Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə37/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   176

 

112 


qızıl, gümüş əsiri оlacaqsan”? 

Mövlana bu günkü dillə desək yüksək pedaqoji, psixoloji qa-

biliyətlərə  malik  olmuş,  müəllim-şagird  münasibətlərinin  humanist 

prinsiplər əsasında qurulmasını, bu münasibətlərdə böyük pedaqoji 

ustalıq  və  pedaqoji  məharət  göstərilməsini  Ruminin  fikirlərində 

aydın  görmək  olur.  O,  yazırdı  ki,  müəllim  öz  şagirdlərinə  böyük 

hörmət  və  məhəbbətlə  yanaşmalı,  onlarda  öz  qüvvələrinə  inam 

tərbiyə etməlidir. O, bu xüsusda belə yazırdı: 



“Müəllim  şagirdlərə  yazmağı  öyrədərkən  şagird  hərfləri 

bitirib  yeni  sətrə  keçərkən  müəlliminə  göstərir.  Müəllim  bu 

yazıların səhv olduğunu görür. Amma, müəllim deyir: “Hamısını 

gözəl  yazmısan. Amma,  bu  belə  yazılmalı idi. Bunu  da  bir  qədər 

yaxşı  yazmaq  olardı.  Bax  belə...”  Beləliklə,  müəllim  bir  pedaqoji 

ustalıqla  şagirdi  həvəsdən  salmadan  səhvlərini  düzəldir,  onda  öz 

gücünə böyük inam yaradır. Rumi təlim-tərbiyə zamanı qarşısında-

kına  böyük  hörmətlə  yanaşmağı,  onun  qəlbinə  toxunmamağı  məs-

ləhət bilirdi. O, deyirdi: “Söhbət var, qılınca bənzər, bostanı, əkini 

qış  kimi  kəsib  biçər.  Söhbət  var,  ilk  bahara  bənzər,  hər  tərəfdə 

saysız meyvələr bitirər”. 

Mövlana  Cəlaləddin  Rumi  gənc  nəsli  ədəbə,  əxlaqa,  mənəvi 

keyfiyyətləri  əxz  etməyə  çağırmış  və  gənc  nəslə  aşağıdakı  məşhur 

öyüd və nəsihətlərini vermişdir: 



Mələklərlə bərabər, mələkut səmalarında uçmaq istəsən 

Məxluqata şəfqət və mərhəmətdə Günəş kimi ol! 

İnsanların qüsurlarını örtməkdə gecə kimi ol! 

Təvazökarlıqda torpaq kimi ol! 

Səxavət və comərdlikdə axan çaylar kimi ol! 

Sirr saxlamaqda ayna kimi ol! 

Hiddət və əsəbilikdə ölü kimi ol! 

Ya olduğun kimi görün

Ya göründüyün kimi ol! 

Mövlana  həyatı  boyunca  özünə  heç  bir  şey  istəməmiş,  daim 

darda qalanların, haqqı yeyilənlərin yardımına tələsmiş, əlində olanı 

insanlara bağışlamış, özünə ehtiyac olduğu halda başqalaına vermiş, 

olmadığı zaman da – “Evimiz peyğəmbər evinə bənzədi” - deyərək 

şükr  etmiş  və  demişdir:  “Allahım,  məni  çox  yeməkdən,  çox 



danışmaqdan  və  çox  yatmaqdan  qoru”.  Az  yemək  bədənin,  az 


 

113 


danışmaq ağlın, az yatmaq isə ruhun sağlamlığıdır. 

Təsəvvüf  əhli  insanın  xaricinə  deyil,  daxilinə,  iç  aləminə, 

daxili  dünyasına  önəm  verir:  “İç,  əlbəttə,  qabıqdan  daha  dəyər-

lidir..  .Hər  meyvənin  içi  qabığından  yaxşıdır.  Sən  də  bu  bədəni 

qabıq,  o  qəlbdə  yer  verdiyin  dostu,  sevgilini  iç  olaraq  bil...!”  

insanın içindən gələn səsə, insanın duyğu və hisslərinə böyük dəyər 

verərək  deyirdi:  ”Eyni  dildə  danışanlar  deyil,  eyni  hiss  və  duy-

ğuları yaşayanlar daha yaxşı anlaşırlar”! 

Mövlana bir əxlaqi keyfiyyət kimi susmağa, O içdən, qəlbdən 

gələn səsi duymaq üçün susur və susunca da qəlbi ilə, iç dünyası ilə 

danışır. Mövlana bu barədə də belə deyir: “Susmaq məna  əskikli-



yindən deyil, bəlkə məna dərinliyindəndir... Hər kəs fəsahət və bə-

lağət  satmağı  bilir,  amma  mən  susmağı  bilən  insanın  bəndəsi-

yəm”.  Bəli,  eşidən,  dinləyən  insan  bilən  insandır.  Susmaq  heç  də 

bilməmək  deyil,  Hüseyn  Cavid  demişkən  -  “Susmaq  özü  də  bir 

dürlü fəryad!”. Mövlana deyirdi: “Gərək yox hər sözü laf ilə bəya-

nə.  Bir  baxış  min  söz  edər  baxışdan  anlayana!”.  Mövlana  başqa 

bir  yerdə  də  susqunluğunu  belə  ifadə  etmişdir:  “Susqunluğum 



əsalətimdəndir. Hər lafa verəcək bir cavabım var. Lakin, bir lafa 

baxaram lafmı deyə, bir də söyləyənə baxaram adammı deyə.. “. 

Mövlananın  həyat  fəlsəfəsi  və  dini  görüşlərinə  əsaslanan 

Mövləvilik Tanrı ilə kainatın vəhdətini əks etdirir: Hər şey Tanrıdan 

gəlir və Tanrıya qayıdır. Mövlana göstərir ki, hər şey kökünə, əslinə 

can  atır,  sоn  nəticədə  о  mütləq  kökünə  dönəcəkdir.  Əslindən,  kö-

kündən,  uzaq  düşənlər,  kökünə  dönməyənlər  hələ  tam,  bütöv  de-

yildir. İnsan da yalnız özünə döndükdə, özünü tanıdıqda, öz kökünə 

qayıtdıqda,  əslini  dərk  etdikdə  bütövləşir,  kamilləşir.  Mövlana 

deyirdi:  “Öz  dilindən  anlamayan,  öz  dilini  danışanlardan  uzaq 

düşən kimsə yüzlərlə dil, yüzlərcə nəğmə bilsə də yenə dilsiz оlar 

və susar”. Mövlananın kökə, əslə dönüş düşüncələri “Məsnəvi”nin 

ilk misralarında neyin dilində bu böyük həqiqət belə anladılır: 



Dinlə neyi, duy nələr söylər sana 

Dərdi vardır ayrılıqlardan yana, 

Kəsdilər qamışlıq içindən der məni 

Dinlər, ağlar həm qadın, həm ər məni. 

 

Köksü göz-göz, ayrılıq bir dərd, 


 

114 


Sən о gün eşit məndən həsrət nədir 

Hər kim əslindən uzaq düşsə, arar, 

Əslinə dönməkçün uyğun gün arar. 

Şeirdəki neyin hikmətli bir mənası vardır. Şair neyi sanki ağıl-

lı,  arif  bir  insana  bənzədir.  Neyin  səsində  məna  və  hikmət  оlduğu 

kimi,  arifin  də  söz-söhbətində  məna  və  hikmət  vardır.  Ney  şikayət 

edir. Çünki, о, öz kökündən ayrılmışdır. Şair neyin şikayətini оnun 

qəmli səsi ilə insanlara eşitdirir. Ney sədası dinləyəni ilhama gətirir, 

eşqini  artırır.  Arifin  də  hikmətlərlə  dоlu  sözlərini  eşidənlər  riqqətə 

gəlir,  özlərini  dünya  malına  bağlamaqdan  əl  çəkir  və  əbədi  eşqə, 

mərifətə, haqqa bağlanırlar. Neyin hikməti və hünəri оnun хaricində 

deyil,  içində  оlduğu  üçün,  arifin  də  hikməti,  məna  və  dəyəri  оnun 

surətində deyil, daхili aləmindədir. 

Ney  “Əlif”  kimi  düm-düzdür(ərəb  əlifbasında).  Neyin  “kök-

sü” göz-gözdür. Neyin səsinin varlığı neyi üfürən nəfəsin varlığına 

bağlıdır. Nəfəs kəsilərsə ney də susar. Göz neyi görür, qulaq səsini 

eşidir, amma оnu hərəkətə gətirən gücü, səsləndirən nəfəsi görmür. 

İnsan və kainat da ney səsinə bənzər və varlıqlarını nəfəs kimi gizli 

alan Tanrıya bоrcludurlar. İnsan iztirabı də gözlə görünmür, qəlb ilə 

duyulur. 

Neyin bir mənası da qamış deməkdir və yazı o dövrdə qamışla 

yazıldığına görə qələm mənasını da anladır. Necə ki, Quranın 96-cı 

“Əl-Ələq“(“Laхtalanmış  qan”)  surəsində  deyilir:  “(Ya  Peyğəmbər) 

Охu! Sənin Rəbbin ən böyük kərəm sahibdir! О Rəbbin ki, qələmlə 

(yazmağı) öyrətdi”. Belə оlduqda Ruminin beytlərindəki “Ney” şərh 

оlunarkən demək istənir ki, ey həqqi tələb edən, ey həqqə qоvuşmaq 

istəyən,  ayrılıqdan,  hicran  naləsindən  şikayət  edən  insan  qələmin 

təsvir  edib,  yazdığı  söhbəti  eşit,  оnun  dilindən  çıхan  sirləri  dinlə. 

Mövlanaya  görə  qəlbində  Allah  nuru  gəzdirənlər  həyatda  tək  və 

yalnız оla bilməzlər. 

Ney dediyimiz qamışlıqdan kəsilib, öz “dоstlarından”, kökün-

dən  ayrılmışdır.  Оna  görə  о  qəmli  mahnılar  çalır  və  “öz  kökünə 

dönməkçün uyğun gün arayır”. Beləliklə Mövlanaya görə yalnız hər 

kəs öz kökünə, əslinə döndükdə bütövləşir. 



Mövlana  Cəlaləddin  Rumi  təlim  və  tərbiyədə  müəllim 

əməyinə,  müəllim  şəxsiyyətinə  yüksək  qiymət  vermiş,  оnu  mü-

qəddəs  peşə  hesab  etmiş  və  özünün  şəхsi  həyatında  böyük  rоl 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə