Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə44/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   176

 

133 


bağlayıb,  yaxşılıq  etmək  qapısını  açmaq;  qəzəb  və  kin  qapısını 

bağlayıb,  səbr  və  qənaət  qapısını  açmaq;  həzz  qapısını  bağlayıb, 

nəfsi  qorumaq  qapısını  açmaq;  xalqdan  bir  şey  ummaq  qapısını 

bağlayıb,  haqq  qapısını  açmaq;  çox  danışmaq  qapısını  bağlayıb, 

Tanrını  anma  qapısını  açmaq;  şeytana  uymaq  qapısını  bağlayıb, 

Tanrıya xidmət qapısını açmaq. 

Əxi  birliklərinin  tərbiyəedici  və  maarifləndirici  fəaliyyətləri 

islam  dininin  elm  və  tərbiyə  haqqındakı  qaynaqlarından  irəli 

gəlmişdir. Həmin fəaliyyətin istiqaməti aşağıdakılardır: 

1)

 

Hər  bir  fərdə  özünü  tanıma  yollarını  göstərmək.  Tərbiyə 



və  elm  insanın  özünü  tanıma  yollarnı,  özünü  dərketməyi  öyrətmə-

lidir. Əks təqdirdə elm və tərbiyənin heç bir əhəmiyyəti qalmaz. 

2)

 

İnsan fitrətini qorumaq. 



3)

 

Kamil  insan  yetişdirmək. Belə insan  yalnız vətənində de-



yil, hər yerdə, hər zaman doğru, düzgün insandır. 

4)

 



Fərddəki gizli bacarıqları üzə çıxarmaq və onlara istiqamət 

vermək. 


Göründüyü  kimi  bütün  bunlar  müasir  pedaqoji  fikrin  əsas 

ideyaları ilə səsləşir. 

Əxi  birliklərinin  təlim-tərbiyə  sisteminin  təməl  qaydaları 

aşağıdakılardır: 1) İnsan bütöv olaraq, dünyaya gəlmiş və ona görə 



də,  ona  sənət,  peşə  öyrətməklə  yanaşı  dini,  əxlaqi  və  sosial  bilgi 

verilməlidir;  2)  görülən  əməli  işlər  nəzəri  məsələlərə  uyğun  olma-

lıdır,  3)  təlim-tərbiyə  müəyyən  bir  vaxta  qədər  deyil,  bütün  ömrü 

boyu  davam  etdirilməlidir:  4)  dərslər  bilikli,  bacarıqlı  müəllimlər 

tərəfindən öyrədilməlidir. 

Əxilər  qız  uşaqlarının  tərbiyəsinə  xüsusi  diqqət  yetirmiş  və 

onlara  belə  öyüdlər  də  vermişlər.  “İşinə  diqqətli  ol”,  “Aşına  diq-

qətli ol”, “Eşinə diqqətli ol”, (“Eş” həyat yoldaşı). 

Əxi ocaqlarında müəllimlər təlim alan uşaq və yeniyetmələrə 

aşağıdakı  hərəkət  və  davranışları  etməməyi  tövsiyə  edirdilər: 

Tüpürmək, qiybət  etmək, iftira etmək, lovğalanmaq, ayıb  və qüsur 

araşdırmaq, əmanətə xəyanət etmək, kinli olmaq, yalan danışmaq. 

Fütüvvət qaydalarına görə Əxinin üç açıq, üç bağlı keyfiyyəti 

olmalıdır:  Əli  açıq  olmalı  (səxavətli,  çomərd  olmalıdır);  qapısı 

açıq olmalı (qonaqsevər olmalıdır); süfrəsi açıq olmalı (ac gələni 

doydurmalıdır). 



 

134 


Gözü bağlı olmalı (kimsəyə kəm gözlə baxmamalı, kimsənin 

qüsurunu  araşdırmamalıdır);  dili  bağlı  olmalı  (hər  gördüyünü 

deməməli,  çox  danışmamalı);  beli  bağlı  olmalı  (etibarlı,  əmin 

adam  olmalı,  haramdan  uzaq  olmalı).  Bu  qaydalara  əməl  edən 

adam  pis  xasiyyətlərdən  arınır,  yaxşı  keyfiyyətlərə  sahib  olur,  çox 

geniş işlənən bir deyimlə əlinə, belinə, dilinə, gözünə hakim olur. 

Fütüvvət üzvlərinin dörd təməl əxlaq prinsipi vardır: 1)  qüv-

vətli və qalib vəziyyətdə ikən əfv etmək.; 2) hiddətli zamanda yum-

şaq davranmaq: 3) pisliyə qarşı yaxşılıq etmək; 4) özünə ehtiyac ol-

duğu halda başqasına əl tutmaq. 

Fütüvvət üzvləri üç qola ayrılmışdır: 1) Qılınclı qol. Bu qola 

daxil  olanlar  həm  nəfslərinə,  həm  də  kafirlərə  qarşı  savaşırlar.  Bu 

Həzrəti  Məhəmmədin  Həztəti  Əliyə  qılınc  bağışlamasının  simvolu 

kimi qəbul edilir; 2) sözlü qol. Bu qola bağlananlar qılınc daşımaz-

lar. Onlar söz sahibidirlər; 3) fütüvvət qədəhindən içənlər qolu. Bu 

qola daxil olanlar təşkilata şərbət içərək qatılanlardır ki, onlar təşki-

latın qayda-qanunlarını inkişaf etdirirlər. 

Əxilik haqqında yazılan bir sıra əsərlərdən, əlimizə keçən mə-

lumatlardan əxiliyin özəlliklərni ümumi şəkildə aşağıdakı kimi şərh 

edə bilərik: 

1.

 



Səxavətli olmalı. 

2.

 



Doğru olmalı. 

3.

 



Torpaq kimi aşağı könüllü, təvazökar olmalı. 

4.

 



Xeyirxah olmalı. 

5.

 



Öz həyatını xalqın işinə həsr etməli. 

6.

 



Qonaqpərvər olmalı. 

7.

 



Əməksevər və bir sənət sahibi olmalı. 

8.

 



İnsanlara sevgi və məhəbbət göstərməli. 

9.

 



Dinini sevməli və ona hörmət etməli. 

10.


 

Utanc, həya duyğusuna sahib olmalı. 

11.

 

Yalan söyləməməli, insanlarda qüsur aramamalı. 



12.

 

Mərhəmətli olmalı. 



13.

 

Kimsəyə qarşı düşmənçilik və kin bəsləməməli. 



14.

 

Yoxsullara  yardım  etməli,  zənginlərlə  minnətsiz  dolan-



malı. 

15.


 

Böyüklərə hörmət, kiçiklərə şəfqət göstərməli. 

16.

 

Fütüvvət əlamətlərini və geyimini daşımalı. 




 

135 


17.

 

Nəfsinə hakim olmalı. 



18.

 

Ayna kimi sirr saxlayan olmalı. 



Əxilərin  sosial  həyatdakı  yaşamı  xüsusi  əxlaq  qaydalarına 

müvafiq  olmalıdır.  Bu  qaydalar  yemək  yeyərkən,  su  içərkən  danı-

şarkən, alış-veriş edərkən, hamama gedərkən, yataqda yatarkən və s. 

haqqındadır. 

Məsələn, yemək yeməyə dair qaydalar belə şərh olunur: 

1.

 



Yeməkdən əvvəl və sonra əlləri yumalı. 

2.

 



Süfrədə böyüklərdən öncə yeməyə başlamamalı. 

3.

 



Yalnız öz qarşısndan və kiçik tikələrlə yeməli. 

4.

 



Başqalarından tez yeyib, kənara çəkilməməli. 

5.

 



Yeyərkən və içərkən səssizliyə əməl etməli. 

6.

 



Payından çox və doyunca yeməməli. 

Əxiliyin  740-a  qədər  görk  qaydaları  vardır.  Əxiliyin  son 

mərtəbəsinə  “Övliya”  deyilir.  Ovliya  bu  qaydaların  hamısını  yaxşı 

bilir  və  ona  əməl  edir.  Göründüyü  kimi  Əxilikdə  əxlaq  anlayışı 

böyük bir sistem şəklindədir. 

Əxilik vaxtilə Azərbaycanda geniş yayılmış özünəməxsus bir 

əxlaqi təlim olmuşdur. Bəzi mənbələrə görə Nizami Gəncəvi də Əxi 

təşkilatının  üzvü  olmuşdur.  Bu  barədə  “Təzkireyi-Devletşah”da 

yazılmışdır: “Şeyx Nizami Əxi Fərəcin müridlərindən idi”. 

 

Tapşırıqlar 



 

Səciyyələndirin: 

1. Təsəvvüfdə tərbiyə məsələləri 

2. Mövləvilikdə tərbiyə 

3. Bektaşilikdə tərbiyə 

6. Hürufilikdə tərbiyə 

7. Əxilikdə tərbiyə 

 

Ədəbiyyat 



 

1.

 



Qurani- Kərim. Bakı: Azərnəşr, 1992. 

2.

 



Abdulla Şaiq. Хatirələr// Azərbaycan jurnalı, 1954, № 1. 

3.

 



Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989. 

4.

 



Əhmədоv  H.  M.  Azərbaycan  məktəb  və  pedaqоji  fikir  tariхi. 

Bakı: Təhsil, Elm, 2001. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə