|
Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu təsdiq edirəm: dos. E.Ə. HüseynovaHəftələr
Mövzunun adı və qısa icmalı
|
səhifə | 7/20 | tarix | 12.03.2023 | ölçüsü | 91,86 Kb. | | #102352 |
| Syllabus- Rovshan Hatamov Amerika tarixiHəftələr
|
Mövzunun adı və qısa icmalı
|
Mühazirə
|
Məşğələ
|
Cəmi saat
|
Tarix
|
|
Mövzu № 1
Şimali Amerikanın Avropanın aparıcı dövlətlərinin maraq dairəsinə daxil olması
Qısa icmalı:
Avropalıların Şimali Amerika sahillərinə səyahətlərinin tarixi haqqında. Böyük coğrafi kəşflər dövründə Şimali Amerikanın hüquqi statusunun meydana çıxması. XV əsrin sonlarında Con və Sebastyan Kabotların ekspedisiyaları və onun əhəmiyyəti. ABŞ-ın müasir ərazisinin kəşfi və tədqiqi tarixi ilə bağlı olan digər səyyahların səfərləri.
|
2
|
-
|
2
|
M.
21.02.2023
|
|
Mövzu № 2
XVII əsrin birinci yarısında Şimali Amerikada Avropanın iri dövlətlərinin mübarizəsi
Qısa icmalı:
Şimali Amerikanın koloniyalaşdırılmasının səbəbləri. Şimali Amerika qitəsinin İngiltərə tərəfindən koloniyalaşdırılmasının xüsusiyyətləri. Şimali Amerikada ilk ingilis mülklərinin meydana çıxması və onların təşkil edilməsinin xüsusiyyətləri. U.Relinin “İtirilmiş koloniyası”.
Korporariv, kral və xüsusi sahibkar koloniyaları. Koloniyaların inkişafının regional xüsusiyyətləri.
Şimali Amerikada ingilis koloniyalarının əsasının qoyulmasında puritanizmin rolu. Puritanların Amerikaya köçməsinin iqtisadi, ideya, siyasi səbəbləri. Puritanların 1629–1640-cı illərdə “böyük köçü”. “Meyflauerdə saziş” və Yeni Plimutun əsasının qoyulması. U.Bredfordun “Plimutda məskunlaşmanın tarixi” əsəri mühüm mənbə kimi. Massaçusetsdə puritan respublikası, onun ideoloqları və əsas qanunları.
Virciniya və Merilend koloniyalarının əsasının qoyulmalarının xüsusiyyətləri. Şimal və cənub koloniya-ları qruplarının təşəkkül tapması. Hindular ilə münasi-bətlər. Koloniyaların iqtisadi, siyasi və mədəni həyatı. Koloniyalarda dinin və kilsənin rolu. Koloniyalarda təhsilin təşkili və inkişafı. İlk Amerika universiteti kimi Harvard universitetinin təsis olunması.
Şimali Amerikada ispan, fransız, holland və İsveç koloniyalaşmasının xüsusiyyətləri.
|
|
Dostları ilə paylaş: |
|
|