Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   89

36
 
 
raitində ətraf mühitin keyfiyyətinin bərpası (qorunması) 
və  ətraf  mühitin  mühafizəsi  kimi  istiqamətləndirilmə-
lidir. 
ƏMİ-nin  əsas  vəzifəsi  idarəçilik  prinsipinin  (ya-
naşmasının) aradan qaldırılmasının və iqtisadiyyatın sa-
hələrinin  əlaqələndirilməsini  həyata  keçirməklə  cəmiy-
yətlə  təbiətin  iqtisadi-ekoloji  qarşılıqlı  əlaqələri  və  mü-
nasibətləri  baxımdan  optimal  formalaşmasını  təmin  et-
məkdir.  Ümumiyyətlə,  ƏMİ  cəmiyyətin  davamlı  “sabit 
inkişaf” modelinə keçməsinə zəmin yaratmalıdır. Əslin-
də həmin elm sahəsinin konkret vəzifələri təbii sərvətlər 
üzərində mülkiyyətin realizə edilməsinin zəruri formala-
rını axtarmaq, təbiətdən ödənişli istifadə əsasında iqtisa-
di  mexanizmin  formalaşma  yollarını  müəyyənləşdir-
mək,  bazar  iqtisadiyyatı  ilə  bağlı  üsullarla  dövlət  tən-
zimlənməsini  təmin  etmək  deməkdir.  Ölkənin  iqtisadi 
inkişafı  ətraf  mühitə  münasibətdə  dağıdıcı  rol  oynama-
malıdır.  Ona  görə  də  hazırda  qlobal  inkişafın  həll  edil-
məsinin əsas  yolu dayanıqlı inkişaf hesab edilir. Dünya 
ölkələrinin  inkişaf  etmiş  ölkələrin  səviyyəsinə  çatması 
üçün  təbii  ehtiyatlardan  istifadəni  və  çirkləndiricilərin 
miqdarını  on  dəfələrlə  azaltmaq  lazım  gələrdi  ki,  bu  da 
sərvətlərin  məhdudluğu və təbii ekoloji  məhdudiyyətlər 
üzündən mümkün deyildir. 
Ekoloji məhdudiyyətlərin nəzərə alınması ilə inki-
şaf  konsepsiyasının  həm  nəzəri,  həm  də  təcrübi  olaraq 
formalaşmasına  Birləşmiş  Millətlər  Təşkilatının  tapşırı-
ğı ilə Q.X.Brutlandın sədrliyi ilə xüsusi komissiya tərə-
findən yerinə yetirilmiş, ətraf mühit və inkişaf üzrə Bey-
nəlxalq Komissiyaya məruzə edilmiş “Bizim ümumi gə-


37
 
 
ləcəyimiz”  (1987)  adlı  tədqiqat  böyük  təsir  göstərmiş-
dir.  Məruzənin məqsədi dünya inkişafında dəyişmələrin 
qlobal  proqramının  işlənib  hazırlanması  idi.  Məruzədə 
dünya  iqtisadiyyatının  dayanıqlı  inkişafını  təmin  edən 
ətraf mühitin qorunması sahəsində uzunmüddətli strate-
giya  təklif  edilmiş,  təbiətdən  istifadə  problemini  səmə-
rəli  həll  etməyə  imkan    verən    üsul  və  vasitələrə  baxıl-
mışdır. Ekoloji-iqtisadi artımın yeni növünün formalaş-
masının  əsasını  (məruzənin  nəticələrinə  görə)  dayanıqlı 
inkişaf təşkil etməlidir. Dayanıqlı inkişafın iqtisadi ədə-
biyyatda  60-dan  çox  anlayışı  mövcuddur.  Ən  çox  yayı-
lan Brundtland komissiyasının məruzəsində qeyd edilən 
təyindir: “Dayanıqlı inkişaf”  elə  bir  inkişafdır  ki,  in-
diki zamanda tələbatı təmin edir, lakin gələcək nəsil-
lərin  öz tələbatlarını ödəməsini təhlükə altında qoy-
mur. O, özündə əsas iki anlayışı birləşdirir: 
a)
 
tələbat anlayışı, o cümlədən, birinci dərəcəli üs-
tünlüyə  malik olan, əhalinin ən kasıb təbəqəsinin möv-
cudluğu üçün zəruri olan tələbat
b)
 
məhdudiyyət  anlayışı,  hazırkı  və  gələcək  tələ-
batları  ətraf  mühitin  ödəyə  bilməsi  imkanlarına    qoyu-
lan,  texnologiya  və  cəmiyyətin  təşkilinin  vəziyyəti  ilə 
şərtləndirilən məhdudiyyətlər. 
Dayanıqlı  inkişafın  bu  təyininə  nəsillər  arasında 
iqtisadi  münasibətlər  prizmasından  da,  nəsil  daxilində 
baxılır  (ictimai  aspekt,  kasıbçılıq  problemi).  Bu  həmdə 
nəsillər  arasında  ekoloji-iqtisadi  aspekt  prizmasından 
baxılır. 
Beləliklə, iqtisadi və ictimai inkişafın qarşısında du-
ran məsələlər onun sabitliyinin nəzərə alınması, bütün in-


38
 
 
kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ekoloji təh-
lükəsizliyə uyğun olması yolu ilə müəyyən edilməlidir. 
Dayanıqlı inkişaf anlayışında əsas yeri iqtisadi mə-
sələlərin  uzun  müddətə  ekoloji  nəticələrin  nəzərə  alın-
ması problemi tutur. Gələcək nəsillər üçün neqativ eko-
loji  nəticələrin,  gələcək  təhlükələrin  (ziyanların)  mini-
muma  endirilməsi  zəruridir.  Öz  övladlarının,  nəvələri-
nin hesabına  yaşamaq, təbii xəzinədən  yalnız özü  üçün 
istifadə etmək olmaz. Beləliklə, ekoloji məhdudiyyətlər, 
cari  və  gələcək  tələbat  arasında  kompromis,  hər  hansı 
bir ölkədə inkişafın ictimai-iqtisadi strategiyasının işlən-
məsində əsas olmalıdır. 
Dayanıqlı inkişafın dörd meyarını fərqləndirmək 
olar.  Bu    təbii  ehtiyatların  təsnifatlaşdırılması,  onların 
təkrar istehsal dinamikasına və səviyyəsinə əsaslanır. 
1)
 
bərpa  oluna  bilən  təbii  ehtiyatlar  üçün  onların 
miqdarı  ən  az  vaxt  kəsiyində  azalmamalıdır,  daha  doğ-
rusu,  ən  azı  onların  sadə  təkrar  istehsal  rejimi  təmin 
olunmalıdır.  Məsələn,  torpaq  resursları  üçün  bu  o  de-
məkdir ki, qiymətli kənd təsərrüfatı sahələri saxlanılma-
lı, sahələrin azaldıldığı halda onlardan məhsul istehsalı-
nın səviyyəsi saxlanılmalı və artırılmalıdır; 
2)
 
bərpa oluna bilməyən təbii ehtiyatlar üçün (məs. 
faydalı  qazıntılar)  onların  ehtiyatlarının  mənimsənilmə 
sürətinin  azaldılması  və  onların  gələcəkdə  qeyri-məh-
dud sərvət növləri ilə əvəz edilməsi. Məsələn, neft mən-
bələrinin – külək, günəş və s. enerjisi ilə müəyyən qədər 
əvəz edilməsi
3)
 
tullantılar  üçün  onların  miqdarının,  az  tullantılı, 
ehtiyatlara qənaət edən texnologiyanın tətbiq edilməsi yo-


39
 
 
lu ilə minimumlaşdırılması imkanları nəzərə alınmalıdır; 
4)
 
ətraf mühitin çirklənmə səviyyəsi bütün ehtiyat-
lar  və  onun  növləri  üzrə  gələcəkdə  onun  hazırkı  səviy-
yəsini  aşmamalıdır.  Çirklənmə  səviyyəsinin  ictimai  və 
iqtisadi  cəhətdən  qəbul  oluna  biləcək  səviyyəyə  qədər 
azaldılması  imkanları  nəzərə  alınmalıdır  (çirklənmənin 
“sıfır” səviyyəsi real deyildir). 
İnsanların  tələbat  davranışının  dəyişməsinin  əhə-
miyyəti  də  nəzərə  alınmalıdır.  Dayanıqlı  inkişafa  keçid 
əmtəə və xidmətlərə müəyyən məhdudiyyətlərin olması-
nı da ehtimal edir. “Daha çox istifadə edən, hər ailə üz-
vünə  bir avtomobil və s.” kimi çağırışlar aşıq-aşkar bio-
sferanın imkanları ilə tərs mütənasiblik təşkil edir. 
Dayanıqlı  inkişaf  konsepsiyasına  göstərilən  baxış 
onu göstərir ki, bu məsələ qlobal xarakter daşıyır. Bu in-
kişaf mürəkkəb ekoloji, iqtisadi və ictimai problemlərin 
bir-biri ilə sıx əlaqədə olduğunu göstərir. 
Ümumi şəkildə vaxt kəsiyində əsas parametrlər nə-
zərə alınmaqla dayanıqlı inkişaf funksiyası aşağıdakı şə-
kildə ifadə edilir: 
 
F
t
 (L, K, N, İ) ≤ F
t+1 
(L, K, N, İ) 
 
Burada, F
t
 (L, K, N, İ –dayanıqlı inkişaf  funksiyası; 
L- əmək ehtiyatları; 
K- yaradılmış kapital, istehsal vasitələri
N- təbii ehtiyatlar
İ- institusiya amili; 
t=0,......,n – vaxt kəsiyi. 
 
Müəyyən  mənada  dayanıqlı  inkişaf  funksiyası  is-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə