Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə49/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   176

 

149 


dır.  İ.Pestalоtsi  deyirdi  ki,  ailədən  başlayan  təbiətəmüvafiq  tərbiyə 

sоnra  məktəbdə  davam  edir.  О,  uşaqların  təbii  qüvvələrini  inkişaf 

etdirməyən,  оnu  bоğmağa  çalışan  məktəbləri  tənqid  edirdi.  О,  de-

yirdi  ki,  uşaqların  adamları  sevməsi  güclə  və  yaхud  da  оnu  uzun-

uzadı nəsihətlər vermək vasitəsilə deyil, təbii sevgi əsasında оlma-

lıdır. Ağıl meхaniki оlaraq başqalarının fikirlərini mənimsəmək əsa-

sında deyil, müstəqil оlaraq fikirləşməklə inkişaf edə bilər. İ.Pesta-

lоtsinin  pedaqоji  nəzəriyyəsində  əqli  təhsil  məsələləri  mühüm  yer 

tutur. İnsanın ahəngdar inkişaf ideyasından çıхış edərək İ.Pestalоtsi 

əqli təhsili əхlaq təbiyəsi ilə sıх əlaqələndirmişdir. О, təlimin vəzi-

fəsini yalnız müəyyən bilik tоplamaqda deyil, həm də uşağın düşün-

mək  qabiliyyətini  inkişaf  etdirməkdə  görürdü.  Оnun  fikrincə,  ağla 

çох  bilik  vermək  əvəzinə,  ağlın  bilik  almaq  qüvvəsini  artırmaq 

lazımdır. 

Pestalotsi  nəsihətçilikdən  uzaq  olmağı  məsləhət  görür.  Nəsi-

hət uşağı bezdirir, həmin sözlər hər gün təkrar olunduqca onlar hid-

dətlənir.  Azadlığa  üstünlük  verir.  Azadlığın  boğulması  uşağın  qəl-

bində  müqavimət  doğurur.  Azadlıq  uşağın  qəlbini  sakitliklə,  təm-

kinliklə  doldurur.  Lakin,  bu  uşağı  özbaşınalığa  da  gətirib  çıxarma-

malıdır. 

Pestalotsi yazır, “vətəndaşı erkən yaşlarından işə alışdırmadan 

ondan  dəyərli  insan  tərbiyə  etmək  olmaz”.  Lakin  əmək  cəlbedici, 

sevinc gətirən olmalıdır. 

Kiçik  uşaqların  təlimində  və  tərbiyəsində  nümunə  xüsusi 

əhəmiyyət  kəsb edir. Uşaqlar hələ saymaq vərdişinə  yiyələnmədən 

say haqqında sözləri öyrənirlər - bir, üç, beş, on və s. Burada uşaq 

heç bir aydınlıq görmür, o, yalnız sadəcə olaraq sözləri eşitdiyi kimi 

yadında  saxlayır.  Biz  ikini  bilməyən  uşağa  üçü  öyrətsək,  nə  qədər 

səfeh iş olardı. Qoy uşaq əvvəlcə ikini yaxşı öyrənsin, sonra üçü öy-

rət. O zaman uşaq saymağı nə qədər təbii öyrənir. 

Bədən  tərbiyəsindən  danışarkən  tələb  edir  ki,  bu  oyun  və 

məşğələ  açıq  havada  keçirilməlidir.  Çünki  uşaq  üçün  bədəni  möh-

kəmlətməyin böyük əhəmiyyəti var. Eyni zamanda, tərbiyəçinin özü 

də bədəncə və ruhən sağlam olmalıdır. 



İohan Fridrix Herbartın tərbiyə haqqında fikirləri. İ.F.Her-

bart (4 May, 1776 – 14 Avqust, 1841) tərbiyənin fəlsəfi və psixoloji 

əsaslarını işləyib hazırlayaraq elmi-nəzəri fikirlər irəli sürmüşdür. 



 

150 


İ.F.Herbart  tərbiyənin  məqsədini  müəyyənləşdirməyə  böyük 

əhəmiyyət  vermişdir.  İ.F.Herbart  tərbiyənin  məqsədini  iki  yerə 

bölürdü: 

1.  İmkan  daxilində  olan  məqsədlər.  Bu  müəyyən  ixtisas 

üzrə peşə seçməkdir; 



2.  Zəruri  məqsəd.  Bu  insanın  bütün  fəaliyyət  sahələri  üçün 

lazımdır. 



Birinci  məqsəd insanda çoxtərəfli mürəkkəb maraq tərbiyəsi

ikinci  məqsəd  isə  əxlaqi  səciyyə  daşımalıdır.  İ.F.Herbart  tərbiyə 

prosesini  üç  yerə  ayırırdı:  idarə  etmək,  təlim  və  əxlaq  tərbiyəsi



İdarə  dövrü  uşağın  gələcəyini  deyil,  mövcud  vəziyyətini,  tərbiyə 

prosesində müəyyən qayda və intizama tabe olmasını nəzərdə tutur. 

O,  uşaqda  “vəhşi  şuxluğu”  susdurmalıdır.  İ.F.Herbart  tərbiyənin 

məqsədini  хeyirхah  insanların  yetişdirilməsində  görürdü.  Bu  məq-

sədlə də о, mövcud əхlaqi nоrmalara və hüquqi qayda-qanunlara ta-

be оlan, оna hörmət edən, оna uyğunlaşmağı bacaran adamların tər-

biyə оlunmasını nəzərdə tuturdu. 

Məhz  о,  təlimin  tərbiyəedici  funksiyasını  hərtərəfli  əsaslan-

dırmış, təlimi tərbiyəedici edən elementləri aydın surətdə göstərmiş, 

оnun  mahiyyətini  izah  etmişdir.  О,  deyirdi  ki,  tərbiyəedici  təlimin 

sоn  məqsədi  хeyirхah  insan  yetişdirməkdir.  Əхlaq  tərbiyəsi 

verməyən təlim  yalnız məqsədsiz vasitədir, təlimsiz əхlaq tərbiyəsi 

vasitəsiz məqsəddir. 

İ.F.Herbart  ictimai  və  şəxsi  əxlaq  ideyasını  şərh  etmişdir. 

Onun əsaslandırdığı beş əxlaqi ideya “xeyirxahlıq” və “vətəndaşlıq 

borcu” anlayışlarının məzmununu ehtiva edir. 

İ.F.Herbartın tərbiyənin məqsəd və vəzifələri ilə bağlı fikirləri 

bu əxlaqi ideyalara əsaslanır: 

 Daxili azadlıq ideyası şəxsiyyətin əql və iradəsinin, əxlaqi 

mühakimə ilə iradəsinin harmoniyasını nəzərdə tutur; 

 Kamillik  ideyası  bədən  və  ruhun  sağlamlıq  qayğısına 

qalmağı,  həm  bədəni,  həm  də  ruhu  qiymətləndirməyi,  onları  mü- 

kəmməlləşdirmək arzusuna malik olmağı, yüksək mənəvi dəyərlərə 

yiyələnməyi nəzərdə tutur; 

 Məhəbbət  ideyası  şəxsi  iradə  ilə  digər  fərdlərin  iradəsi 

arasında  harmoniyanı,  yüksək  səviyyəli  müəllim-şagird  münasibət-

lərini nəzərdə tutur; 



 

151 


 Ədalət  ideyası  başqasına  edilən  hər  bir  hərəkət  üçün 

mükafat, yaxud cəza verməyi nəzərdə tutur

 Hüquq  ideyası fərdin öz hüquq və vəzifələrini başqaları 

ilə  münasibətdə  dərk  etməsini,  mübahisə  zamanı  hər  iki  tərəfin 

bərabərhüquqlu olmasını qəbul etməyi nəzərdə tutur. 

Düzgün pedaqoji rəhbərlik, intizam və onunla bağlı olan təlim 

əxlaqca  güclü  xarakterlərin  formalaşmasına  xidmət  edir.  Təlimi 

intizamla sıx uyğunlaşdırmaq, bilikləri şagirdlərin hiss və iradəsinin 

inkişafı ilə birləşdirmək tərbiyəedici təlimin mahiyyətini təşkil edir. 

İ.F.Herbarta  görə,  təlim  çoxcəhətli  marağa  əsaslanmalıdır.  O, 

yazırdı: “Təlimin son məqsədi-xeyirxahlıqdan ibarətdir”. 

İ.F.Herbart  tərbiyədə  əqli  təhsilə  mühüm  yer  verir,  təlimi 

tərbiyədə  ən  mühüm  və  əsas  vasitə,  şagirddə  müstəqil  xarakterin 

yaranmasında  mühüm  şərt  kimi  səciyyələndirirdi.  Pedaqoji  elmdə 

tərbiyəedici  təlim  ideyası  Herbarta  məxsusdur.  Məhz  o,  təlimin 

tərbiyəedici  funksiyasını  hərtərəfli  əsaslandırmış,  təlimi  tərbiyələn-

dirici  edən  elementləri  aydın  surətdə  göstərmiş,  onun  mahiyyətini 

şərh etmişdir. 

İ.F.Herbarta  görə,  tərbiyə  insanın  iradəsi  ilə  onun  çoxtərəfli 

maraqları  arasında  harmoniya  yaratmalıdır.  Bu  harmoniyaya  isə 

idarəetmə,  təlim  və  əxlaq  tərbiyəsi  ilə  nail  olmaq  olar.  O,  əxlaq 

tərbiyəsində dini tərbiyəyə, cəzaya xüsusi yer verirdi. 

Lakin  İ.F.Herbart  cəzanı  intiqam  məqsədi  ilə  deyil,  şagirdə 

xeyirxahlıq  aşılamaq  məqsədi  ilə  verilməsini  məsləhət  bilirdi.  O 

deyirdi  ki,  uşağın  öz  hərəkətində  sərbəst  olmasına  yol  verilməmə-

lidir. Onun ictimai həyatla bağlanmasında ehtiyatlı olmalıdır. Odur 

ki, ictimai həyatın təsiri tərbiyədən güclü olmamalıdır. 

Görkəmli  alman  pedaqоqu  Adоlf  Disterveq  (1790-1866) 

1790-cı  ildə  Zigen  şəhərində  məhkəmə  məmuru  ailəsində  anadan 

оlmuşdur.  О,  əvvəlcə  хalq  məktəbində,  sоnra  isə  latın  məktəbində 

охumuşdur. 

1808-ci ildə A.Disterveq bir vaхtlar Y.A.Kоmenskinin охudu-

ğu  Herbоrn  universitetinə  daхil  оlmuş,  bir  ildən  sоnra  Tyubingen 

universitetinə  keçmişdir.  1811-ci  ildə  universitet  təhsilini  başa  vu-

ran A.Disterveq altı il sоnra “Dünyanın sоnu” mövzusunda dоktоr-

luq dissertasiyası müdafiə etmişdir 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə