Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə53/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   176

 

162 


insan “torpaq kimi təvazökar” olmalı, aza qane olmalı, maddiyyətə, 

dünyagirliyə, mala, pula hərisliyə, meyl etməməlidir. 



“Kim ki, mal toplamaqdan ötrü dərd, qəm və əzab çəkir

Mal-dövləti gedəcək ona ancaq əzabı qalacaqdır” - deyir . 

Qətranın  şeirlərindən duyulur ki,  dövlətçilikdə, hökmdarların 

dövləti idarə etməsində ilk növbədə onların ağılı, biliyi, maarifçili-

yi, ədaləti böyük rol oynayır. Qətran hökmdarları tərif etməklə san-

ki  onları  dövləti  ağılla,  mənəviyyatla,  elm  və  biliklə  idarə  etməyə 

çağırır. Qətran Azərbaycan hökmdarlarını dostluğa və birliyə çağı-

rıb, ölkədə vahid qüdrətli bir dövlət yaratmağı zəruri hesab edirdi. 

“İndi ki, şirlə aslan bir yerə yığıldı,  

İndi ki, ayla günəş bir yerə qovuşdu

Düşmənlərin bədəni əriyib məhv olacaqdır, 

Düşmənlərin bədəni qəm və həsrət çəkəcəkdir” . 

Qətran dəyərli bir əxlaqi keyfiyyət kimi dostluğa, səxavət və 



vəfaya yüksək qiymət verərək düşmənə qarşı birgə müqavimət gös-

tərməyi  məqsədə  uyğun  hesab  edir.  O  Şah  Əbülxəlil  Cəfərin 

dostluğunu belə mədh etmişdir: 

“Səxavəti, vəfası, hövsələsi və böyüklüyünə görə Hamının 

könlu onun dostluğuna minnətdardır. 

O, zamanın ayı və yer üzünün günəşidir! 

Zaman və zəmin kimi də həmişəlik olsun!” 

Q.Təbrizinin  şeirləri  demək  olar  ki,  tərbiyənin  bütün  sahə-

lərini əhatə edir. Q.Təbrizi şeirlərində mənəvi keyfiyyətlərinə üstün-

lük  vermişdir.  Bu  mənəvi  keyfiyyətlər  sırasında  vətənpərvərlik, 



qəhrəmanlıq, şücaət, cəsarət, düşmənə qarşı amansızlıq, dostluqda 

sədaqət,  comərdlik,  insanpərvərlik,  sülhsevərlik,  səxavət,  əliaçıq-

lıq,  fədakarlıq,  xeyirxahlıq,  ədalət  və  s.  kimi  sifətlər  mühüm  yer 

tutur. 


Q. Təbrizi öz qəhrəmanlarının bu və ya digər əxlaqi, mənəvi 

keyfiyyətlərinin tarixi şəxsiyyətlərin nümunəsində şərh edir. Bu da 

şairin  geniş  məlumatlılığını  göstərməklə  bərabər,  həm  də  onların 

gözəl, əxlaqi sifətlərini oxuculara açıqlayır, onlardan nümunə götür-

məyə təşviq edir.. 

Qətran Təbrizi əxlaqa, mənəviyyata zidd sifətləri qəbul etmir. 

O,  tamahkarlıq,  ədalətsizlik,  qorxaqlıq,  bədxahlıq,  avamlıq,  hiylə-

gərlik, yalançılıq, xəsislik, dikbaşlıq kimi mənfi keyfiyyətləri bədii 




 

163 


pedaqoji  təfəkkürlə  pisləyir,  insanları  saf  mənəvi  keyfiyyətlərə 

çağırır. Məsələn, bir yerdə belə yazır: 



“Həmişə nadanlar mənfəət tamahı ilə ziyan çəkərlər” . 

Qətran Təbrizi şeirlərində estetik və ekoloji tərbiyə motivləri 

də öz ifadəsini tapmışdır. O, təbiət gözəlliklərini vəsf etməklə oxu-

cuda  estetik hisslər oyadır. Onun şeirlərində  yüzlərlə bitki  və hey-

van  növünün  adı  çəkilir,  onların  obrazlı  təsviri  verilir  və  insanlara 

sevdirilir. Biz Təbrizinin şeirlərini oxuduqca təbiəti daha çox sevir, 

onun  gözəlliklərini  daha  artıq  qiymətləndirməyə  başlayırıq.  Onun 

şeirlərində  bahar  mənzərələri,  bu  fəsildə  təbiətdə  baş  verən  dəyiş-

mələr  böyük  məharətlə  təsvir  olunaraq  estetik  tərbiyənin  mühüm 

bir tərəfi kimi öz ifadəsini tapır: 



“Yenə bülbül gəldi, qara qarğa qərib düşdü

Od gülü uzaq, bənövşə gülü yaxın oldu. 

Səba yeli bağa çox nadir, bəzəkli, 

Əlvan naxışlı minlərlə zərxana döşədi” . 

Şair  həmçinin  payız,  qış,  yay  fəsillərinin  də  xüsusiyyətlərini 

bədii lövhələrlə təsvir edərək insanda bədii, estetik hisslər yaradır. 

Qətran  Təbrizi  insanın  formalaşmasında,  müəyyən  məqama, 

rütbəyə  çatmasında  irsi  amillərə  üstünlük  verir. O  bu  amillərin  ya 

bitki və güllərin timsalında ya da bir başa açıq şəkildə əsil nəcabəti, 

kökü tərif edir və “Ot kökü üstə bitər” misalına tərəfdar çıxır. Şairə 

görə  hər  cismin  öz  təbiəti  var  və  o  ancaq  öz  təbiətinin  xüsusiy-

yətlərini təzahür etdirə bilər: 

“Hər qırmızı mərcan olmaz, hər yaşıl mina olmaz, 

Dağda olan hər bir daş yaquti - rummani ola bilməz. 

Sədəfə düşən hər damla nadir mirvari ola bilməz”. 

Q.Təbrizi  sanki  bir  təbiətşünas  alim  kimi  müxtəlif  misallarla 

hər  fəslin  özünə  xas  təbiətə,  irsiyyətə  malik  olmasını  da  göstərir: 

“Yaxşı  fidan  ancaq  yaxşı  ağacdan  əmələ  gələ  bilər/Yaxşı  ağac 

da ancaq yaxşı fidan yetirər”. 

Bu  beyt  irsi  xassələrin  nəsildən-nəsilə  keçməsi  fikrini  daha 

aydın  ifadə  edir.  Q.Təbrizi  şeirlərində  açıq-aydın  göstərir  ki,  əsil 

nəcabətlilər  yüksək  rütbələrə  çatır  və  yüksək  mənəvi  keyfiyyətlərə 

sahib olurlar. 

Qətran Təbrizi  bənzətmələrində  ədaləti  Ənuşirəvan şaha, şan 

şöhrəti,  şövkəti  Sultan Süleymana,  biliyi  Sultan  Süleymanın  vəziri 



 

164 


Asəfə,  Buqrata,  gözəlliyi  Yusifə,  pəhləvanlığı  İsfəndiyara,  Rüstəm 

Zala,  səxavəti,  bəxşiş  verməyi  Hatəmə,  ağılda  İskəndərə,  mal 

verməkdə  Bəhram  gur  şaha,  əxlaqi  kamilliyi  Məhəmməd  peyğəm-

bərə(s),  fəzilətdə  Murtuzaya  (birinci  İmam  Əlinin  adlarından  biri), 

şüurluluğu Əflatuna, ölkələri fəth etməkdə Sultan Mahmud Qəznə-

viyə  bənzədir.  Qətran  mədh  etdiyi  qəhrəmanları  habelə  camalda 

Leyli,  məhəbbətdə  Məcnun,  rəssamlıqda  Mani,  uzun  ömürlülüyü 

Nuh peyğəmbərin ömrü ilə müqayisə edir. Daha sonra qəhrəmanlar 

siyasətdə Sama, Calalda Cəmşidə, ibadət və itaətdə Cəfəri-Təyyara 

(Məhəmməd  peyğəmbərin  əshabələrindən  biri),  kişilikdə  Heydər 

Kərrara  (Məhəmməd  Peyğəmlərin  kürəkəni),  ehsan  verməkdə  Nil 

və  Hirmən  çaylarına,  fərasətdə  Huşənğə,  iğidlikdə  Rüstəm  Zala 

bənzədir. 

Beləliklə  deyə  bilərik  ki,  Qətran  Təbrizi  böyük  şair  olmaqla 

bərabər, bir pedaqoq, metodist, tərbiyəçi olaraq XI əsr pedaqoji fikir 

tariximizdə mühüm yer tutmaqdadır. 



Xətib Təbrizinin müəllimlik fəaliyyəti və tərbiyə haqqında 

fikirləri. Maarif, mədəniyyət və pedaqoji fikir tariximizin görkəmli 

nümayəndələrindən biri XI əsrdə yaşayıb yaratmış, ədəbiyyatşünas, 

dilçi, şərhçi, müəllim və pedaqoq Xətib Təbrizidir. 

Dövrünün  alimləri  Xətib  Təbrizini  “Ədəbiyyat,  qrammatika 

və  leksioqrafiya  elmlərinin  başçısı”,  “Ensiklopedik  zəka”,  “Fazil”, 

“Şeyx”,  “Ərəb  elmlərinin  rəhbəri  və  ədəbiyyatşünaslığın  bayraq-

darı”, “Əxlaq və mənəviyyat şərhçisi” kimi adlandırmışlar. Bu dahi 

Azərbaycan  alimi  Şərqin  müsəlman  xalqlarının  elm,  maarif  və 

mədəniyyətinin  inkişafında  böyük  xidmətləri  olmuşdur.  O,  qırx 

ildən artıq “Nizamiyyə” mədrəsəsində ədəbiyyat elmləri bölməsinin 

rəhbəri,  professoru  və  mədrəsənin  zəngin  kitabxanasının  müdiri 

olmuşdur. Təbrizdə doğulan və böyüyən, 10 il Suriya və Misiri do-

laşan, böyük alimlərlə görüşən və ömrünün çox hissəsini Bağdadda 

keçirən Xətib Təbrizi öz dəyərli əsərləri ilə, öz şərhləri ilə mühüm 

əxlaqi, etik, pedaqoji problemlərə toxunmuş, şəxsiyyətin inkişafı və 

tərbiyəsi  haqqında  əhəmiyyətli  fikirlər  irəli  sürmüş  və  uzun  illər 

onun  şərhləri  məktəb  və  mədrəsələrdə  Şərq  ədəbiyyatının  klassik 

nümunələri kimi tədris olunmuşdur. 

Xətib Təbrizinin həyat və yaradıcılığı haqqında Azərbaycanda 

ilk  məlumatı  XV  əsrdə  yaşamış  Hinduşah  Naxçıvani  vermişdir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə