Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə16/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   68

 
55
epitetə (kök «göy, mavi») malik kök böri (göy qurd) ilə bağlı 
epizodlardan fərqlənir.  
«Kitabi-Dədə Qorqud»da Beyrəyin xüsusi qabiliyyətə malik 
atını xarakterizə edən «Dəniz qulunı boz ayığır» (5, s. 52) 
ifadəsi ilə «Koroğlu» eposunda xüsusi gücə malik əfsanəvi 
Qıratın dəniz ayğırı və adi madyanın cütləşməsindən törəməsi 
əhvalatı arasında yaxınlıq özünü göstərir və  hər ikisinin daha 
qədim türk əfsanəsi ilə bağlılığını güman etməyə əsas verir.  
Bədii mətndə obrazın nitqi ilə müəllif təhkiyəsi bir-birindən 
fərqləndirilir. Biri digərinin informativ tutumunu təkrar etdikdə 
sonra gələnin nitqində formal dəyişiklik aparılır. 
 
Dərsə xanın xatunı soylamış, görəlim, nə soylamış, Və 
aydır:  
Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç öldürgil!   
İç Oğuzun, Taş Oğuzun bəglərin üstünə yığnaq etgil! 
Ac görsən, toyurğıl! Yalınçıq görsən tonatğıl! 
Borcluyu borcundan qurtarğıl! 
Dəpə kibi ət yığ, göl kibi qımız sağdır! 
Ulu toy elə, hacət dilə!  
Ola kim, bir ağzı dualının alqışilə 
Tənri bizə bir yetman əyal verə –dedi (I b., s. 35). 
 
Burada obraz nitqinin informativ məzmunu, söz, ifadə, 
cümlə belə sonra gələn müəllif təhkiyəsində olduğu kimi 
saxlanılır.  Dərsə xan dişi  əhlinin sözilə ulu toy elədi, hacət 
dilədi. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı. 
İç Oğuz, Taş  Oğuz bəglərin üstinə  yığnaq etdi. Ac görsə 
toyurdı. Yalın görsə tonatdı. Borcluyı borcından qurtardı. 
Dəpə kibi ət yığdı. Göl kibi qımız sağdırdı. Əl götürdilər, hacət 
dilədilər. Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi (I 
b., s. 35). Ancaq verilmiş situasiyada obrazın nitqini müəllif 
təhkiyəsindən formal göstəricilər – felin şəkli  əlamətləri 


 
56
(birincidə  əmr və arzu, ikincidə  xəbər  şəkilləri) və s. 
fərqləndirir, cümlələrin xəbərləri dəyişir. 
 Əski dini-mifoloji sistemin izləri «Kitabi-Dədə Qorqud»un 
mətnində də öz əksini tapır. Qədim türklərin teist baxışlarında 
din və mifologiya sintez olunduğundan dini motivlər mifoloji 
görüşlərdən və  əksinə mifoloji görüşlər dini motivlərdən azad 
deyil. Dini-mifoloji sistemin bu şəkildə təzahürü «Kitabi-Dədə 
Qorqud» üçün də xarakterikdir. Qədim türk panteonunun ən 
yüksək səviyyəsini ifadə edən Tanrı termini işlənir. Yucalardan 
yucasan, kimsə bilməz necəsən, görkli tənri (Y b., s. 81). 
Qədim türk runik yazılı abidələrində olduğu kimi, burada da 
tanrı antropomorfozlaşdırılır; insana xas olan xüsusiyyətlərlə 
təqdim olunur. Yəni 
a) O, bədii obraza çevrilə bilir. Dəli Domrul aydır: «Mərə, 
Əzrayil dedügüniz nə kişidir kim, adamın canın alur? Ya qadir 
allah, birligin, varlığın haqıçün,  Əzrayili mənim gözümə 
göstərgil, savaşayım, çəkişəyim, dürişəyim, -yaxşı yigidin 
canın qurtarayım. Bir dəxi yaxşı yigidin canın almıya» -dedi». 
Qayıtdı-döndi Dəli Domrul evinə gəldi. Həq təalaya Domrulun 
sözi xoş gəlmədi: «Baq, baq, mərə dəli qavat, mənim birligim 
bilməz, yarligümə  şükr qılmaz. Mənim ulu dərgahımda gəzə, 
mənlik eyləyə?» -dedi. Əzrayilə buyuruq elədi kim, ya Əzrayil, 
var, ol dəxi dəli qavatın gözinə görüngil, bənzini sarartğıl! – 
dedi, canını  xırlatğıl, alğıl! – dedi (Y b., s. 79). Allah-təalaya 
Dəli Domrulın burada sözi xoş gəldi. Əzrayilə nida eylədi kim, 
çün dəli qavat mənim birligim bildi, birligümə  şükr qıldı, ya 
Əzrayil, Dəli Domrul can yerinə can bulsun. Anun canı azad 
olsun! – dedi (Y b., s. 81).  
b) Tanrı hökm edir, buyurur, fərman // yarlıq verir. Əzrayilə 
buyuruq elədi kim, ya Əzrayil, var, ol dəxi dəli qavatın gözinə 
görüngil, bənzini sarartğıl! – dedi (Y b., s. 79). Həq təalaya 
Domrulun sözi xoş gəlmədi: «Baq, baq, mərə dəli qavat mənim 
birligim bilməz, yarligümə  şükr qılmaz. Mənim ulu 
dərgahımda gəzə, mənlik eyləyə?» - dedi (Y b., s. 79). 


 
57
c) Tanrı insanları himayə edir, çətinə düşəndə kömək 
göstərir, vaxtsız ölüm və müxtəlif bəlalardan xilas olmağa 
yardım edir. Həq təala Cəbrayilə buyurdı kim: «Ya Cəbrayil, 
var,  şol quluma qırq  ərcə qüvvət verdim» -dedi. Oğlan kafəri 
götürdi, yerə urdı (IX b., s. 108). Dəpəgöz günbədə əlin soqdı. 
Eylə qalxdı kim, günbəd zirü zəbər oldı. Dəpəgöz aydır: 
«Oğlan, qurtuldınmı?» Basat aydır: «Tənrim qurtardı» (YIII b., 
s. 102). Basat mağara qapusına vardı. Gördü bir qınsuz qılıc 
turmaz, -enər, çıqar. Basat aydır: «Mən muna bitəkəllüf 
yapışmayım», -deyüb kəndi qılıcın çıxardı, tutdı. Eki parə böl-
di. Vardı, bir ağac gətürdi, qılıca tutdı. Anı dəxi iki parə eylədi. 
Pəs yayını əlinə aldı. Oxla ol qılıc asılan zınciri urdı. Qılıc yerə 
düşdi, kömüldi. Kəndü qılıcın qınına soqdı. Balçağından ol 
qılıcı  bərk tutdı. Gəldi, aydır: «Mərə  Dəpəgöz, necəsən?» -
dedi. Dəpəgöz aydır: «Mərə  oğlan, dəxi ölmədinmi?» Basat 
aydır: «Tənrim qurtardı» (YIII b., s. 102). 
Hökmdar kultunun izlərinə rast gəlmək olur. Xatun aydır: 
«Yigidim, bəg yigidim! Padşahlar tənrinin kölgəsidir. Pad-
şahına asi olanın işi rast gəlməz…» –dedi (IX b., s. 105).  
Tanrıçılıqla bağlı dini ritualların izləri müşahidə olunur. 
Yoxsa «oğul, Dəli Domrul!» -deyü ağlarmısan? Acı  tırnaq ağ 
yüzinə çalarmısan? Qarğu kibi qara saçın yolarmısan, ana? –
dedi (Y b., s. 82). Gəlməzsəm, ol vəqt mənim öldügimi biləsən. 
Ayğır atum boğazlayub, aşum vergil! –dedi (X b., s. 112).
 


 
58
§4. BƏDİİ  MƏTN  VƏ  STRUKTUR – 
FORMA ELEMENTLƏRİ 
 
B
ədii mətni səciyyələndirən, onu bədii təfəkkür məhsulu 
kimi formaya salan digər zəruri amil struktur forma elementlə-
rinin iştirakı ilə bağlıdır. Forma komponentləri hər hansı 
mətnin informativ strukturunu tamamlayır, onu formaca müəy-
yənləşdirir, bədii, ya qeyri–bədii mətnə  mənsub edir. «Kitabi-
Dədə Qorqud»un dilində elə məqamlar var ki, eyni informasiya 
həm adi ifadə  tərzində, həm də  bədii forma komponentlərinin 
iştirakı ilə verilir. Bu halda sonrakı ifadə  tərzi  əvvəlkindən 
bədii effektliyi, obrazlığı ilə seçilə bilir. Məsələn, bir dəfə 
kafərlərin hücumunu müəllif nəql edir: On altı bin qara tonlu 
kafər ata bindi. Qazanın üzərinə alğar yetdi (YI b., s. 69). 
İkinci dəfə eyni informasiya bədii ifadə vasitələrinin iştirakı ilə 
verilir:  Baqdılar, gördilər, altı bölük toz endi. Kimi aydır: 
«Keyik tozıdır». Kimi aydır: «Yağı tozıdır». Qazan aydır: 
«Keyik olsa, bir, ya iki bölük olurdı. Bu gələn bilmiş olun, 
yağıdır» -dedi. Toz yarıldı, gün kibi şıladı, dəniz kibi yayqındı, 
meşə kibi qarardı. On altı bin ip üzəngili, keçə börkli, azğun 
dinli, quzğun dilli kafər çıqa gəldi. Qazan qonur atın çəkdirdi, 
bütün bindi (YI b., s. 69).  
Yaxud başqa misal:  
 
Bədii ifadə vasitələrinin  
iştirakı 
Adi ifadə tərzi 
 1.Qaraquçın oynatdı Uruz, 
kafərin sağına atın dəpdi. 
Sağlı-sollı kafəri xub da-
ğıtdı. Sanasan kim, tar yol-
da tolu düşdi. Ya qara qazın 
içinə  şahin girdi (IY b., s. 
 1. 
[Uruz] kafərin ucını 
basdı, tağıtdı. Azğın dinlü 
kafər bunaldı, oxa girdi (IY 
b., s. 71). 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə