Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə46/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   176

 

140 


Y.A.Komenski öz dövrü üçün əhəmiyyətli olan bir neçə dərs 

kitablarının  müəllifidir.  Bu  dərsliklər  içərisində  “Dillərin  açıq  qa-

pısı”,  “Real  aləm  şəkillərdə”  xüsusilə  fərqlənir.  “Dillərin  açıq  qa-

pısı” həm dilin qrammatikasını, həm də bilik sahələrini əhatə edir. 

“Real  aləm  şəkillərdə”  kitabı  Komenskinin  “Pansofiya”  (hamıya, 

hər  şeyi  öyrətmək)  ideyasına  uyğun  tərtib  edilən,  ibtidai  bilikləri 

əhatə  edən  uşaq  ensiklopediyasıdır.  Pedaqogika  tarixçilərinin  fik-

rincə bu kitab məktəbi həyata, həyatı məktəbə gətirməkdir. 

Y.A.Komenski  təlim-tərbiyə  prosesində  müəllimin  roluna 

yüksək  qiymət  verir.  O  deyirdi  ki,  sən  ata  kimi  hərəkət  etməyi 

bacarmırsansa, müəllim kimi  fəaliyyət  göstərə bilməzsən. Müəllim 

uşaqları öz nümunəsi ilə tərbiyələndirməlidir. Y.A.Komenski peda-

qoji  aləmdə  ümumbəşəri  fenomendir.  Üç  əsrdən  artıqdır  ki,  onun 

pedaqoji sistemi, ideyaları yaşayır. 



Con  Lokkun  tərbiyə  haqqında  fikirləri.  Con  Lokk  (1632-

1704)  şəxsiyyətin  tərbiyəsi  sahəsində  dolğun  nəzəriyyə  yaradan 

ingilis maarifçilərindən biridir. O, öz ideyalarını “Tərbiyə haqqında 

fikirlər” (1693) əsərində vermişdir. C.Lokkun fikrincə, bütün millə-

tin rifah halı uşaqların tərbiyəsindən asılıdır, insanların onda doqqu-

zu tərbiyənin nəticəsində xeyirxah,  yaxud ziyankar, faydalı,  yaxud 

faydasız olur. 

Görkəmli  mütəfəkkirin  fikrincə,  tərbiyənin  əsas  məqsədi  və 

vəzifəsi ağıllı və planlı, ardıcıl iş aparmağı bacaran centlmen  yetiş- 

dirməkdir.  C.Lokk  qeyd  edirdi  ki,  “Əsl  centlmen  fiziki,  əqli  və 

mənəvi  cəhətdən  təkmilləşdirilmiş  bir  insan  olmalıdır”.  “İnsanın 

tərbiyəsi necədirsə, özü də elədir”

Onun  fikrincə,  “hər  cür  tərbiyənin  məhsulu  olan  müxtəlif 

ailələrdən  gəlmiş  müxtəlif  tərbiyəli  uşaqlar  həqiqi  centlmenin 

yetişməsinə  mane  ola  bilər”.Ona  görə,  “həqiqi  centlmen  evdə 

yetişməlidir”. Tərbiyə haqqında mütərəqqi fikirləri ilə C.Lokk yeni 

tərbiyə sisteminin bünövrəsini qoymuşdur. 

C.Lokkun sensualizmi də diqqəti cəlb edir. Onun sensualizmi 

tərbiyə  sisteminin  əsasını  təşkil  etməklə  tərbiyənin  şəraitə  uyğun 

qurulmasına  zəmin  yaratmalıdır.  C.Lokk  fiziki  tərbiyəyə  də  üstün-

lük verir və “sağlam bədəndə sağlam ruh olar” deyirdi. 

C.Lokkun  pedaqoji  fikirləri  tərbiyə  prinsipləri  əsasında  hər- 

tərəfli inkişaf etmiş şəxsiyyətin inkişafında mühüm rol oynamışdır. 




 

141 


Xarakteri  düzgün  tərbiyə  etmək,  əxlaqlı,  intizamlı  insan  böyütmək 

tərbiyənin  əsas  vəzifəsidir.  Tərbiyənin  əsas  vasitəsi  isə  mühakimə 

deyil, məhz insanların canlı nümunəsi olmalıdır. 

İnsanların  müsbət  nümunəsi  tərbiyəyə  öz  təsirini  göstərir. 

Uşağın  tərbiyəsində  əsas  amillərdən  biri  onun  müsbət  vərdişlərə 

yiyələnməsidir.  Müsbət  adət  və  vərdişlər  uşaqlara  erkən  yaşlardan 

aşılanmalıdır.  Tərbiyədə  müsbət  nəticələr  kobudluqla,  zorla  deyil, 

yumşaq, xoş rəftarla əldə olunur. Odur ki, tərbiyə sahəsində müsbət 

vərdişləri uşaqlara tədricən aşılamaq lazımdır. 

C.Lokkun  fikrincə,  tərbiyənin  yaxşı  nəticələr  verməsi  üçün 

uşağın fərdi keyfiyyətləri  mütləq nəzərə alınmalıdır. Bu tərbiyənin 

metodunda  dəyişiklik  etməyi  zəruri  edir.  Çünki  uşağa  onun  fərdi 

xüsusiyyətlərinə görə yaxınlaşmaq lazımdır ki, tərbiyəçi öz metodu-

nu ona uyğun dəyişə bilsin. 

C.Lokk tərbiyə metodları dedikdə, qarşıya qoyulmuş məqsədə 

çatmaq üçün tətbiq edilən tərbiyə vasitələrini başa düşürdü. Tərbiyə 

vasitələrinə aşağıdakıları aid edirdi: 

 valideyn nüfuzu; 

 məşq; 

 nümunə; 

 uşaqla müsahibə

 Mükafat (rəğbətləndirmə) və cəzalandırma

C.Lokk  qeyd  edirdi  ki,  yaxşı  tərbiyə  almış  işgüzar  insanlar 

cəmiyyət  üçün  böyük  alimlərdən  də  çox  xeyir  verə  bilərlər.  Fiziki 

və əxlaqi kamillik əldə etmək, habelə elmlərin öyrənilməsinin əxla-

qa və tərbiyəyə təsiri alimi düşündürən mühüm məsələlərdən idi. 



Con Lokka görə, əmək tərbiyəsi ona görə zəruridir ki, o, uşa-

ğı pis adətlərdən uzaqlaşdırır, habelə onu işgüzar gələcəyə hazırla-

yır. Uşağı əməyə və sənətə hazırlayarkən onun maraqları da mütləq 

nəzərə  alınmalıdır. Uşaq üçün maraqsız olan, zorla  yerinə  yetirilən 

iş heç bir yaxşı nəticə verməz. 

Con  Lokk  “Ağ  lövhə”  nəzəriyyəsini  irəli  sürmüşdür.  Onun 

fikrincə  uşaq  doğularkən  onun  beyni  ağ  lövhə  kimi  təmiz  olur. 

Sonra  ətraf  aləm  tədricən  ona  təsir  edir  və  xarakteri  formalaşır.  O, 

həmin  nəzəriyyəsini  “Təcrübələr”  adlı  əsərində  belə  ifadə  edir:  in-

san  qəlbi  ağ  lövhə  kimidir.  Bu  nəzəriyyənin  öz  dövrü  üçün  böyük 

əhəmiyyəti  vardır.  Bu  nəzəriyyə  ilə  Con  Lokk  feodalizm  cəmiy-



 

142 


yətinə,  onun  qayda  və  qanunlarına  böyük  zərbə  vurmuşdu.  O, 

bununla  fitri  qabiliyyətlər  nəzəriyyəsini  rədd  edirdi.  V.Q.Belinski 

Lokk  nəzəriyyəsinin  çatışmayan  cəhətlərini  tənqid  etmişdi.  O 

yazırdı ki, uşaq beyni ağ lövhə deyil, imkanı olan toxumdur. Uşaq 

dünyaya  müəyyən  təbii  imkanlarla  gəlir,  həmin  təbii  imkanlar 

həyatda inkişaf edir. Con Lokk isə həmin nəzəriyyə ilə hər cür fitri 

istedadı inkar edirdi. 

Lokk  “Əqlin  tərbiyəsi”  əsərində  göstərir  ki,  heç  bir  xalqın 

övladı milliyyətindən, irqindən asılı olmayaraq ağılsız, qabiliyyətsiz 

doğulmur. Avropa və zənci qəbilələri bir-birindən fərqləndirən tər-

biyədir, ictimai mühitdir.. 

Con  Lokkun  fikrincə  uşaqlarda  olan  bəzi  zərərli  keyfiyyətlər 

cəmiyyətdən  gəlir.  Ona  görə  də  hər  bir  valideynin  uşağını  evdə 

tərbiyə etməsi yaxşı olardı. 

Onun  pedaqoji  görüşlərində  ailə  tərbiyəsi  mühüm  yer  tutur. 

C.Lokk tərbiyəçidən tərbiyə etdiyi uşağın bütün fərdi xüsusiyyətini 

öyrənməyi  tələb  edirdi.  O,  insan  xarakterində  bir  sıra  mənfi  və 

müsbət  keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb edirdi ki, uşaqda 

müsbət  keyfiyyətlərin  inkişafına  imkan  yaratsın.  Pis  adətləri  lap 

kiçik vaxtdan yerindəcə boğmaq lazımdır. 

Lokk  tərbiyəyə  yaradıcı  bir  proses  kimi  baxırdı.  Ona  görə 

uşağın fərdi xüsusiyyəti həyatı boyu dəyişməz qalmır, səmərəli pe-

daqoji  təsirin  gücü  ilə  uşaq  psixikasını  dəyişdirmək  olmaz.  Con 

Lokkun fikrincə, uşaq xarakteri axan çaya bənzəyir. Çayın qarşısın-

da  bənd  vurub  onun  istiqamətini,  məcrasını  dəyişdirmək  mümkün 

olduğu  kimi,  insan  xarakterini  də  tərbiyənin  gücü  ilə  dəyişdirmək 

olar. 

Beləliklə,  Lokk  XVII  əsrdə  geniş  vüsət  tapmış  tərbiyəni  hər 



şey  hesab  edən  nəzəriyyənin  başında  durur,  onun  yaradıcısı  hesab 

olunurdu.  Jan  Jak  Russo,  Pestalotsi  də  onun  nəzəriyyəsindən  qida-

lanmışdır. 

Jan  Jak  Russonun  tərbiyə  haqqında  fikirləri.  XVII  əsr 

fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1778). O, 

təbii  hüquq,  təbii  tərbiyə  və  təbii  din  nəzəriyyələrini  irəli  sürmüş-

dür: 



I.  Təbii  hüquq  nəzəriyyəsi. J.J.Russoya görə, əmək adamla-

rını, onların uşaqlarını tərbiyə etməyə ehtiyac yoxdur. Onlar onsuz 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə