Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə51/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   176

 

155 


rəhbərliyi nəticəsində uşağın şəхsi fəallığının artırılmasını mümkün 

hesab edirdi. A.Disterveqə görə, günəş kainat üçün nə isə, müəllim 



də  məktəb  üçün  elədir,  о  bütün  maşını  hərəkətə  gətirən  qüvvənin 

mənbəyidir.  Müəllim bu maşına can və  hərəkət  verməyi  bacarmaz-

sa,  о,  durğunluqda  paslanacaqdır,  məktəb  isə  bərbad  оlan  yerdə 

müəllim  müqəssirdir,  yaхşı  оlan  yerdə  müəllimə  minnətdar  оlmaq 

lazımdır.  A.Disterveq  təlimdə  yaхşı  işlənmiş  tədris  planına,  prоq-

rama,  dərsliyə  böyük  yer  versə  də,  məktəbin  bütün  nailiyyətlərinin 

müəllimdən asılı оlduğunu bildirmişdir. 

A.Disterveq  öz  оrijinal  nəzəri  fikirlərini  tətbiq  etdiyi  dərs 

kitablarında  və  bütün  pedaqоji  fəaliyyətində  həyata  keçirmiş,  bu-

nunla  da  Almaniyada  хalq  maarifinin  inkişafına  çох  müsbət  təsir 

göstərmişdir.  Оnun  insanlıq  tərbiyəsi  kimi  mütərəqqi  ideyaları  bu 

gün də öz əhəmiyyətini itirməyib. 



 

 

5.2. Rusiya klassiklərinin  

tərbiyə və təhsil  haqqında fikirləri 

 

K. D. Uşinskinin tərbiyə haqqında fikirləri. Böyük pedaqoq 



K.D.Uşinskinin  (1824-1871)  “İnsan  tərbiyənin  predmetidir” 

pedaqoji-psixoloji  əsəri  XIX  əsrin  60-cı  illərində  Rusiyanın 

mütərəqqi  ictimai  fikrində  mühüm  rol  oynamışdır.  Bu  əsərlə  o, 

tərbiyə haqqında yeni fikirlər irəli sürmüşdür. 



“İnsan tərbiyənin predmetidir” əsəri 81 fəsildən ibarət olub 

2  hissəni:  “Fizioloji  hissə”ni  və  “Psixoloji  hissə”ni  təşkil  edir. 

Burada  irəli  sürülmüş  tərbiyəvi  məsələlər  həm  fəlsəfi  baxımdan 

işıqlandırılır, həm də onların mahiyyəti açıqlanır. 



“İnsan  tərbiyənin  predmetidir”  traktatında  təlim-tərbiyə 

nəzəriyyəsini  elmi  cəhətdən  əsaslandıran  Konstantin  Dmitriyeviç 



Uşinski belə qənaətə gəlir ki, pedaqoji təcrübə ayrı-ayrı hallarda bir 

deyil, bir neçə səbəbə malik olan çox mürəkkəb prosesdir. 



”Əgər pedaqogika insanı hər cəhətdən tərbiyə etmək istəyirsə

o, əvvəlcə insanı hər cəhətdən də öyrənməlidir” müddəasına uyğun 

olaraq K.D.Uşinski aşağıdakı məşhur fikrini irəli sürür: “Tərbiyəçi 

insanı  həqiqətdə  olduğu  kimi  bilməli,  onun  bütün  zəif  və  qüvvətli 



 

156 


cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruhi 

tələbləri  ilə  tanış  olmalıdır.  Tərbiyəçi  insanı  ailədə,  cəmiyyətdə, 

xalq  arasında,  bəşəriyyət  içərisində  və  öz  vicdanı  ilə  üzbəüz  dur-

duğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə, 

bütün  vəziyyətlərdə,  şadlıq  və  qəmginlik  hallarında,  yüksələn  və 

alçalan hallarda, bədəncə sağlam və xəstə olan vaxt, hədsiz ümidlər 

içərisində  və  bütün  insan  təsəllilərinin  gücsüz  olduğu  ölüm  yata-

ğında olan zaman öyrənməlidir. O, ən çirkin və yüksək işlərin mey-

dana  çıxması  səbəblərini,  cinayətlərin  və  yüksək  fikirlərin  baş  ver-

məsi  tarixini  bilməlidir.  Yalnız  bu  zaman  o,  insan  təbiətinin  özün-

dən tərbiyə vasitələrini əxz edə bilər bu vasitələr isə çoxdur”. 

K.D.Uşinskiyə görə, səmərəli pedaqogikanın əsas yolu insanı 

tərbiyə  predmeti  kimi  əsaslı  surətdə  öyrənməkdən  ibarətdir.  Peda-

qoq alim K.D.Uşinski “İctimai tərbiyədə xəlqilik haqqında” əsərin-

 yazırdı: “Hamı üçün ümumi olan tək bircə fitri meyl var ki, tərbi-

yə ona hər zaman arxalana bilər. Biz buna xəlqilik adı veririk”. 

K.D.Uşinskinin tərbiyə sistemində xəlqilik əsas ideyanı təşkil 

edir. Bu onun pedaqoji konsepsiyasının əsas mərkəzidir. 

