Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu


Süfrəmizdəki loxmalar hamısı halaldır



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə40/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   176

 

121 


Süfrəmizdəki loxmalar hamısı halaldır, 

Yeyənlərə nur olur, çörəyimiz, aşımız! 

Bektaşilkdə  hər  şeyin  təməlində  əxlaq  və  bilginin  olması 

zəruri  sayılır  və  belə  deyilir:  “İslamın  təməli  gözəl  əxlaqdır. 

Əxlaqın təməli bilgidir, bilginin özü ağıldır”. 

İnsanın  mərifət,  ədəb  əxlaq  sahibi  olması  üçün  isə  daim 

oxuyub öyrənməsi tövsiyə edilir: 

“Daim  yaxşını,  gözəli,  doğrunu  öyrənə  bilmək  üçün 

oxuyun və oxudun”. 

Mərifət günəşə, ağıl aya, 

Elm ulduza bənzər, həm Aya 

Gün doğar, ay dolanar, elm oxunar. 

Bektaşilik maddə, cəhalət, nəfs və könül qaranlığına mübtəla 

olanların aydınlanma yolunu da göstərir: 

Maddə qaranlığı, ağıl nuru; 

Cəhalət qaranlığı, elm nuru

Nəfs qaranlığı, mərifət nuru; 

Könül qaranlığı, eşq nuru ilə aydınlanır! 

Bektaşilik  başdan  başa  insana  hədsiz  sevgi  və  məhəbbətdir. 

Bektaşilərin bütün fikir və ideyalarında insana qayğı, insana sonsuz 

məhəbbət  durur.  “Yaradılanı  sev  yaradandan  ötrü”  ideyasından 

irəli gələrək Bektaşi müdrikliyində deyilir: 

“Allahını sevən bir insan bir kimsənin verdiyi üzüntüdən 

sıxılmaz  və  qırılmaz.  Cavan  mərd  odur  ki,  qırılmağa  dəyər 

kimsəni belə qırmaz!”. Bu fikridə insana nə qədər yüksək dəyər və 

qiymətin bariz nümunəsini görürük. 

Bektaşilik  ağlını,  təfəkkürünü  işlədən  düşünən  insanı  tələb 

edir. Оna görə Hacı  Bektaş Vəli deyir: “Ağılla  gedilməyən  yоlun 



sоnu  qaranlıqdır”.  Bu  cəhətdən  Bektaşilikdə  təlim  zamanı  fərdə 

bilik  verməzdən  əvvəl  оnun  düşüncəsi,  təfəkkürü,  inkişaf  etdirilir. 

Müstəqil fikirləşmək, düşünmək, hiss etmək, duymaq, iradəni möh-

kəmləndirmək, nəfsə qalib gəlmək kimi keyfiyyətlər bilik vermədən 

öncə  öyrədilir.  Bektaşilər  buna  “Qabını  genişləndirmə”  deyirlər. 

Başqa  sözlə  öyrənmək  istəyən  şəхs  bilik  ala  biləcək,  idrak  edə 

biləcək səviyyəyə, müəyyən “hal”a gətirilir. 

Bektaşilik “Sərimi verrəm, sirrimi verməm!” deyərək, sirr 

saхlamağı,  “Ayıbları  örtücü  ol”  –  deyərək  başqasının  eybini 



 

122 


açmamağı, qüsurunu yaymamağı tövsiyə edir. 

Mərifətdir haqqı yaymaq; 

Xətir almaq¸ xətir saymaq! 

Sənə düşməz könül qırmaq; 

İncinsən də incitmə sən. 

deyərək könül sındırmamağı, “Ağır başlı ol”- deyərək səbirli 

və  təmkinli  olmağı,  “Bir  olalım  iri  olalım,  diri  olalım!-  deyərək 

insanları  birliyə,  bərabərliyə  səfərbər  etməyi  öyüdləmiş,  “Kirləri 



arıtan  baxsana  suya/  Üzü  yerlərdə,  göydə  deyildir”-  deyərək 

insanları sadə, səmimi, təbii və təvazökar olmağa, “72 millətə eyni 



nəzərlə  bax”  -  deyərək  insanları  irqindən,  rəngindən,  dinindən, 

dilindən  asılı  olmayaraq  bir  birindən  ayırmamağa,  humanizmə, 

bəşəri duyğulara, bütöv bir dünya insanı olmağa çağırmışdır. 

Hacı Bektaş Vəli insanlara daim yaxşılıq etməyi, həmişə yaxşı 

əməl  sahibi  olmağı  öyüdləmişdir.  O  deyirdi:  “Mənim  üç  dostum 

vardır. Nə zaman ki, mən ölürəm birisi evdə qalır, birisi yolda 

qalır,  birisi  isə  mənimlə  bərabər  gəlir.  Evdə  qalan  mənim  ma-

lımdır, yolda qalan mənim yaxınlarım və ailə üzvlərimdir, mə-

nimlə gələn yaxşılıqlarım və əməllərimdir”. 

Bu  müdrik  fikirlər  Bektaşi  mısralarından  belə  süzülüb 

gəlmişdir. 

Malım mülküm , sərvətlərim - hamısı evdə qaldı 

Oğlum, qızım, əqrabam, getdiyim yolda qaldı 

Dostlarımdan, birisi, məndən heç ayrılmadı 

Allah üçün yapdığım yaxşılıqlar məndə qaldı. 

Bu  baxımdan  Hacı  Bektaş  Vəli  insanlara  dünya  malına  sarı-

lanlara  heç  nə  əldə  etməyəcəklərini,  sonunda  onlara  həsrətlə  baxa-

caqlarını bildirir,  mal-mülk  toplamaq  əvəzinə  elm, bilik  toplamağı, 

mənəvi zənginliklərlə zənginləşməyi tövsiyə edərək yazırdı: 

Dünyanın varlığına ey hirslə sarılanlar 

Yeməyib, gətirməyib, yük altında qalanlar, 

Başqasına qalırlar, həsrətlə toplananlar 

Həsrətlə ayrılırlar axirətə yollananlar. 

Bu fikirlərin davamı olaraq Bektaşilik insanoğlunun ən böyük 

bədbəxtçiliyinin də aşağıdakılar olduğunu söyləyir: 

1.Mal, mülk və mövqe hərisliyi; 2) Yalançılıq və boğazına 

düşkünlük; 3) Qeybət, xəyanət, haqqı inkar və ədəbsizlik. 



 

123 


İnsanoğlunun  xoşbəxtliyinin  isə  aşağıdakılar  olduğu  söylə-

nilir: 


1.  Doğru,  dürüst  olmalı;  2)  Gözəl  əməl  sahibi  olmalı;         

3)  Özünü  kamilləşdirmək  üçün  göstərilən  səy;  4)  Haramdan 

uzaq durmalı; 5) Hal əhli ilə söhbət etmək. 

Beş ünsür də hər şeyin yazığı olduğunu göstərir: 

1.

 

Günəşə  qarşı  yanan  işıq;  2)  Görməyən  gözə  qarşı 



gözəllik;  3)  Corat  torpağa  qarşı  gözəl  yağmur;  4)  Qarnı  toxa 

qarşı xoş bir yemək; 5) Axmağa qarşı haqq sözü. 

Bektaşi  düşüncəsinə  görə  hər  şey-  xoşbəxtlik  də,  bədbəxtlik 

də,  insanın  “mələk”,  ya  “şeytan”  olması  da  öz  əlindədir,  hər  şey 

onun nüvəsində, kökündədir. Bu xüsusda Bektaşi belə deyir: 



Ararsan Mövlanı özündə ara 

Nə yerdə, nə göydə, nə masivanda 

Adəm də sənsən, şeytan da sənsən 

Pak eylərsən könlünü rəhman səndədir. 

Bektaşilikdə qadına, onun hüquqlarına, təhsil almasına böyük 

önəm  verilir,  “Qadın  təhsil  almalıdır”  deyilir  və  qadın  -  kişi 

bərabərliyinə xüsusi diqqət yetirilir: 



Kişi qadın sorulmaz məhəbbətin dilində 

Haqqın yaratdığı hər şey yerli yerində 

Bizim nəzərimizdə qadın kişi fərqi yox 

Nöqsanlıq, əksiklik sənin görüşündə! 

Bektaşilikdə insanın kamilləşməsinə xüsusi önəm verilmiş və 

kamilliyə çatmağın da şərtləri müəyyənləşdirilmişdir. Həmin şərtlə-

rə əməl edənlər – “Mürşidi-kamil” adlanır və ya “Ata” kimi müqəd-

dəs  ada  layiq  görülür.  “Mürşid”  və  “Ata”  haqqını  ala  bilmək  üçün 

aşağıdakı şərtlərə əməl edilməlidir: 1) Bilik sahibi оlmalı və bütün 

davranışlarda  islam  qayda-qanunlarına  əməl  etməli;  2)  Batini  elmi 

anlamalı. (İnsanın öz daxili aləmi ilə özünü təkmilləşdirmə ilə bağlı 

elm);  3)  Sakit  və  ağır  təbiətli  оlmalı;  4)  Səxavətli,  mərhəmətli  və 

comərd olmalı; 5) Şücaət sahibi olmalı (könlünü haqq-taalaya bağ-

lamalı); 6)Nəfsə uymamalı, şəhvət hisslərindən qorunmalı; 7) Dün-

yaya çox məhəbbət və ülfət etməməli, istəklərdən keçməli; 8) Kim-

səyə acı və zərər verməməli, hər zaman xeyirxah və yardımçı olma-

lı;  9)  Yumşaq  təbiətli,  əffedici  olmalı;  10)  Gözəl  əxlaq  və  mənə-

viyyat sahibi olmalı; 11) Özünə rəva bilmədiyini, başqasına da rəva 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə