Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə30/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   176

 

92 


dövrün  tərbiyəsi  haqqında  islamiyyətdə  dəyərli  fikirlər,  hökmlər 

vardır.  İslam insanı  doğuşdan ölənə qədər oxuyub-öyrənmədə, tək-

milləşmədə, inkişafda görür və deyir-“beşikdən qəbrədək öyrən”. 

Məhəmməd  Peyğəmbər  (s)  insanın  kamilləşmə  prosesini  üç 



mərhələyə  7-7  yaş  dərəcələrinə  ayırmış  və  demişdir:  övlad  öz 

həyatının birinci 7 ilində şah, ikinci 7 ilində (7-14 yaş) nökər, müti, 

üçüncü  7  ilində  (14-21  yaş)  məsləhətçi,  məsul  şəxs  hesab  olunur. 

Beləliklə,  21  yaşa  qədər  insanın  həyat  yolu-şahlıq,  nökərlik  və 

məsləhətçi, məsul şəxs dövrlərinə bölünür. 

“Şahlıq”  dövründə  uşaq  azad,  sərbəst  şəkildə,  sevgi  və  mə-

həbbətlə böyüyərsə, böyüklər onun tərbiyəsinə, inkişafına diqqət və 

qayğı göstərərsə, istək və ehtiyaclarını yerinə yetirərsə, onun fiziki 

və  mənəvi  inkişafı  üçün  hər  cür  şərait,  xüsusilə  oyun  şəraiti,  fəal 

hərəkətlilik  yaradarsa  o  çox  sadə  halda  ikinci  yaş  dövrünə  itaət 

mərhələsinə gəlib çatacaq, valideynlərinin, müəllim və tərbiyəçiləri-

nin  sözlərini  eşidəcək,  düzgün  psixoloji  müvazinətə  malik  olacaq, 

özünü normal idərə edə biləcəkdir. 

Həzrəti  Məhəmməd  (s) kəlamlarının birində buyurur: “Uşa-

ğın kiçik yaşlarında coşğun, çevik, qaynayıb-daşan olması yaxşıdır, 

çünki belə uşaq böyüyəndə sakit və özünü idarə etməyə qadir olur”. 

Belə  olan  halda  yeniyetmə  ikinci  yaş  dövründə  tərbiyəçilərin  ona 

verdiyi  ədəb,  əxlaq,  iradə  tərbiyəsini  layiqincə  qəbul  edəcək,  öz 

üzərində  çalışacaq,  ağlı  ilə  hərəkət  edib  nəfsinə  qalib  gələcək, 

övladlıq borcunu yerinə yetirəcəkdir. Bu dövrdə o ətrafındakılardan 

müəyyən  şeyləri  soruşur,  öyrənir  və  başqalarına  da  öyrədə  bilir. 

Onun fəaliyyətinə istiqamət vermək, vaxtına nəzarət etmək lazımdır 

ki, o daha səmərəli və faydalı olsun. 

Beləliklə,  yeniyetmə  normal  şəkildə  üçüncü  yaş  dövrünə-ka-

millik dövrünə girəcəkdir. Peyğəmbərimiz (s) bu üç dövr haqqında 

mürəbbilərin  vəzifələrini  bir  hədisdə  belə  müəyyənləşdirmişdir: 

“Qoy sənin övladın yeddi il oynasın,  sonrakı  yeddi ili də ədəb öy-

rənsin, tərbiyə alsın və sonra onu özünün müşavirin və yoldaşın he-

sab et”. 

İslam  tərbiyəsi,  hər  şeydən  öncə,  islam  əxlaqının  tərbiyə 

edilməsini  nəzərdə  tutur.  Bu  isə  yalnız  insanda  islam  görüşlərinin, 

dini  şüurun  tərbiyə  edilməsi  və  ya  islam  əxlaqının  aşılanması  ilə 

məhdudlaşmır. Buraya:  dini və dünyəvi  elmlərin  öyrədilməsi, etik, 




 

93 


estetik, əxlaqi tərbiyənin aşılanması, vətənpərvərlik  hisslərinin for- 

malaşdırılması da daxildir. 

Əxlaq  alimləri  tərbiyə  məsələsində  iki  əsas  görüşü  ələ 

almaqdadırlar. Birinci görüşə görə, insan doğuşdan tərbiyəli, ya da 

tərbiyəsiz  olur  və  o  sonradan  dəyişilə  bilməz.  Digər  görüş  isə,  bu-

nun tam əksi olaraq, tərbiyəni insan həyatı üçün vacib amil sayır və 

insanın anadangəlmə tərbiyəli və  ya tərbiyəsiz olması ilə bağlı gö-

rüşləri qəbul etmir. İmam Qəzzali bu məsələdə fərqli görüşə sahib-

dir və tərbiyə məsələsində insanları dörd qrupa ayırmaqdadır: 

a)

 



Düzü-əyridən,  doğrunu-səhvdən  ayıra  bilməyəcək  qədər 

qəlbi  saf,  təmiz  olan  insanlar.  Belə  insanların  tərbiyələndirilməsi 

olduqca asan və rahat olur. 

b)

 



Yaxşını-pisdən,  xeyiri-şərdən  ayıra  bildiyi  halda  hər  za-

man pis iş görən insanlar. Belə insanlarların tərbiyələndirilməsi çə-

tin olsa da mümkündür. 

c)

 



Pisi  yaxşı,  yaxşını  da  pis  olaraq  qəbul  edənlər.  Bunların 

tərbiyələnmələri çox mürəkkəb və uzun müddətli bir işdir. 

d)

 

Anadan  olandan  pislik  içərisində  böyümüş,  mayası  şərlə 



yoğrulmuş,  pis  əməlləri  ilə  öyünməyi  sevən,  bədxah  ruhlu  kimsə-

lərdir.  Bunların  da  tərbiyələndirilməsi  çox  çətin  və  uzun  müddətli 

bir işdir. 

Qəzzali  elmin  fəzilətini  deyilə  biləcək  ən  gözəl  sözlərlə  bu 

şəkildə ifadə etmişdir: “Elmi tələb etmək, öyrənmək ibadət, araşdır-

maq  cihad,  bilməyən  birisinə  öyrətmək  sədəqə,  onu  elm  əhli  üçün 

istifadə etmək isə Allaha yaxınlıqdır”. 

Əqlin fəzilətini heç kəs Qəzzali kimi mənalı şərh etməmişdir. 

O demişdir:“ İnsanın arzu və istəkləri əsasən üç şey üzərində cəmlə-

şir. Onlardan birincisi var-dövlətdir. Var-dövlət arzusu insana şərəf 

gətirməz. İkincisi elmdir. Elm insana ən uca amalına çatmaq qüdrəti 

bəxş  edər.  Üçüncüsü  isə  sağlamlıq  və  uzun  həyatdır.  Bu  üç  şey 

içərisində  insan  üçün  ən  faydalısı  elmdir.  Onun  üstünlüyü  sadəcə 

olaraq  dünya  deyil,  axirət  həyatında  da  görünməkdədir”.  Qəzzali 

elmi  hər  şeyin  əsası,  əməli  isə  onun  meyvəsi  olaraq  görməkdədir. 

Ona görə, elmin ümumi faydasını dünya və axirət üzərində yekun-

laşdırmaq olar. 

1.

 



Dünya faydası: Elm qəlb gözünü açaraq insanı zülmətdən 

aydınlığa çıxarır. 




 

94 


2.

 

Axirət  faydası:  İnsan  elmlə  Allahı  tanıyıb  onun  təkliyini 



dərk edir. Allaha itaət edib onun halal-haramına riayət edir. 

Bütün bunlardan sonra belə bir qənaət hasil olur ki, Qəzzaliyə 

görə  elmin  özü  hədəf  deyil,  insanın  məqsədinə  çatması  üçün  bir 

vasitədir. 

İslam  tərbiyəsi  insanın  əqlinin,  ruhunun  və  cisminin  bərabər 

səviyyədə  inkişafını  nəzərdə  tutur.  İslama  görə,  bədən  elə  bir 

qəlibdir  ki,  ruh  buraya  tökülür.  Bədənə  və  ruha  ağıl  rəhbərlik  edir 

və islamın müqəddəs kitabında da deyildiyi kimi Allah ağıldan daha 

dəyərli  bir  şey  yaratmamış  və  insanlara  -  “mən  sənə  ağıl  verdim, 

ağlını işlət”- demişdir. 

İslam  tərbiyəsinin  səciyyəvi  xüsusiyyətlərindən  irəli  gələn 



islam tərbiyəsinin prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.  İslamda  tərbiyənin  ilahi  səciyyə  daşıması.  Yəni  İslamda 

əxlaqi hökmlər Allah tərəfindən nazil olmuş və insan Allahın tələb- 

lərinə uyğun olaraq öz işini, həyat tərzini qurmalıdır. 

2. İslamda tərbiyənin insan fitrəti ilə bağlılığı. İnsanda olan 

insanlıq xisləti elə insan doğulanda onun fitrətində bu potensial im-

kan  kimi  mövcuddur  və  bu  insanı  ən  yüksək  əxlaqi  keyfiyyətlərə, 

yüksək təkamül dərəcəsinə çatdırmağa qadirdir. İnsanda olan bu po-

tensial  imkan  düzgün  istiqamətləndirilsə,  tərbiyə  edildikdə  həqiqi 

təkamülə yetişər. 

İnsan  ilk  yaradılışından  kamil  insan  kimi  formalaşana  qədər 

müəyyən inkişaf yolu keçir, torpaq və ruh ünsürlərindən ibarət olur 

ki, bu ünsürlər insanın cismində birləşir, onun meyl, arzu və istək-

lərini müəyyən edir. Ruhani ünsür insanın əzəli fitrətini təşkil edir. 

Ona  görə  də  islam  tərbiyəsində  ruh  tərbiyəsinə,  mənəvi  tərbiyəyə 

xüsusi diqqət yetirilir. 



3. İslamda tərbiyənin ümumi səciyyə daşıması. İslam tərbi-

yəsi milli mənsubiyyətindən, sosial vəziyyətindən, irqindən, cinsin-

dən asılı olmayaraq bütün müsəlmanlara aiddir

4. İslamda tərbiyənin bütöv səciyyə daşıması. İslam insanın 

həyat tərzini, düşüncə və davranışını bir birindən təcrid edilmiş hal-

da  deyil,  onları  vəhdətdə,  bütöv  halda  götürür  və  onlarla  sıx  bağlı 

şəkildə həyata keçirir. 



5.  İslamda  tərbiyənin  üsul  və  vasitələrinin,  məzmun  və 

formalarının  vəhdətdə  olması.  İslam  tərbiyəsi  insanın  zehni,  fizi-


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə