Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu


оynamış, оnun kamilləşməsində, böyük bir alim, şair оlmasında



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə38/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   176

 

115 


оynamış, оnun kamilləşməsində, böyük bir alim, şair оlmasında 

Təbrizli  müəllimi Şəmsəddin Məhəmməd ibn  Əli  ibn Məlikdad 

Təbrizi  (1185-1247)  haqqında  son  dərəcə  çox  qiymətli  fikirlər 

söyləmiş, duyğulu düşüncələrini sonsuza qədər ifadə etmişdir. 

Yüksək  ilahiyyat  təhsili  görmüş,  əxlaqi,  mənəvi  elmləri  də-

rindən  öyrənmiş  hələ  gəncliyində  “Mürşüdi-kamil”  ünvanı  almış, 

Şəms  Təbrizi  adı  ilə  məşhur  olmuş  müəllim,  alim,  mütəfəkkir  öz 

müridi Cəlaləddin Ruminin istedad və bacarığını, fitri qabiliyyətini 

yüksək  dəyərləndirmiş,  həm  özünün  və  həm  də  Mövlananın  qeyri 

adi keyfiyyətlərə malik оlduğuna da işarələr etmişdir. Şəms Təbrizi 

özünün “Məqalət” əsərində belə yazmışdır: “Mənim Təbrizdə Əbu-

bəkr adlı bir şeyхim var idi. Оndan dərs aldım, bir çох biliklər öy-

rəndim. Fəqət məndə bir şey var idi ki, оnu şeyхim görə bilmirdi. 

Zatən  оnu  heç  kim  görə  bilməmişdi.  Оnu  хudavəndigarım  Möv-

lana görə bildi”

Həqiqətən də Şəms Təbrizi tarixdə çox mürəkkəb təbiətli, ma-

raqlı, sirrli, fenomen şəxsiyətlərdən biri olmuşdur. Hətta mənbələrə 

görə onun adı çəkildiyində belə, insanın iç dünyasında bir şeylər ol-

muş,  insanın ruhu aydınlanmış, qəlbi fərəhlənmişdir. Onun fikirlə-

rini tam mənasında başa düşüb anlamaq, özünün kimliyi, şəxsiyyəti 

haqqında bu günə qədər genişliyi ilə ətraflı tədqqiat aparılmamış və 

öyrənilə də bilinməmişdir. 

Şəms Təbrizi böyük filosof-şair, ilahiyyatçı, təsəvvüf elminin 

ən görkəmli nümayəndələrindən biri olmuşdur. O bir yerdə durma-

mış,  daim  səyahətlər  etmiş,  adına  “Şəmsəddin  Pərəndə”  (“Uçan 

günəş”) də deyilmiş, Şərq ölkələrini gəzmiş, Bağdadda, Dəməşqdə 

böyük  alimlərlə  görüşüb  tanış  olmuş,  elm-mərifət  məclislərinə  qa-

tılmışdır. O bəşəri hiss və duyğularla yaşamış bütün insanları varlığı 

ilə, necə deyərlər, ”yaradılanı yaradandan ötrü sevmiş” və ətrafında-

kılara da sevdirmişdir. 

Şəms  Təbrizi  mənəviyyat  aləminin  böyük  ustadı  və  böyük 

insanı olmuş onun haqqında dövrünün mütəfəkkirləri dəyərli fikrilər 

söyləmiş, ona ünvanlanan şeirlər yazmışlar: 

“Mürşüd-i kamil-i mükəmməldir, 

Sözləri mücməl-i müfəssəldir, 



 

116 


Nəş`əsini verdi molla Hünkar Rumiyə

Onu inkar edən məəttəldir”. 

“Şəms  Təbrizi”,  yəni  “Təbrizin  günəşi”  adı  da  onun  şəxsiy-

yətinə, mərifətinə uyğun bir addır. Təbrizdən doğan düşüncə, duyğu 

da  eşq  günəşi  idi.  Əbədiyyən  də  bu  günəş  Təbrizdən  parlayacaq. 

İşin çox maraqlı tərəfi budur ki, Şəms hələ o zaman - XIII  əsrdə - 

“Təbrizdə elə böyük şəxsiyyətlər var ki, məndən də yüksək mə-

qamdadırlar”-  demişdir.  Şəms  bütün  davranışlarında,  yaradıcı 

fəaliyyətində  Təbrizi  həmişə  ucaltmağa  çalışmışdır.  Şəmsin  anlat-

dığından  belə  çıxır  ki,  dünyanın  elm,  mənəviyat  mərkəzi  Təbriz 

olmuşdur.  Təsadüfi  deyildir  ki,  Mövlana  da  öz  şeirlərində  Təbrizi 

çox öymüşdür. Demək olar ki, Mövlananın əksər qəzəllərində Təb-

riz şəhərinin adı keçməkdədir. Mövlana yazır: 



“Aç da bir karvan yükün ey sariban 

Yar yurdu şəhri Təbrizdir, dayan! 

Cənnətin kəndisidir Təbrizimiz. 

Sirr mülkü anmışıq Təbrizi biz, 

Göylərin sonsuzluğundan sevgilər, 

Hər zaman olsun Sizə, Təbrizlilər!” 

Bu misralarda Mövlana Təbrizi “Sirr mülkü” (“Sirrlər şəhəri”) 

olaraq  görür.  Məhz  Təbriz  mühiti  Şəms  Təbrizi kimi  böyük  alimi, 

mütəfəkkiri  yetişdirmişdir.  Həqiqətən  də  Təbriz  elm,  mədəniyyət, 

mənəviyat və eşq günəşləri yetişdirən bir şəhər olmuşdur. 

Şəms  Təbrizi  ilə  ünsiyyət  və  münasibətlər  Rumiyə  mistik 

idrakın  yeni  bir  yolunu  tapmaqda  kömək  etmişdir.  Buna  baxmaya-

raq,  onun  bütün  ideya  və  nəzəri  fikirləri  yalnız  Rumi  öldükdən 

sonra  Mövləvilik  adı  ilə  formalaşmışdır.  Mövlana  ərəb  sözüdür. 

Ana  dilimizdə  onun  tam  qarşılığı  “yüksəlmiş”  deməkdir.  Yəni 

hissən, fikrən, ruhən yüksək mənəvi ucalığa varmış insan. 

Şəms  dünyasında  şeir,  musiqi  və  səmavi  rəqs  əsas  yer  tut-

muşdur. “Səm`a” ərəb dilində “dinləyiş” deməkdir. Mövlana Şəmsi 

dinlərkən ruhundakı titrəyişləri “səma” rəqsinə yükləmişdir. Şəmsin 

səsi  də  çox  təsirli  və  cəlbedici  olmuşdur.  Şəmsin  səs  dinamikləri 

Mövlananı öz təsiri altına almışdır. Bu geniş diapazonlu Şəmsin sə-

sindəki mənalı fikirlər, ilahi şeirlər Mövlananı elə hərəkətə, elə vəc-

də gətirmişdir ki, bütün şeirlərini bir musiqi, bəstə üzərində yazmış-

dır. Mövlananın şeirində yalnızca sözlər həyəcana gəlib rəqs etmir, 




 

117 


şeirin özü də rəqs edir. Hər şey rəqs edir, fikirlər, sözlər, vergül və 

nöqtələr.  Şəms  Mövlananın  ruhunu  ehtizaza  gətirmiş,  onu  rəqs, 

musiqi  sevdası  ilə  doldurmuşdur.  “Səmaazənlik”  də  bəşəriyyəti 

bəsirət  qulağı  ilə  dinləmək  anlamlna  gəlir.  Dinləyərək  hisslər  alə-

mində  aləmin  sirlərinə  qovuşmaq  deməkdir.  Bu  üzdən  də  “Səma-

azənlik” Şəmsdən sonra da dərin bir fəlsəfi mahiyət daşımışdır. İşin 

maraqlı cəhəti budur ki, islam aləmində ilk dəfə olaraq qadınlar da 

Şəmsin  istəyi  ilə  səmazənliyə  qatılmışlar.  Şəms  Təbrizinin  bu  gö-

rüşü o dövrdə Hacı Bektaş Vəli tərəfindən yaradılan Bektaşiliyə də 

təsir  göstərmiş  və  qadınlarla  kişilər  fırlanaraq  xüsusi  rəqslər  etmiş, 

səmazənlik etmiş və bu gün də bu davam etməkdədir. 

Şəmsin  Mövlanaya  öyrətdiyi  təlimlərdən  birisi  də  musiqi 

olmuşdur.  İnsanın  bütövləşməsində,  kamilləşməsində  musiqini 

duymaq, ondan həzz almaq, həzin şeir və rəqsin ahəngi altında 

xüsusi  emosional  hallar  keçirmək  insanı  yeni  bir  aləmdə  kök-

ləyir,  insanın  ruhunun  zənginləşməsində,  qəlbinin  tərbiyəsində 

mühüm  rol  oynayır.  Şəmsin  bu  təlimi,  bu  fəlsəfəsi  üzərinə 

mənbərdə  vaizliklə  məşğul  olan  Mövlana  məscidi  buraxıb  musiqi 

öyrənir, şeirlərinə bəstələr yapır. Bu gün muğamlarımızda Mövlana 

Cəlaləddin  Ruminin  bir  neçə  bəstəsi  vardır.  Onlardan  ən  önəmlisi 

“Şur”  muğamındakı  “Səmai-Şəms”  şöbəsidir  ki,  Cəlaləddin  Rumi 

bunu  öz  ruhunun  memarı  olan  müəllimi  Şəms  Təbriziyə  ithaf  et-

mişdir. (“Səmai-Şəms” - “Şəmsin səmavisi”, rəqsi “Şəmsi dinləmə” 

anlamına  gəlir.  Bu  gün  o  “Simai-Şəms”  kimi  tələffüz  olunur).  Sə-

mavi  mərasimlərində  “Səmai-Şəms”  muğamınının  ahəngi  ilə  “Sə-

mazənlik”lə - yəni çalmaq, oxumaq və rəqs etməklə məşğul olmuş-

lar.  XX  əsrdə  dahi  bəstəkarımız  Üzeyir  Hacıbəyli  muğamlarımıza 

yeni bir ruh, yeni həyat vermiş, muğamlarımızı dərin həyat lövhələ-

ri,  insan  duyğuları  ilə  yükləyərək  muğamlarımızın  forma  və  məz-

munu  daha  da  dərinləşmiş  və  Şəms  təlimlərinə  daha  çox  yaxın-

laşmışdır. 

Şəms  Təbrizinin  zahiri  və  daxili  gözəlliyi,  yüksək  insani 

keyfiyyətləri, etiqadına dərindən sədaqəti Rumini özünə heyranlıqla 

cəlb  etmişdir.  Onun  müəlliminə  məhəbbəti  adi  insani  duyğulardan 

da yüksəkdə dayanmışdır. Rumi onu özünün mürşidi, müəllimi elan 

edərək,  bütün  elmi  fəaliyyətini  dayandırmış,  mədrəsədəki  işini  bu-

raxmış  və  özünü  bütünlüklə  duyğularının,  qəlbinin  ixtiyarına  ver-



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə