Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə22/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   68

 
76
Çoban böylə digəc Qazan ah etdi, əqli başından getdi. Dünya-
aləm gözinə qarannu oldı. Aydır: «Ağzın qurusun, çoban! 
[Dilün] çürisün, çoban! Qadir sənin alnuna qada yazsun, 
çoban!» -dedi (II b., s. 45). Tan ötdi, kün toğdı. Beyrəgin anası-
atası baqdı-gördi kim, gərdək görünməz olmış. Ah etdilər, 
əqlləri başlarından getdi. Gördilər kim, uçarda quzğun qalmış, 
tazı tolaşmış, yurtda qalmış. Gərdək paralanmış, naib şəhid 
olmuş. Beyrəgin babası qaba sarıq götürüb yerə çaldı. Tartdı, 
yaqasın yırtdı. «Oğul! Oğul!» deyübən yügürdi, zarlıq qıldı (III 
b., s. 57). Anası  oğlanın böylə digəc Qazanın  əqli başından 
getdi. Qara bağrı sarsıldı,  düm yürəgi oynadı. Qarannulı gözləri 
qan-yaş toldı (IY b., s. 74). 
«Kitabi-Dədə Qorqud»dakı  şer mətnlərin tərkib hissələrinin 
əlaqələnməsində yaxın və  əks mənalı sözlər ayrı-ayrılıqda 
mühüm rol oynayır. Şer başdan-başa antonimlərin və ya  mənaca 
əkslik təşkil edən digər sözlərin rabitəsi üzərində qurulur:  
 
Arğab-arğab qara tağın yıxılmışdı, yucaldı, axır!.. 
Qanlu-qanlu suların sovğulmışdı, çağladı, axır!.. 
Qaba ağacın qurımışdı, yaşardı, axır!.. 
Şahbaz atın qarımışdı, qulun verdi, axır!.. 
Qızıl dəvələrin qarımışdı, köşək verdi, axır!.. 
Ağ [ayılda] qoyunın qarımışdı, quzı verdi, axır!.. 
On altı yıllıq həsrətin  - oğulun Beyrək gəldi, axır!.. 
Qayınata-qaynana, muştuluq mana nə verərsiz?  
                                                                (III b., s. 66) 
 
Verilmiş şeir mətndə yıxılmışdı-yucaldı, sovğulmışdı-çağladı, 
qurımışdı-yaşardı, qarımışdı (yəni nəsil vermək qabiliyyətini 
itirmişdi) - qulun verdi / köşək verdi / quzı verdi kimi əks mənalı 
söz və ifadələr həm tərkib hissələrin məna  əlaqələrini 
möhkəmləndirir, həm də bədii effektliyi artırır.  


 
77
Şerin strukturunda mənaca bir-birinə yaxın olan və ya 
ümumilikdə yaxınlıq təşkil edən sözlərin rabitəsi  əsas rol 
oynayır:  
 
 …Qarşu yatan qara tağlar sana yaylaq olsun! 
 Souq-souq 
suları sana içət olsun! 
 Qulım-xəlayığım sana  qırnaq olsun! 
 
Şahbaz atlarım sana binət olsun! 
 Qatar-qatar 
dəvələrim sana yüklət olsun! 
 
Ağayılda ağca qoyunım sana şülən olsun 
 Altun-aqçam 
sana 
xərclıq olsun! 
 
Dünlügi altun ban evim sana kölgə olsun! 
 Qara 
başım qurban olsun sana, gəlincigüm!  
                                                                         (III b., s. 66) 
 
Burada isə tərkib hissələrin mənaca əlaqələnməsini aşağıdakı 
sözlər təmin edir: tağ-yaylaq, su-içət, qul-xəlayığ - qırnaq, at-
binət, dəvə-yüklət, qoyun-şülən, altun-aqça – xərclıq, ev-kölgə.  
Alliterasiya qədim dövrdə olduğu kimi, orta əsrlərdə də türk 
bədii mətninin (və onun şeir qolunun) təşkilinə xidmət edən 
formal vasitələrdən biri olmuşdur. O şer və  nəsr mətnlərində 
komponentlərin daxili əlaqələnməsinə xidmət etməklə, həmin 
vahidlərinin bədii emosionallığını da artırır. Professor T.Hacıyev 
başlanğıcda «Kitabi-Dədə Qorqud»un dilinin şer dili olmasına 
dəlalət edən çoxlu faktorların (söz birləşməsi və cümlələrdə 
alliterasiya, qafiyə, sintaktik paralelizm, ritm simmetriyası və s.) 
mövcudluğunu qeyd edərək yazır: «Cümlələrdəki sözlərin 
fonetik başlanğıcı (alliterasiya nəzərdə tutulur - Y.Ə.), söz 
əvvəlinin sistemli harmoniyası nəsr dilinə məxsus kefiyyət deyil 
[4, s. 167-168]. Alliterasiya həm mikromətnin daxili 
komponentləri arasında, həm də daxili komponentlərin 
içərisində ola bilir. Bu halda bədii mətnlərin təsir gücü müxtəlif 
olur və ikincinin xeyrinə dəyişir. 


 
78
Cümlədaxili alliterasiya: Quduz  qurtlar evimi dəlir gördüm. 
Qara dəvə  ənsəmdən  qarvar gördüm. Qarğu kibi qara saçım 
uzanır gördüm (II b., s. 44). Bu halları gördügində Qazanın qara 
qıyma gözləri qan-yaş toldı. Qan tamarları qaynadı (II b., s. 44).  
Cümlələr (misralar) arası alliterasiya: Qaranqu axşam olanda 
güni toğan! Qar ilə yağmur yağanda ər kibi turan! Qaraquc atları 
kişnəşdirən! Qızıl dəvə gördügində bozlaşdıran! (II b., s. 45). 
 
 
    Qanlu kafər elinə dünin girdin. 
         Qara buğra gəldügində xurd-xaş eylədin, 
Qağan aslan gəldügində belini bükdün. 
Qara buğra gəldügində nə kiçikdin? 
Qara-qara tağlardan xəbər aşa. 
Qanlu-qanlu sulardan hənir keçə, 
Qalın Oğuz elinə xəbər vara
Qanlı Qoca oğlı Qanturalı netmiş deyələr: 
Qara buğa gəldügində qılçatmamış, 
Qağan aslan gəldügində belin bükmiş, 
Qara buğra gəldügində nə kiçikmiş?! - deyələr    
                                                       (YI b., s. 89) 
 
Alliterasiyalı sözlər cümlədəki mövqeyinə görə  də  fərqlənə 
bilir. Onlar bir-birinə yaxın olur: Qarla yağmur yağanda 
çaqmaqlı  çoban (II b., s. 45). Alliterasiyalı sözlər bir-birindən 
aralı yerləşir: Çığnam-çığnam qayalardan çıqan su (II b., s. 44).  
Alliterasiya eyni sintaktik vahidin iki və daha artıq üzvünü 
əhatə edə bilir:  
·Alliterasiya iki sözdə olur. Qazan  qara köpəklə 
xəbərləşdi, görəlim, xanım, nə xəbərləşdi (II b., s. 45). Sağrağın 
sürmiyəsən (II b., s. 47).  
·Alliterasiya üç sözdə olur. Qara başım  qurban olsun, 
qurdum sana (II b., s. 45). 
·  Alliterasiya dörd sözdə olur. Qara  qaurma edib qırq 
bəg qızına ilətün (II b., s. 47).  


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə