143
da tərbiyəlidirlər. Dövlətlilərin uşaqlarını tərbiyə etmək lazımdır. O
zaman dünya başqa şəkil alar. Ona görə də J.J.Russo Emili varlı
ailədən götürmüşdü. O, deyirdi ki, pozulmuş cəmiyyət insanları da
pozur, belə cəmiyyətdə Emili tərbiyə etmək olmaz. Ona saf tə-
biətdə, təbiətə uyğun tərbiyə vermək lazımdır. Təbiətə imkan ver-
mək lazımdır ki, uşaqları tərbiyə etsin. Bitkini becərməklə, insanı
tərbiyə etməklə formalaşdırmaq olar.
II. Təbii tərbiyə nəzəriyyəsi. Russoya görə, uşağın tərbiyəsi
təbiətə uyğun olmalıdır. Russo azad tərbiyə tərəfdarı idi. Russo tər-
biyənin psixoloji cəhətdən əsaslandırılmasını müdafiə edir, uşağın
yaş xüsusiyyətləri ilə bərabər, həm də fərdi xüsusiyyətlərinin nəzərə
alınmasını zəruri hesab edirdi.
J.J.Russonun nəzəriyyəsinə görə, təbii tərbiyə tərbiyəçinin
uşağı dərindən bilməsi, onun şəxsiyyətinə yüksək dərəcədə hörmət
etməsi nəticəsində onu pis təsirdən qoruya bilər. J.J.Russo deyirdi
ki, uşaqlar tərbiyəni üç mənbədən: təbiət, əşya və insanlardan alır:
1. Təbiət vasitəsi ilə tərbiyə insanın qabiliyyətlərini, hiss or-
qanlarını inkişaf etdirmək deməkdir;
2. Əşya və hadisələrlə tərbiyə uşaq şəxsiyyətinə onu əhatə
edən mühitlə təsir etmək deməkdir. Məsələn: uşaq əlini oda vurur,
əli yanır. Ona görə də ikinci dəfə əlini bir daha oda vurmur və bura-
dan da təbii olaraq əşyalar vasitəsilə uşaq tərbiyə olunur.
3. İnsanlarla tərbiyə uşaq şəxsiyyətinə müəyyən məqsədlə
edilən pedaqoji təsirdir. Russoya görə, alınan bilik və vərdişlər
insanlar tərəfindən verilən tərbiyəyə daxildir.
Bu üç təsir istiqamətdə, vəhdətdə həyata keçirilərsə, tərbiyə
düzgün gedər, qarşıya qoyulmuş məqsədə nail olmaq olar. Tərbi-
yədə ən böyük səhv həddindən artıq tələsməkdir. J.J.Russo uşağın
təcrübəsini həddindən artıq yüksək qiymətləndirirdi. Təbiətin ver-
diyi bizdən asılı deyildir. Russonun təbii tərbiyə nəzəriyyəsi onu
azad tərbiyəyə gətirib çıxarırdı. O deyirdi: “Təbiət tələb edir ki,
uşaqlar böyük olmazdan əvvəl, uşaq olsunlar!”
Tərbiyənin vəzifələrinə J.J.Russo xoşbəxtliyi, həm də ləyaqəti
inkişaf etdirməyi, arzuları məhdudlaşdırmağı, qüvvələri inkişaf et-
dirməyi daxil edirdi. Belə tərbiyə olunan şəxsiyyət ləyaqətli, xoş-
bəxt, rəhmdil olmaqla sözün əsl mənasında insan kimi yetişir.
J.J.Russonun fikrincə, kamil tərbiyə təbii tərbiyə olmalı, tərbi-
144
yə olunanın təbiətinə tamamilə cavab verməlidir. Tərbiyə zamanı
heç bir zor, təzyiq işlədilməməlidir.
III. Təbii din nəzəriyyəsi. J.J.Russo Allahın varlığını qəbul
edirdi. O, tərbiyədə uşağın yaş xüsusiyyətlərini nəzərə almaq tələ-
binə müvafiq olaraq insanın inkişaf dövrlərini müəyyənləşdirməyə
nail olmuşdur.
O, “Emil və ya tərbiyə haqqında” adlı pedaqoji əsərində
Emilin inkişafını dörd dövrə bölür. Əsər özü beş hissədən ibarətdir.
Dörd hissəsi Emilin tərbiyəsinin dörd dövründən, beşinci hissə isə
qadın tərbiyəsindən, yəni Sofiyanın tərbiyəsindən bəhs edir.
Beləliklə, J.J.Russonun fikrincə, kamil tərbiyə təbii öyrənmə
ilə olmalı və tərbiyə olunanın təbiətinə tamamilə müvafiq olmalıdır.
Tərbiyə zamanı heç bir zor, təzyiq işlədilməməlidir.
Russo uşağın nitq inkişafına xüsusi əhəmiyyət verirdi. O tələb
edirdi ki, söz aydın deyilməli və əşya uşağa göstərilməlidir. Uşaq
nitqinin inkişafında Russo hər cür tələskənliyin əleyhinədir. Sözlə-
rin təhrif edilərək tələffüz olunması Russoya görə uşaqda pəltəklik
yaradır.
Russoya görə iki yaşa qədər uşaqlar həqiqi əqli qabiliyyətlərə
malik olmurlar. Onlarda təfəkkür, hətta yaddaş belə yoxdur. Onlar
yalnız səsləri, obrazları, duyğuları, rabitələri yadda saxlaya bilirlər.
Onların bilikləri yalnız duyğularda əks olunur, təfəkkürə keçmir. Bu
dövr əqlin yuxu dövrüdür. Madam ki, belədir, onda uşaqlara əqli
məsələlərlə məşğul olmağı təklif etməyin faydası yoxdur.
Russoya görə fiziki inkişaf, əqli inkişafla sıx bağlıdır. Fiziki
inkişaf əqli inkişaf mərhələsinə zəruri hazırlığı yerinə yetirir.
Uşağın ağıllı və düşüncəli olması üçün onun möhkəm, sağlam
olmasına çalışın. Qoyun o işləsin, hərəkət etsin, qaçsın, qışqırsın,
həmişə fasiləsiz hərəkətdə olsun. Qoyun o, güclü və qüvvətli adam
olsun. Onda onun əqli də inkişaf edəcəkdir. Bədəni fiziki möhkəm-
ləndirməyə gəldikdə Russo burada uşağın həddən artıq əzizlənməsi
və qəyyum edilməsinin əleyhinə çıxır. Uşağın ilk addımlarından
müstəqilliyə öyrədilməsi vacibdir. Uşaq öz gücünə, qüvvəsinə inan-
malıdır. Russo qeyd edirdi ki, Emil ayaq açıb yeriyəndə onun qoru-
yucu papağı, təkərlərə bərkidilmiş səbəti olmayacaqdır. O, özü yeri-
məyi öyrənəcək, yıxılacaq, duracaq, lakin, öyrənəcəkdir. Qoy uşaq
müstəqil addım atarkən yıxılsın, dizi əzilsin, əti göyərsin – bütün
145
bunlar bu yaşda təhlükəli deyil. Çünki, əzab çəkmək ilk şeydir ki,
uşaq ona alışmalı, öyrənməlidir.
Russo əmək tərbiyəsinə xüsusi əhəmiyyət verir və deyirdi:
“Əlini işsiz başını fikirsiz qoyma”! Oğlu Emilə məsləhət görərək
deyirdi “Emil kəndli kimi çalışmalı, filosof kimi düşünməlidir”.
Russo sənətkarlıq əməyinə xüsusi qiymət verərək deyirdi ki, “Sə-
nətkar heç kimdən asılı deyildir”.
Uşağa hansı peşəni öyrətməli? Hər şeydən əvvəl daim faydalı
olan peşəni öyrətmək lazımdır. Bu peşələr dəbdən, dövlətli adamlar-
dan asılı olmayaraq mövcuddur. Buna görə də Emil özünə şərəfli,
faydalı bir peşəni seçməlidir. Russoya görə peşələr içərisində ən şə-
rəflisi əkinçilikdir. Daha sonra dülgərlikdir.
Fransız materalist filosoflarının görkəmli nümayəndələrindən
biri Klod Adrian Helvetsidir (1715-1771). Helvetsi fitri ideyaları
rədd edərək tərbiyənin rolunu yüksək qiymətləndirir və deyirdi:
“Tərbiyə hər şeyə qadirdir!”. Onun fikrincə tərbiyə hər şeyi həll
edir, tərbiyə vasitəsilə dahilər yetişdirmək mümkündür. Bu isə onun
idealist – “dünyanı rəylər idarə edir” baxışından irəli gəlirdi. Hel-
vetsi yazırdı ki, insan biliyi onun duyğularının məhsulu olduğundan,
tərbiyənin əsas vəzifəsi hiss orqanlarını tərbiyə və inkişaf etdirmək-
dən ibarətdir. Həqiqətlər nə qədər yüksək olursa olsun hamı tərəfin-
dən qavranıla bilər - deməklə insanlar arasında olan təbii fərqləri in-
kar edirdi. Helvetsinin fikrincə din xadimlərini məktəbdən qovmaq,
köhnə sxolastik feodal məktəbini kökündən dəyişmək, məktəbləri
dünyəvi etməklə dövlətin ixtiyarına vermək lazımdır. Helvetsi
ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutaraq məktəb tərbiyəsinə
böyük əhəmiyyət verirdi. “Ağıl haqqında”, “İnsan, onun əqli qabi-
liyyətləri və tərbiyəsi haqqında” əsərlərni yazmışdır.
Deni Didro (1713-1784), fransız materialist filosoflarından
biridir. D. Didro “Fəlsəfi düşüncələr”, “Korların məktubu və gözlü-
lərə nəsihət” adlı əsərlərində feodal quruluşunu tənqid edir, öz fikir-
lərində ardıcıl olaraq materiyanın məhv olmamasını və yaşamasını
möhkəm müdafiə edirdi. O, duyğuları qiymətləndirərək deyirdi, ağ-
lımız hakim, duyğularımız isə şahidimizdir. Didro tərbiyənin əhə-
miyyətinə böyük qiymət verirdi, lakin Helvetsi kimi onu həddindən
artıq şişirtmirdi. Helvetsiyə cavab olaraq deyirdi:
Dostları ilə paylaş: |