Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə27/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   176

 

83 


və məqbərələr yanında təşkil edildiyindən onların bütün xərcləri də 

məscid və ya məqbərənin vəqfləri hesabına ödənilirdi. 

Bu Fərmanın əhəmiyyəti təkcə mədrəsə tarixinə dair məlumat 

almaqla  bitmir.  Burada  mədrəsə  həyatına  dair  dəyərli  məlumatlar 

vardır. Belə ki, burada mədrəsənin quruluşu, təhsilin məzmunu, mü-

dərris və tələbələrin  vəzifələri  göstərilməklə  yanaşı  ilk dəfə olaraq 

mədrəsədə “Ədəb qaydaları” haqqında məlumat  verilir. Ədəb qay-

dalarında  müdərrislər  qarşısında  xüsusi  tələblər  qoyulur  və  tələb 

olunan qaydalara ciddi əməl olunması göstərilir: “Müdərris tələbə-

lərə ehtiramla yanaşmalı və onları öz ruhani oğlu hesab etməlidir”. 

Vaxtilə dahi çex pedaqoqu Y.A.Komenski də təxminən eyni forma-

da  belə  demişdir:  “Sən  ata  kimi  hərəkət  etmirsənsə,  müəllim  kimi 

fəaliyyət göstərə bilməzsən”. 

Azərbaycanda  məktəb  və  maarifin  sürətlə  inkişafı  XII  əsrin 

sonları, XIII əsrin əvvəllərində daha açıq - aydın özünü göstərir. XII 

əsrin  sonlarından  başlayaraq  Azərbaycanda  məktəb  və  mədrəsə 

təhsili nisbətən daha sürətlə inkişaf edirdi. İlk mənbələrdə XIII əsrin 

birinci 20 illiyində Təbriz, Marağa, Xoy, Səlmas, Urmiyə, Mərənd, 

Ərdəbil, Bərdə, Gəncə, Beyləqan, Naxçıvan, Bakı və Şəki şəhərlə-

rində mədrəsələrin olması haqqında məlumat verilir. 

XIII  əsrin  əvvəllərində  yaşamış  böyük  səyyah,  alim  Yaqut 

Həməvi  “Mucəm  əl-buldan”  əsərində  göstərir  ki,  Ərdəbildə  bütün 

elmlər üzrə xeyli alimlər var idi.  Demək xeyli alimləri olan bir şə-

hərdə  mədrəsə  olmaya  bilməzdi.Yaqut  Həməvi  Təbriz,  Xoy,  Səl-

mas,  Urmiya,  Mərənd,  Ərdəbil,  Bərdə,  Şirvan,  Gəncə,  Beyləqan, 

Naxçıvan,  Bakı,  Şəki  şəhərlərindən  danışarkən  bu  şəhərlərdə  məd-

rəsələr, xanegahlar, ədiblər, şairlər, mühəddislər, fəqihlər olduğunu 

göstərmişdir. 

XIII əsrin ikinci yarısında Nəsirəddin Tusinin yaratdığı Mara-

ğa  rəsədxanası  buradakı  mədrəsə  Şərqin  ən  mühüm  elm  və  tədris 

mərkəzi  olmuşdur.  Buranın  zəngin  kitabxanası  olmuşdur  ki,  Bağ-

dad,  Şam,  Musel  və  Xorasanda  olan  ən  qiymətli  kitablar  Marağa 

kitabxanasına köçürülmüşdür. Burada Çindən, Hindistandan gəlmiş 

böyük  alimlər  çalışmışlar.  Tusinin  özü  də  Marağa  mədrəsələrinin 

müəllimi  kimi  qiymətli  elmi  mühazirələr  söyləmiş,  onun  yanına 

təhsil  almaq  üçün  müxtəlif  yerlərdən  müdavimlər  gəlmişdir  ki, 




 

84 


onların  içərisində,  görkəmli  şair,  söz  ustası  Hümam  Təbrizi  də 

(vəf.1314) olmuşdur. 

XIII  əsrin  axırlarında  Azərbaycanda  Məhəmməd  Qazan  xan 

hakimiyyəti  (1295-1304)  olmuşdur.  Qazan  xan  ölkəni  dirçəltəmək 

və inkişaf etdirmək üçün ilk növbədə elmə, maarif və mədəniyyətə 

xüsusi  diqqət  və  əhəmiyyət  vermişdir.  Ozünə  baş  vəzir  dövrünün 

böyük  alimi  azərbaycanlı  Fəzlullah  Rəşidəddini  (1248-1318)  təyin 

etmişdir. Qazan xanın dövründə xeyli məscid, mədrəsə, xanegah və 

digər  xeyriyyə  müəssisələri  tikilmişdir.  Təbriz  yaxınlığında  Şam 

(Şənb) adlanan yerdə XIV əsrdə Qazan xanın təşəbbüsü ilə tikilmiş 

məktəb və mədrəsələri, uşaq bağçasını, rəsədxana, kitabxana, xəstə-

xananı,  təsərrüfat  müəssisələrini  özündə  cəmləşdirən  “Əbvab-əl-

Bərr” (“Xoşbəxtlik qapısı”) adı üə böyük elm -tədris mərkəzi, təhsil 

şəhərciyi  yaradılmışdı,  ki,  buna  “Rəşidəddin  şəhristanı”  (“Rəb`e 

Rəşidi”)  deyilmişdir.  “Rəb`e  Rəşidi”də  “Şafe”  və  “Hənəfiyyə” 

mədrəsəsi  var  idi  ki,  burada  450-dən  çox  müəllim  7000  tələbənin 

təhsili  ilə  məşğul  olurdu.  Bu  mədrəsələrdə  təlim  məşğələləri  və 

tərbiyə işləri Şafeyyə və Hənəfiyyə dini cərəyanlarına uyğun olaraq 

özlərinə məxsus metod və prinsiplərlə aparlırdı. Hər bir mədrəsənin 

ayrı-ayrı müdərrisləri, müəyyidləri (müdərrisin müavini), tələbələri, 

xidmətçiləri var idi. Burada elm və tədris işləri üzrə vəzifə tutanlar 

dövrün  ən  tanınmış  alimləri  idilər  ki,  onlara  yüksək  maaş  verilir, 

onlar  orada  yaşayır  və  ciddi  zərurət  olmadan  mədrəsəni  tərk  edə 

bilməzdilər. Ciddi nizam-intizam  var idi. Heç bir səbəb dərs bura-

xılmasına  əsas  ola  bilməzdi.  Bu  mədrəsəyə  Çindən,  Hindistandan, 

Türküstandan,  ərəb  ölkələrindən  də  müəllim  və  alimlər  gəlirdilər. 

Məhz  bü  dövrdə  Rəşidəddinin  məşhur  “Came  ət-təvarix”  əsəri  də 

yazılmışdır. 

Artıq XIII əsrin sonları və XIV əsrin əvvəllərində Azərbayca-

nın  bir  çox  yerlərində  mədrəsələrin  şəbəkəsi  xeyli  genişlənmişdi. 

Məsələn,  Bakıda  1301-ci  ildə  Cümə  məscidinin  nəzdində  və  bu 

məscidin vəqfi ilə böyük bir mədrəsə tikilib fəaliyyət göstərmişdir. 

1647-ci ildə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə fəaliyyət 

göstərirdi. XVII əsrin ortalarında Şamaxıda 40 məktəb və 7 mədrəsə 

var idi. 

 

 




 

85 


4.2. İslamiyyətdə tərbiyə məsələlərinin qoyuluşu 

 

Əhatə olunan məsələlər: 

1. İslamiyyətdə tərbiyə məsələlərinin səciyyəvi xüsusiyyətləri 

2. İslamda tərbiyə işinin prinsipləri 

3. Qurani-kərimdə tərbiyə və öyrətmə, öyrənmə məsələləri 

4. Təsəvvüfdə tərbiyə məsələləri 

5. Mövləvilikdə tərbiyə 

6. Bektaşilikdə tərbiyə 

7. Hürufilikdə tərbiyə 

8. Əxilikdə tərbiyə 

 

İslamiyyətin  meydana  gəlməsi  elmin,  təhsilin,  maarifin  məz- 

mun və formasına öz təsirini göstərdi, belə ki, onun yenidən qurul- 

masına səbəb oldu, nəticədə yeni pedaqoji təfəkkür yarandı. İnsan- 

larda  yeni  düşüncə,  əxlaq  və  mədəniyyət,  habelə  yeni  həyat  tərzi, 

yarandı.  İslam  prinsipləri  əsasında  yeni  tərbiyə  sistemi  yarandı  və 

inkişaf etdi. 

İslamiyyətdən  əvvəl  ərəblərin  yaşadığı  yerlər  çöl  və  səhralıq 

olmuşdur. Bu dövrdə onlar  yalnız çöl  həyat  tərzinə alışdıqlarından 

elm və təhsildən uzaq olmuşdular. Məkkə şəhərində 11, Mədinədə 

isə  7  nəfər  oxuyan  və  yaza  bilən  adam  var  idi.  Məhəmməd  Pey-

ğəmbərin  (ə.s)  deyişi  ilə,  öz  dövrünün  ərəbləri  “Oxuma  və  yazma 

bilməyən”  savadsız,  cahil  bir  tayfa  idilər.  Onların  bildikləri  yalnız 

hafizəyə əsaslanan və nəsildən-nəslə keçən təcrübi biliklər idi. 

Qəbilə və tayfalar arasında tez-tez döyüşlər olduğundan onla-

rın at, silah, dəvə kimi savaş vasitələri haqqında müəyyən bilikləri 

var idi. Bununla bərabər, onların əxlaqi və mənəvi keyfiyyətləri çox 

aşağı idi. Xüsusilə də qızlar və qadınlar tam hüquqsuz idilər. Ailədə 

qız uşaqları olduqda kişilər utandıqlarından görünməz olur və yaxud 

da yenicə doğulan qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Qa-

dın müti vəziyyətdə yaşayır, alınıb-satılırdı. 

Belə bir zamanda cəmiyyəti islah etmək, onu doğru  yola  yö-

nəltmək  vəzifəsi  Məhəmməd  Peyğəmbərin  (ə.s)  (570-632)  üzərinə 

düşürdü.  Belə  bir  ülvi  vəzifəni  həyata  keçirmək  üçün  yeni  bir 

maarif, mükəmməl bir təhsil sistemi yaratmaq lazım idi. 

Məhəmməd Peyğəmbərin (ə.s) əsas vəzifəsi insanları cahillik-

dən  uzaqlaşdırmaq,  onları  maarifləndirmək,  gözəl  əxlaqa  yiyələn-



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə