Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə43/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   176

 

130 


cə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez 

xatırlanır.  Bunlardan  Əbu  Əli  ibn  Sinanı,  Xaqanini,  Nizamini, 

Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüs-

tərini, Əvhədi Marağalını və başqalarını göstərə bilərik. 

Nəsimi  “Bulunmaz”  rədifli  qəzəlində  insanlıqdan  danışarkən 

göstərir igidlik iddiasında olan kişi bunu əməli işində göstərməlidir. 

Sözü ilə əməli bir olmayan, hər çalma qoyan, amma xalqının işinə 

yaramayanları,  hünər,  mənsəb  sahiblərinin  insanlara  yardım 

etməməsini kişilik saymaq olmaz: 

Hər bihünər insafı yox, uş mənsəbi tutdu, 

Sahib hünərə mənsəbü idrar bulunmaz, 

Xəlqin əməli azdı, könül yıxıcı ögüş, 

Bir xəstə könül yapıcı memar bulunmaz. 

Yaradıcılığının  ilk  dövrlərində  Nəsimi  də  ustadı  Nəimi  kimi 

sufizm  mövqeyində  dayanmış  və  tanınmış  sufi  şeyxi  Şiblinin  təli-

mini davam etdirmişdir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", 

"Seyid  Hüseyni",  "Seyid"  təxəllüsləri  ilə  yazmışdır.  Lakin  X  əsrin 

sufi şairi Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi. 

Nəsimi  yaradıcılığının  mərkəzində  lirik  qəhrəmanın  aşiq 

olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl 

Allah,  ilahi  eşq  dayanır.  İnsan  üçün  ən  yüksək,  ülvi  duyğu  həmin 

sevgilinin  vüsalına  yetişmək,  ona  qovuşmaq,  onda  əriyib  yox  ol-

maqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, 

o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, hə-

qiqətə çatdıra bilər. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə 

edən məşhur şeir də bu fikri təsdiq edir: 



Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, 

Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. 

İnsanın  əxlaqi  keyfiyyətlərini  ürək  açan  keyfiyətlərini  ifadə 

etməklə bərabər, həmçinin insanı qəmgin edən rəzil əlamətlərini də 

Nəsimi öz şeirində belə ifadə etmişdir: 



Həyadır birisi, biri ədəbdir

Biri dəxi nədir: xövfi-qiyamət. 

 

Dəxi könlü edər üç nəsnə qəmgin, 

Qulaq ur kim, edəm sana hekayət. 

 


 

131 


Yaman qonşu, yaman yoldaşi-bədxu

Yaman övrət siyasətdir, siyasət. 

 

Nəsimi, sən yəqin əhli-nəzərsən

Bu üç nəsnəyi qıl kəndunə adət: 

 

Biri lütfü kərəm, həm xülqi-niku

Biri – heç kimsəyə baxma həqarət. 

 

Bu sözlər xoş nəsihətdür bilənə, 

Səadətdir, vəli eyni-səadət. 

Hürufilik təsəvvüf xətti ilə orta əsrlərin tərbiyə və təhsilində, 

pedaqoji fikrində, ədəbiyyatında öz qüvvətli təsirini buraxmışdır. 

 

 

4.9. Əxilikdə tərbiyə 

 

Əxilik qədim türk mədəniyyətinin bir qoludur. Türk toplumu-



nun dini, əxlaqi, mənəvi dəyərləri, fəlsəfəsi, sosial -iqtisadi anlayışı 

əxilikdə öz əksini tapmışdır. Əxiliyin məqsədi insanların dünya və 

axirətdə rahatlıq içində olmalarını təmin etmək və bununla bərabər 

İslam  adət  və  ənənələri  ilə  səsləşən  kamil  insan  tipini  tərbiyə 

etməkdir.  Əxiliyin  bir  məqsədi  də  bu  olmuşdur  ki,  zənginlə  kasıb, 

istehsalçı ilə istehlakçı, əməklə sərmayə, xalq ilə dövlət arasında sıx 

və sağlam əlaqələr quraraq “Sosial ədalət”i gerçəkləşdirməkdir. 

Əxilik  dini-fəlsəfi  təlim  kimi  XII  əsrdə  İranda,  Anadoluda, 

Azərbaycanda  yayılmış  və  insanların  təlim-tərbiyəsində,  dünyagö-

rüşündə  böyük  rol  oynamışdır.  XII  əsrdə  Anadoluda  Əxiliyi  təşki-

landıran, onu inkişaf etdirən “Əxi Evrən” adı ilə məşhur olan azər-

baycanlı Şeyx Nəsirəddin Mahmud olmuşdur. O 1171-ci ildə Azər-

baycanın Xoy şəhərində anadan olmuşdur. “Əxi” sözünün izahmda 

iki  mülahizə  vardır.  “Əxi”  ərəbcə  “Qardaş”  və  ya  türkcə  “Aki”-

“Alicənab”  (Aka,  qədim  türk  sözü  olub  “Alicənab”,  “Comərd”, 

“Əliaçıq”)  mənalarını  verir.  İnsanpərvərlik,  əliaçıqlıq,  xeyirxahlıq 

Əxiliyin təməl görüşlərindən biridir. Bu görüşə bağlı olaraq, Əxilik 

bir sinfin,  bir zümrənin  və  ya bir adamın hökmranlığına qarşı çıx-




 

132 


mamış, insanlar arasında ayrılıq güdməmiş, əksinə onların bərabər-

liyini qoruyub saxlamışdır. 

Əsasən  şəhər  sənətkarlarını,  ticarətlə  məşğul  olanları  birləş-

dirən  Əxi  təşkilatlarının  xüsusi  nizamnamələri  olmuşdur  ki,  buna 

"Fütuvvətnamə"  (Ərəbcə  “Fəda”  sözünün  cəmidir.  Yəni  -  "mərd-

lik",  "igidlik",  "səxavətlilik")  demişlər.  Onların  toplaşdığı  yerə 

“Təkyə”  və  ya  “Zaviyə”  deyilmişdir.  İslam  qaydalarına  müvafiq 

özlərinə məxsus düşüncə və davranış tərzləri, ədəb və əxlaq qayda-

ları olmuşdur. Fütuvvətnaməyə əsasən dörd dini əxlaq normasına - 

şəriətə, təriqətə, mərifətə, həqiqətə əməl etməli, yoxsullara, kimsə-

sizlərə,  qəriblərə  yardım  göstərməli,  istismarçılara  qarşı  mübarizə 

aparmalı, əxlaqı daim saflaşdırmalı idilər. 

Əxiliyə  girənlər  bellərinə  bağladıqları  qurşağa  “Vəfa  şəddi” 

deyirdilər. Bunun mənası belə idi: «Belimə bağlayıram ki, sözümdə 



durum. Şeytana uymayın və daim ona düşmən olun. Dünya malına 

göz dikməyim. Tanrının qəzavü-qədərinə səbr edim. Haraya getsəm 

bu qurşaq məndə olsun. Tanrının bunda hikməti vardır”. 

Əxilikdə yüksək mərtəbəyə çatanlara “Əxi Ata” statusu veril-

mişdir ki, bu öz xüsusiyyətlərinə görə qədim şamançılara çox yaxın 

olmuş  və  hamısı  “Kəramət”  sahibi  sayılmışdır.  Əxi  birliklərində 

sənətkarlıq  yüksək  qiymətləndirilmiş  və  sənətə  "hikmət"  adı  veril-

miş və bu hikmətin kimsələrdən qorunması tövsiyə edilmişdir. Əxi-

lər  gündüz  çalışar,  axşamlar  isə  “Təkyəyə”yə  gəlib,  ibadətlərini 

edər, söhbətlər keçirər, yeməklərini birlikdə yeyərdildər. Bu təkyə-

lərdə  qonaq,  yolçu  heç  vaxt  əksik  olmazdı.  Əxilər  zalım  və  haq-

sızlara  qarşı  mübarizə  apardıqları  kimi,  öz  aralarında  da  hər  hansı 

biri Əxi prinsiplərini pozarsa, müştərilərini aldadarsa, yalan söylər-

sə dərhal Əxi -Ata tərəfəindən mühakimə edilib cəzalandırılardı. Bu 

cəhətdən  də  Əxilik  təşkilatı  islami  ticarət  anlayışını  qoruyan,  bir 

iman, igidlik, cihad, əxlaq və mənəviyyat ocağı olmuşdur. 

Əxilərin özlərinə məxsus məktəbləri,  təlim  mərkəzləri  olmuş 

və  burada  təhsil  alanlara  aşağıdakılar  öyrədilmişdir:  Dinin  əsasla-



rını oxuyub öyrənmək, yazmaq; insanlıq tərbiyəsi-təmizlik, paklıq və 

əxi  ocağının  qanunlarına  əməl  etmək;  ilahilər-  şeirlər,  rəqslər  və 

nağıllar  öyrənmək;  yeddi  müxtəlif  formada  qurşaq  bağlamağı  və 

açmağı  öyrənmək  ki,  bunun  da  mənası  belədir:  Nəfs  və  tamah 

qapısını  bağlayıb,  mərdlik  qapısını  açmaq;  zülm  etmək  qapısını 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə