Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə42/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   176

 

127 


“B” hərfi “bismillahi rəhmani” kəlməsindən, 

Açar kimi vəhy olmuşdur Allah səsindən

“Bismillah” kimi olmamışdır heç bir açar

O, sözlər ölkəsinin qapısın hər zaman açar”. 

Hürufilər  sözləri  varlığın  əsası  kimi  qəbul  edirlər.  Sözlər 

“Quran”da və Quran vasitəsilə Allahdan gələn vəhylər dünyanı ya-

ratmışdır. Allahın Qurandakı sözlər vasitəsilə insanda təcəlla etməsi 

Hürufilik ideyasının əsasını təşkil edir. 

Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilərək açar hesab edi-

lir. Bu Qurandakı Fatihə surəsinin ayətlərini, insanın üzündəki yed-

di nöqtə 7 rəqəminə işarət edir ki, insan da həqiqət üçün açar hesab 

edilir. 

Hərflərin  və  rəqəmlərin  texniki  tərəfləri  ilə  bağlı  görüşləri 

inkişaf  etdirməklə  hərfləri  müqəddəsləşdirən,  hürufiliyi  bir  fəlsəfi-

dini  fikir  sistemi  olaraq  quran,  yayan  şəxs  azərbaycanlı  Fəzlulluah 

Nəimi Astarabadi (1340-1394) olmuşdur. Bəzi mənbələrə görə As-

tarabad və ya Astabad Naxçıvanda Araz çayı sahilində şəhər olmuş-

dur. Bu şəhər sonralar Araz çayının sularına qərq olmuşdur. 

Nəimi  ömrünün  müəyyən  hissəsini  səyahətdə  kеçirmişdir. 

1369-cu ildə İsfahana, 1373-cü ildə Məkkəyə səfər еtdiyi məlumdur. 

İsfahana bir nеçə dəfə səyahət еtmişdir. Hətta müəyyən müddət İsfa-

han ətrafındakı  Toğçı  adlı  yеrdə məskən saldığı,  bir mağarada inzi-

vaya çəkildiyi, sonra hürufilik еtiqadını yaymağa başladığı və burada 

ətrafına xеyli mürid topladığı barədə məlumatlar da mövcuddur. 

Nəimi bir nеçə dili və bir sıra еlmləri, o cümlədən qədim yu-

nan və şərq fəlsəfəsini, Quranı və dini еlmləri mükəmməl mənimsə-

mişdi. 


Nəimi öz hürufi düşüncələrini “Cavidan-namə”(Əbədilik haq-

qında), “Ərş-namə”(Səltənət haqqında), “Məhəbbət-namə”, “Novh-

namə”  (Yuxu  görmə  haqqında),  “İskəndər-namə”,  “Vəsiyyət-na-

mə”, “Nəsihət-namə” adlı əsərlərində izah etmişdir. Nəiminin əsər-

ləri  İstanbulda  “Aya-Sofiya”  kitabxanasında,  Paris  Milli  kitabxa-

nasında,  Britaniya  muzeyində,  Kembric  Universitetində,  Tehran 

Milli kitabxanasmda, İrəvan Mətndaranında və digər kitabxanalarda 

saxlanılır. Nəiminin həyatında Bakının xüsusi rolu  olub.  Belə ki,  o 

burada  hürufi  hərəkatının  mərkəzini  yaratmışdı.  Əli-ül  Əlanın 



 

128 


“Qiyamətnamə”  əsərində  göstərilir  ki,  Fəzlullah  Nəimi  Bakıdan 

getdikdən sonra da bu mərkəz hürufiliyi yaymış və təbliğ etmişdir: 



Bakı tərəfdən səs gəlsə ayağa dur, əlini-əlinə vurub sevin

Ora bizim sevimli yerimiz özü getsə də yeri orada qalır. 

“İnsan  yer  üzünün  əşrəfidir!”  Quran  ayəsindən  irəli  gələrək, 

hürufilər  insan  şəxsiyyətinə  yüksək  qiymət  verir  və  belə  hesab 

edirdilər  ki,  Quran  ayələri  elə  insanın  üzündə  yazılmışdır.  İnsanın 

burnu ərəb əlifbasında “Əlif”dir ( ا ) burunım yanları “Lam” (  ل ), 

gözlər “he” (H) dir. “Əlif”, “Lam “ he” “Allah” - kəlməsini yaradır. 

Nəimi  Teymirilər  tərəfindən  Naxçıvanda  edam  edilmişdir. 

Nəsimi bu hadisədən çox mütəəssir olmuş və bu münasibətlə yanğı 

və iztirab hissi ilə dolu məşhur “Ayrılır” rədifli qəzəlini yazmışdır: 

Еy müsəlmanlar, mədəd ol yari-pünhan ayrılır, 

Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır. 

Еy sənəm, hicran əlindən nalеyi-zar еylərəm, 

Gözlərimdən sanasan dəryayi-ümman ayrılır. 

Nəiminin  qəbri  hal-hazırda  Naxçıvanda  Culfa  rayonunun 

Xanağa  kəndində,  Əlincə  çayının  sol  sahilində  Əlincə  qalası  ilə 

üzbəüz  yamacda  yеrləşən  köhnə  qəbristanlıqdadır.  Qəbrin  üstündə 

kərpicdən tikilmiş künbəz vardır və o, ziyarətgaha çеvrilmişdir. 

Nəiminin  ideyaları,  əqidə  düşüncəsi  onun  davamçısı  və  mü-

ridi XV əsrin böyük Azərbaycan şairi Nəsimi (1369-1417) tərəfin-

dən geniş yayılmış və davam etdirilmişdir. 

Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə 

cavab verəcək bir dərəcədə kamil təhsil almışdır. O, klassik Şərq və 

qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, 

İslam  və  Xristianlıq  dinlərinin  əsaslarına  yaxından  bələd  olmuş, 

tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə də-

rindən  yiyələnmişdir.  O,  dilləri  elə  yaxşı  öyrənmişdi  ki,  Azərbay-

can, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər  yaza bilirdi. 

Onun  azərbaycanca  şeirlərinin  dili  həm  zənginliyi,  həm  də  xalq 

nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri və zərb-məsəllər, hikmətli 

sözlər  burada  çoxluq  təşkil  edir.  Nəsiminin  rübailəri  Azərbaycan 

xalq  şeiri  nümunələri  olan  bayatılara  çox  yaxındır.  Nəsiminin 

poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur 

alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sina-

nı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəi-




 

129 


mini, Şeyx Mahmud Şəbüstərini, Əvhədi Marağalını və başqalarını 

göstərə bilərik. 

Hürufilik böyük ideya cərəyanı və möhtəşəm hərəkat kimi ilk 

dəfə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Naxçıvanda 

və Astrabadda (Fəzlullah Nəiminin vətənində) yayılmışdır. 

Bütövlükdə  insan  şəxsiyyəti,  onun  yüksək  dəyərləndirilməsi, 

humanizm  ideyaları  Nəsimi  yaradıcılığının  əsas  ana  xəttini  təşkil 

etmişdir. O yazırdi: 



Ey daşa, turabə gövhər deyən insan

İnsan öz lütfü-hüsnüylə gövhər deyilmi. 

Bu gün pedaqoji elmin  ən mühüm problemlərindən biri kimi 

təhsilin  humanist,  demokratik  prinsiplər  əsasında  qurulması,  insan 

şəxsiyyətinə böyük hörmət və məhəbbət Nəsimi ideyaları ilə həma-

həng səsləşir. 

Nəsiminin  “Bəhrül-əsrar”əsəri  bir  çox  illər,  hətta  XVIII-XIX 

əsrlərə qədər məktəb və mədrəsələrdə tədris edilmişdir ki, buradakı 

qəsidələr didaktik və tərbiyəvi əhəmiyyətli olmuşdur. 

Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Tür-

kiyə  və  İran  xalqları  arasında  geniş  yayılmışdır.  Həllac  Mənsurla 

birlikdə  onun adı  öz  əqidəsi  uğrunda qeyri-adi  sədaqət  və  cəsurluq 

rəmzinə  çevrilmişdir.  Onun  əsərləri  bir  çox  dillərə  çevrilmiş  və 

həmin dillərdə  yazıb-yaradan şairlər onu təqlid etmişlər. Nəsiminin 

şeirlərini  xalq  arasında  avazla  oxumaq  və  onun  hürufi  ideyalarını 

təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından 

da belə keçmişlər. 

Şairin əsərləri ilə tanış olduqda Nəsimi Şamaxıda o dövrün ən 

yaxşı  universitetlərinin  tələbinə  cavab  verəcək  bir  dərəcədə  kamil 

təhsil  almışdır.  O,  klassik  Şərq  və  qədim  yunan  fəlsəfəsini,  habelə 

ədəbiyyatını  dərindən  mənimsəmiş,  İslam  və  Xristianlıq  dinlərinin 

əsaslarına  yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya-

ya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri 

elə  yaxşı  öyrənmişdi  ki,  Azərbaycan,  fars  və  ərəb  dillərində  eyni 

dərəcədə  gözəl  şeirlər  yaza  bilirdi.  Onun  azərbaycanca  şeirlərinin 

dili  həm  zənginliyi,  həm  də  xalq  nitqinə  yaxınlığı  ilə  seçilir,  atalar 

sözləri,  zərb-məsəllər,  hikmətli  sözlər  burada  çoxluq  təşkil  edir. 

Nəsiminin  rübailəri  Azərbaycan  xalq  şeiri  nümunələri  olan 

bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, elə-




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə