Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə32/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   176

 

98 


Qurana  görə,  müsəlmanın  məsuliyyət  hissi  Allahdan  qorx-

maq,  onun  əmrlərinə  hörmət  göstərmək  və  bu  əmrləri  gecikdirmə-

dən  yerinə  yetirmək,  qadağan  etdiyi  şeylərdən  uzaq  olmaq  islam 

əxlaqının vacib şərtlərindən sayılır. 

Digər bir mühüm şərt müsəlmanın digər məxluqata qarşı son 

dərəcə mərhəmətli, ədalətli və şəfqətli davranması, zəiflərə, möhtac 

olanlara  yardım  etməsi,  ana  və  ataya  diqqətli  və  qayğıkeş  olması, 

onların həmişə könüllərini alması istəyidir. Bütün bunlarla bərabər, 

insanın öz hiss, iradə və duyğularına hakim olması, təvazökar, səbr-

li, ədəbli və insaflı olması kimi keyfiyyətlərdir. 

Bütün  bu prinsip və şərtlərə baxdıqda  İslam əxlaqının  saf və 

sağlam  olduğunu,  fikirdə,  sözdə  və  əməldə  həmişə  xeyirxah  oldu- 

ğunu,  daim  yaxşı  bir  niyyətə-Allah  rizasına  önəm  verildiyini  görə 

bilirik.  Peyğəmbərimizin  (s)  “Əxlaqınıızı  gözəlləşdirin”,  “Allahın 

və  Rəsulunun  əxlaqı  ilə  əxlaqlarının”-deyə  tövsiyələrdə  bulunması 

müsəlman əhlinin daima əxlaq və tərbiyəsini gözəlləşdirməsi vacib-

liyini önə sürməsidir. 

Qurana görə, Allah insanı yaratmış, ona bilik və idrak vermiş, 

bütün kainatı ona tabe etmişdir ki, o yer üzünün ən şərəfli məxluqu 

olsun. Allahın yer üzündəki sirlərini aşkar etsin və Onu tanıtdırsın. 

Bunun  üçün  isə  bilik  lazımdır.  Odur  ki,  Quran  biliksizliyə  qarşı 

çıxır və bunun ilkin yolunu oxuyub-yazmaqda görür. 

Quran  bilənlərlə  bilməyənlərin  bərabər  olmadığını  elan  et- 

məklə  insanları  bilik  qazanmağa  səsləyir:  “De  ki:  “heç  bilənlərlə 

bilməyənlər  (alimlə  cahil)  eyni  ola  bilərmi?!  (Allahın  ayələrindən, 

dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”. 

İnsanın gözəl bir əxlaqa sahib olması üçün “Qurani-Kərim”də 

bir xeyli əmrlər mövcuddur ki, biz onlardan “Ə1-İsra” surəsinə nə-

zər  yetirsək,  Allah  Taalanın  kəlamlarında  insan  əxlaqının,  ümumi-

likdə,  islam  tərbiyəsinin  əsas  keyfiyyətlərini  görə  bilərik:  “Rəbbin 



yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara 

yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri 

və  ya  hər  ikisi  sənin  yanında  (yaşayıb)  qocalığın  ən  düşkün 

çağına yetərsə, onlara: “Uf!» - belə demə, üstlərinə qışqırıb acı 

söz söyləmə. Onlarla xoş danış!”.“Onların hər ikisinə acıyaraq 

mərhəmət  qanadının  altına  alıb:  “Pərvərdigara!  Onlar  məni 

körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, sən də 


 

99 


onlara rəhm  et!” “Qohum əqrabaya da, miskinə də (pulu qurtarıb 

yolda  qalan)  müsafirlərə  də  haqqını  ver.  Eyni  zamanda  (mal-döv-

lətini əbəs yerə) sağa-sola da səpələmə!”. “Həqiqətən, (malını əbəs 

yerə) sağa-sola səpələyənlər Şeytanın qardaşlarındandır. Şeytan isə 

Rəbbinə  qarşı  nankordur!”.  “Əgər  Rəbbindən  dilədiyin  bir  mərhə-

məti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstərilməsi la-

zım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək et-

mək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə 

də  məcburiyyət  qarşısında  qalıb  gözlərinə  görünmək  istəməsən), 

heç olmasa, onlara (darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də 

sizə verərəm  kimi) xoş bir söz de!”. “Nə əldən  çox bərk ol,  nə də 

əlini  tamamilə  açıb  israfçılıq  et.  Yoxsa  həm  qınanarsan,  həm  də 

peşiman olarsan”.  ”Zinaya da  yaxın  düşməyin.  Çünki  o çox çirkin 

bir  əməl  və  pis  yoldur!”.  “Allahın  haram  buyurduğu  cana  haqsız 

yerə qəsd etməyin...”, “...yetimin malına həddi buluğa çatana qədər 

yaxın  düşməyin...”,  “Ölçəndə  ölçüdə  düz  olun,  (çəkəndə)  düzgün 

tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha 

yaxşıdır!”,  “(Ey  insan!)  Bilmədiyin  bir  şeyin  ardınca  getmə...”. 

“Yer  üzündə  təkəbbürlə  gəzib  dolanma.  Çünki  sən  nə  yeri  yara 

bilər, nə də (boyca)  yüksəlib dağlara çata bilərsən”. “Bütün bunlar 

rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir”. 

İslamiyyətdə  elmə  qiymət  həmişə  çox  yüksək  dəyərləndiril-

mişdir. Qurana görə, Allah insanı yaratmış, ona idrak vermiş, bütün 

kainatı ona tabe etmişdir ki, Allahın yer üzündəki sirlərini aşkar et-

sin. Quranda insan biliyi hər şeyə qadir olduğu göstərilmiş və o elm 

əhlini yüksək tutaraq Allah və mələklərdən sonra üçüncü yerdə zikr 

etmişdir. 

“Qurani-Kərim”də və hədislərdə “əl-elm” istilahında daha çox 

iman, təqva və salehlik nəzərdə tutulsa da, bu istilah dünyəvi məna-

ları da qoruyub saxlayır. İslamın bu mənbələri elə bir psixoloji, mə-

nəvi və intellektual ab-hava təlqin edir ki, burada həm dini, həm də 

dünyəvi  elmlərə  təhrik  vardır”.  Elmin  insanı  kamilləşdirməsi  üçün 

əsas  şərt  biliklə  əməlin  uyğunluğudur.  Əməlsiz  elm  və  ya  elmsiz 

əməl  faydasızdır.  Elmin  məqsədi  faydalı,  səmərəli  işlər  görmək, 

insanların rifahını yüksəltməkdir. 

Həzrət Peyğəmbər (s) buyururdu ki, elmi əldə edən, Allah yo-

lunda  onu  arayan,  Allaha  ibadət  emiş  olur,  onu  öyrədən  sədəqə 



 

100 


vermiş olur, onu haqq edib kimsələrə çatdıran yaxşılıq etmiş olur. 

Qiyamət günündə üç sinif bağışlanılırlar: 



1) Peyğəmbərlər; 2) Alimlər; 3) Şəhidlər. 

Quran  bütün  gücü  ilə  bilikisizliyə  qarşı  çıxır  və  bunun  ilkin 

yolunu oxuyub-yazmaqda, öyrənməkdə görür. İslamda elm iki yerə 

bölünür: 



l.  Zahiri  elm;  2.  Batini  elm.  Zahiri  elm  ibadətlə  bağlı  olan 

elmdir. 


Burada  hədis  (yəni,  Həzrəti  Məhəmmədin  sözləri,  davranışı 

ilə bağlı məlumatlar), Quranın təfsiri (yəni açıqlanması), fiqh (islam 

hüquq  elmi)  daxildir.  Batini  elm  özü  də  iki  yerə  ayrılır:  Elmi-

müamilə və elmi mükaşefə. 

Elmi müamilədə insan riyadan, lovğalıqdan, paxıllıq və qey-

bətlərdən uzaqlaşıb özünü tərbiyə, özünütəkmilləşməyə istiqa- mət-

lənir. Bu elm insanlara gözəl əxlaqın, mənəvi sərvətlərin nədən iba-

rət olmasını göstərir və bu sərvətlərə yiyələnmənin yollarını da tanı-

dır. 

Bu  elm  sahəsində  insanların  maddi  və  mənəvi  həyatı  təhlü- 



kələrdən  qoruna  bilir,  hər  cür  günahlardan,  xəta  və  xəstəliklərdən 

uzaqlaşması mümkün olur. 



Elmi-mükaşefə isə qəlbə ilahidən gələn bir nurdur, xüsusi is-

tedaddır,  fitri  qabiliyyətlərdir.  Elmi-mükaşefə  bu  istedadlı  insan- 

ları, fitrən qabil olan adamların fəaliyyətləri inkişaf etdirməklə məş-

ğul olur. 

Quran  ayələrinin  insanlarımıza  daha  aydın  və  ana  dilində 

çatdırılması üçün Şərqdə Azərbaycan daha öncül mövqelərdə dura-

raq Quranın tərcüməsi işinə başlamasıdır. 

Mənbələrin verdiyi məlumata görə, Azərbaycanda Quranı ilk 

dəfə Azərbaycan dilinə tərcümə etdirən XV əsrdə Ağqoyunlu Uzun 

Həsən olmuşdur. XX əsrdə isə Bakı milyonçusu, maarifpərvər şəx-

siyyət Hacı Zeynalabdin Tağıyev olmuşdur. O, 1907-ci ildə Qura-

nın  tərcümə  və  təfsirini  Azərbaycan  dilinə  çap  etdirmişdir.  Quranı 

tərcümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfər-



zadə və məşhur din xadimi Axund Əbu Turab olmuşdur. 

H.Z.Tağıyev üç cilddə nəşr etdirdiyi bu müqəddəs kitabı 1907-

ci  ildə  bir  nüsxəsini  Rus  çarına,  bir  nüsxəsini  İran  şahına,  bir  nüs-

xəsini isə türk sultanı Sultan Əbdül Həmidə hədiyyə olaraq göndər-




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə