Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,65 Mb.
Pdf görüntüsü
səhifə55/176
tarix14.07.2018
ölçüsü4,65 Mb.
#55526
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   176

 

168 


olmaq daha yaxşıdır. 

X.Təbrizinin  tərbiyə  haqqında  fikirlərinə  yekun  vurarkən 

böyük alimin “Həmasə”nin şərhi”ndə əxlaqa verdiyi klassik tərifini 

göstərməmək mümkün deyildir. O deyirdi: “Ədəb elə bir şeydir ki, 



insan  ona  əməl  etdikdə  xalq  içərisində  şöhrətlənir,  zinətlənir  və 

şərəfi artır”. 

Göründüyü  kimi  Azərbaycan  pedaqoji  fikir  tarixinin  inkişa-

fında Xətib Təbrizi öz pedaqoji fikirləri, pedaqoji fəaliyyəti və pe-

daqoji  yaradıcılığı  ilə  pedaqoji  fikir  tariximizdə  görkəmli  yer  tut-

maqdadır. 

Əbülhəsən  Bəhmənyarın  yaradıcılığında  tərbiyə  və  təhsil 

məsələləri.  XI  əsrdə  yaşayıb  yaratmış  və  fəlsəfəni  bilavasitə  İbn 

Sinadan  öyrənmiş  filosof  və  pedaqoq  Əbülhəsən  Bəhmənyar  İbn 

Mərzban  əl-Azərbaycani  (vəf.  Təxm.  1065)  fəlsəfə  tarixində 

görkəmli  yer tutduğu kimi pedaqoji fikir tariximizdə də xüsusi yer 

tutur. Aşağıdakı hikmətli fikirlər ona məxsusdur: “Qürbətdə insanın 

munisi  ağıldır”.”Hikmət  elmlərini  öyrənməyən  və  bu  elmlərdəki 

xüsusiyyətlərə yiyələnməyən elm gerçəkliklərindən xəbərsizdir”. 

“Öz ehtiyaclarından artıq şey tələb edən şəxs hikmət əldə edə 

bilməz və onu əldə etməyə malik deyildir”. 

Bəhmənyar böyük alimlər olan Əl-Kindi, Əl-Farabi, İbn Sina 

ənənələrini layiqincə davam və inkişaf etdirmişdir. Dövrünün alim-

ləri  Bəhmənyarı  ”Alimlərin  başçısı”  (Mövlan-i  Rəis)  adlandır-

mışlar. 

Bəhmənyarın  ən  mühüm  əsərləri  bunlardır.  “Ət-Təhsil” 

(İdrak),  “Əz-zinət”  (Bəzək),  “Əl-baxça  və  Səadət”  (Şadlıq  və  səa-

dət)  “Fi-musika”  (Musiqi  haqqında),  “Fi  miratib  əl-mövcudat” 

(Mövcudiyyatın mərtəbələri), “Fi mabdi ilm mabadat tabiya” (Me-

tafizikarun  predmeti  haqqında).  Bəhmənyarın  əsərləri,  əlyazmaları 

Tehranda,  Beyrutda,  Londonda  saxlanılır.  Bəhmənyarın  şah  əsəri 

sayılan “Ət-Təhsil” Tehranda və Qahirədə nəşr olunmuşdur. 

Bəhmənyar insanın kamilləşməsində onun biliyinə və mənəvi 

aləminə, əxlaq tərbiyəsinə böyük önəm vermiş və onu həmişə yük-

sək  qiymətləndirmişdir.  O  demişdir.  “Mənəvi  ləzzət  elə  dərmandır 

ki,  onunla  heç  bir xəstəlik  baş  verməz  və  elə  sağlamlıq  vasitəsidir 

ki,  heç  bir  xəstəliyə  məruz  qalmaz.Həqiqi  həzz  əqli  həzzdir.  Zira 

əqli  həzzlər  dərdin  təqib  etmədiyi  şəfadır,  xəstəliyin  yaxın 




 

169 


düşmədiyi  sağlamlıqdır”.  Bəhmənyar  insanın  mənəvi  cəhətdən  ka-

milləşməsində  ilk  növbədə  biliyin,  təhsilin,  əqlin  roluna  yüksək 

qiymət vermişdir. Bəhmənyar öz risalələrində məişət və idrak məsə-

lələrinin  əxlaqi-etik  problemlərini  araşdırmış  və  göstərmişdir  ki, 

ağıl və bilik insanın ən başlıca var-dövlətidir. İnsan öz ömrünü bilik 

mənimsəməyə,  nəinki  var-dövlət  toplamağa  həsr  etməlidir.  Var 

dövləti itirmək olar, amma ağıl, bilik insanın ən etibarlı müdafiəçisi, 

ən yaxın dostudur. “Sərvət qorunur, əql isə insanı qoruyur”, “Sənə 

narahatlıq üz verdikdə kədəri əzmlə boğ, çıxış yolu tapmaq və xilas 

olmaq üçün əqli səfərbər et”, “Baş vermiş işə görə qüssələnmə, onu 

aradan  qaldırmağa,  dəf  etməyə  çalış,  ağlını  işlət”.  Bəhmənyar 

insanın mənəvi zənginliklərinə böyük əhəmiyyət verərək göstərir ki, 

bu  keyfiyyətlər  həm  irsidir,  həm  də  sonradan  əldə  ediləndir.  O 

bununla  insanın  formalaşmasında  həm  irsi  amillərə,  həm  də  tərbi-

yəyə üstünlük vermişdir. Mənəvi keyfiyyətlərdən danışarkən o inti-

zamlılağa,  xeyirxahlığa,  məqsədyönlüyə,  əliaçıqlığa,  qorxmazlığa, 

əməksevərliyə, bilik qazanmağa böyük önəm vermişdir. 

Bəhmənyar  insan  zəkasına  yüksək  qiymət  verərək  deyir  ki, 

böyük  Yaradan  hər  bir  insana  zəka  bəxş  etmişdir  və  bunun  sayə-

sində  insan  digər  canlılardan  fərqlənir.  Ancaq  zəkanın  sayəsində 

insan predmet və hadisələri dərk edə bilər. Bəhmənyar göstərirdi ki, 

elmin  və  fəlsəfənin  öyrənilməsində  əsas  məqsəd  insan  əxlaqının 

yaxşılaşdırılmasıdır. Fəlsəfənin məhsulu, elmin əsası-insan əxlaqını 

yaxşılaşdırmaqdır.  Biliyə  yol-xeyirxahlığa  və  xoşbəxtiyə  yol  de-

məkdir.  Bəhmənyar  biliyi  əxlaq  və  mənəviyyatla  bağlamışdır.  O 

demək  istəmişdir  ki,  biliyi  olub  da  əxlaqı  olmayan  insan  bir  şeyə 

dəyməz. Ona görə də o, yazırdı: “İnsanlara göstərilən hörmət onla-

rın xeyirxahlığı müqabilində olan mükafatdır. İnsanın bilik səviyyə-

si, onun artması insanın əxlaqına, təbii halına təsir edib onu dəyiş-

dirə bilər”. Bəhmənyar açıq aydın demək istəyir ki, bilik qazanma-

ğın,  təlim və tərbiyənin  əsas məqsədi  insanlara xeyirxahlıq göstər-

məkdən  ibarət  olmalıdır.  Sonrakı  dövrlərdə  Bəhmənyarın  fikir  və 

ideya davamçısı Nəsirəddin Tusi də deyirdi ki, tərbiyənin məqsədi 

xeyirxahlıq və insanı xoşbəxt etməkdir. 

Beləliklə  Bəhmənyar  billiyin  gücünə  böyük  önəm  verir  və 

onun insan əxlaqına, mənəviyyatına qüvvətli təsir göstərdiyini bildi-

rir. 



 

170 


İdrak  nəzəriyyəsi  Bəhmənyarın  məntiq  fəlsəfəsində  mühüm 

yer tutur. Onun fikrincə materiyasız forma olmadığı kimi, formasız 

da  materiya  mümkün  deyildir.  Çünki  materiyada  bir  forma  aradan 

qalxdıqda  labüd  surətdə  onu  başqası  əvəz  edir.  Bəhmənyarın  bu 

fikirləri  pedaqoji  elmimiz  üçün  də  böyük  dəyər  qazandırır.  Peda- 

qogikada  istər  təlim,  istərsə  də  tərbiyə  nəzəriyyəsində  formasız 

məzmun, məzmunsuz da forma mümkün deyildir. Formanın özündə 

də bir məzmun olduğu bizə aydın olur. Bu cəhətdən də tərbiyəvi iş 

formasının dəyişməsi işin məzmununun da dəyişməsinə səbəb olur. 

Bu fəlsəfi qayda Bəhmənyar fəlsəfəsində çox aydın şərh edilmişdir 

ki,  bu  qaydanı  əsas  tutmaq  pedaqoji  işdə  mühüm  əhəmiyyət  kəsb 

edir. 


Bəhmənyarın  idrak  nəzəriyyəsində  deyilir  ki,  dərk  etmə  əqli 

də ola bilər, cismani də ola bilər. Bu fikirlər təlim prosesində biliyin 

mənimsənilməsində  dəyərli  əhəmiyyətə  malikdir.  Buradan  başa 

düşmək olur ki,  biliyin  dərk  edilməsi toxunmaqla da, hiss etməklə 

də  həyata  keçirilə  bilir.  Bu  fikir  təlimdə  əyaniliyin  əhəmiyyətini 

daha da artirır. 

Hər bir şeydə ümumi və fərdi xüsusiyyətlərin mövcudluğu da 

təlim  tərbiyə  işlərində  özünü  göstərə  bilir.  Məsələn,  məktəbdə 

fəaliyyət göstərən uşaq və gənclər təşkilatı əsas etibarilə tərbiyə işi 

aparır.  Müəllimlər,  sinif  rəhbərləri  də,  tərbiyə  işləri  üzrə  təşkilatçı 

da məktəbdə tərbiyə işi aparır. Amma sinifdənxaric tərbiyə işləri ilə 

uşaq  və  gənclər  təşkilatınm  apardığı  tərbiyə  işlərində  ümumi  və 

fərqli cəhətlər vardır ki, bunu tərbiyəçi və müəllimlər nəzərə alma-

lıdırlar. Necə ki, Bəhmənyarın fəlsəfəsi də bunu belə nəzərdə tutur. 

Bəhmənyar  özünün  “Ət-təhsil”  kitabında  məntiqə  elmin  bir  aləti, 

bilik  qazanmağın  mühüm  bir  aləti  kimi  baxmışdır.  Onun  fikrincə 

alətsiz bir şey hasil etmək mümkün deyildir.Məntiqsiz də elm, bilik 

qazanmaq  olmaz.  Məntiq  biliyə  digər  münasibətlə  də  kömək  edir 

onun meyarı kimi çıxış edir. 

Təlimin  şüurluluq  prinsipi  heç  şübhəsiz  məntiq  anlayışına 

söykənir.  Biliyi  şüurlu  şəkildə  mənimsəmək  məntiqdən  irəli  gəlir. 

Elə ona görə də  Bəhmənyar öz sələfləri  Aristotel,  İbn Sina kimi  o 

da  göstərir  ki,  məntiq  düzgün  mühakimə  yürütmək  bacarığı,  həqi-

qəti sübut etmək yolları haqqında elmdir. Bəhmənyara görə mənti-

qin  vəzifəsi  təfəkkürü  səhvlərdən  və  yanlışlıqlardan  qoruyub  sax-



Yüklə 4,65 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə