174
maarifə, biliklərə yiyələnməyə, həm də hər cür biliklərə deyil, insa-
na xeyir gətirən, faydalı biliklərə yiyələnməyə çağırırdı. Nizami
göstərirdi ki, cəmiyyətin ən yaxşı vətəndaşı ancaq təhsilli, elmə
qabil, maarifpərvər və müdrik olan insanlardır. Buna görə də hər bir
şəxs ağıllı olmağa, biliklərə yiyələnməyə, müdrik insanlardan öy-
rənməyə çalışmalıdırlar. Nizami son nəticədə göstərir ki, biliyi olan
qüvvətlidir:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Nizami keyfiyyətli biliyi, həqiqi biliyi əsil bilik sayır və
gəncliyə xitabən deyir:
Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Şair elmə yüksək qiymət verdiyi kimi elm adamına, alimə
yüksək qiymət verir və alimin rütbəsinin bütün rütbələrdən uca ol-
duğunu söyləyir, bütün elmlərin açarının alimlərdə olduğunu bildi-
rir:
Hər uca rütbədən biliniz fəqət,
Alimin rütbəsi ucadır əlbət...
Nizamiyə görə təlim prosesi insana bilik verməklə bərabər
həm onu maddi, həm də mənəvi cəhətdən yüksəldir. Nizaminin
fikrincə, təlimin son həddi yoxdur. O, insanı həmişə təkmilləşdir-
məli, həm də mənəvi cəhətdən zənginləşdirməlidir.
Nizami bir əxlaqi keyfiyyət kimi dosluq və yoldaşlığa yüksək
qiymət verir və qeyd edir ki, adamlar üzdə bir cür, dalda başqa
cürdür. Şair həqiqi, sadiq dost tapmağı məsləhət görür:
Elə sadiq dost ara, səni darda qoymasın
Çəkib tordan çıxarsın, səni torda qoymasın.
Nizami poeziyasının əməksevərlik ideyaları əsrlərdən bəridir
ki, Azərbaycan pedoqoji fikrində özünəməxsus yer tutur. Kərpic-
kəsən qocanın hekayəsi əməksevərlik baxımından çox ibrətamizdir.
Cavan oğlan qoca kərpickəsənə daha asan işlə məşğul olmağı
məsləhət gördükdə qoca cavanı utandıracaq şəkildə belə deyir:
Qarşında boyun büküb əl açmayım deyə mən
Əzəldən əl atmışam belə bir peşəyə mən.
175
Nə xəzinə yığanam, nə də tirmə geyənəm,
Öz halal zəhmətimin çörəyini yeyənəm.
Nizami düzlük, mərdlik, sadəlik, xoşxasiyyətlilik kimi keyfiy-
yətləri gənc nəsildə tərbiyə etməyi məsləhət bilirdi. Nizamiyə görə
düzlük və doğruçuluq böyük mərdlikdir. Nizami həddən artıq yum-
şaq, mülayim olmağı, yersiz təvazökarlığı ciddi nöqsan saymışdır.
Nizami hər cür fəaliyyətdə orta mövqeyin tutulmasını məsləhət gö-
rür. Çoxun da, azın da zərərli olduğunu bildirir. Amma, onun ideya-
larında orta hədd Qızıl hədd adlandırılır.
Səbrli olmaq, sirr saxlamaq, qənaətcil olmaq yüksək əxlaqi
keyfiyyətlər sayılır. Nizami öz dəyərli misralarında bu əxlaqi key-
fiyyətləri dilə gətirir və insanlara səbrli olmağı, sirr saxlamağı, qə-
naətcil olmağı tövsiyə edir. Bu istiqamətdə Nizami misralarından
bir neçə nümunəyə diqqət yetirək:
Səbr etməklə insan yetər kamına
Yavaş-yavaş çatar dilaramına...
Ovçu səbirsizlik göstərsə əgər,
Ovu nişanəyə dəyməz , yan gedər (Yeddi gözəl)
Hər kim qənaətlə əgər şad olar,
O hörmətli olar, sərazəd olar.
Kim saxlasa dilini, görməz canı xətanı,
Dil gətirər başlara, hər bəlanı, xətanı (Sirlər xəzinəsi)
Nizami mahir bir pedaqoq kimi təlim tərbiyə işlərində yaş
dövrlərinin nəzərə alınmasının böyük əhəmiyyəti olduğunu
bildirmiş və özü əsərlərində bu məsələyə toxunmuşdur. Nizami yaş
dərəcələrindən danışarkən o böyük filosof, tarixdə İlk müəllim
hesab edilən Aristotelin 7-7 yaş bölgüsünü bəyənmiş və onu təqdir
etmiş və oğlu Məhəmmədə 7, 14, 21 yaşlarında nəsihətamiz şeirlər
yazmışdır (Şeirlər dərsliyin I cildinin IV fəslində verilmişdir).
N.Gəncəvi şəxsiyyətin formalaşmasında irsi amillərin roluna
yüksək qiymət verir. O dahi flosof Aristotelin dili ilə insanlara məs-
ləhət görür ki, zatı pis olana etibar edib, iş tapşırmaq qurdu bəslə-
məyə bənzər:
Zatı pis olana üz göstərmə sən,
Qurdu bəsləməkdən ziyan çəkərsən.
176
Bədgövhər adamla heç addım atma,
Öz təmiz kimyanı küllərə qatma.
Nizaminin dəyərli nəsihətamiz əsərlərində tərbiyənin bütün
sahələri öz əksini tapmış və Azərbaycan pedoqoji fikrində Nizami
ideyaları əməyə, zəhmətə qatlaşmaqda, elm, bilik qazanmaqda, pe-
şə, sənət dalınca getməkdə, yaxşı dostlar tapmaqda, ümumiyyətlə,
kamil bir insan kimi formalaşmaqda gənclərə əsrlər boyu tərbiyəçi,
yol göstərən müəllim olmuşdur.
6.2.
Erkən orta əsrlər dövründə
Azərbaycan klassik pedaqoji fikri
Məhəmməd Nəsirəddin Tusi tərbiyə haqqında. Azərbaycan
məktəb və pedaqоji fikir tariхində böyük mütəfəkkir, görkəmli alim
və astrоnоm, pedaqоq və tərbiyəçi Məhəmməd Nəsirəddin Tusinin
(1201-1274) özünəməхsus yeri və хidmətləri оlmuşdur. Deyə bilə-
rik ki, N.Tusi böyük astrоnоm, riyaziyyatçı, filоsоf оlmaqla bəra-
bər, həm də bir pedaqоq, müəllim və tərbiyəçi kimi gənc nəslin
hərtərəfli inkişafı, tərbiyəsi və təlimi üçün dəyərli əsərlər yazmış,
müdrik fikirlər söyləmişdir. Tusinin yaratdığı pedaqоji əsərlər təlim
və tərbiyənin çох geniş və müхtəlif sahələrini əhatə etmiş və bu
əsərlər neçə-neçə nəsillərin təlim və tərbiyəsində mühüm rоl оyna-
mış, müəllim və pedaqоqlarımız həmin əsərlərdən хeyli faydalan-
mış, öz əməli fəaliyyətində оnlardan istifadə etmişlər.Bütün bunlar
da öz növbəsində pedaqоji elmimizin, tərbiyə nəzəriyyəsinin inkişa-
fında əhəmiyyətli rоl оynamışdır. Tusinin ən məşhur əsəri isə 1235-
ci ildə yazdığı “Əхlaqi- Nasiri” əsəridir ki, bu əsər əхlaq, mənəviy-
yat məsələlərinə həsr оlunmuşdur. Bu kitab İranda Qəhistan
hökmdarı Nəsirəddinin əmri ilə yazıldığından Tusi bu əsəri hökm-
darın şərəfinə “Əхlaqi –Nasiri”, yəni “Nasirin əхlaqı” – adlandır-
mışdır. Pedaqоji fikir tariхində “Əхlaqi- Nasiri” əsəri yüksək qiy-
mətləndirilir və ali pedaqоji məktəblərdə tədris edilir. Tusinin döv-
ründə də bu əsər məktəb və mədrəsələrdə geniş öyrədilmişdir. Tusi-
nin 200-ə qədər əsər və mənzumələri оlmuş ki, bu günə qədər əhə-
miyyətini itirməmişdir. Özünün yaradıcılığı haqqında belə bir şeiri
Dostları ilə paylaş: |