K.D.Uşinski  xəlqiliyi  hər  bir  xalqın  öz  tarixinə  və  həmin 

xalqın səciyyəvi xüsusiyyələrinə müvafiq kimi başa düşürdü. Onun 

fikrincə,  gənc  nəslin  tərbiyəsi  xəlqilik  üzərində  qurulmalı  və 

uşaqlarda milli iftixar hissi oyatmalıdır. 

K.D.Uşinski yazırdı ki, hər xalqın özünəməxsus milli tərbiyə 

sistemi vardır: ona görə ki, bir xalqın başqa xalqdan tərbiyə sistem-

lərini  əxz  etməsi  mümkün  deyildir.  K.D.Uşinski  əxlaq  tərbiyəsinə 

böyük əhəmiyyət vermişdir. Onun fikrincə, tərbiyənin məqsədi-həm 



zehni, həm əxlaqi, həm də fiziki cəhətdən inkişaf etmiş və öz zəhməti 

ilə xalqına fayda verən mükəmməl insan yetişdirməkdir. 

Tərbiyə  insanın  formalaşmasında  həlledici  rol  oynayır,  insan 

tərbiyə  nəticəsində  insan  olur.  K.D.Uşinski  tərbiyəni  yalnız  insan 

cəmiyyətinə  xas  olan  ictimai  hadisə  hesab  etmiş  və  onu  biolojiləş-

dirməyə çalışan hər cür təşəbbüsə qarşı çıxmışdır. 

K.D.Uşinski  gənc  nəsildə  vətənpərvərlik,  xalqa  bağlılıq,  icti-

mai vəzifə hissi, insanpərvərlik, əqidədə möhkəmlik, işgüzarlıq, çə-

tinliklərlə mübarizə üçün yüksək iradə və əzm, əməyə sevgi, doğru-

çuluq,  namuslu  və  intizamlı  olmaq  kimi  müsbət  əxlaqi  keyfiyyət-

lərin tərbiyə edilməsini vacib sayırdı. 




 

157 


K.D.Uşinski  şəxsiyyətin  formalaşmasında  əməyi  mühüm  şərt 

hesab edirdi. O, “Əməyin psixi və tərbiyəvi əhəmiyyəti” adlı məqa-

ləsində  əməyi  maddi  sərvətlər  yaradan  mühüm  şərt  adlandıraraq 

yazırdı: “Əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu xoşbəxt-

lik üçün tərbiyə etməməli, bəlkə də əmək həyatına hazırlamalıdır... 

Tərbiyə insanda əməyə adət və məhəbbət inkişaf etdirməlidir”. 

Fiziki əməyə böyük əhəmiyyət verən K.D.Uşinski onun zehni 

əməklə  birləşdirilməsini  faydalı  hesab  etmişdir.  Onun  fikrincə, 

təlim əməkdir, özü də  ağır zehni  əməkdir; bu sahədə  vərdişi  olma-

yan  adam  daha  tez  yorulur,  buna  görə  də  uşaqları  zehni  əməyə 

tədricən alışdırmaq lazımdır. 

K.D.Uşinski  qeyd  edirdi  ki,  ictimai  tərbiyə  sahəsində  hər 

kəsin öz yeri vardır. Lakin, bu orqanizmdə ən mühüm üzv müəllim-

dir, tərbiyəçidir. Tərbiyəvi təsir inkişaf etmiş xarakterin yeni təşək-

kül  edən  xarakterə  təsiri  deməkdir,  xarakter  insanın  şəxsiyyətin-

dədir. Ona görə də tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsas-

lanmalıdır,  çünki  tərbiyə  qüvvəsi  ancaq  insan  şəxsiyyətinin  canlı 

mənbəyindən axır. 



A.S.Makarenkonun tərbiyə  haqqında fikirləri.  A.S.Maka-

renkonun  pedaqoji  sisteminin  əsas  tələbi-kollektivdə,  kollektiv 

vasitəsi  ilə,  kollektiv  üçün  tərbiyə  prinsipidir.  O,  deyirdi  ki,  bizim 

tərbiyənin əsas vəzifəsi kolektivi ilk öncə təşkil və tərbiyə etməkdir. 



Kollektiv  adamların  təsadüfi  toplanışı  deyil,  ümumi  məqsədə  çat-

maq  üçün  müəyyən  səlahiyyət,  məsuliyyət  hiss  edən  adamların 

birliyidir. 

Kollektiv-mütəşəkkil şəxslərin, kollektiv orqanlara malik şəx-

siyyətlərin məqsədə  yönəlmiş kompleksidir. Kollektiv canlı ictimai 

orqanizmdir, ona görə orqanizmdir ki, onun orqanları vardır, burada 

vəkalət,  məsuliyyət,  hissələr  arasında  nisbət,  asılılıq  vardır;  bunlar 

olmazsa,  kollektiv  də  ola  bilməz,  sadəcə  qurum  və  ya  yığım  ola 

bilər. 


A.S.Makarenkonun tərbiyə sistemində “paralel təsir” prinsipi 

mühüm  yer  tutur.  Bu  prinsipə  görə,  kollektiv  üzvinə  şəxsən  peda-

qoji təsir etməklə yanaşı, həm də kollektiv vasitəsi ilə də təsir edil-

məlidir. Onun tərbiyə sistemində əsas məsələlərdən biri humanizm-



dir, insanlara qayğıdır. O deyirdi ki, insandan mümkün qədər daha 

çox tələb etmək və ona olduqca ehtiramla yanaşmaq lazımdır. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə