Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə52/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   176

 

158 


A.S.Makarenkonun  tərbiyə  sistemində  digər  əsas  məsələ-

lərdən  biri  “perspektiv  xətlər  sistemi”dir.  Görkəmli  pedaqoq  qeyd 

edirdi ki, insan öz gələcəyində sevindirici bir şey görməsə, dünyada 

yaşaya bilməz. İnsanın həyatının əsil stimulu sabahkı sevincdir. Pe-

daqoji prosesdə bu sabahkı sevinc çox mühüm əhəmiyyətə malikdir. 

Odur ki, qarşıya hər zaman yeni-yeni məsələlər qoyulmalı və 

onların  əldə  edilməsi  uğrunda  mübarizə  aparılmalıdır.  Bu  sistem 

uşaqları  həmişə  fərəhli  və  gümrah  saxlayır,  onları  yaradıcılıqla 

işləməyə,  dayanmadan  irəli  getməyə  alışdırar.  Bu  çox  ciddi,  düşü- 

nülmüş, planlı iş üsuludur. 

A.S.Makarenko insanın tərbiyə və yenidəntərbiyə edilməsində 

əməyin  rolunu  yüksək  qiymətləndirirdi.  O,  deyirdi  ki,  intizam 

tərbiyənin təkcə vasitəsi deyil, həm də tərbiyənin nəticəsidir. 

Pedaqoqun  fikrincə,  günahkar  və  intizamsız  adamları  cəzasız 

buraxmaq olmaz. Əsas məsələ cəzanı necə tətbiq etməkdədir. Cəza 

sistemsiz, mənəvi cəhətdən təhqiredici və tələsik olmamalıdır, cəza 

fərdi  səciyyə  daşımalı  və  günaha  müvafiq  verilməlidir.  Cəza  ver-

məzdən əvvəl izahat işi aparılmalıdır. 

A.S.Makarenko  intizam  tərbiyəsində  cəzalandırma  ilə  yanaşı, 

rəğbətləndirmənin  böyük  əhəmiyyət  kəsb etdiyini  əsaslandırmışdır. 

O, rəğbətləndirməyə müəllifin tərifini, yoldaşların ehtiramını, əmrlə 

təşəkkür verməyi, uşaqlara məsul işlər tapşırmağı aid edirdi. 

A.S.Makarenko  uşaqlara  təsir  göstərən  tədbirlər  sırasında 

ictimai  rəyin,  şəxsi  nüfuzun  və  nümunənin,  sərəncamın,  inandırma 

və izahatın, ənənə və rejimin əhəmiyyətini xüsusi vurğulayırdı. 

A.S,Makarenko yazırdı: “Normal uşaqlar və normal vəziyyətə 

gətirilmiş uşaqlar tərbiyənin daha çətin obyektləridir. Onların xasiy-

yəti  çox  yumşaq,  tələbləri  müxtəlif,  mədəniyyəti  dərin,  münasibət-

ləri  müxtəlifdir.  Onlar  sizdən  güclü  iradə,  yüksək  həyəcan  deyil, 

yüksək texnika tələb edirlər”. 

A.S.Makarenko koloniya və kommunada işləyərkən fiziki tər-

biyənin  gəzinti, turizm, oyun, idman, gimnastika vasitələrindən ge-

niş istifadə etmiş, bədii tərbiyəni əqli, əxlaqi, fiziki tərbiyə ilə əlaqə-

ləndirmişdir. 

 



 

159 


 

Tapşırıqlar 

 

Təqdim olunan bu məsələlərlə bağlı aidiyyatı üzrə başqaları ilə 

fikir mübədiləsi aparmağa çalışın. Bu prosesdə fəallığınızı qiymətlən-

dirin. Məsləhətdir ki, V fəslin məzmununa daxil edilmiş materialı bir 

daha nəzərdən keçirəsiniz.  

1.

 



Y.A.Komenskinin tərbiyə haqqında fikirləri. 

2.

 



C.Lokkun tərbiyə haqqında fikirləri 

3.

 



Helvetsinin pedaqoji fikirləri 

4.

 



Deni Didronun pedaqoji görüşləri 

5.

 



J.J.Russonun tərbiyə haqqında fikirləri 

6.

 



A.Disterveqin tərbiyə və təhsil haqqında fikirləri 

7.

 



İ.H.Pestalotsinin tərbiyə haqqında fikirləri. 

8.

 



İ.F.Herbartın tərbiyə haqqında fikirləri 

9.

 



K.D.Uşinskinin tərbiyə haqqında fikirləri 

10.


 

A.S.Makarenkonun tərbiyə haqqında fikirləri. 

 

Ədəbiyyat 

 

1.Mərdanov  M.C.  Azərbaycan  təhsil  tarixi.  3  cilddə.  Bakı:  Təhsil, 

2012 . 

2. Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006. 



3. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlan, 2010. 

4. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı, 2002. 

5. Komenski Y.A. Böyük didaktika. Bakı: Nurlan, 2012. 

6. Makarenko A.S. Seçilmiş əsərləri. Bakı: Maarif, 1985. 

7. Seyidov Ə.Y. Pedaqogika tarixi. Bakı: Maarif, 1968. 



 

160 


 

 

 



VI fəsil 

 

AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİ  

TƏRBİYƏ VƏ TƏHSİL HAQQINDA 

 

 



Əhatə olunan məsələlər: 

 

6.1. XI – XII əsr Azərbaycan klassikləri tərbiyə və təhsil haqqında. 



6.2. Erkən orta əsrlər dövründə Azərbaycan klassik pedaqoji fikri. 

6.3.  XIX  əsr  və  XX  əsrin  birinci  yarısında  görkəmli  Azərbaycan 

maarifpərvərlərinin tərbiyə və təhsil haqqında fikirləri. 

 

 

 




 

161 


 

6.1.

 

XI-XII əsr Azərbaycan klassikləri  

tərbiyə və təhsil haqqında 

 

Qətran  Təbrizinin  tərbiyə  və  təhsil  haqqında fikirləri. XI 

əsr  Azərbaycan  xalqının  ictimai-bədii,  pedaqoji  təfəkkür  tarixinin 

görkəmli  nümayəndələrindən  biri  Qətran  İbn  Mənsur  Təbrizidir 

(1012-1088)  O,  təkcə  Azərbaycanda  deyil,  bütün  Yaxın  Şərqdə 

mədhiyyələr yazan, dəyərli fikirlər söyləyən, hikmətli sözlər deyən 

böyük mütəfəkkir kimi tanınmışdır. 

O  Təbrizdə,  Gəncədə,  Naxçıvanda  yaşayıb  yaratmış  qüdrətli 

Azərbaycan  sənətkarı  olmuşdur.  Qətran  Təbrizinin  “Divan”ını  ilk 

dəfə toplayıb nəşr etdirən Məhəmməd Əli Naxçıvani olmuşdur . 

Qətran  Təbrizi  öz  şeirlərirıdə  Azərbaycan  hökmdarlarının 

qəhrəmanlığını, şücaətini, ədalətini, vətənpərvərliyini, əxlaqi, mənə-

vi keyfiyyətlərini mədh etmişdir. 

Qətranın  yaradıcılığında  həm  yüksək  bədiilik,  həm  tarixi  ha 

disələrin  təsviri,  həm  tarixilik,  həm  də  tərbiyəvi  əxlaqi  keyfiyyət-

lərin  şərhi  yüksək  dərəcədədir.  Qətran  Təbrizinin  “Divan”ını  oxu-

duqca  gözümüz  qarşısında  yalnız  yüksək  ilhama  malik  bir  şair  de-

yil, həm də bir pedaqoq, müəllim, tərbiyəçi, qədim Yunan və Şərq 

elm  və  mədəniyyətinə  dərindən  bələd  olan  görkəmli  bir  alimin 

siması canlanır. 

Qətranın şeirləri əxlaqi, mənəvi, ibrətamiz fikirlərlə zəngindir. 

O  həyat  haqqında  fikirlərini  mənsub  olduğu  sadə  xalq  kütləsinə 

müraciətlə belə deyir: 



“Ey  ciyəri  yanan,  bu  bağdan  meyvə  axtarma.  Bu  bağ  ancaq 

ikiqapılı bir söyüdlükdür. Bihudə danışma ki, bağban arxada durub. 

Torpaq kimi aram ol, yel kimi ötüb keç”. 

Şair demək istəyir ki, yaşadığımız həyat olum və ölüm adlı iki 

qapısı  olan  söyüdlükdən  ibarətdir.  Olum  qapısmdan  bu  söyüdlüyə 

daxil  olan  insan  dadlı  meyvələr  axtarır,  nəsə  bir  şeylər  toplamaq 

istəyir. Lakin nəzərə almır ki, bu bağ söyüdlükdür. Bu söyüdlükdən 

dərilmiş  “meyvə”  heç  nəyə  yaramayacaq.  Buradan  heç  nə  apara 

bilməyəcəkdir. Əcəl  adlı bağban pusquda durmuş, insanı ölüm qa-

pısından içəri atmaq üçün fürsət gözləyir. Şair bildirir ki, bu həyatda 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə