Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə41/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   176

 

124 


görməməli;  12)  Kərəm  sahibi  olmalı  (ətrafındakı  insanlarla  xoş-

rəftar  olmalı,  onlara  hədiyyələr  verməli);  13)  Təvəkkül  sahibi  ol-

malı; 14) Təslim və riza sahibi olmalı (haqqa təslim olmaq və daim 

ondan  razı  qalmaq);  15)  Qəzaya  riza  göstərməli;  16)  Təvazökar 

olmalı və əhdə vəfa göstərməli; 17) Səbrli, təmkinli olmalı; 18) Əhd 

edib, söz verdiyini yerinə yetirməli. 

Bektaşinin  həmişə  özündən  əmin  olması,  son  nəticədə  bütöv 

bir toplumun bir-birindən əmin olmasına gətirib çıxarır. “Müsəlman 

kimdir?”  sualına  Məhəmməd  Peyğəmbər  (s)  belə  cavab  verir:  – 

“Müsəlman,  müsəlmanın  əlindən,  dilindən  əmin  olan  kimsədir”. 

Yəni əlinə, dilinə sahib olmaq müsəlman olmağın vacib şərti hesab 

edilmişdir.  Demək,  Bektaşi  tərbiyə  sisteminin  qaynağı  Həzrəti 

Peyğəmbərin (s) hədislərindən irəli gəlmişdir. 

 

 



4.8. Hürufilikdə tərbiyə 

 

Azərbaycanın  orta  əsrlər  ictimai,  dini-fəlsəfi,  pedaqoji  və 

ədəbi-mədəni  gеrçəkliyində  sufizmin  əhəmiyyətli  qollarından  biri 

Hürufizmdir.  Pantеist  dini-fəlsəfi  düşüncəni  əsas  götürən  bu  cərə-

yan əsasən XIV-XV  yüzilliklər Azərbaycan ədəbi-mədəni, ictimai-

siyasi və pedaqoji mühiti ilə o qədər sıx və əsaslı şəkildə qaynayıb 

qovuşur  ki,  onu  nəzərə  almadan  həmin  dövr  ədəbi-pedaqoji  fikri 

dərk еtmək mümkün dеyildir. 

Təkcə  onu  dеmək  kifayətdir  ki,  orta  əsr  Azərbaycan  ədəbiy-

yatının ən böyük ədəbi siması və bu dövr ana dilli şеirimizin ustadı 

İmadəddin  Nəsimi  hürufizmin  ən  görkəmli  nümayəndəsidir.  Onun 

bənzərsiz  şеirlərinin  çoxu  hürufilik  idеyalarının  bədii  ifadəsinə  və 

təbliğinə xidmət еdir. 

Hürufi dedikdə hərf elmi ilə məşğul olan, hərflərdə bir məna 

axtaran,  hərflərə  müqəddəs  varlıq  kimi  baxan  inanc  sahibi  başa 

düşülür.  Ümumiyyətlə  ərəb  əlifbasının  hər  bir  hərfində  bir  məna 

mövcuddur. Bu həm dini, fəlsəfi mənada bir məna, həm də “Əbcəd” 

hesabında müəyyən bir rəqəmi, ədədi bildirir. 

“Hüruf”- “Hərf” kəlməsinin cəmidir.Yəni “Hərflər”. Hürufili-

yə görə varlıq səslərdən ibarətdir. Səs və hərf sözlərdə öz əksini ta-




 

125 


pır.  Sözlər  hərflər  üzərində  qurulur  və  insanlar  tərəfindən  ifadə 

olunur. 


Kainat  Tanrının  “Ol”  kəlməsindən  meydana  gəlmişdir  ki,  bu 

da  səs  vasitəsi  ilə  ifadə  olunmuşudr.  Səsin  işarəsi  hərflərdir.  Ona 

gərə  də  hərflər  müqəddəsdir.  Hər  bir  hərfin  mənası  və  bir  anlamı 

vardır. İnsan hərflərin daxili rəmz və mənalarını dərindən öyrənər-

kən ilahi aləmin sirlərini də öyrənmiş olur. 

Məsələn, “Əlif” (ا) hərfi özündən sonra gələn heç bir hərflə bir-

ləşmədiyi  üçün  çoxluğa  yaxın  düşməmişdir,  o  təkdir.  Bu  hərf  baş-

lanğıc  hərfdir  və  Allahı  simvolizə  edər.  Başlanğıc  Allah  olduğuna 

görə, hər şey Ondan sonra gəlir. Təsəvvüfdə kamil, yetkin insan ərəb 

hərfləri  arasında  Əlif  (ا)  hərfinin  rəmzidir.  Botanlka  aləmində  lalə 

budağının  dim dik olması ərəb əlifbasında  “Əlif”lə müqayisə  edilir. 

Lalə  kəlməsinin  yazılışı  ilə  Allah  kəlməsinin  yazılışı  eyni  hərf-

lərlədir.  Allah  kəlməsində  1  Əlif,  2  Lam,  1  he  hərfləri  vardır.  Əlif 

hərfinin əbcəd dəyəri 1, lam hərfinin 30, he hərfinin isə 5-dir. Buna 

görə  də  “Lalə” ilə  “Allah” kəlmələrinin  əbcəd  hesabı ilə  dəyəri  66-

dır.  “Lalə”  ərəb  hərfləri  ilə  yazıldığında 

 tərs  tərəfdən 

oxunanda ortaya “Hilal” – yəni aypara kəlməsi çıxır

Qeyd edək ki, aypara islam aləmində geniş yayılmış bir sim-



voldur. Aypara bayrağımız üzərində dalğalanır. Ayparanı qəbirüstü 

daşlarda,  xalçalar,  abidələr  üzərində  görmək  olar.  Nədir  ayparanın 

sirrı?  Niyə  bu  qədər  geniş  yayılmışdır?  Belə  ki,  aypara  ərəbcə 

“Hilal”  deməkdir.  “Hilal”  ərəbcə  yazılışına  görə  “h”,  “l”  “a”  “l” 

hərflərindən əmələ gəlir. “Allah” kəlməsi də bu hərflərdən düzəlir. 

Hər iki sözdəki hərflərin cəmi “Əbcəd” hesabında “66”- dır. Demək 

Aypara (Hilal) İslamiyyətdə Allahın simvolu kimi qəbul edilmişdir. 

Yaxud, “Vav” hərfi də (و) müqəddəs hərflərdən sayılır. Öz ya-

zılışına və quruluşuna görə əsas üç məna ifadə edir: 1)Ana bətnin-

dəki  insanı  xatrladır;  2)“O”  -  Allahın  özünü  xatırladır;  3)“Ol”- 

Allahın  ilk  sözünü  xatırladır.  “Vav”  əbcəd  hesabında  6  rəqəmini 

ifadə edir ki, bu həm kainatın simvolu, həm də imanın 6 şərtini (Al-

laha  iman,  Peyğəmbərlərə  iman,  Allahın  kitablarına  iman,  Axirət 

gününə iman, Qəzavü-qədərə iman, Allahın mələklərinə iman) ifadə 

edir. 



 

126 


İslam  alimlərinə  görə  təssəvvüfdə,  əbcəd  hesabında  Allah 

kəlməsinin  qarşılığı  66-dır.  Bu  bir  birinə  kilidlənmiş  iki  “Vav” 

hərfinin  yazılışı  ilə  meydana  gəlib  Allahı  anladır.  Ona  görə  də 

“Vav”  birliyi,  bərabərliyi  bildirir.  “Vav”  Allahın  99  adından  biri 

olan ”Vahid” ismini bildirir və “Vəhdət”in simvoludur. “Vav” həm 

də qulu təmsil edir. Ana qarnındakı uşağa bənzəyir. İnsan dünyaya 

“Vav” formasında gəlir və sonra həyatı boyunca “əlif”- (ا ) kimi düz 

olur,  daha  sonra  da  “Vav”  formasında  da  əyilir,  dünyadan  köçür. 

“Vav”-ın  yazılışında  bir  gözəllik,  estetika  olduğundan  xəttatlar  da 

ən çox “Vav” hərfi üzərində çalışmışlar. “Vav” hərfi həmçinin ərəb 

əlifbasında v, o, ö, u, ü, səslərinin qarşılığını veirir. 

İbadət  yerlərinin  qapısı  önündə,  padşah,  Sultan  saraylarının 

namaz  qılınan  yerlərinin  qapısı  başında,  ki  bu  qapı  da  adam 

boyundan  aşağı  yapılır  və  üstündə  üz-üzə  yazılmış  iki  “vav”  hərfi 

yazılırdı.  Bu  Allahın  simvolu  kimi  qəbul  edilirdi  və  bura  ibadət 

üçün  içəri  girənlər  baş  əyərək  bu  qapıdan  içəri  keçərmişlər.  İki 

“vav”ın  qarşı  qarşıya  yazılması  həmçinin  ürəyin,  qəlbin  simvolu 

kimi də qəbul edilmişdir. 

Hərflərin hikmətli mənasını biz Mövlana Cəlaləddin Ruminin 

misralarında görürük: 

“İnsan  namazda  kıyama  durunca  (ﺍ)  “elif”  olur.  Rükuya  eyi-

lincə (ﺪ) “dal” olur. Səcdəyə varınca (ﻣ) “mîm” olur. Beləliklə adəm 

olur!”   

Hürufilikdə, sufilikdə nöqtə vəhdət rəmzidir. Bеlə ki, qələmin 

ucu  kağıza  və  ya  lövhəyə  toxunduqda  nöqtə  əmələ  gəlir  və  sonra 

yazı yazılır. Dеməli, nöqtə yazının başlanğıcıdır. Varlığın başlanğıcı 

da  vəhdətə  bağlıdır  və  ondan  nəşət  еdir.  Nöqtədən  –  başlanğıcdan 

sonra  əmələ  gələn  yazı-xətt  isə  varlığın  tədricən  nizamla  zühur 

olmasına işarədir 

Hərflərin bir məna, ifadə kəsb etməsi hələ səhabələr dövrün-

dən məlum olmuşdur. Həzrəti Əli (s) deyirdi “Bismillah” “ب” (Be) 

hərfindən  meydana  gəlmişdir.  Mən  “Be”  hərfinin  altındakı  nöq-

təyəm.  “Be” hərfinin təsəvvüfdə müqəddəs bir hərf və bir açar ol-

ması  haqqında  XV  əsrdə  yaşamış  Bərdəli  Şeyx  İbrahim  İbn  Mə-

həmməd İbn Hacı İbrahim İbn Şəhabəddin Bərdəinin (Gülşəni) də-

yərli misralan vardır: 



 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə