Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə34/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   176

 

104 


geymə ipək, gey yun). 

Qaraqoyunlu Cahanşah Həqiqi isə deyir: “Nun” (  N ), “Mim” 

(م),  “Dal”  (د)-a  təhsin”.  Bu  hərflərin  toplusu  “Nəməd”  (دمZ)  sözünü 

əmələ gətirir ki, bu da farsca “Yun” deməkdir. Ərəbcə dil qaydalarına 

görə  “Suf”  kəlməsindən  “Təsəvvüf”  kəlməsini  əldə  etmək  müm-

kündür.  Ərəblər  köynəyə  “Kamis”,  köynək  geyənə  “Təkəmməs” 

dedikləri  kimi  “Suf”-  yun  köynəkdir,  onu  geyənə  “Təsəvvüf”  de-

mişlər. ”Təsəvvüf” əhlinə daxil olan şəxslərə “Mütəsəvvüf” demişlər. 

Azərbaycanın  cənub  hissəsi,  Türküstan,  İranın  Şimalı-Şərqi 

sufizmin əsas mərkəzi  olmuşdur ki,  əsası  VIII  əsrdə qoyulmuşdur. 

Ədəbiyyatda təsəvvüf axını geniş və sürətlə yayılmışdır. Baba Kuhi 

(933-1051),  Hakim  Sənai  (1072-  1131),  Əhməd  Yəsəvi  (1103  -

1166),  Firudin  Əttar  (1119-1193)  kimi  böyük  mütəsəvviflərdən 

başlayıb Əbdürrəhman Cami (1414-1522) kimi böyük alim-şairlərə 

qədər  gəlib  çıxmış,  sonra  da  davam  etmişdir.  XIII  əsrdə  təsəvvüf 

ədəbiyyatının tanınmış nümayəndələri “Kəlamlar” adı ilə Azərbay-

can dilində böyük “Divan” yaratmış Beyrək Quşçuoğlu, bu dövrün 

görkəmli  alim-şairləri  olan  Cəlaləddin  Rumi,  Hacı  Bektaş  Vəli, 

Yunus Əmrə, daha sonrakı əsrlərdə Qazi Bürhanəddin, Xətai, Nəi-

mi, Nəsimi, Həqiqi və başqaları olmuşlar. “Qızıl gül kədərlə qönçə-

də  bağlı  qaldığı  kimi;  Mən  də  tənhalığı  və  tanrıya  sitayişi  seçmi-

şəm”  -  deyən  Şeyx  Nizami  Gəncəvi,  “Bir  əlimizdə  qədəh,  birində 

Quran;/Gah  ayıq  oluruq,  gah  sərxoş”  -  deyən  Məhsəti  Gəncəvi, 

“Kimi  huşyar  görsən  sən,  ona  ver  cami-mey,  saqi;  Bihəmdillah, 

Füzuli  məstdir  vəhdət  şərabından”  -  deyən  Füzuli,  “Mənim  tanrım 

gözəllikdir,  sevgidir”  -  deyən  Hüseyn  Cavid,  “Mənim  ustadım 

Hafizdir,  məscidim  isə  meyxanədir”-  deyən  Mirzə  Şəfi  Vazeh 

şeirlərində təsəvvüf düşüncəsi hiss olunmaqdadır. 

Təsəvvüfün  iki  önəmli  cəhəti  vardır:  Tərbiyə  almaq  və  bilik 

qazanmaq. Təsəvvüf təlim və tərbiyəsində zikr etmək, təzkiyə (qəlbi 

təmizləmə, paklanma), təsviyə (ruhən saflaşma,  zənginləşmə), rəb-

banilik, mücahidə (nəfsə cihad etmək) etmək kimi əsaslar və gözəl 

nümunə ideyası təsəvvüf həyatının əsas şərtlərindən sayılır. Təsəv-

vüf fikihlə, hədislə, təfsirlə və digər islami elmlərlə sıx bağlıdır. 

Təsəvvüfdə  bilik  qazanmaq  özünü  tanımağa,  özünü  dərk  et-

məyə xidmət edir. Təsəvvüf elmi insana öncə özünü tanıma, sonra 

Allahını tanıma yollarını göstərir. 



 

105 


Böyük  mütəsəvvüf  Şihabəddin  Sührəverdinin  “Təsəvvüf” 

anlayışının şərhindən anlamaq olur ki, bu pedaqoji dillə desək insa-

nın  özünütərbiyəsi,  özünükamilləşdirməsi,  özünütəsdiqi  və  mənən 

zənginləşməsidir. O belə deyir: “Sufilik edən kəs özünə hesabat (əl- 

mühasebə), özünənəzarət (əl-müraqəbə) və özünümüşahidə (əl-mü-

şahidə)  yolu  ilə  rəzilliklərdən  çəkinib  nəfsini  paklandırmalı  və 

kamilləşdirməlidir”. 

Təsəvvüf  əhli  göstərir  ki,  İman  (İslamı,  Quranı,  peyğəmbəri 

qəbul edənlər) və İslamdan (İslam qayda-qanunlarını yerinə yetirən-

lər) sonra İhsan (Allahı qəlblərində görüb, hiss edənlər) səviyyəsinə 

yüksələnlər  ən  böyük,  ən  gözəl  sevgili  olan  Allahı  öz  daxillərində 

görmənin  şövq  və  həyəcanı  ilə  yaşaya  bilirlər.  Bu  həyəcan  isə 

insanlara Allahın yaratdığı hər şeyi sevməkdir.Hər şeyi sevmək Al-

lahı sevməyə qayıdır. Bu sevginin içərisində ən gözəli və ən şərəfli-

si  olan  insanı  sevmək,  onu  yüksək  qiymətləndirməkdir  İnsanoğlu-

nun ən uzun axtarışı “Özünü axtarış” olmuşdur. Təsəvvüf də insanın 

kainatda özünü tanıma səylərinin nəticəsidir. İnsan özünü tanımağa 

yönələrkən  “Yaradan  və  yaranmış”  haqqında  düşüncə  ilə  baş-başa 

qalır. Bu iki qavramın vəhdətdə, birlikdə qəbul edilməsi təsəvvüfün 

əsasını  təşkil  edir.  “Vəhdəti-vücud”  (“Tək  varlıq”)  anlayışı  ilə  var 

olan  tək  “O”dur.  Var  olan  “O”dursa,  insan  da  “O”dur,  “haq”da 

“O”dur. Varlıq tək “O”dur. “O”na çatmağın yolu isə eşqdir. 

Təsəvvüf  mahiyyətli  şeirlərdə,  Allahın  dərkinə  göstərilən 

cəhdlər  eşq  və  məhəbbətlə  eyniləşdirilir  və  Allahın  özü  “Dost”, 

“Yar”, “Haq”, “Sevgili” adlandırılır. 

Təsəvvüf  əhli  yaşarkən  həyatdan  mənəvi  zövq  və  həzz  alır, 

dünyaya  sevgi  ilə  baxır,  bütün  yaradılmışları  Allah  yaratdığı  üçün 

və Allah sevdiyi üçün sevir və hər bir maddiyyətdə məna axtarır. 

“Təsəvvüf” nəfsə yenmək, dünya naz-nemətlərindən uzaq ol-

maq,  dünya  malından  qaçınmaq,  hər  an  əxlaqiləşmə,  mənəviyyatı 

zənginləşdirmə, “bilik müsəlmanın itiyidir”-deyə həmişə, hər yerdə 

bilik axtarmalı, hər cür biliklərə yiyələnmək deməkdir. 

Təsəvvüf təfəkkürü təkcə ədəbiyyatda, pedaqoji fikirdə deyil, 

bütün  sənət  əsərlərində,  belə  düşüncədə  olan  insanların  bütün  fəa-

liyyətində öz əksini tapmışdır. Erkən orta əsrlər dövründə milli üs-

lubda  ucaldılmış  məscidlərdə,  təkkələrdə,  evlərdə,  imarətlər  və 

mehmanxanalarda təsəvvüf təfəkkürü duyulmuşdur. 



 

106 


XII  əsr  Naxçıvan  memarlığında  Əcəmi  Əbu-Bəkr  Naxçıvani 

yaradıcılığı  İslam  əxlaqı  və  təsəvvüf  düşüncəsi  ilə  zəngidir.  Onun 

Naxçıvanda  ucaltdığı  Mömünə  xatun  türbəsi  özünəməxsus  memar-

lıq  üslubu,  təsvir  və  qavrayışlı  görünüşü  ilə,  on  üzündə  təkrarlan-

mayan mənalı naxışları, yazıları və kitabələri ilə bir mənəviyyat abi-

dəsidir.  Türbənin  yuxarı  hissəsində  “Allah”  sözü  yazılmış  və  on 

üzlü türbənin bütün kənarları “Yasin” surəsinin mətni ilə haşiyələn-

mişdir.  Mömünə  xatun  türbəsinin  bir  kitabəsində  yazılmış  müdrik 

fikir Əcəminin fəlsəfi dünyabaxışı, əbədiyyət düşüncəsi öz əksimni 

tapmışdır: 



“Təlatüm içrə biz, sükunətdə daim rüzigar

Köçərik dünyadan, amma bu qalar yadigar”. 

Bu  dövrün  sənətkarları  gördükləri  hər  hansı  bir  işi  və  ya 

yaratdıqları  hər  bir  əsəri  özlərində  inandıqları  ilahi  bir  güclə  edir-

dilər.  Onlar  sənət  əsərlərini  Tanrı  sənətinə  uyğun  olan  bir  ölçüdə, 

gözəl  biçimdə  olması  üçün  çalışırdılar.  Bu  əsərləri  Allahın  qulları 

bəyənsin deyə deyil, Allah bəyənsin deyə gözəl, sağlam və mükəm-

məl bir halda hazırlayırdılar. 

Təsəvvüf erkən orta əsrlərin kamil insanının, bütöv hərtərəfli 

irıkişaf etmiş şəxsiyyətin yetişməsinə öz qüvvətli təsirini göstərmiş-

dir ki, bu düşüncə nümayəndələrinin ideya və baxışlarına, pedaqoji 

düşüncələrinə, tərbiyə haqqında fikirlərinə nəzər yetirək. 

 

 

4.6. Mövləvilikdə tərbiyə 

 

Mövlana Cəlaləddin Rumi (1207-1273) Хоrasanın Bəlх şəhə-

rində  dünyaya  gəlmiş,  Kоnyada  yaşamış  və  türk  dünyasının  böyük 

mütəfəkkiri, təsəvvüf ədəbiyyatının görkəmli şairi kimi tanınmışdır. 

Ya оlduğun kimi görün, ya göründüyün kimi оl”!- məşhur kəla-

mı Rumiyə məхsusdur. О, insanları təbiiliyə, səmimiliyə, çağırmış, 

hər cür sünilik, təkəbbür və lоvğalıqdan uzaq оlmağı məsləhət gör-

müşdür.  Оnun  əхlaqi-didaktik  fikirləri  25618  beytdən  ibarət  оlan 

Məsnəvi”sində  və  30000  beytdən  ibarət  оlan  “Divan-i  Kəbir” 

əsərində, habelə “Fihi  Ma Fih”(“Nə  varsa içindədir”), “Məclis-i 



Səb`a”(“Yeddi məclis”) əsərlərində əksini tapmışdır. 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə