104
geymə ipək, gey yun).
Qaraqoyunlu Cahanşah Həqiqi isə deyir: “Nun” ( N ), “Mim”
(م), “Dal” (د)-a təhsin”. Bu hərflərin toplusu “Nəməd” (دمZ) sözünü
əmələ gətirir ki, bu da farsca “Yun” deməkdir. Ərəbcə dil qaydalarına
görə “Suf” kəlməsindən “Təsəvvüf” kəlməsini əldə etmək müm-
kündür. Ərəblər köynəyə “Kamis”, köynək geyənə “Təkəmməs”
dedikləri kimi “Suf”- yun köynəkdir, onu geyənə “Təsəvvüf” de-
mişlər. ”Təsəvvüf” əhlinə daxil olan şəxslərə “Mütəsəvvüf” demişlər.
Azərbaycanın cənub hissəsi, Türküstan, İranın Şimalı-Şərqi
sufizmin əsas mərkəzi olmuşdur ki, əsası VIII əsrdə qoyulmuşdur.
Ədəbiyyatda təsəvvüf axını geniş və sürətlə yayılmışdır. Baba Kuhi
(933-1051), Hakim Sənai (1072- 1131), Əhməd Yəsəvi (1103 -
1166), Firudin Əttar (1119-1193) kimi böyük mütəsəvviflərdən
başlayıb Əbdürrəhman Cami (1414-1522) kimi böyük alim-şairlərə
qədər gəlib çıxmış, sonra da davam etmişdir. XIII əsrdə təsəvvüf
ədəbiyyatının tanınmış nümayəndələri “Kəlamlar” adı ilə Azərbay-
can dilində böyük “Divan” yaratmış Beyrək Quşçuoğlu, bu dövrün
görkəmli alim-şairləri olan Cəlaləddin Rumi, Hacı Bektaş Vəli,
Yunus Əmrə, daha sonrakı əsrlərdə Qazi Bürhanəddin, Xətai, Nəi-
mi, Nəsimi, Həqiqi və başqaları olmuşlar. “Qızıl gül kədərlə qönçə-
də bağlı qaldığı kimi; Mən də tənhalığı və tanrıya sitayişi seçmi-
şəm” - deyən Şeyx Nizami Gəncəvi, “Bir əlimizdə qədəh, birində
Quran;/Gah ayıq oluruq, gah sərxoş” - deyən Məhsəti Gəncəvi,
“Kimi huşyar görsən sən, ona ver cami-mey, saqi; Bihəmdillah,
Füzuli məstdir vəhdət şərabından” - deyən Füzuli, “Mənim tanrım
gözəllikdir, sevgidir” - deyən Hüseyn Cavid, “Mənim ustadım
Hafizdir, məscidim isə meyxanədir”- deyən Mirzə Şəfi Vazeh
şeirlərində təsəvvüf düşüncəsi hiss olunmaqdadır.
Təsəvvüfün iki önəmli cəhəti vardır: Tərbiyə almaq və bilik
qazanmaq. Təsəvvüf təlim və tərbiyəsində zikr etmək, təzkiyə (qəlbi
təmizləmə, paklanma), təsviyə (ruhən saflaşma, zənginləşmə), rəb-
banilik, mücahidə (nəfsə cihad etmək) etmək kimi əsaslar və gözəl
nümunə ideyası təsəvvüf həyatının əsas şərtlərindən sayılır. Təsəv-
vüf fikihlə, hədislə, təfsirlə və digər islami elmlərlə sıx bağlıdır.
Təsəvvüfdə bilik qazanmaq özünü tanımağa, özünü dərk et-
məyə xidmət edir. Təsəvvüf elmi insana öncə özünü tanıma, sonra
Allahını tanıma yollarını göstərir.
105
Böyük mütəsəvvüf Şihabəddin Sührəverdinin “Təsəvvüf”
anlayışının şərhindən anlamaq olur ki, bu pedaqoji dillə desək insa-
nın özünütərbiyəsi, özünükamilləşdirməsi, özünütəsdiqi və mənən
zənginləşməsidir. O belə deyir: “Sufilik edən kəs özünə hesabat (əl-
mühasebə), özünənəzarət (əl-müraqəbə) və özünümüşahidə (əl-mü-
şahidə) yolu ilə rəzilliklərdən çəkinib nəfsini paklandırmalı və
kamilləşdirməlidir”.
Təsəvvüf əhli göstərir ki, İman (İslamı, Quranı, peyğəmbəri
qəbul edənlər) və İslamdan (İslam qayda-qanunlarını yerinə yetirən-
lər) sonra İhsan (Allahı qəlblərində görüb, hiss edənlər) səviyyəsinə
yüksələnlər ən böyük, ən gözəl sevgili olan Allahı öz daxillərində
görmənin şövq və həyəcanı ilə yaşaya bilirlər. Bu həyəcan isə
insanlara Allahın yaratdığı hər şeyi sevməkdir.Hər şeyi sevmək Al-
lahı sevməyə qayıdır. Bu sevginin içərisində ən gözəli və ən şərəfli-
si olan insanı sevmək, onu yüksək qiymətləndirməkdir İnsanoğlu-
nun ən uzun axtarışı “Özünü axtarış” olmuşdur. Təsəvvüf də insanın
kainatda özünü tanıma səylərinin nəticəsidir. İnsan özünü tanımağa
yönələrkən “Yaradan və yaranmış” haqqında düşüncə ilə baş-başa
qalır. Bu iki qavramın vəhdətdə, birlikdə qəbul edilməsi təsəvvüfün
əsasını təşkil edir. “Vəhdəti-vücud” (“Tək varlıq”) anlayışı ilə var
olan tək “O”dur. Var olan “O”dursa, insan da “O”dur, “haq”da
“O”dur. Varlıq tək “O”dur. “O”na çatmağın yolu isə eşqdir.
Təsəvvüf mahiyyətli şeirlərdə, Allahın dərkinə göstərilən
cəhdlər eşq və məhəbbətlə eyniləşdirilir və Allahın özü “Dost”,
“Yar”, “Haq”, “Sevgili” adlandırılır.
Təsəvvüf əhli yaşarkən həyatdan mənəvi zövq və həzz alır,
dünyaya sevgi ilə baxır, bütün yaradılmışları Allah yaratdığı üçün
və Allah sevdiyi üçün sevir və hər bir maddiyyətdə məna axtarır.
“Təsəvvüf” nəfsə yenmək, dünya naz-nemətlərindən uzaq ol-
maq, dünya malından qaçınmaq, hər an əxlaqiləşmə, mənəviyyatı
zənginləşdirmə, “bilik müsəlmanın itiyidir”-deyə həmişə, hər yerdə
bilik axtarmalı, hər cür biliklərə yiyələnmək deməkdir.
Təsəvvüf təfəkkürü təkcə ədəbiyyatda, pedaqoji fikirdə deyil,
bütün sənət əsərlərində, belə düşüncədə olan insanların bütün fəa-
liyyətində öz əksini tapmışdır. Erkən orta əsrlər dövründə milli üs-
lubda ucaldılmış məscidlərdə, təkkələrdə, evlərdə, imarətlər və
mehmanxanalarda təsəvvüf təfəkkürü duyulmuşdur.
106
XII əsr Naxçıvan memarlığında Əcəmi Əbu-Bəkr Naxçıvani
yaradıcılığı İslam əxlaqı və təsəvvüf düşüncəsi ilə zəngidir. Onun
Naxçıvanda ucaltdığı Mömünə xatun türbəsi özünəməxsus memar-
lıq üslubu, təsvir və qavrayışlı görünüşü ilə, on üzündə təkrarlan-
mayan mənalı naxışları, yazıları və kitabələri ilə bir mənəviyyat abi-
dəsidir. Türbənin yuxarı hissəsində “Allah” sözü yazılmış və on
üzlü türbənin bütün kənarları “Yasin” surəsinin mətni ilə haşiyələn-
mişdir. Mömünə xatun türbəsinin bir kitabəsində yazılmış müdrik
fikir Əcəminin fəlsəfi dünyabaxışı, əbədiyyət düşüncəsi öz əksimni
tapmışdır:
“Təlatüm içrə biz, sükunətdə daim rüzigar;
Köçərik dünyadan, amma bu qalar yadigar”.
Bu dövrün sənətkarları gördükləri hər hansı bir işi və ya
yaratdıqları hər bir əsəri özlərində inandıqları ilahi bir güclə edir-
dilər. Onlar sənət əsərlərini Tanrı sənətinə uyğun olan bir ölçüdə,
gözəl biçimdə olması üçün çalışırdılar. Bu əsərləri Allahın qulları
bəyənsin deyə deyil, Allah bəyənsin deyə gözəl, sağlam və mükəm-
məl bir halda hazırlayırdılar.
Təsəvvüf erkən orta əsrlərin kamil insanının, bütöv hərtərəfli
irıkişaf etmiş şəxsiyyətin yetişməsinə öz qüvvətli təsirini göstərmiş-
dir ki, bu düşüncə nümayəndələrinin ideya və baxışlarına, pedaqoji
düşüncələrinə, tərbiyə haqqında fikirlərinə nəzər yetirək.
4.6. Mövləvilikdə tərbiyə
Mövlana Cəlaləddin Rumi (1207-1273) Хоrasanın Bəlх şəhə-
rində dünyaya gəlmiş, Kоnyada yaşamış və türk dünyasının böyük
mütəfəkkiri, təsəvvüf ədəbiyyatının görkəmli şairi kimi tanınmışdır.
“Ya оlduğun kimi görün, ya göründüyün kimi оl”!- məşhur kəla-
mı Rumiyə məхsusdur. О, insanları təbiiliyə, səmimiliyə, çağırmış,
hər cür sünilik, təkəbbür və lоvğalıqdan uzaq оlmağı məsləhət gör-
müşdür. Оnun əхlaqi-didaktik fikirləri 25618 beytdən ibarət оlan
“Məsnəvi”sində və 30000 beytdən ibarət оlan “Divan-i Kəbir”
əsərində, habelə “Fihi Ma Fih”(“Nə varsa içindədir”), “Məclis-i
Səb`a”(“Yeddi məclis”) əsərlərində əksini tapmışdır.
Dostları ilə paylaş: |