Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə56/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   176

 

171 


lamaqdan ibarətdir.. 

Bəhmənyar sanki təhsilimizin bu günkü problemlərini görərək 

“Ət- təhsil” əsərində deyirdi: “Fikir əqlin faydalandığı bir qüvvədir. 

Fikir zehnin elə hərəkətidir ki, onlardan mətləblərə gedib çıxılır”.Bu 

gün  məktəblilərimizin  fikirləşmək,  düşünmək  qabiliyyətini  inkişaf 

etdirmək  pedaqoji  elmimizin  qarşısında  duran  ən  vacib  məsələlər-

dən birisidir. Bəhmənyardan səkkiz yüz il sonra alman alimi A.Dis-

terveq  deyirdi  ki,  uşaqlara  fikirləri  deyil,  fikirləşməyi  öyrərtmək 

lazımdır. Bəhmənyar bunu da qeyd edir ki, fikir, düşüncə əqlin inki-

şafına qüvvətli təsir göstərir. Bütün bu fikirlər təlim nəzəriyyəsində 

biliyin  şagirdlərə  sadə,  anlaşıqlı  bir  dillə  çatdırılmasını,  öyrənmə 

prosesində  təfəkkür  fəaliyyətinin  inkişafına  diqqət  yetirilməsini 

tələb edən müddəalardır. 

Bəhmənyar  ümumiyyətlə  biliyi  iki  qismə  bölür:  məlum  və 

məchul biliklər. O qeyd edir ki, insan yalnız “duyğudan gələn, ya-

xud  duyğunun  təsdiqlədiyi  şeyə  inanır”.  Çünki  hissi  qavrayışın 

verdiyi bilik məlumdur, gerçəkliik bilavasitə hissi - əyani obrazlarla 

qəbul  olunur.  Bilik  hisslərlə  qavramlmalıdır.  Nəzəri  elmlərin  hələ 

dərk  edilməmiş  müddəaları  isə  məchuldur.  Məntiqin  faydası  məhz 

fikrin  məlumdan məchula keçmək  yollarıını  göstərməkdir.  Bu mə-

nada  təlim  prosesində  şagirdlərin  duyğularına,  hisslərinə  təsir  gös-

tərmək üçün, biliyin yaxşı mənimsənilməsi üçün “Əyanilik” prinsipi 

mövcuddur.  Təlimdə  əyanilikdən  istifadə  etmək  hiss  və  duyğulara 

təsir göstərməkdir ki, bunun sayəsində bilik möhkəm mənimsənilir 

və  uzun  müddət  yadda  qalır.  Elə  bu  məntiqə  yüksək  qiymət  verən 

təlim  nəzəriyyəsinin banisi, “Böyük didaktika”nm  müəllifi çex pe-

daqoqu  Y.A.  Komenski  yazırdı  ki,  “mümkün  olan  hər  şeyi  duyğu-

larla  qavramağa  təqdim  etmək,  qoy  müəllimlər  üçün  qızıl  qayda 

olsun, yəni görünəni görmə duyğusuna, səsi-eşitmə duyğusuna, iyi-

iybilmə duyğusuna, dadı olanı dad duyğusuna, toxunula biləni-lami-

səyə təqdim etmək lazımdır”. 

Bəhmənyar insanın ağıl və zəkasına əxlaqi dəyər vermişdir. O 

ağıl və zəkanı insanın var dövlətindən daha üstün olduğunu göstər-

mişdir.  Bəhmənyar  göstərirdi  ki,  insanın  əsas  zənginliyi  onun  elm 

və  təhsil  sahibi  olmasındadır.  İnsan  var-dövlət  toplamaqla  deyil, 

elmə, təhsilə yiyələnməklə zənginləşə bilər. Əsil yoxsulluq insanın 

mənəvi  cəhətdən  yoxsulluğudur.  Bəhmənyar  deyirdi:  “Var  dövləti 



 

172 


dəfn  etmək  olar,  amma  ağılı  yox,  ağıl  insanın  qəriblikdə  ən  yaxşı 

dostu və müdafiəçisidir”. 

Bəhmənyar  kamil  insanın  yetişməsində  tərbiyəyə  üstünlük 

verir  və  deyirdi:  “İnsan  ən  yaxşı  əxlaqi  keyfiyyətləri  bu  dünyada 

tərbiyə  ilə  qazana  bilər”.  Bəhmənyar  tərbiyəyə  üstünlük  verdiyi 

kimi,  əxlaqi  keyfiyyətlərin  bir  çoxunun  anadangəlmə  olduğunu  da 

bildirirdi. O buraya əxlaqi saflığı, xeyirxahlığı, mərdliyi, əliaçıqlığı, 

əməksevərliyi, ağıllılığı, insansevərliyi və s. aid edirdi. 

Bəhmənyar  yetişən  gənc  nəslin  fiziki  sağlamlığına  fikir 

verilməsini, onların fiziki tərbiyəsi ilə məşğul olmağı vacib sayır və 

bildirirdi  ki,  ən  böyük  gözəllik  insanın  sağlamlığıdır.  O,  gözəlliyi 

fəlsəfi aspektdən təhlil etsə də, fikirləri pedaqoji üçün də dəyərlidir. 

Bəhmənyar bildirir ki, sağlamlığından istifadə etməyən insanın ruhu 

xəstədir, o xoşbəxt ola bilməz. O deyirdi: ”Gözəllik xeyirxahlıqdır” 

. Bu fikirlərdən görmək olur ki, Bəhmənyar biliyin də, əxlaqın da, 

gözəlliyin də xeyirxahlığa xidmət etdiyini göstərmişdir. 



Nizami Gəncəvinin tərbiyə haqqında fikirləri. Nizami Gən-

cəvi  özünün  zəngin  və  hərtərəfli  yaradıcılığı  ilə  bəşəriyyəti  daim 

düşündürən  humanist,  əxlaqi  ideyaları  tərənnüm  etmişdir.  Ədalət, 

sülh,  insanpərvərlik,  mərhəmət,  mənəviyyat,  xeyirxahlıq,  əməkse-

vərlik, dostluq, qardaşlıq və s. əxlaqi keyfiyyətlər Nizami yaradıcılı-

ğında əsas yer tutur. Buna görə də Nizaminin əsərləri səkkiz əsrdən 

artıqdır ki, həmişə olduğu kimi, bu gün də aktual və müasirdir. Ni-

zamini  tarix  boyu  dünyada  şöhrətləndirən  onun  Xəmsə  adlı  beş 

əsəridir.  Nizaminin  əsərləri  qüvvətli  tərbiyəedici  gücə  malik  oldu-

ğundan uzun illər boyu dahi sənətkarın əsərləri nəsillərin tərbiyəçisi 

olmuş, yeni nəsillər ondan müdrik məsləhətlər almış, dəyərli öyüd-

lər qazanmışlar. 

Nizami  poeziyası  adamları  xeyirxahlığa,  yaxşılığa,  darda 

qalanların  əlindən tutub kömək etməyə  çağırır. Nizaminin  fikrincə, 

sən başqasına kömək  edərsənsə, başqası da bir  gün sənə köməyini 

əsirgəməz. Bu mənada Nizami yazır: 



Bacarsan hamının yükünü sən çək, 

İnsana ən böyük şərəfdir əmək 

Sən də əldən düşüb yorulsan əgər 

Sənin də yükünü bütün el çəkər. 


 

173 


Nizaminin  fikrincə,  yaxşılıq  etməyi  bacarmaq  insan  üçün 

mənəvi  zənginlikdir.  Belə  mənəvi  kamilliyə  çatmağı,  xeyirxah 

olmağı,  başqalarına  yaxşılıq  etməyi  bacarmaq  lazımdır.  Bu  fikir 

aşağıdakı misralarda öz ifadəsini belə tapmışdır: 



Yaxşılıq etməsən əgər insana 

Böyüklük şərəfi verilməz sana (Leyli və Məcnun) 

Yaxud da: 



Səadət kamalla yetişir başa 

Xalqa hörmət elə, ədəblə yaşa. (Leyli və Məcnun) 

Nizami əsərlərində haqqında danışılan, təbliğ edilən xeyirxah-

lıq, yaxşılıq tək bir adama,  yaxud ayrı-ayrı fərdlərə göstərilən mü-

nasibət olmayıb ictimai məna daşıyır: 



Çalış öz xalqının işinə yara 

Geysin əməlindən dünya zər-xara. 

Şairin öz dövründə adamlarda görmək istədiyi və mənəvi key-

fiyyət  hesab  etdiyi  xeyirxahlıq,  yaxşılıq,  anlayışları  heç  bir  zaman 

məhdudluq  bilmir, həmin fikirlər bu gün də  aktual  və  mənəvi  key-

fiyyət  sayılır  və  məktəblilərin  mənəvi  tərbiyəsində  Nizami  irsinin 

böyük rol oynadığını təsdiq edir. 

Nizami insanları yaxşılığa, xeyirxahliğa çağırdığı kimi, adam-

larda bu mənəvi keyfiyyətləri qiymətləndirməyin vacib olduğunu da 

əxlaqi keyfiyyət hesab edir. 

Nizami şeirlərindən, ayrı-ayrı əsərlərindən gətirilən missallar-

dan aydın olur ki, Nizami pedaqoji ideyalarında tərbiyənin məqsədi 

xoşbəxtliyin yalnız tək-tək adamlarla bağlı olmadığını, onun bütöv 

bir cəmiyyətə bağlı olduğunu göstərməkdir. Əlbəttə, insanların xoş-

bəxtliyi, cəmiyyətin xoşbəxtliyinə gətirib çıxarır. Nizami insan xoş-

bəxtliyindən  danışarkən  heç  bir  millət  fərqini,  cinsi  ayrılığı,  sinfi 

mövqeyi nəzərə almır. 

Şairin  əsərlərindən  belə  nəticəyə  gəlmək  olur  ki,  Nizaminin 

bütün  şeirləri  mənəvi,  əxlaqi  fikirlərlə  yoğrulmuş,  onun  misraları 

insanları humanizmə, ədalətə, qayğı və mərhəmətə, nikbinliyə, doğ-

ru və dürüst olmağa, əməksevərliyə, vətənpərvərliyə və s. ən yüksək 

əxlaqi , mənəvi keyfiyyətlərə səsləyir. 

Nizami elmə, biliyə  yüksək əxlaqi qiymət  verir.  Elmsiz insa-

nın  qüvvətsiz  olduğunu  bildirir.  Nizami  xalqı  öz  taleyinə  laqeyd 

qalmamağa,  hüquqlarını  başa  düşüb,  haqlarını  tələb  etmək  üçün 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə