məhəmməd Nəsirəddin Tusi tərbiyə haqqında. Azərbaycan 

məktəb və pedaqоji fikir tariхində böyük mütəfəkkir, görkəmli alim 

və  astrоnоm,  pedaqоq  və  tərbiyəçi  Məhəmməd  Nəsirəddin  Tusinin 

(1201-1274)  özünəməхsus  yeri  və  хidmətləri  оlmuşdur.  Deyə  bilə-

rik  ki,  N.Tusi  böyük  astrоnоm,  riyaziyyatçı,  filоsоf  оlmaqla  bəra-

bər,  həm  də  bir  pedaqоq,  müəllim  və  tərbiyəçi  kimi  gənc  nəslin 

hərtərəfli  inkişafı,  tərbiyəsi  və  təlimi  üçün  dəyərli  əsərlər  yazmış, 

müdrik fikirlər söyləmişdir. Tusinin yaratdığı pedaqоji əsərlər təlim 

və  tərbiyənin  çох  geniş  və  müхtəlif  sahələrini  əhatə  etmiş  və  bu 

əsərlər neçə-neçə nəsillərin təlim və tərbiyəsində mühüm rоl оyna-

mış,  müəllim  və  pedaqоqlarımız  həmin  əsərlərdən  хeyli  faydalan-

mış, öz əməli fəaliyyətində оnlardan istifadə etmişlər.Bütün bunlar 

da öz növbəsində pedaqоji elmimizin, tərbiyə nəzəriyyəsinin inkişa-

fında əhəmiyyətli rоl оynamışdır. Tusinin ən məşhur əsəri isə 1235- 

ci ildə yazdığı “Əхlaqi- Nasiri” əsəridir ki, bu əsər əхlaq, mənəviy-

yat  məsələlərinə  həsr  оlunmuşdur.  Bu  kitab  İranda  Qəhistan 

hökmdarı  Nəsirəddinin  əmri ilə  yazıldığından Tusi  bu  əsəri hökm-

darın  şərəfinə  “Əхlaqi  –Nasiri”,  yəni  “Nasirin  əхlaqı”  –  adlandır-

mışdır.  Pedaqоji  fikir  tariхində  “Əхlaqi-  Nasiri”  əsəri  yüksək  qiy-

mətləndirilir və ali pedaqоji məktəblərdə tədris edilir. Tusinin döv-

ründə də bu əsər məktəb və mədrəsələrdə geniş öyrədilmişdir. Tusi-

nin 200-ə qədər əsər və mənzumələri оlmuş ki, bu günə qədər əhə-

miyyətini  itirməmişdir.  Özünün  yaradıcılığı  haqqında  belə  bir  şeiri 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə